Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-31/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər– Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990–cı il tarixdə Şəmkir rayonu, Yeni Göyçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni Göyçə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə tanışı Şahid4 və Şahid2 vasitəsilə tanıdığı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 xalası Şahid1 əvvəllər aldığı xəstəliklə bağlı İİ qrup əlillik təqaüdünü bərpa etdirməyə köməklik göstərəcəyinə dair yalan vədlər verərək onu aldadıb qəsdən vahid niyyətlə 10 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus və hesab nömrəsi istintaqa məlum olmayan bank kartından sonuncunun xalası oğlu Şahid5 istintaqa məlum olmayan bank kartına göndərdiyi 1800 (bir min səkkiz yüz) manat pulu Şahid4 və Şahid2 tərəfindən Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən “Sərfəli Market”in içərisində yerləşən “eManat” ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “416973******6553” nömrəli kart hesabına köçürülməsi və 2022-ci ilin oktyabr ayında, istintaqa məlum olmayan tarixdə tanışı Şahid2 tərəfindən Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən “Sərfəli Market”in içərisində yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 250 (iki yüz əlli) manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “416973******4196” nömrəli kart hesabına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2050 (iki min əlli) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə arvadı Şəlalə Hacıyevanın qohumu Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs2 ürək xəstəliyi ilə bağlı əvvəllər aldığı əlillik təqaüdünü bərpa etdirməyə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb qəsdən vahid niyyətlə 14 və 16 noyabr 2022-ci il tarixlərində Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “416973******6553” nömrəli kart hesabına müvafiq olaraq 2000 (iki min) və 500 (beş yüz) manat köçürülməsi yolu ilə və 2023-cü ilin yanvar ayında istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun ərazisində görüşüb sonuncudan 200 (iki yüz) manat nəğd pul alıb, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yeni Göyçə kəndində arvadı Şəlalə Hacıyeva və iki azyaşlı övladı ilə birlikdə yaşayır.Tərtər Hərbi Məhkəməsinin 03 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Amnistiya aktına əsasən cərimə cəzasından azad olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Bədənində müxtəlif yanıq xəsarətləri olduğundan 1-ci qrup əlil kimi qeydiyyatdadır və 501 manat təqaüd alır. Şahid2 və Şahid4 tanıyır. Onlarla arasında düşmənçilik və ədavəti yoxdur. 2022-ci ilin oktyabr ayında Sərdarla rayon ərazisində görüşüb çay içən zaman Sərdar ona bildirmişdir ki, onun qohumunun pensiyasını bərpa etdirmək lazımdır. O, Sərdara onun tanışı olduğunu və köməklik edə biləcəyini və işin müqabilində onun tanışından 1800 manat pul alacağını söyləmişdir. Sərdar onunla razılaşmış və səhərisi gün Səfdərlə birlikdə onunla rayon ərazisində yerləşən çayxanada görüşmüşlər. Səfdər ona qohumuna məxsus sənədləri vermişdir. Sənədləri götürüb o, yaşadığı ünvana getmişdir. O, gedən zamanı Sərdara Kapital banka məxsus kartının 16 rəqəmli kodunu vermişdir. Səhərisi gün Sərdar ona məxsus karta 1800 manat pulu Səfdərin iştirakı ilə vurmuşdur. O, həmin pulu kartdan çıxardıb şəxsi ehtiyacları üçün istifadə etmişdir. Sonra isə o, Səfdərlə Şəmkir rayon ərazisində görüşmüşdür. O, Səfdərə həmin vaxt təxminən tam yadında olmasada 300-400 manat pul vermişdir. Həmin pulu verən zaman onların yanında heç kim olmamışdır. Bundan sonra o, Səfdərdən 2-3 dəfəyə əlavə olaraq 250 manat pul almışdır. Həmin puldan isə Səfdərə 50 manat pul vermişdir. Sonra isə o, eşitmiş ki, Səfdər onun haqqında Şəmkir RPŞ-nə şikayət etmişdir. Bundan başqa barəsində şikayət edən Zərərçəkmiş şəxs2, arvadı Şəlalənin yaxın qohumu olduğu üçün tanıyır. Arvadının dayısı Səfər təxminən 5-6 ay əvvəl vəfat etməsi səbəbindən arvadı ilə birlikdə Səfərin evində yas mərasimində iştirak edən zaman Gülnarə ona yaxınlaşıb və təqaüdünün kəsildiyini deyərək ona köməklik göstərməyini xahiş etmişdir. Bu söhbətlərindən 2-3 gün sonra Gülnarə ilə telefonda danışıb Şəmkir rayonunda yerləşən “Kapital” bankın qarşısında onu gözlədiyini və gəlib burada ona pul verməsini demişdir. O, Gülnarənin olduğu yerə gəlmiş və 2000 manat kartına pul vurdurmuşdur. Daha sonrasında onlar ayrılmışlar. Bu hadisədən 2 gün sonra onlar yenə zəngləşmişlər və Gülnara əvvəlcədən 3000 manat pulunun çıxacağını demiş və xx.xx.2022-ci il tarixdə kart hesabına 500 manat pul yüklətdirmişdir. Daha sonra 150 manat və 50 manatda ona məxsus plastik kartına pul vurdurmuşdur. Gülnarədən anket məlumatlarını gətirməsini, narahat olmamasını, işini düzəldəcəyini bildirmişdir. Bu hadisələr 2022-ci ilin noyabr ayında baş vermişdir. 2022-ci ilin noyabr ayından bu yana o, Gülnarəyə təqaüd düzəltdirməmiş eləcədə ondan aldığı pulu geri qaytarmamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 vurduğu 2050 (iki min əlli) manat maddi ziyanın 1400 (bir min dörd yüz) manatını ödəmiş, qalan 650 (altı yüz əlli) manat ziyanla bağlı isə razılığa gəlmişlər. Eyni zananda Zərərçəkmiş şəxs2da vurmuş olduğu 2700 (iki min yeddi yüz) manat maddi ziyanın 1400 (bir min dörd yüz) manat hissəsini ödəmiş, qalan 1300 (bir min üç yüz) manat ödənməmiş hissəsi ilə bağlı öz aralarında razılığa gələrək, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Odur ki, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailədə qazanc gətirən geganə şəxs olmasını və məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, O, Şəmkir rayonu, Yeni Həyat kəndində əri X2 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda evdar qadındır. Təqsirləndirilən şəxs bacısının baldızının kürəkəni olması səbəbindən tanıyır. Təqsirləndirilən şəxs, Düzqışlaq kəndində yaşayan Ceyran adlı qohumuna təqaüd düzəltməsi səbəbindən Ramini tanıyanlar Raminin təqaüd düzəltdirə bildiyini demişlər. Onun ürəyində dəlik olması səbəbindən aldığı təqaüd kəsilmişdir. Təqaüdü bərpa etdirmək üçün Raminlə əlaqə saxlayıb bu haqda söhbət etmişdir. Ramin ondan ilk dəfə 2000 manat istəmiş və sonra isə təqaüdü ömürlük edəcəyini deyib 2500 verməyini demişdir. O, etiraz etməmiş və 2022-ci ilin noyabr ayında Raminlə əlaqə saxlamışdır. Onlar Şəmkir rayonu 20 yanvar küçəsində yerləşən kapital bank bankomatının yanında görüşmüşlər. O, Raminə kartına vurması üçün 2000 manat pul vermişdir. Elə həmin vaxtı Ramin pulu karta vurmuş və ona qəbzini vermişdir. İki gün sonra 500 manat yenə də Ramin ilə görüşüb ona vermiş, Ramin eyni qaydada həmin pulu da karta köçürüb ona qəbzini vermişdir. Bundan təxminən 2 ay sonra o, Ramin ilə görüşüb Raminə 200 manat pul əllə vermişdir. Ramin adlı şəxs bu günə kimi ona təqaüd düzəldirəcəyi vədinə əməl etməməklə yanaşı ona verdiyi 2700 manat pulu geri qaytarmayaraq daima verəcəyini deyib uzatmışdır. Bu səbəbdən də o, gələrək Şəmkir RPŞ-nə xx.xx.2023cü il tarixdə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanın 1400 (bir min dörd yüz) manat hissəsini ödəmiş, qalan 1300 (bir min üç yüz) manat ziyanla bağlı razılıq əldə edilmiş və o, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın qalan hissəsinin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid1 onun xalasıdır, aralarında normal münasibətlər olmuş, əvvəllər Qumrunun 2-ci qrup əlilliyi olmuşdur. Lakin sonradan təqaüd verilməsi dayandırılmışdır. Barəsində şikayət etdiyi Şahid2 isə onun qohumu və xalası Qumrunun dayısıdır. Aralarında normal münasibətlər olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəlində xalası əlilliyinin bərpası məqsədilə təkrar müayinə məqsədilə dayısı Səfdərlə birlikdə Bakı şəhərinə getməli olmuşdur. Lakin Bakı şəhərinə getməmiş ona tanışlarının olduğunu və əlillik təqaüdünün bərpa olunmasında köməklik edə biləcəyini demişdir. Xalası da razılaşmışdır. O, həmin ərəfədə Fransanın Strasburq şəhərində olmuş və xalası ona zəng edərək təqaüd düzəltdirmək üçün 1800 manat pula ehtiyacının olduğunu demişdir. O, xaricdə olduğundan Səfdərə verilməsi üçün əvvəlcə 1800 manat pulu özünə məxsus Rabitəbank kartından xalası oğlu Röyal Hüseynovun kartına göndərmişdir. Röyal da pulu çəkib Səfdərə vermişdir. Oktyabr ayında həmin prosesdən 4 gün sonra Şəmkir şəhərinə yaşadığı evə gəlmişdir. Həmin vaxt Səfdər pulun qalan hissəsini götürmək üçün ünvan 2 ünvanına gəlmişdir. O, Səfdərə verməsi üçün qalan 250 manat pulu anası Şahid3, o da öz növbəsində Şahid2 vermişdir. Səfdər də tezliklə oktyabr ayının sonunda xalasının təqaüdünün düzələcəyini və kartını əldə edəcəyini demiş və daha sonra çıxıb getmişdir. Ondan sonra dəfələrlə Səfdərlə əlaqə saxlayıb məsələnin nə yerdə qaldığını və təqaüdün düzəlib-düzəlmədiyini soruşduqda, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa və onları aldatmağa başlamışdır. Yenidən əlaqə saxlayıb pulu istəsə də, onu da verməkdən imtina etmiş və bu səbəbdən ərizə ilə Şəmkir RPŞ-nə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanın 1400 (bir min dörd yüz) manat hissəsini ödəmiş, ona dəymiş ziyanın qalan hissəsini isə ödəyəcəyinə dair söz vermişdir. Odur ki, qeyd olunan halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısı Sonanın nəvəsidir. Onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Bacısı qızı Şahid1 2-ci qrup əlilliyi olmuşdur. Sonradan təqaüdün verilməsi müəyyən səbəblərə görə dayanmışdır. 2022-ci ilin oktyabr ayının əvvəlində o, Qumrunun əlilliyini bərpası məqsədi ilə təkrar müayinə üçün bir neçə dəfə Bakı şəhərinə getmişlər. Lakin sonuncu dəfə Bakı şəhərinə getməmiş Qumru ondan bir nəfər vasitəsi ilə əlillik təqaüdünün bərpa olunmasında köməklik etməyini xahiş etmişdir. O, Qumruya kəndlisi Sərdar adlı tanışı olduğunu və bu işdə onlara köməklik edə biləcəyini demişdir. Qumru da onunla razılaşmışdır. O, bundan sonra tanışı Sərdara zəng edib bu barədə məlumat verdikdən sonra ona Sərdar bildirmiş ki, onun tanışı var onunla maraqlanıb ona bir qiymət deyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Sərdar ona zəng edib bildirmiş ki, işin düzəlməsi üçün 1800 manat pul lazımdır. O, bundan sonra bu barədə bacısı qızı Şahid1 məlumat vermiş, o isə onunla razılaşmışdır. Bacı qızı Zərərçəkmiş şəxs1 anasından 1800 manat borc pul almış və həmin pulu Şahid6 vasitəsi ilə ona Şəmkir rayonu Dəllər qəsəbəsində pulu vermişdir. O, həmin pulu aldıqdan sonra Sərdarla bazar adlalan ərazidə görüşüb sonuncuya təqdim etmişdir. Sərdar 1800 manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs adına olan plastik karta E manat vasitəsi ilə göndərmişdir. Pulu göndərdikdən sonra ona bildirmiş ki, Təqsirləndirilən şəxs adlı şəxsin sosial fonda işlədiyini onlara köməklik edəcəyini bildirmişdir. Təxminən 4 gün sonra o, Sərdar zəng edərək bildirmiş ki, əlavə 250 manat pul lazımdır. O, bununla razılaşıb Qumruya zəng edib əlavə 250 manat pul lazım olduğunu bildirmişdir. Qumru 250 manat pulu götürmək üçün bacısı Sənurənin yaşadığı ünvana getməyini bildirmişdir. O, Sənurənin yaşadığı ünvana gedərək 250 manat pulu götürüb Sərdarla görüşmək üçün bazar adlanan əraziyə getmişdir. Sərdar ondan 250 manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs adına olan plastik karta E manat vasitəsi ilə göndərmişdir. Bundan sonra o, Sərdardan işin nə vaxt düzələcəyi barədə məlumat almaq isdəsədə bu gün sahab deyərək onu aldatmağa başlamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 onun bacısıdır, aralarında normal münasibətlər olmuş, əvvəllər Qumrunun 2-ci qrup əlilliyi olmuşdur. Lakin sonradan təqaüdünün verilməsi dayandırılmışdır. Zərərçəkmiş şəxs1 isə onun qızıdır. Barəsində şikayət etdiyi Şahid2 isə onun dayısıdır. Aralarında normal münasibətlər olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəlində bacısı Qumru əlilliyinin bərpası məqsədilə təkrar müayinə üçün dayısı Səfdərlə birlikdə Bakı şəhərinə getməli olmuşlar. Lakin Bakı şəhərinə getməmiş Səfdər ona tanışlarının olduğunu və əlillik təqaüdünün bərpa olunmasında köməklik edə biləcəyini demişdir. Qumru da razılaşmış və Səfdər 2050 manat müqabilində təqaüdün bərpa olunacağını demişdir. Qızı Lalə həmin ərəfədə Fransanın Strasburq şəhərində olmuş və bacısı Laləyə zəng edərək təqaüd düzəltdirmək üçün 1800 manat pula ehtiyacının olduğunu demişdir. Lalə də xaricdə olduğundan Səfdərə verilməsi üçün əvvəlcə 1800 manat pulu özünə məxsus Rabitəbank kartından digər bacısının oğlu Röyal Hüseynovun kartına göndərmişdir. Röyal da pulu çəkib Səfdərə vermişdir. Oktyabr ayında həmin prosesdən 4 gün sonra Lalə Şəmkir şəhərinə yaşadıqları evə gəlmişdir. Həmin vaxt Səfdər pulun qalan hissəsini götürmək üçün ünvan 3 ünvanına gəlmiş və Lalənin Səfdərə vermək üçün ona verdiyi 250 manat pulu Şahid2 vermişdir. O, da tezliklə oktyabr ayının sonunda bacısının təqaüdünün düzələcəyini və kartını əldə edəcəyini demiş və daha sonra çıxıb getmişdir. Ondan sonra dəfələrlə Səfdərlə əlaqə saxlayıb məsələnin nə yerdə qaldığını və təqaüdün düzəlib düzəlmədiyini soruşduqda, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa və onları aldatmağa başlamışdır. Yenidən əlaqə saxlayıb pulu istəsək də, onu da verməkdən imtina etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 onun xalası qızı və baldızıdır, aralarında normal münasibətlər olmuş, Qumrunun 2-ci qrup əlilliyi olmuşdur. Lakin sonradan təqaüdünün verilməsi dayandırılmışdır. Zərərçəkmiş şəxs1 isə onun baldızı qızıdır. Barəsində şikayət etdiyi Şahid2 isə dayısıdır. Aralarında normal münasibətlər olmuşdur. 2022-ci ilin oktyabr ayının ortalarında Lalə xaricdə olduğundan oğlu Şahid5 zəng edərək dayısı Səfdərə verilməsi üçün 1800 manat pulu özünə məxsus Rabitəbank kartından Röyalın kartına göndərmişdir. Röyal da işdə olduğu üçün pulu çəkib Səfdərə verməsi üçün kartı ona vermişdir. O, 1800 manat pulu kartdan çəkib Şəmkir rayonu, Dəllər qəsəbəsində Səfdərlə görüşmüş və xalası qızı Qumru üçün əlillik təqaüdünü bərpa etdirməsi məqsədilə ona vermişdir. Bundan sonra o, eşitmiş ki, Şahid2 xalamı aldadaraq ona qarşı dələduzluq edib. Zərərçəkmiş şəxs1 isə Şahid2 əməllərinə görə Şəmkir RPŞ-nə onun haqqında şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Yeni Göyçə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013–cü il təvəllüdlü Şahzadə və 2703.2015–ci il təvəllüdlü Ramilə adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 232112 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Birinci qrup əlilidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, zərərşəkmiş şəxslərə dəymiş ziyanın bir qismi ödənilmiş və zərər çəkmiş şəxslərlə razılıq əldə edilmiş, zərərşəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini və onlarla razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və hazırda İ qrup əlil olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023–cü il tarixdə Şəmkir şəhərində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə evəz edilməklə barəsində axtariş elan edilmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023–cü il tarixdə Şəmkir şəhərində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət ümümilikdə 01 ay 09 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlandığı 01 ay 09 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 02 ay 18 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam olaraq ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxslərə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş maddi ziyanı qalan hissəsini mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 27 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 162 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023–cü il tarixdən 18 sentyabr 2023–cü il tarixədək və 30 mart 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 162 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-31/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-31/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver