Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-311/2023 28.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1988–ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış. Tovuz rayonu, Həsənli kəndində qeydiyyatda olan, Şəmkir rayonu, Krazyolu massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 oktyabr 2023–cü il tarixdə saat 06 radələrində yaşadığı Şəmkir rayonu, Kraz yolu massivində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı bədəninin müxtəlif nahiyələrinə əlləri ilə qəsdən vuraraq ona qarının ön divarının, hər iki bazunun orta üçdə birinin bayır səthinin qançırları, sağ saidin yuxarı üçdə birinin və sağ dirsək oynağının şişkinlik, qançır və ağrı halında əziniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində işdən çıxaraq yaşadığı evə gəlmişdir. Evdə Zülfiyyə telefonla danışdığına görə qısqanclıq zəmnində mübahisələri yaranmış və ona öz iradını bildirmişdir. xx.xx.2023-ci il tarixdə səhər saat 06 radələrində yenidən Zülfiyyə ilə ailədaxili mübahisələri yaranmış və Zülfiyyə onu nalayiq ifadələr ilə təhqir etmişdir. Bu səbəbdən əsəbiləşmiş və əlləri ilə onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. Həmin günü nahar vaxtı evə gələn zaman Zülfiyyənin evdən çıxıb getdiyini görmüşdür. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə əri Təqsirləndirilən şəxsla birlikdə olduğu zaman telefonla danışdığına görə ailəməişət zəmnində mübahisələri yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun əxlaqsızlıq etdiyini deyib nalayiq ifadələr ilə təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs yenidən yaşadıqları evdə onunla mübahisə etmiş, əlləri ilə baş, kürək, qarın, qol nahiyələrinə vurub onu döyərək xəsarət yetirmişdir. Döyüldüyü üçün və bədənində ağrıları olduğu üçün zəng edib atası Şahid və DİN-in 102 zəng çağrı mərkəzinə məlumat vermişdir. Bir neçə saatdan sonra atası Şahid yaşadığı ünvana gəlmiş, onlar birlikdə evdən çıxıb Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən evlərinə getmişlər. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs əridir. Onunla qızı Zülfiyyə 15 noyabr 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nigahlarında iki uşaqları doğulmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman qızı Zərərçəkmiş şəxs ona zəng edərək əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demişdir. Bu səbəbdən qızının yaşadığı ünvana getmiş, onu öz yaşadığı evə aparmışdır. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 1275 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– qarının ön divarının, hər iki bazunun orta üçdə birinin bayır səthinin qançırları, sağ saidin yuxarı üçdə birinin və sağ dirsək oynağının şişkinlik, qançır və ağrı halında əziniyi küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri 24 oktyabr 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Tovuz rayon İHB–nin Həsənli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 24 oktyabr 2023–cü il tarixdə saat 06 radələrində Şəmkir rayonu, Kraz yolu massivində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona qarının ön divarının, hər iki bazunun orta üçdə birinin bayır səthinin qançırları, sağ saidin yuxarı üçdə birinin və sağ dirsək oynağının şişkinlik, qançır və ağrı halında əziniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-311/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-311/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver