Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-314/2025 01.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu, Yeniabad kəndində yaşadıqları evdə keçmiş əri Zərərçəkmiş şəxs ilə sonuncunun onun başqa şəxslərlə sevgi münasibətlərində mobil telefonla danışıqlar aparmasına narazılıq etməsinə görə yaranmış mübahisə zamanı bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona sol budun orta üçdə birinin ön səthinin deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən S. Əhmədovun sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş əridir və boşansalar da uşaqları ilə birlikdə Şəmkir rayonu Yeniabad kəndində eyni evdə yaşayırlar. 31 avqust 2025ci il tarixdə, saat 21 radələrində evdə olduqları vaxt Seymurla telefonla danışmaqla bağlı mübahisələri olmuş, Seymur onun boğazından əli ilə tutaraq sıxmış və onu yerə yıxmış, o da əsəbləşərək həmin vaxt yanında olan stolun üzərindəki mətbəxdə istifadə elədiyi bıçağı götürüb Seymurun aşağı qarın nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Sonradan əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, sonuncu da onunla barışmışdır. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş izahatından görünür ki, Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onlar 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar və rəsmi nigahlarından dörd övladları olmuşdur. Aralarında heç bir ədavəti və düşmənçilik olmamışdır, əvvəllər münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Bunun üçün də onlar 2017-ci ildə rəsmi olaraq boşanmışlar. Lakin onlar boşansalar da Şəmkir rayonu, Yeniabad kəndində bir evdə uşaqlarla birlikdə yaşayırlar. Aralarındakı dava-dalaşın əsas səbəbi keçmiş arvadı Gülnarə başqa şəxslərlə sevgi münasibətlərində olaraq mobil telefonda danışdığı üçün tez-tez münaqişələr baş vermişdir. Bunun üçün də onlar boşandıqda uşaqların saxlanılması məhkəmə tərəfindən ona həvalə edilmişdir. xx.xx.2025ci il tarixdə saat təxminən 17 radələrində o, işdən evə gəlmişdir. Həmin vaxt cibində olan 12 manat pulu uşaqlara xərcləmək üçün vermişdir. Sonra o, yatıb axşam tərəfi oyanmışdır. Şalvarının cibində olan pulu Gülnarədən xəbər almışdır. Gülnarə isə onun cibində olan puldan xəbəri olmadığını ona bildirmişdir. Lakin bundan əlavə Gülnarə mobil telefonla başqa şəxslərlə danışmışdır, o, Gülnarəyə kiminlə danışdığını xəbər aldıqda sonuncu yaxşı edirəm demişdir. Bunun üçün aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı keçmiş arvadı Gülnarə onun üstünə nalayiq ifadələr işlədərək söyüş söyüb gələn zaman o, Gülnarənin boğazından tutub kənara itələmişdir. Bu zaman Gülnarə stolun üzərində olan bıçağı götürərək onun sol ayağının bud nahiyəsinə bir dəfə zərbə vuraraq ona bıçaqla xəsarət yetirmiş, o, Gülnarənin əlində olan bıçağı alıb stolun üzərinə atmışdır. Sonra davaları sakitləşmiş və oğlu Şahid yaşadıqları evə gəlmişdir. Bunun üçün də o, DİNnin 102 xidmətinə müraciət etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 801 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətsol budun orta üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə ola bilsin ki, bıçaqla yetirilmişdir, törənmə müddəti 31 avqust 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətboyunun ön səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 11 sentyabr 2025-ci il tarixli 16/757 nömrəli rəydən görünür ki, təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir rayonu, Yeniabad kəndində yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış keçirən zaman Təqsirləndirilən şəxs əli ilə əyani şəkildə göstərərək hadisənin baş verdiyi yeri və əlində olan bıçağı bir daha təsdiq etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, əri Zərərçəkmiş şəxs əlində olan bıçaqla sol ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan əlavə hadisə yerinə baxış keçirmə zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək bir ədəd dəstətyi qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı hadisə yerinin bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək sonuncunun onunla barışması nəzərə alınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilməli, məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 31,5 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eymi zamanda məhkəmə hesab edir ki, məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 110 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan, Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №1(076)-314/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-314/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver