Məhkəmə qərarları › İş №1(076)-316/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-316/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-316/2023 27.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şəmkir şəhəri H.Alməmmədov küçəsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Şahid narahat etməsinə görə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs vuraraq ona alın nahiyyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o hazırda ailəsi ilə anket məlumatlarının qeyd edildiyi ünvanda yaşayır. O, Zərərçəkmiş şəxs tanıyır, aralarında münasibət olmamışdır. Onun Şahid ilə arasında dostluq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində işdə olan zaman Əfsanə mobil telefonla ona zəng edərək boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Firudinin onun Şəmkir rayonu Posanlı yaşayış massivində kirayə yaşadığı evə gələrək münaqişə etməsini, hədələməsini bildirdi. O da dərhal idarə etdiyi qazel markalı avtomobillə həmin yerə gəlmiş, həmin vaxt o Əfsanə yaşadığı evin qarşısında küçədə Firudin ilə rastlaşmış, bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o kəllə ilə Zərərçəkmiş şəxs vurmuş, Zərərçəkmiş şəxs oradan uzaqlaşıb getmişdir. O Firudini kəllə ilə vuran zaman alın nahiyyəsindən də xəsarət almışdır. O, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, hazırda bir yerdə işləyirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs əvvəlcədən tanımır. Şahid onun həyat yoldaşıdır, onlar hazırda boşanmaq ərəfəsindədilər. Buna görə də o hər həftənin şənbə və bazar günləri onlara gedərək uşaqları ilə görüşür. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o uşaqlarını görmək məqsədilə Əfsanənin Şəmkir şəhəri Posanlı yaşayış massivində kirayə yaşadığı evə getmişdir. Bu zaman Əfsanə uşaqları görməsinə icazə vermədiyini bildirmişdir. Buna görə də onların arasında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Əfsanə mobil telefonla danışa-danışa çölə çıxaraq onunla mübahisə etməsini bildirmişdir. O isə ev sahibinin telefon nömrəsini istəmək məqsədilə qonşu tərəfə getmişdir. Bundan sonra həmin yerə qazel markalı avtomobil ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs gəlmiş, həmin şəxs avtomobildən düşərək onun üzərinə gəlmişdir. Bu zaman o həmin şəxsə salam vermək məqsədilə əl uzatmış, o isə əlindən tutaraq qəfildən kəllə ilə alın nahiyyəsindən vurmuşdur. O isə yerdən telefonunu götürüb həmin yerdən qaçaraq uzaqlaşmışdır. O, Şahid hədələməmiş, mübahisə zamanı da heç kəsi vurmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etdi, yaranmış səsə ətrafa kənar şəxslər toplaşmamış, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bir yerdə işləyirlər. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, birgə nigahdan 2 uşaqları vardır. Hazırda isə boşanmaq ərəfəsindədilər. Firudinə hər həftənin şənbə və bazar günləri saat 09-dan 18-ə kimi olan müddətdə uşaqları ilə görüş verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Firudin uşaqlarını görmək məqsədilə Şəmkir şəhəri Həsən Alməmmədov küçəsində kirayə yaşadığı evə gəlmişdir. Bu zaman o gec gəldiyi üçün Firudinə uşaqlarla görüşməsinə icazə verməyəcəyini bildirmişdir. Bundan sonra Firudin münaqişə edərək onu sözlə hədələməyə başlamışdır. O da ailə üzvlərinin dostu olan Mirqamətə zəng vurub həmin yerə gəlməsini xahiş etmişdir. Mirqamət də dərhal həmin yerə gəlmiş və küçədə onlar arasında mübahisə olmuşdur. Həmin vaxt o evin içərisində olmuş, onların mübahisəsini görməmiş, küçədən səslərini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir şəhəri H.Alməmmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyəti olduğu müəyyən edilmişdir. Baxış zamanı Ağayev X1 Mirqamət Malik oğlu tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 11 noyabr 2023-cü il tarixli 1318 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, sol qaşüstü nahiyyənin və döş qəfəsinin sağ ön-yan səthinin qançırları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 04 noyabr 2023-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol qaşüstü nahiyyənin və döş qəfəsinin sağ ön-yan səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Şəmkir Rayon İHB-nın Dəllər-Cəyir kəndi İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X4 rayonu, Dəllər-Cəyir kəndində qeydiyatda olmaqla yaşayır. Şəmkir Rayon İHB-nın Dəllər-Cəyir kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs evli olub, ayrılıb. Həmin evlilikdən 1 nəfər uşağı doğulmuşdur. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şəmkir şəhəri H.Alməmmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərin pozulması zəmində, yəni Zərərçəkmiş şəxs boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Şahid narahat etməsinə görə mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona alın nahiyyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar