Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-318/2024 29.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999–cu il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 12 radələrində Şəmkir rayonu, Düyərli kəndində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq ona üst dodağın sol yarısının kayma hissəsinin əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kənddə plastik qapı-pəncərə sexində usta işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla əvvəllər münasibətləri normal olmuş, aralarında problem yaşanmamışdır. Aralarında müəyyən vaxtlarda işbirliy olmuşdur. Zərərçəkmiş şəxs şüşə sexində işləmiş, o, isə plastik qapı, pəncərə üçün arada ondan şüşə almışdır. Sonuncu dəfə onun İqbala 20 manat pul borcu qalmış, imkanı olmadığı üçün həmin pulu verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında o, İqbal ilə təsadüfən Şəmkir rayonu, Düyərli kəndində qarşılaşmış, İqbal onu görən kimi ondan 20 manat pulunu istəmişdir. O, İqbala borcunu verəcəyini bildirsə də İqbal onu acı sözlərlə qıcıqlandırmışdır. O, İqbalın sözlərindən əsəbləşərək İqbalı yumruqla bir dəfə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt yanlarında olan Şahid araya keçib onu sakitləşdirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir və İqbalın ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Asif oğlu onun həmkəndlisidir. Onunla əvvəllər münasibətləri normal olmuş, aralarında problem yaşanmamışdır. Aralarında müəyyən vaxtlarda işbirliy olmuşdur. O, şüşə sexində işləmiş, Asiman isə plastik qapı, pəncərə üçün arada ondan şüşə almışdır. Sonuncu dəfə Asimanın ona 20 manat pul borcu qalmış, imkanı olmadığı üçün həmin pulu verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında o, Asiman ilə təsadüfən Şəmkir rayonu, Düyərli kəndində qarşılaşmış, o, Asimanı görən kimi ondan 20 manatını istəmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asiman bir dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt yanlarında olan Şahid araya keçib Asimanı sakitləşdirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyan tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Asimandan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, plastik qapı-pəncərə sexində həmkəndlisi Təqsirləndirilən şəxs yanında usta köməkçisi işləyir. xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu, Düyərli kəndinə plastik qapı-pəncərə işində istifadə etmək üçün şüşə və panel almağa getmişlər. Onlar orada təsadüfən həmkəndliləri İqbal ilə qarşılaşmışdılar. İqbal onlarla qarşılaşan kimi Asimandan əvvəlki işindən qalan 20 manat pul borcunu istəmişdir. Asiman ona pulu verəcəyinə söz versə də, İqbal əl çəkməmiş, bu zaman aralarında mübahisə baş vermişdir. Aralarında yaranmış mübahisə zamanı Asiman əsəblərini cilovlaya bilməyib İqbalı yumruqla bir dəfə sifət nahiyəsindən vurmuşdur. O, dərhal araya keçib Asimanı sakitləşdirmiş və maşınları ilə geri qayıtmışlar. İş materiallarında olan 25 sentyabr 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 27 sentyabr 2024–cü il tarixli, 959 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–üst dodağın sol yarsının kayma hissəsinin əzilmiş yarası KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 24 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz RİHB–nın Tovuz Əyyublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz Əyyublu kənd İƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 12 radələrində Şəmkir rayonu, Düyərli kəndində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun yumruqla sifət nahiyəsinə bir zərbə vuraraq ona üst dodağın sol yarısının kayma hissəsinin əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-318/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-318/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver