Məhkəmə qərarları › İş №1(076)-308/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-308/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-308/2023 20.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonu, Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bəhram oğlu tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə 03 mart 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, Cahangir Əliyev küçəsində yerləşən “Elit” restoranın ümumi zalında masanın üzərindən Zərərçəkmiş şəxs Firuz oğluna məxsus 1 ədəd 21,08 qram çəkidə 583/585 əyyarlı qızıldan hazırlanmış 1792 manat dəyərindən təsbehi gizli talayaraq oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl, videogörüntü və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, X1 tanıyır, Şəmkir şəhərində çayxanada tanış olmuş, imkan olduqca çayxanada görüşüb çay içmişlər. O, kirayədə qaldığı üçün özünə iş axtarmış və Şəmkir şəhəri, Cahangir Əliyev küçəsində yerləşən “Elit” restoranında administrator işləyən Muradın vasitəsilə restoranda gündəlik 10 manata ofisiant kimi 2022-ci ilin dekabr ayının sonlarından işləməyə başlamışdır. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həmin restoranda işləmiş və valideynləri Rusiya Federasiyasından gəldiyi üçün işdən çıxmışdır. Sonradan o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi yenidən gündəlik 10 manata “Elit” restoranında ofisiant kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işdə olan vaxtı iki nəfər cavan oğlanlar restorana müştəri kimi gəlmiş və 4 №-li otaqda oturmuşlar. Həmin otaq ona tapşırıldığına görə qonaqlara qulluq etmişdir. Həmin şəxslər yemək sifariş vermiş və nahar etdikdən sonra hesabı ödəyib getmişlər. O, masanı təmizləyən vaxtı masanın üzərində 1 ədəd qızılı rəngli təsbeh olduğunu görüb götürmüşdür. Təsbehin masada oturub nahar edən şəxslərin olmasını bilsə də bu barədə heç kimə deməmişdir. Pula ehtiyacı olduğuna görə özündə saxlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə oradan işdən çıxmış və işə getməmişdir. Götürdüyü təsbehi də kirayədə yaşadığı evdə saxlamışdır. Təsbehin qızılı rəngli olmasına görə qızıl ola biləcəyini fikirləşmişdir. Buna görə tək Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən adını xatırlamadığı lombarda təsbehin qızıl olub-olmamasını yoxlatmaq üçün aparmışdır. Orada bir nəfər adını bilmədiyi qadın zərgər təsbehə baxmış və təsbehin qızıl olduğunu bildirmişdir. 17 aprel 2023-cü il tarixdə saat 16 radələrində o, tanışı İsrafil ilə çayxanada görüşmüş, qızılı olduğunu və satma istədiyini bildirmişdir. İsrafil ona məsləhət etmişdir ki, Gəncə şəhərində qızıl alınır, ora gedib sata bilər. İsrafil adını bilmədiyi bir nəfər tanışına zəng etmiş və olduğu yerə çağırmışdır. Həmin şəxs özünə məxsus markasını və nömrəsini xatırlamadığı ağ rəngli avtomobil ilə gəlmişdir. Onlar avtomobilə əyləşmiş və oradan bir başa Gəncə şəhərində yerləşən qızıl alman Mərkəzi univermağa getmişlər. Yolda o, təsbehi İsrafilə göstərmiş və satmaq istədiyi qızılın bu olduğunu bildirmişdir. İsrafil və adını bilmədiyi tanışı ondan təsbehi haradan əldə etdiyini soruşmuşlar. O, təsbehin özünə məxsus olduğunu demişdir. Gəncə şəhərinə çatmış və birlikdə univermağa girmişlər. Təsbehi orada olan adını xatırlamadığı bir neçə nəfər şəxslərə göstərmişdir. Təsbehi orada çəkmişlər 21.8 qram olmuş və 1 qrama 62-65 manat arası, ən yaxşı halda 1350 manata təklif etmişlər. Lakin, o satmamışdır. Orada Şəmkir şəhərinə qayıtmışlar. Sonra onu Şəmkir rayon polis şöbəsindən çağırmışlar. O, etdiyi əmələ görə peşmandır. O, “Elif’ restoranında işləyən vaxtı müqaviləsiz işləmiş, gündəlik 10 manat pul almışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 ay, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4 gün işləmişdir. İşdən çıxmaq səbəbi də onu orada bağban kimi işlədən zaman barmaqlarını kəsdiyinə görə əsəbləşib çıxmışdır. O, təsbehin oğurluq olması barədə heç kimə deməmişdir. Zərərçəkmişlə barışdığını, oğurlanmış əşyanı qaytarmasını, ondan heç bir şikayətinin olmamasını, əməlindən peşman olmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdir ki, ailə üzvləri ilə Bakı şəhərində yaşayır. 03 mart 2023-cü il tarixdə Şəmkir şəhərinə qonaq gəlmiş və Şəmkir şəhərində yerləşən “Elif’ restoranına tanışı Fuad ilə getmişdir, orada oturub çörək yemişlər. Onlara bir nəfər qulluq etmişdir. Sonra saat 17 radələrində hesabı verib oradan çıxmışlar. O, yolda olanda özünə məxsus qızıldan təsbehin üzərində olmadığını bilmişdir. Buna görə tez restorana qayıtmış və onlara qulluq edən adını sonradan bildiyi Aqşin adlı oğlandan təsbehini götürüb-götürmədiyini soruşmuşdur. Aqşin ona masanı özünün təmizlədiyini və təsbehi görmədiyini demişdir. Buna görə o, oradan getmiş və təsbehi başqa yerlərdə axtarmışdır. Lakin tapa bilməmiş və buna görə polis şöbəsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus təsbehi “Elif’ restoranında onlara qulluq edən Aqşin adlı şəxs masanın üstündə götürüb özündə saxlamış və o, təsbeh barədə soruşsa da ona yalandan tapmadığını demişdir. Tasbeh ona qaytarılmış və onun hazırda heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, Nizami küçəsi ev 57-də ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Şəmkir şəhəri, Cahangir Əliyev küçəsində yerləşən “Elit” restoranı onundur. O, özü də restoranda olur. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər restoranda ofisiant kimi bir neçə gün işləmişdir. Sonradan Aqşin işdən çıxmışdır. Aqşin gündəlik işlədiyinə görə qəbzlə 10 manat pul verilmişdir. Onlarda ofisiant kim işləyən şəxslər gündəlik olaraq qəbzlə pulunu alır. Ayxan Baxşəliyevi tanıyır. Belə ki, Ayxan restorana müştəri gəlib-gedir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində Ayxan müştəri kimi gələrək qonaqları olmuş, sonradan yenidən restorana gələrək özünə məxsus qızıldan 1 ədəd təsbehi itirdiyini bildirmişdir. Onlar bununla bağlı təsbehini axtarsalar da tapa bilməmişlər. Sonradan Ayxan polisə şikayət edərək təsbehinin oğurlandığını demişdir. Daha sonradan onlara məlum olmuşdur ki, Aqşin ofisiant işləyən vaxtı Ayxan gilə quluq edəndə Ayxanın təsbehini götürüb. Sonradan Aqşin təsbehi satmaq istəyəndə polislər tərəfindən tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək 40 qramlıq təsbehinin itirilməsini bildirərək onun tapılmasında ona köməklik edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs təsbehin onda olduğunu, ondan götürülməsinə etiraz etmədiyini bildirmiş və həmin təsbeh ondan götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bəhman oğlu xx.xx.2023-cü il tarixdə işlədiyi “Elit” adlı restoranda masanın üzərindən götürdüyü 1 ədəd təsbehi təqdim etdi. Qeyd olunan 1 ədəd təsbeh qızılı rəngli olmaqla açıq vəziyyətlə 20 sm uzunluğundadır. Təqdim olunan təsbehin üzərində heç bir zədə müşahidə olunmur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Şəmkir şəhəri, C.Əliyev küçəsində yerləşən “Elit” restoranında olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində həmin restoranda ofisiant kimi işlədiyi zaman 2 nəfər şəxsin 4 nömrəli otaqda yemək yeyəndə onlara qulluq etmişdir. Onlar getdikdən sonra otağı yığanda stolun üstündə 1 ədəd təsbeh olduğunu görmüş və təsbehi götürdüyünü bildirmişdir. Bu barədə protokol tərtib edilməklə foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd təsbeh götürülməklə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə foto çəkillər çəkilərək protokola əlavə edilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd qızıldan hazırlanmış təsbeh maddi sübut hesab edilərək saxlanılması üçün xx.xx.2023-cü il tarixdə sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2023-cü il tarixli 6/2508-9/3185 №-li rəyin nəticə hissəsindən görünür ki, aparılmış fizikikimyəvi tədqiqatın nəticələrini nəzərə almaqla tədqiqata təqdim edilən 1 ədəd 21,08 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış təsbehin modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti təxminən 1792 manat olması müəyyən edilir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulan ittiham ona elan olunması qərara alınmışdır. 02 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yeri Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək İB-nə təhvil verilmiş və həmin tarixdə icraat təzələnməklə istintaq davam etdirilmişdir. 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə olan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalıyaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə zəng edərək onun iştirakı ilə bir sıra istintaq hərəkətlərinin keçirilməsi üçün Şəmkir RPŞ-nə dəvət edildi. Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində müalicə olunduğunu və müalicəsi qurtardıqdan sonra gələcəyini bildirdi. 25 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə dayandırılmış icraat Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Şəmkir RPŞ-nə gətirilməsinə görə icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərəri ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şikayət və tələbin olmaması, onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ilk dəfə cinayət törətməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan ictimai işləri cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ictimai işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməli, iş üzrə maddi sübut hesab edilən 1 ədəd qızıldan hazırlanmış təsbehin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********2944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 380 (üç yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd qızıldan hazırlanmış təsbehin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar