Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-307/2023 11.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1960–cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Yeni–Həyat kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Şəmkir rayonu, Mehrili kənd sakini Zərərçəkmiş şəxs etibarından sui–istifadə edib aldadaraq sonuncunun keçmiş arvadı X5 ilə aralarında evə dair yaşayış hüququnun verilməsi haqqında Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2020–ci il tarixli, 2(076)–1262/2020 nömrəli qətnaməsinin onun xeyrinə dəyişdiriləcəyinə köməklik göstərəcəyi barədə yalandan vədlər verməklə vahid niyyətlə Zərərçəkmiş şəxs Şəmkir rayonu, Mehirli kəndində yerləşən fərdi yaşayış evində və özünün yaşadığı Şəmkir rayonu, Yeni– Həyat kəndində yerləşən fərdi yaşayış evində 2021–ci ilin noyabr ayında iki dəfə olmaqla cəmi 500 (beş yüz) manat, 2022–ci ilin fevral ayında 4.000 (dörd min) manat, 2022–ci ilin mart ayında birinci dəfə 1.500 (bir min beş) manat, ikinci dəfə 1.000 (bir min) manat, üçüncü dəfə isə 310 (üç yüz on) manat olmaqla ümumilikdə, Zərərçəkmiş şəxs məxsus 7.310 (yeddi min üç yüz on) manat pulunu, yəni xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Təxminən 2–3 il bundan əvvəl Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək ondan arvadı X4 onun yaşadığı evə yerləşdirilməsi barədə Şəmkir Rayon Məhkəməsinin qərar verdiyini bildirib həmin qərarın ləğv olunması barədə ondan köməklik etməyini xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs qərarın ləğv oluna bilməyəcəyini, qanunan Yeganə Həsənovanın ona məxsus fərdi yaşayış evində yaşamaq hüququnun olmasını demişdir. Daha sonra Zərərçəkmiş şəxs oradan çıxıb getmiş, lakin təxminən 2–3 ay sonra Zərərçəkmiş şəxs və onun əmisi oğlu Şahid2 təkrar onun yanına gəlib, ondan köməklik etməyini xahiş etmişlər. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs ümumilikdə həmin məsələnin 4.500 (dörd min beş yüz) manata başa gələ biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs əslində Yeganə Həsənovanın orada yaşayış hüququ ala biləcəyini, lakin ona yaşayış hüququ verilməməsi üçün pul olduğu halda köməklik edə biləcəyini dedikdən təxminən 2 ay sonra, 2021–ci ilin sonlarında Zərərçəkmiş şəxs ona əvvəlcə 4.000 (dörd min) manat, bir müddət sonra isə 500 (beş yüz) manat pul vermişdir. Onun həmin vaxt yenə də pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs həmin məsələnin 4.500 (dörd min beş yüz) manata alınmadığını, əlavə olaraq daha 1.500 (min beş yüz) manat pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs da ona bir müddət sonra 1.500 (min beş yüz) manat pul gətirib vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ev məsələsinə də köməklik edəcəyi adı ilə hissə–hissə təxminən 1.000–1.500 manat olmaqla, 7.000 manatdan çox pul almışdır. Lakin sonradan Zərərçəkmiş şəxs məhkəmədə qətnamənin onun xeyrinə çıxarılmadığını gördüyü üçün ondan pulunu istəmiş, o, isə pulu olmadığı üçün Zərərçəkmiş şəxs aldığı pulu geri qaytara bilməmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X5 onun keçmiş arvadı olmuş və onlar 19 iyun 2020–ci il tarixdə rəsmi şəkildə boşanmışlar. Yeganə Həsənova 2019–cu ildən 2022–ci il tarixə qədər Şəmkir rayonu, Mehirli kəndində yerləşən ona məxsus fərdi yaşayış evində yaşamamış, lakin sonradan onun yaşadığı ünvana gələrək, ona məxsus fərdi yaşayış evində yaşayacağını bildirmişdir. Yeganə Həsənova onun yaşadığı evə gələrək orada yaşamaq istəməsini dedikdən sonra ona məxsus fərdi yaşayış evində yaşamaq hüququ almaq üçün məhkəməyə müraciət etmişdir. 18 avqust 2020–ci il tarixdə Şəmkir Rayon Məhkəməsi Yeganə Həsənovanın həmin evə yerləşdirilməsi barədə qətnamə qəbul etmiş, bu səbəbdən də o, həmin evdən Yeganə Həsənovanın çıxarılması üçün məhkəmə qətnaməsini dəyişdirmək üçün ona köməklik edə biləcək şəxs axtarmağa başlamışdır. Həmin vaxt onun xalası oğlu Təqsirləndirilən şəxs ona qətnamə qəbul olunması baxımından köməklik edə biləcəyini deyərək, ondan ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulun qarşılığında işini düzəldəcəyini bildirmişdir. O, ilkin olaraq 2021–ci ilin noyabr ayında Təqsirləndirilən şəxs iki dəfəyə 500 (beş yüz) manat, bundan bir–iki ay sonra isə 4.000 (dörd min) manat vermişdir. Bir neçə ay sonra Təqsirləndirilən şəxs ona 4.500 (dörd min beş yüz) manata işinin alınmadığını, əlavə olaraq 1.500 (min beş) manat da pul verməli olduğunu demişdir. O da həmin vaxtdan bir neçə gün sonra 1.500 (min beş) manat pul tapıb Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona işinin düzəlmədiyini deyib daha iki dəfə 500 (beş yüz) manat pul almış, sonuncu dəfə isə ona 310 (üç yüz on) manat da əlavə olaraq vermiş, qətnamənin sonra dəyişiləcəyini desə də Təqsirləndirilən şəxs onu aldatmış, onun xeyrinə məhkəmədə qətnamə çıxarılacağını bildirmiş, lakin öz vədinə əməl etməyərək ona məxsus 7.310 (yeddi min üç yüz on) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu, X3 Mehdixanovun keçmiş arvadı, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs xalası oğludur. Yeganə Həsənova ilə Zərərçəkmiş şəxs 19 iyun 2020–ci il tarixdə rəsmi şəkildə boşanmış, lakin X10 Mehdixanovdan boşandıqdan sonra onlar arasında mülki mübahisələr yaranmışdır. 18 avqust 2020–ci il tarixdə Şəmkir Rayon Məhkəməsi X6 Mehdixanova məxsus fərdi yaşayış evində yaşamaq hüququ barədə qərar qəbul etmişdir. Həmin vaxtdan sonra Elşad X2 məxsus fərdi yaşayış evindən çıxarlıması məqsədilə məhkəmə qərarını dəyişdirmək üçün ona köməklik edə biləcək şəxs axtarmağa başlayarkən, Zərərçəkmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxs məhkəmədə onun xeyrinə qərar qəbul edilməsinə köməklik edə biləcəyini demişdir. 2021–ci ildə Zərərçəkmiş şəxs onunla birgə Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində ümumilikdə 4.000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7.310 (yeddi min üç yüz on) manat pul alıb məhkəmədə onun xeyrinə qətnamə çıxardılmasında köməklik edəcəyini vəd etməsini, lakin vədinə əməl etməyib ona qarşı dələduzluq etməsini bilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, X1 gəlini və Təqsirləndirilən şəxs isə bacısı oğludur. Yeganə Həsənova əxlaqsız hərəkətlər etdiyi üçün oğlu Zərərçəkmiş şəxs ondan 19 iyun 2020–ci il tarixdə rəsmi şəkildə boşanmışdır. X10 Mehdixanovdan boşandıqdan sonra onlar arasında mülki mübahisələr yaranmışdır. 18 avqust 2020–ci il tarixdə Şəmkir Rayon Məhkəməsi X6 Mehdixanova məxsus fərdi yaşayış evində yaşama hüququ barədə qərar qəbul etmişdir. Ancaq Elşad X2 məxsus fərdi yaşayış evindən çıxarılması məqsədilə məhkəmə qərarını dəyişdirmək üçün ona köməklik edə biləcək şəxs axtarmağa başlamışdır. Həmin vaxt onun bacısı oğlu Təqsirləndirilən şəxs məhkəmədə onun xeyrinə qətnamə çıxarılmasına köməklik edə biləcəyini bildirmişdir. 2021–ci ildə Zərərçəkmiş şəxs onun iştirakı ilə Təqsirləndirilən şəxs 3.310 (üç min üç yüz on) manat pul vermişdir. Daha sonra X7 Mehdixanovdan ümumilikdə 7.310 (yeddi min üç yüz on) manat pul almış və məhkəmədə oğlu Elşad Medixanovun xeyrinə qətnamə çıxarılmasında köməklik edəcəyini vəd etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və oğlu Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023–ci il tarixdə dövlət büdcəsinə 1.828 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs da məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73–1.2–ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM– in 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-307/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-307/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver