Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-303/2023 12.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi2 iştirakı ilə xx xxxx 1996–cı il tarixdə Gədəbəy rayonu Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu Moruxlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 28 iyul 2023–cü il tarixdə təxminən saat 18:00 radələrində Şəmkir– Gədəbəy avtomobil yolunun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən hissəsində “X3” Azərbaycan Respublikası Qanununun 64–cü maddəsinin 1–ci hissəsinin tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə Gədəbəy istiqamətində hərəkət etdirərkən həmin Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək sola doğru manevr edib qeyd edilən Qanunun 69–cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələblərini pozaraq 1.1 üfiqi nişanlanma xəttini kəsərək yolun əks istiqamətindəki hərəkət zolağına daxil olanda qarşıdan, əks istiqamətdən öz yolu ilə gələn sürücü Qanuni nümayəndə1 idarə etdiyi Volkswagen Touareg markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sağ gözün üst qapağının, sağ yanağın qançırları, döş qəfəsinin qapalı küt travması 5–6–cı qabırğaların sınıqları və sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, etibarnamə əsasında özünə məxsus VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan sürücülük vəsiqəsi vardır. 28 iyul 2023–cü il tarixdə qeyd edilən avtomobili ilə 60–70 km/saat sürətlə Gədəbəy istiqamətində hərəkətdə olarkən iki tərəfli yolda yol sağa doğru istiqamətlənmiş, hərəkətdə olduğu zaman qəftətən avtomobilindən nəyinsə partlama səsini eşidəndə baş nahiyəsi avtomobilin içərinsində sol tərəfinə dəyəndə huşunu itirmiş, buna görə də avtomobili yolun qarşı hərəkət zolağına doğru istiqamətlənərək getməyə başlamış, lakin dayanmamışdır. Həmin vaxt əyləci basıb sükanı döndərə bilmədiyindən avtomobilin ön sol hissəsi qarşı hərəkət zolağının üzərində əks istiqamətdən gələn Volkswagen Touareg markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə toqquşmuşmuş, toqquşma zamanı özü və Volkswagen Touareg markalı avtomobildə olan şəxslər xəsarət almışlar. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hazırda zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 iyul 2023–cü il tarixdə Gədəbəy rayonunda olarkən yaşadıqları Bakı şəhərinə qayıtmaq üçün ailə üzvləri ilə birgə özlərinə məxsus Volkswagen Touareg markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, ön sağ, azyaşlı övladları Şahid1, Şahid2 və bacısı oğlu Şahid3 isə arxa oturacaqda əyləşəndən sonra əri Zaur sükan arxasına keçib avtomobili idarə edərək kənd yolundan Gədəbəy–Şəmkir yoluna çıxıb Şəmkir şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn ağ rəngli VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobil gəldiyi yerdə heç bir səbəb və qarşısında hər hansı bir maneə olmadan qəflətən öz hərəkət zolağından çıxıb onların zolağına daxil olaraq ön sol hissəsi ilə sərnşini olduğu avtomobilin ön sol tərəfindən toqquşmuş, toqquşma zamanı xəsarət aldığı üçün ilk öncə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Qanuni nümayəndə1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs adına Volkswagen Touareg markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobili vardır, avtomobil birgə mülkiyyətdə olduğu üçün müvafiq etibarnamə olmadan özü idarə edir. 28 iyul 2023–cü il tarixdə Gədəbəy rayonunda olarkən yaşadıqları Bakı şəhərinə qayıtmaq üçün ailə üzvləri ilə birgə qeyd edilən avtomobilə əyləşmişlər. Arvadı Xalidə ön sağ,azyaşlı övladları Şahid1, Şahid2 və baldızı oğlu Şahid3 arxa oturacaqda əyləşəndən sonra o, sükan arxasına keçib avtomobili idarə edərək kənd yolundan Gədəbəy–Şəmkir yoluna çıxıb Şəmkir şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn ağ rəngli VAZ–2121 markalı markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobil gəldiyi yerdə heç bir səbəb və qarşısında hər hansı bir maneə olmadan qəflətən öz hərəkət zolağından çıxıb onun hərəkət zolağına daxil olanda toqquşmadan yayınmaq üçün ayağını tormoza atmış, lakin buna baxmayaraq VAZ–2121 markalı avtomobil ön sol hissəsi ilə idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşmuşdur. Toqquşma zamanı özü və avtomobildə olan sərnişinlər xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı qanuni nümayəndələrinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 da şahid Qanuni nümayəndə1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 28 iyul 2023–cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir– Gədəbəy yolunun Şəmkir rayonu, Çənlibel kəndi ərazisindən keçən hisssində baş vermişdir. Yol təbii işıqlı, asflat örtüklü olmaqla quru və hamardır, Gədəbəy istiqamətində sağa, Şəmkir istiqamətində isə sola doğru döngəlidir. Hadisə yerində yol iki tərəfli olmaqla 2 zolaqdan ibarətdir, zolaqları 1.1 üfiqi nişanlanma xətti ayırır. Hadisə yerində yolun ümumi eni 6,7 metrdir, sürət həddi 60 km/saat sürətdir. X2 markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baxış zamanı toqquşma yeri müəyyən edildi. Toqquşma yolun Şəmkir şəhəri istiqamətində, Volkswagen Touareg markalı avtomobilin hərəkət zolağının üzərində, yolun orta hissəsində olan düz xəttdən sola doğru 1,4 metr məsafədə baş vermişdir. Hadisə yerində hər hansı bir tormoz izi aşkar edilmədi. Baxış zamanı müəyyən edilmişdir ki, VAZ–2121 markalı avtomobil Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən döngəli yolda 1.1 üfiqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağına daxil olmaqla qarşıda öz yolu ilə gələn Volkswagen Touareg markalı avtomobilin qarşısına çıxmaqla toqquşmuşdur. Cinayət işinin materiallarında olan 28 iyul 2023–cü il tarixli alkotestr nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan, BDYPİ Tovuz RQİ TBŞ–si tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 016–50 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022–ci il tarixdən xx.xx.2032–ci il tarixədək BA–036846 nömrəli “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 04 avqust 2023–cü il tarixli 872 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gözün üst qapağının, sağ yanağın qançırları, döş qəfəsinin qapalı küt travması 5–6–cı qabırğaların sınıqları və sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023–cü ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol–nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023–cü il tarixi 8/2820 nömrəli rəyindən görünür ki, VAZ– 2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin və 69–cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını alamğa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 64–cü maddəsinin 1–ci hissəsinin tələblərinə (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) uyğunsuzluq olmuşdur. Volkswagen Touareg markalı 77–XA–020 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixi 9/7519 nömrəli rəyindən görünür ki, Volkswagen Touareg markalı avtomobilə 18.500 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, hazırda mülki iddiadan imtina edir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünü ki, hazırki cinayət işi üzrə mülki iddiaya xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət–prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 28 iyul 2023–cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi VAZ–2121 markalı 25– BB–383 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2–ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1–1–ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 28 iyul 2023–cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–cü maddəsinin “Qeyd” hissəsinin 2–ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 178 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 178 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Volkswagen Touareg markalı 77–XA– 020 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan VAZ–2121 markalı 25–BB–383 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Volkswagen Touareg markalı 77–XA– 020 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub–olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-303/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-303/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver