Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-317/2025 03.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan və yaşan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Könüllü kəndinin ərizisindən tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Könüllü kəndinin ərazisində daşımışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə, saat 10:20-da Şəmkir rayonu, Könüllü kəndinin ərazisində saxlanılaraq və üstü yoxlanılarkən əynində olan şalvarın sağ cibindən 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 1,103 qram, yani xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Könüllü kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğuldur. xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndi ərazisində yaşadığı evin yaxınlığında küçədən selofan büküm tapmış, açıb baxanda içərisində heroin olmasını görmüş, öz istifadəsi üçün götürüb saxlamışdır. 26 iyun 2025-ci il tarixdə saat 10:20 radələrində Könüllü kəndində olan zaman polis əməkdaşları onu saxladıb üzərində narkotik vasitə, psixotrop maddə olub-olmamasını soruşmuş, o, tapmış olduğu qeyd olunan heroini bükümdə çıxarıb təqdim etmiş, yaşadığı evin yaxınlığında küçədən tapdığını demişdir. Həmin vaxt videoçəkiliş aparılmışdır. Üzərindən aşkar edilmiş heroin tərəzidə çəkilərək qabladırılıb götürülmüşdür. Üstü yoxlanılarkən başqa qanunsuz əşya aşkar edilməmişdir. Onda heroin olması barədə heç kimə heç nə deməmişdir. Əməlindən peşmandır, himaysəində yeni doğulmuş qızı var. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ CAB-nin rəisi işləyir, Təqsirləndirilən şəxs işlə bağlı hazırki cinayət işi ilə bağlı tanıyır. 26 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq əməliyyat keçirilmiş, əməliyyat qrupu ilə birlikdə Şəmkir rayonu, Könüllü kəndinə getmişlər. Həmin gün, saat 10:20 radələrində onlar Təbrizi yaşadığı kənd ərazisində saxlamış, üzərində yoxlama aparılmış, bu zaman videoçəkiliş aparılmış, əvvəlcə Təbrizdən üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olubolmaması soruşulmuş, Təbriz əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, heroin olmasını, yaşadığı kənddə küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Qeyd olunan büküm açılıb baxıldıqda içərisində heroinəbənzər kütlə olmasını görmüşlər. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Təbrizin üzərindən qanunsuz hansısa başqa əşya aşkar edilməmişdir. Təbrizlə birlikdə Şəmkir RPŞ-nə getmişlər. Orada Təbrizi və üzərindən aşkar edilmiş kütləni təhqiqatçıya təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 26 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Könüllü Kəndi ərazisində saxlanılmış Şəmkir RPŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kustar üsulla hazırlanmış, Sellofan bükümdə sellofan bükümlə birlikdə çəkisi 1.35 qram narkotik vasitə olan heroini təqdim etmiş, həmin narkotik vasitə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən baxış keçirilərək götürülərək qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. . -Məhkəmə-bioloji ekspertizasının 26 iyun 2025-ci il tarixli, 16/589 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş siqaret büküm ilə sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 1,103 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1,103 qram heroindən 0,08 qramı ekspetiza tədqiqatına sərf edilmiş, 1,023 qram heroin qalmışdır). -“Şübhəli şəxsi tutma haqqında” 26 iyun 2025-ci il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Şəmkir RPŞ MSY-dən azad edilmişdir. -10 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında prookoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşadığığı evin yaxınlığınakı küçədən, yolun kənarəndan tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 10 sentyabr 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 10 sentyabr 2025-ci il tarixli, 1435 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3 ilə təqsirli bilinərək qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona qəti olaraq 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. -Şəmkir rayon Könüllü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -xx.xx.2025-ci il tarixdə Şəmkir rayyon VVAQ şöbəsi tərəfindən verilmiş AZ 108206 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə X2 adlı uşağı doğulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növünü və miqdarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan Şəmkir RPŞ Saxlan anbarında saxlanılan 1,023 qram heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallarında saxlanılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün cəmi 154 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 1,023 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə X3.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 14 saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №1(076)-317/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-317/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver