Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-308/2025 03.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayon, Beynəlmiləl anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayon, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən torpaq sahəsində X5 və həmkəndlisi Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərin pozulması zəminində, yəni Zabit Heydərovun icarəyə götürdüyü torpaq sahəsinə keçən arxın qarşısının kəsilməsinə görə qarşılıqlı olaraq biri-birilərinin ünvanlarına nalayiq ifadələr işlətmələrindən sonra tərəflər arasında ilkin olaraq söz mübahisəsi baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs təpik zərbəsi ilə Zabit Heydərovun sol döş nahiyəsinə qəsdən vuraraq sol tərəfli 7-ci qabırğanın yerini dəyişməyən sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, X3 tanıyır və həmkəndlisidir. Əvvəllər aralanda normal münasibətləri olmuşdur. Təxminən 2-3 ildir ki, Zabit Heydərovla aralarında su məsələsinə görə münasibətlər pozulmuşdur. Belə ki, onların kənddə sahələrin suvarılması üçün kiçik ölçülü arx vardır və ayrı-ayrı sakinlər həmin sahədən suvarmada istifadə edirlər. X10 göstərilən müddət ərzində həmin arxın qarşısını kəsərək suyu yalnız özünə məxsus yonca sahəsinə yönləndirib istifadəsini təmin edir. Əvvəllər o, və digər kənd sakinləri ona bu barədə xəbərdarlıq etmiş, arxın qarşısını açmasını istəmiş, X10 bunlara məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Bu məsələ ilə bağlı sonuncu dəfə 21 avqust 2025-ci il tarixdə saat 21 radələrində həyat yoldaşı Nəsirova X7 Heydərovun evinə getmiş və lakin aralarında razılıq yaranmamışdır. 22 avqust 2025-ci il tarixdə saat 07:30 radələrində o, kənd ərazisində yerləşən özünə məxsus torpaq sahəsinə getmiş, həmin vaxt heyvanlarını otarmağa aparan Zabit Heydərovu görmüş və ondan arxın qarşısını açmasını istəmişdir. Zabit buna etiraz etdikdə aralarında əvvəlcə söz mübahisəsi, sonra isə fiziki mübahisə yaranmışdır. O, avtomobildən düşmüş və Zabitlə əlbəyaxa olmuşdur. O, əlləri ilə yaxasından tutaraq onu hədələmiş, daha sonra bir-birilərinə boğazdan tutaraq mübahisəni davam etmişlər. Zabitin endirdiyi yumruq zərbəsi ona sol qoluna dəymiş, geri çəkilməli olmuşdur. Ardınca Zabitin digər yumruq zərbəsi sifət nahiyyəsinə dəymişdir. Bundan sonra Zabit Heydərov yerdən götürdüyü ağac parçası ilə başına zərbə endirmişdir. Yerdə olan zaman isə Zabit Heydərovun baş və çiyin nahiyəsinə zərbələr endirmişdir. Sonra isə ətrafda olan şahidlər – həmkəndliləri Şahid2 və başqaları onları ayırmışlar. Hal-hazırda o X5 ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Hazırda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş zərər çəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və həmkəndlisidir. Əvvəllər aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Pərvizin həyat yoldaşı Leyla onun evinə gələrək icarədə işlədiyi torpaq sahəsində yerləşən su arxının qolunun uzadılaraq onların da sahəsinə aparılmasını xahiş etmişdir. O, da ona razılaşdığını, hətta ümumi xərcdə 10 manat da onun kömək göstərəcəyini bildirmişdir. Qarşılıqlı razılaşdıqdan sonra Leyla öz evinə getdi. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində o, özünə məxsus heyvanları sahəyə apararkən Təqsirləndirilən şəxs da öz avtomobili ilə arxın qarşısını kəsərək onu dayandırdı. O, avtomobildən düşərək arvadının etdiyi təklifi qəbul etdiyini dedi. Lakin Pərviz aqressiv şəkildə guya onun özbaşına hərəkət etdiyini bildirərək söz mübahisəsi yaratdı. O, özünə məxsus iri buynuzlu heyvanın başqa sahəyə girməsinin qarşısını almaq üçün inəyin dalınca getdi. Həmin vaxt Pərviz avtomobilini qarşına sürərək onu dayandırdı və avtomobildən düşərək əvvəlcə sol gözündən, daha sonra baş və üz nahiyətindəndən yumruqla zərbələr endirdi. Oradan keçən Allahverdi adlı həmkəndli, onlara yaxınlaşaraq Pərvizə mane olmaq istədi. Lakin Pərviz üzərinə gələrək təpiklə sol döş nahiyənə zərbə endirdi və o, zərbənin təsirindən yerə yıxıldı. O, özünü müdafiə etmək üçün yerdən götürdüyü ağac parçası ilə Pərvizin bel və çiyin nahiyəsinə zərbə vurdu. Aralarında söz mübahisəsi yaranmışdır və qarşılıqlı olaraq bir-birilərini təhqir etmişlər. Bundan sonra isə o, evinə gəlib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək məlumat verdi. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan X1 evinə onun torpaq sahəsindən keçən arxın qarşısını açması üçün xahiş etməyə getmiş, 22 avqust 2025-ci il tarixdə isə əri Təqsirləndirilən şəxs X1 mübahisə etmələrini öyrənməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 762 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyyəsinin, üst dodağın dəri hissəsinin sağ yarısının əzilmiş yaraları, hər iki bazunun aşağı üçdə birinin arxa səthinin sıyrıqları və sol tərəfli Vİİ qabırğanın yerini dəyişməyən sınığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol tərəfli Vİİ qabırğanın yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol qaş nahiyyəsinin, üst dodağın dəri hissəsinin sağ yarısının əzilmiş yaraları, hər iki bazununn aşağı üçdə birinin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materialında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmiş, bəraət verici əsaslar olmadan iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 31.5 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 7 manat olmaqla 77 (yetmiş yetdi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 7 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-308/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-308/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver