Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-312/2025 22.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Məsail oğluna sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990–cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, Şəmkir şəhəri, Siyavuş Sərxanlı küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola görə Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə saat 23-00 radələrində sərxoş vəziyyətdə Şəmkir rayonu, Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona şam yeməyi hazırlamamasına görə öz iradını bildirərək sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı yumruqla sonuncunun göz və çiyin nahiyyələrinə qəsdən vuraraq, ona sağ gözaltı nahiyyənin yumşaq toxumalarının dərialtı hematoması və sol çiyinüstü nahiyyənin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyini və onunla barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona dəymiş ziyanı tamamailə ödədiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi və məhkəməyə bununla bağlı xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda ərizə təqdim etdi: “Cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən mənə dəymiş ziyan tam şəkildə odənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edirəm.” Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncuya dəymiş ziyan tamamilə ödədildiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. CM-nin 73.2-ci maddəsinin imperativ tələbinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 39-cu, 300-cü və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1(076)-312/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-312/2025
22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver