Məhkəmə qərarları › İş №1(076)-307/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-307/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-307/2025 15.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 sentyabr 1989–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Bülbül küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdən 07 iyul 2025-ci il tarixədək olan müddət ərzində, istintaqla müəyyən olunmayan tarixlərdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Şəmkir şəhəri, S.Sərxanlı küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq vahid niyyətlə orada saxlanılan diri çəkisi 25 kiloqram, qara rəngli, dişi cinsli, təmiz ətlik çəkisi 12,5 kiloqram olan 250 (iki yüz əlli) manat dəyərində 01 baş, diri çəkisi 27 kiloqram, qara rəngli, dişi cinsli,təmiz ətlik çəkisi 13,5 kiloqram olan 245 (iki yüz qırx beş) manat dəyərində 01 baş, diri çəkisi 24 kiloqram, qara rəngli, dişi cinsli,təmiz ətlik çəkisi 12 kiloqram olan 230 (iki yüz otuz) manat dəyərində 01 baş, diri çəkisi 28 kiloqram, qara rəngli, dişi cinsli,təmiz ətlik çəkisi 14 kiloqram olan 265 (iki yüz altmış beş) manat dəyərində 01 baş, diri çəkisi 25 kiloqram, sarı rəngli, dişi cinsli, təmiz ətlik çəkisi 12,5 kiloqram olan 250 (iki yüz əlli) manat dəyərində 01 baş quzunu, diri çəkisi 30 kiloqram, qara rəngli, dişi cinsli,təmiz ətlik çəkisi 15 kiloqram olan 160 (yüz altmış) manat dəyərində 01 baş keçini, cəmi 06 baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 1400 (bir min dördyüz) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli talamaq niyyəti ilə oğurluq etmək məqsədiləözgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli talamaq niyyəti ilə oğurluq etmək məqsədilə 30 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixə keçən gecə, istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq orada saxlanılan 1 (bir) baş, erkək cinsli, sarı rəngli, diri çəkisi 30 kiloqram, ətlik çəkisi 15 kiloqram olan 300 (üç yüz) manat dəyərindəxırdabuynuzlu heyvanı (quzunu) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli talamaq niyyəti ilə oğurluq etmək məqsədilə 01 iyul 2025-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Şəmkir şəhəri, N.Xəzri küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısınamüdaxilə etməklə açıb qanunsuz daxil olaraq orada saxlanılan 1 (bir) baş erkək cinsli, qara rəngli, diri çəkisi 30 kiloqram, ətlik çəkisi 15 kiloqram olan 300 (üç yüz) manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 300 (üç yüz) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli talamaq niyyəti ilə oğurluq etmək məqsədilə 02 iyul 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanındayerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq orada saxlanılan 1 (bir) baş erkək cinsli, qara rəngli, diri çəkisi 35 kiloqram, ətlik çəkisi 17,5 kiloqram olan 330 (üç yüz otuz) manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 330 (üç yüz otuz) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli talamaq niyyəti ilə oğurluq etmək məqsədilə 08 iyul 2025-ci il tarixdə,saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq orada saxlanılan1 (bir) baş,dişi cinsli,qara-qırmızı rəngli, diri çəkisi 42 kiloqram, ətlik çəkisi 21 kiloqram olan 375 (üç yüzyetmiş beş) manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 375 (üç yüz yetmiş beş) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraqgizli talamaq niyyəti ilə oğurluq etmək məqsədilə 09 iyul 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixə keçən gecə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 məxsus Şəmkir şəhəri, S.Ə.Şirvani küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövlənin qapısına müdaxilə etməklə açıb qanunsuz daxil olaraq orada saxlanılan 1 (bir) baş,erkək cinsli, qara rəngli, diri çəkisi 25 kiloqram, ətlik çəkisi 12,5 kiloqram olan 220 (iki yüz iyirmi) manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğuldur, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs4 onun həmyerlisidir. Araz yaşadığı evin jəyətindəki xalxalda xırdabuynuzlu heyvanlar saxlayır. Pula ehtiyacı olduğu üçün oradan heyvan oğurlamaq qrarına gəlmiş, 01 iyul 2025-ci il tarixdə gecə saat 03 radələrində o, piyada Zərərçəkmiş şəxs4 xırdabuynuzlu heyvanlar saxladığı xalxalın yanına getmiş, heç kimin olmadığına əmin olduqdan sonra xalxalın qapısını açıb içəri daxil olmuş, oradan 01 ədəd quzunu qucağına alaraq götürüb çıxmış, öz yaşadığı evə aparıb tövlədə saxlamış, səhəri gün qəssabxana işlədən Xəqaniyə satmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 məxsus evin həyətindəki tövlədən 01 baş quzu oğurlamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində evdən çıxıb piyada Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətonə gizlin daxil olmuş, heç kimin onu görmədiyindən əmin olduqdan sonra oradan tövləyə girmiş, tövlədən 01 baş quzunu qucağına götürüb çıxıb getmişdir. Bundan əlavə, o, 2025-ci ilin iyul ayının əvvəllərində, günorta saatlrında Zərərçəkmiş şəxs3 yaşadığı ünvanda həmin saatlarda heç kimin olmadığını bilərək çəpərdən onun evinin həyətinə daxil olmuş, evin həyətində yerləşən tövlədən 1 baş quzunu qucağına götürüb evin darvazasının yanına aparmış, darvazadan bayıra tullanmış və darvazanın arxasını alt tərəfdən açıb quzunu bayıra çıxarmışdır. Sonra isə darvazanı örtmüş, lakin qıfılını bağlamamışdır və qarşısına açılmasın deyə daş qoymuş, oğurladığı heyvanı növbəti gün taksi fəaliyyəti ilə məşğul olan Babəkə məxsus avtomobillə aparıb Şəmkir şəhəri Nizami məktəbinin yanında yerləşən qəssab Şahid6 satmışdır. Təxminən 5-6 gün sonra saat 23 radələrində yenə Sabirin yaşadığı evin həyətinə gizli daxil olmuş, oradan tövləyə girmiş, tövlədən 01 baş quzunu götürüb eyni qaydada evin həyətindən bayıra çıxarmışdır. Həmin quzunu yaşadığı ünvanın həyətinə gətirib ora bağlamış, növbəti gün, saat 14 radələrində Sabirin yaşadığı evin həyətindən eyni qaydada 01 baş quzunu oğurlayıb aparmış, quzunu öz evin həyətinə gətirib digər heyvanın yanına bağlamışdır.O, Sabirin cəmi 3 quzusunu oğurlamışdır. Bundan başqa, o, 30 iyun 2025-ci il tarixdən 01 iyul 2025-ci il tarixə keçən gecə, dəqiq xatırlamadığı vaxtda Talıb Əsgərovun həyətyanı sahəsinin kənarında olan daş hasarın üzərindən aşaraq tövləsinə gizli daxil olmuş, oradan 01 baş quzunu oğurlamış, həmin quzunu öz yaşadığı evə aparıb tövlədə saxlamışdır. 02 iyul 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixə keçən gecə, gecə saatlarında o, təkrarən Talıbın evinin həyətndəki digər tövlədən 01 baş quzu oğurlayıb apararaq evindəki tövlədə oğurladığı digər quzularla birlikdə saxlamış, sonra onları yolda saxlatdığı, tanımadığı şəxsin idarə etdiyi göy rəngli “VAZ 2104” markalı avtomobillə Gəncə şəhərində yerləşən mal bazarına aparıb orada satmış, sürücüyə yol pulu olaraq 25 manat pul vermişdir. Bundan başqa, o, 09 iyul 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixə keçən gecə, gecə saatlarında həmyerlisi Zərərçəkmiş şəxs1 məxsus evin həyətindəki tövlədən 01 baş xırdabuynuzlu heyvanı oğurlayaraq yaşadığı evə aparmış, tanışı Şahid7 zəng etmiş, sonuncu “VAZ 2106” markalı avtomobillə onlara gəlmiş, orada Babəkə özünə məxsus quzu olduğunu və həmin quzunu Şəmkir şəhəri, R.Rəhimov küçəsində yaşayan qayını Şahid8gilə aparcağını bildirmiş, heyvanı Babəkə məxsus “VAZ 2106” markalı avtomobilin arxa yük yerinə qoyub qayınıgilə aparmış və ailə üzviləri orda olduğu üçün pay gətirdiyini bildirib onlara verərək Babəkə məxsus “VAZ 2106” markalı avtomobilə qayıtmışdır. Bütün oğurluqları təkbaşına etmiş, onun heyvan oğurlamasından nə Babəkin, nə də digər şəxslərin məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmişdir, lakin onlara dəymiş ziyanı qaytara bilmir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, N.Xəzri küçəsində öz fərdi yaşayış evi var və həmin yaşayış evinin həyətində heyvanların saxlanc yeri olan tövləsi var. Həmin tövlənin qarşısını dəmir torla və sement şiferlə hasara almışdır. Yaşadıqları evin həytyanı sahəsində hazırladığı dam örtüyü və dəmir torla hasara aldığı yerdə xırdabuynuzlu heyvanlar saxlayır. xx.xx.2025-ci il tarixdə özünə məxsus xırdabuynuzlu heyvanları saymış, heyvanlardan birinin əksik olduğunu görmüş, heyvanları tələsik saydığını, hansınsa gözündən yayındığını fikirləşmiş, gecəni yatmış və səhəri, yəni xx.xx.2025-ci il tarixdə heyvanları yenidən sayanda bir başının əksik olduğunu görmüş, tövləni və evin həyətyanı məhləsini gəzmiş, heyvanı tapa bilməmiş, oğurluq olmasını anlayıb şikayət etmiş, sonradan heyvanını Ayazın oğurladığını polislərdən eşitmişdir. Oğurlanmış heyvanı 30 kq, qara rəngli, təmiz ətlik çəkisi 18 kq, erkək cinsli xırdabuynuzlu heyvan olmaqla orta bazar qiyməti təxminən 300 manat olmuşdur. Təqsirləndirilən şəxs ona dəyən ziyanı ödəmədoyi üçün ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Ə.Şirvani küçəsində öz fərdi yaşayış evi var və həmin yaşayış evinin həyətində heyvanların saxlanması üçün tövlə və qarşısında ətrafı dəmir torla hasara alınmış tövləyə bitişik saxlanc yeri var. Özünə məxsus 9 baş xırdabuynuzlu heyvanları olmuş, həmin xırdabuynuzlu heyvanları vaxtı olanda dəmir torla hasara alınmış yerdən çölə çıxarıb otarır, vaxtı olmayanda isə həmin torla hasara alınmış saxlanc yerində saxlayıb yemini və suyunu verir. 30 iyun 2025-ci il tarixdə heyvanlarını sayıb tövləyə salmış, 01 iyul 2025-ci il tarixdə xırdabuynuzlu heyvanlara nəzarət etmək üçün tövləyə gəlmiş və heyvanları sayan zaman 9 baş xırdabuynuzlu heyvandan 1 başının yerində olmadığını görmüş, heyvanın itdiyini düşünərək şikayət etməmi, 02 iyul 2025-ci il tarixdə həmişəki qaydada heyvanları otlaqdan gətirib tövlənin qarşısında olan tövləyə bitişik ətrafı dəmir torla hasara alınmış saxlanc yerinə salmış, 03 iyul 2025-ci il tarixdə heyvanları otarmağa aparmaq üçün gəlmiş və heyvanları sayan zaman görmüş ki, 8 baş xırdabuynuzlu heyvandan yenə 1 başı əksikdir. Heyvanların oğurlandığını bilmiş, bununla bağlı Şəmkir rayon polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan 02 baş heyvanını Ayazın oğurlamasını bilmişdir. Oğurlanmış heyvanlarından birinin ümumi çəkisi 30 kq, sarı rəngli, 300 manat dəyərində, birinin ümumi çəkisi 35 kq, qara rəngli, 330 manat dəyərində olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxslə barışmamışdır, ona cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Şəmkir şəhəri, Şirvani küçəsində öz fərdi yaşayış evinin həyətində heyvanların saxlanması üçün tövləsi var. Özünə məxsus 7 baş xırdabuynuzlu heyvanları var. Xırdabuynuzlu heyvanları vaxtı olanda tövlədən çıxarıb otarır, vaxt olmayanda isə tövlədə saxlayıb yemini və suyunu verir. xx.xx.2025-ci il tarixdə heyvanlarını sayan zaman bir baş diri çəkisi 25 kq, qara rəngli, erkək cinsli 220 manat qiyməti olan 01 baş xırdabuynuzlu heyvanın (quzu) olmadığını görmüş, heyvanı tapmaq üçün yaşadığı ərazini gəzməyə başlamış, lakin tapa bilməmiş, oğurlandığını düşünüb polisə şikayət etmiş, bir neçə gündən sonra heyvanının Ayaz tərəfindən oğurlandığını polislərdən eşitmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S. Sərxanlı küçəsində yaşayır, heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Yaşadığı ünvanın həyətindəki tövlədə və tövlənin arxasındakı dəmir çəpərli kiçik sahədə özünə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlayır. Son vaxtlar qonşularının xırdabuynuzlu heyvanlarının oğurlandığını eşitmiş, xx.xx.2025-ci il tarixdə axşam saatlarında heyvanlarını sayan zaman 6 (altı) baş xırdabuynuzlu heyvanlarının yerində olmadığını bilmiş, bununla bağlı DİN-nin 102 qaynar xəttinə məlumat vermiş, sonradan onun heyvanlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Ona məxsus xırdabuynuzlu heyvanlar Təqsirləndirilən şəxs tərəfindən 20 iyun 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək olan müddət ərzində oğurlanmış, heyvanları diri çəksi 25 kq, təmiz ətlik çəkisi 18 kq, qara rəngli, dişi cinsli 01 baş, bundan başqa diri çəksi 27 kq, təmiz ətlik çəkisi 20 kq, qara rəngli, dişi cinsli 01 baş, bunda başqa diri çəkisi 24 kq, təmiz ətlik çəkisi 15 kq, qara rəngli, dişi cinsli 01 baş, bundan başqa diri çəkisi 28 kq, təmiz ətlik çəkisi 21 kq, qara rəngli, dişi cinsli 01 baş, bundan başqa diri çəkisi 25 kq, təmiz ətlik çəkisi 18 kq, sarı rəngli, dişi cinsli 01 baş, bundan başqa diri çəksi 30 kq, qara rəngli, təmiz ətlik çəksi 21 kq olmuşdur. Ona ümumilikdə 1400 manatlıq ziyan dəymişdir. Ayaz ona vurduğu ziyanı ödəmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 28 may küçəsində öz fərdi yaşayış evi və həmin yaşayış evinin həyətində heyvanların saxlanması üçün ətrafı dəmir torla hasara alınmış saxlanc yeri var. Həmin saxlanc yerinin ətrafını dəmir torla hasara almış, özünə məxsus 35 baş xırdabuynuzlu heyvanları var. Xırdabuynuzlu heyvanları vaxtı olanda həmin torla hasara alınmış yerdən çölə çıxarıb otarır, vaxtı olmayanda isə həmin torla hasara alınmış saxlanc yerində saxlayıb yemini və suyunu verir. xx.xx.2025-ci il tarixdə heyvanlarını sayan zaman bir baş diri çəkisi 42 kq, erkək cinsli, qara rəngli quzunun olmadığını görmüş, təkrar olaraq özünə məxsus 35 baş xırdabuynuzlu heyvanları yenidən sayan zaman həqiqətəndə yuxarıda əlamətlərini göstərdiyi quzunun olmadığını görmüşdür. O, həmin xırdabuynuzlu heyvanı tapmaq üçün yaşadığı ərazini gəzməyə başlamış, lakin özünə məxsus 01 baş xırdabuynuzlu heyvanı tapa bilməmişdir. Həmin xırdabuynuzlu heyvanı naməlum şəxs və ya şəxslər tərəfindən saxlanc yerinə daxil olmaqla oğurlandığını bilmişdir. O, oğurluq hadisəsi barədə Şəmkir rayon polis şöbəsinin inzibati binasına gəlmiş və polis əməkdaşına yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Üzərindən bir neçə gün keçəndən sonra məlum olmuş ki, ona məxsus 01 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan başqa, ona məxsus 35 baş xırdabuynuzlu heyvanlardan diri çəkisi 42 kq, qara-qırmızı rəngli, təmiz ətlik çəkisi 20 kq, dişi cinsli olan 01 baş xırabuynuzlu heyvan oğurlanmışdır. Orta bazar qiyməti təxminən 375 manatdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməsə də o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunlaa barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, özünə məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.Təxminən 10 gün əvvəl səhər saatlarında tanımadığı qadın müştərini avotomiblli ilə Şəmkir şəhəri, 20 yanvar küçəsindən götürüb Şəmkir şəhəri, S.Sərxanlı küçəsində yerləşən qəbiristanlığın yanına aparmış, onu düşürən zaman orada tanışı Təqsirləndirilən şəxs görmüş və ona yaxınlaşmış, müştəri olub-olmamasını soruşduqdan sonra onunla Şəmkir şəhəri, Ağdərə yaşayış massivində yerləşən evinə gedib 1 baş quzunu götürüb qəssab Xəqani Şahid6 Fidayil oğluna aparmağını xahiş etmiş, ounla razılaşmış və onlar birlikdə Ayazın yaşadığı evə getmiş və Ayaz əlində 1 baş quzu ilə gəlmiş və o, avtomobilin baqajını açmış, quzunu oraya qoyub ağzını örtərək Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində işləyən qəssab Şahid6 iş yerinə getmiş, orada quzunu Ayaz qəssab işləyən Şahid6 vermiş, sonra isə Ayazla birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsinə gəlmiş və onu orada düşürmüşdür. Ayaz ona gördüyü iş üçün 7 manat pul vermişdir. Lakin həmin zaman Təqsirləndirilən şəxs quzu ilə bağlı heç bir şey soruşmamış, bu hadisədən təxminən 3-4 gün sonra Şəmkir şəhəri, Ağdağlar yaşayış massivində Təqsirləndirilən şəxsla qarşılaşmış, Təqsirləndirilən şəxs ona yenə 1 baş quzunu bu dəfə Şəmkir şəhəri, 5-ci küçədə adını çəkmədiyi 1 nəfərə verəcəyini söyləmiş, onunla razılaşmış və eyni qaydada evinə gedib 1 baş quzunu avtomobilin baqajına qoyub göstərilən ünvana gətirmişdir. Ayaz ona avtomobildə gözləməsini söyləmiş və baqajda olan quzunu çıxarıb orada yerləşən ünvanlardan birinin həyətinə daxil olmuşdur. Qısa zaman sonra isə o,quzu olmadan geri qayıtmış və avtomobilə əyləşib onu avtomobilə əyləşdirdiyi yerə qaytarmağını bildirmişdir. Deyiləni etmiş və Təqsirləndirilən şəxs deyilən yerdə avtomobildən enəndə ona gördüyü iş üçün 7 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxsla qarşılaşmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs etdiyi heyvan oğurluqları barəsində əvvəlcədən məlumatı olmamış, sadəcə olaraq taksi sürücüsü kimi pul müqabilində onun dediklərini etmişdir. Məhkəmə istitnaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, R.Rəhimov küçəsi nömrəsiz evdə ailə üzviləri ilə birlikdə yaşayır. Özü Şəmkir şəhəri,İ.Qayıbov küçəsində yerləşən “Çörək” zavodunda ekspeditor işləyir. Təqsirləndirilən şəxs onun kürəkəni olmuşdur. 01 iyul 2025-cio il tarixdə o Bakı şəhərindəolan zaman Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək Şəmkir şəhəri, R.Rəhimov küçəsində yertləşən evlrinin qarşısındadır və onlara öz oğlunun ad günü münasibəti ilə hədiyyə etmək üçün 01 baş xırdabuynuzlu heyvan gətirmişdir. O, 01 baş xırdabuynuzlu heyvanı onların həyətinə qədər gətirdiyi üçün etiraz etməmişdir. O, iki gündən sonra Bakı şəhərindən evlərinə gəlmiş və heyvanı kəsmişlər. Sonradan Ayazın onlara apardığı heyvanı oğurladığını polis əməkdaşlarından eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 28 may küçəsində ailə gylərimlə birlikdə yaşayır. Mahiyyət üzrə bildirir ki, X1 onun oğludur. Rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıqla, bəzəndə ev təmiri işləri ilə məşğul olaraq ailəsini dolandırır. Şəmkir şəhəri, 28 may küçəsində öz fərdi yaşayış evləri var və həmin yaşayış evinin həyətində heyvanların saxlanması üçün ətrafı dəmir torla hasara alınmış saxlanc yeri var. Həmin saxlanc yerinin ətrafını dəmir torla hasara almışlar. Özlərinə məxsus 35 baş xırdabuynuzlu heyvanları var. Oğlu Zərərçəkmiş şəxs5 xırdabuynuzlu heyvanları vaxtı olanda həmin torla hasara alınmış yerdən çölə çıxarıb otarır, vaxt olmayanda isə o, saxlanc yerində saxlayıb yemini və suyunu verir. xx.xx.2025-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs5 heyvanları sayan zaman bir baş diri çəkisi 42 kq, erkək cinsli, qara rəngli quzunun olmadığını görmüşdür. Həmin vaxt o da evdə idi və oğlu Zərərçəkmiş şəxs5 onun yanına gəldi və bildirdi ki, 35 baş xırdabuynuzlu heyvanlardan bir baş xırdabuynuzlu heyvan yoxdur. Oğlu ilə birlikdə təkrar olaraq 35 baş xırdabuynuzlu heyvanları yenidən sayan zaman həqiqətən də yuxarıda əlamətlərini göstərdiyi quzunun olmadığını görmüşlər. Onlar həmin xırdabuynuzlu heyvanı tapmaq üçün yaşadıqları ərazini gəzməyə başlamışlar. Lakin 01 baş xırdabuynuzlu heyvanı tapa bilməmişlər. Bilmişlər ki, həmin xırdabuynuzlu heyvanı naməlum şəxs və ya şəxslər tərəfindən saxlanc yerinə daxil olmaqla oğurlanmışdır. Zərərçəkmiş şəxs5 bu barədə Şəmkir rayon polis şöbəsinə şikayət etmiş, bir neçə gün keçəndən sonra oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Cinayət işinin materiallarında olan 16 avqst 2025-ci il tarixdə Göygöl rayonu "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, qeyd edilən xırdabuynuzlu heyvanların əlamətləri üzrə 2025-ci ilin may ayına olan orta baxzar qiymətləri: Zərərçəkmiş şəxs4 məxsus diri çəkisi 30 kq, qara rəngli, təmiz çəkisi 15 kq olan erkək cinsli quzunun orta bazaer qiyməti 285-300 manat, Zərərçəkmiş şəxs5 məxsus diri çəkisi 42 kq, qara qırmızı rəngli, təmiz ətlik çəkisi 21 kq, dişi cinsli qoyunun orta bazar qiyməti 355-375 manat, Zərərçəkmiş şəxs1 məxsus diri çəkisi 25 kq, qara rəngli təmiz ətlik çəkisi 12,5 kq, erkək cinsli quzunun orta bazar qiyməti 210-220 manat, Zərərçəkmiş şəxs2 məxsus diri çəkisi 30 kq, sarı rəngli, təmiz ətlik çəkisi 15 kq, erkək cinsi quzunun orta bazar qiyməti 285-300 manat, diri çəkisi 35 kq, qara rəngli, təmiz ətlik çəkisi 17.5 kq, erkək cisli quzunun orta bazar qiyməti 315-330 manat, Zərərçəkmiş şəxs3 məxsus diri çəkisi 25 kq, təmiz ətllik çəkisi 12.5 kq, dişi cinsli quzunun orta bazar qiyməti 235-250 manat, diri çəkisi 27 kq, qara rəngli, təmiz ətlik çəkisi 13,5 kq, dişi cinsli quzunun orta bazar qiyməti 230-245 manat, diri çəkisi 24 kq, qara rəngli, təmiz ətlik çəkisi 12 kq, dişi cinsli quzunun orta bazar qiyməti 215-230 manat, diri çəkisi 28 kq, qara rəngli, təmiz ətlik çəkisi 14 kq, dişi cinsli quzunun orta bazar qiyməti 250-265 kq, diri çəkisi 25 kq, sarı rəngli, təmiz çəkisi 12,5 kq, dişi cinsli quzunun orta bazar qiyməti 235-250 manat, diri çəkisi 30 kq, qara rəngli təmiz ətlik çəkisi 15 kq, dişi cinsli keçinin orta bazar qiyməti 150-160 manat göstərilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yşar oğlu barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılmasının əvvəli 20 iyul 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan AA6204157 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşağı var. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus cəmi 03 baş quzunu oğurladığını bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlrla onun Zərərçəkmiş şəxs3 məxsus 05 baş quzu və 01 baş keçi olmaqla cəmi 06 baş heyvanı oğurlaması öz təsdiqini tapır, onda görə də məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsini özünümüdafiə kimi qiymətkəndirir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq–aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənə qədərə dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün cəmi 187 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 17 saat hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 187 (bir yüz səksən yeddi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar