Məhkəmə qərarları › İş №1(076)-32/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-32/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-32/2024 31.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxx 1999–cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə, xx xxxx 1999–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3– cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2022-ci ilin oktyabr ayında məlum olmayan tarixdə gecə saat 03-04 radələrində X4 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə hasardan qanunsuz daxil olmaqla evin otaqlarından 1 ədəd istifadə olunmuş 102 ekran “Vestel” markalı 200 manat dəyərində televizoru, 1 ədəd istifadə olunmuş “Samsung” markalı 6 kq tutumlu 250 manat dəyərində paltaryuyanı, 1 ədəd istifadə “Samsung” markalı 300 manat dəyərində 2 qapılı soyuducunu, 1 ədəd istifadə olunmuş “Evroluks” markalı 10 manat dəyərində mikseri, 1 ədəd istifadə olunmuş 20 litr tutumlu “ZVZ” markalı 100 manat dəyərində samovarı, 1 ədəd istifadə olunmuş 40 litr tutumlu 20 manat dəyərində alüminium qazanı, 1 ədəd istifadə olunmuş 20 litr tutumlu 10 manat dəyərində alüminium qazanı, 1 ədədi 10 manat olmaqla 4 ədəd istifadə olunmuş 40 manat dəyərində alüminium aşsüzənləri, 1 ədədi 10 manat dəyərində 5 ədəd istifadə olunmuş 50 manat dəyərində 15 litr tutumlu alüminium qazanları, cəmi 980 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2022-ci ilin dekabr ayında məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə hasardan qanunsuz daxil olmaqla evin otaqlarından 1 ədəd “Bosch” markalı 40 manat dəyərində direli, 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd 30 manat dəyərində lobziki (taxta kəsən), 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 30 manat dəyərində elektrik samovarı, 1 ədəd 120 manat dəyərində misdən 6 litrlik samovarı, 1 ədəd 200 manat dəyərində misdən 10 litrlik samovarı, 1 ədəd 250 manat dəyərində nej materialdan 15 litrlik samovarı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini, 250 manat dəyərində orden və medalları, həmin tarixə olan məzənnəyə əsasən 1299 manat dəyərində 36.000 Rus rublu pulu, 150 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini, 1 ədəd 20 manat dəyərində “palaroid” markalı foto aparatı, 1 ədəd 50 manat dəyərində “canon” markalı foto aparatı, 1 ədəd 50 manat dəyərində mücrünü, 1 ədəd 70 manat dəyərində binoklu ümumilikdə 4414 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2023-cü ilin may ayında Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pulu, 1 ədəd 10 manat dəyərində külüngü, 1 ədəd 5 manat dəyərində beli, 1 ədəd 5 manat dəyərində yabanı, 1 ədəd 5 manat dəyərində televizor və 1 ədəd 200 manat dəyərində “Beko” markalı televizoru, cəmi 525 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2022-ci ilin dekabr ayında məlum olmayan tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə hasardan qanunsuz daxil olmaqla evin otaqlarından 1 ədəd “Bosch” markalı 40 manat dəyərində direli, 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd 30 manat dəyərində lobziki (taxta kəsən), 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 30 manat dəyərində elektrik samovarı, 1 ədəd 120 manat dəyərində misdən 6 litrlik samovarı, 1 ədəd 200 manat dəyərində misdən 10 litrlik samovarı, 1 ədəd 250 manat dəyərində nej materialdan 15 litrlik samovarı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini, 250 manat dəyərində orden və medalları, həmin tarixə olan məzənnəyə əsasən 1299 manat dəyərində 36.000 Rus rublu pulu, 150 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini, 1 ədəd 20 manat dəyərində “palaroid” markalı foto aparatı, 1 ədəd 50 manat dəyərində “canon” markalı foto aparatı, 1 ədəd 50 manat dəyərində mücrünü, 1 ədəd 70 manat dəyərində binoklu, cəmi 4414 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2022-ci ilin oktyabr ayında məlum olmayan tarixdə saat 03-04 radələri arasında X4 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə hasardan qanunsuz daxil olmaqla evin otaqlarından 1 ədəd istifadə olunmuş 102 ekran “Vestel” markalı 200 manat dəyərində televizoru, 1 ədəd istifadə olunmuş “Samsung” markalı 6 kq tutumlu 250 manat dəyərində paltaryuyanı, 1 ədəd istifadə “Samsung” markalı 300 manat dəyərində 2 qapılı soyuducunu, 1 ədəd istifadə olunmuş “Evroluks” markalı 10 manat dəyərində mikseri, 1 ədəd istifadə olunmuş 20 litr tutumlu “ZVZ” markalı 100 manat dəyərində samovarı, 1 ədəd istifadə olunmuş 40 litr tutumlu 20 manat dəyərində alüminium qazanı, 1 ədəd istifadə olunmuş 20 litr tutumlu 10 manat dəyərində alüminium qazanı, 1 ədədi 10 manat olmaqla 4 ədəd istifadə olunmuş 40 manat dəyərində alüminium aşsüzənləri, 1 ədədi 10 manat dəyərində 5 ədəd istifadə olunmuş 50 manat dəyərində 15 litr tutumlu alüminium qazanları, cəmi 980 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 2023-cü ilin may ayında Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pulu, 1 ədəd 10 manat dəyərində külüngü, 1 ədəd 5 manat dəyərində beli, 1 ədəd 5 manat dəyərində yabanı, 1 ədəd 5 manat dəyərində televizor və 1 ədəd 200 manat dəyərində “Beko” markalı televizoru, cəmi 525 manat dəyərində əmlakı gizli talayaraq oğurlamışlar. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur. O, maddi vəziyyətinin yaxşı olmadığına görə və borcu olduğundan tanışı Zöhrabla birlikdə oğurluq etmək qərarına gəlmişlər. 2022-ci ilin oktyabr ayında Zöhrabla birlikdə Təzəkənd kəndində yaşadıqları küçənin aşağı tərəfində olan evin sahiblərinin uzun müddət Rusiyada yaşadığını bilərək gecə saat 03-04 radələrində o, evin hasardan həyətinə düşmüş və evin darvazasını arxadan açmışdır. Onlar evə tərəf getmişlər və qapılar bağlı olduğuna görə evin zirzəmisinə girmişlər. Onlar orada sandığın içərisindən açar topası tapmışlar və həmin açarla qapıları açmışlar. Oradan 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd samovar, 1 ədəd 20 litrlik alüminium qazan, əlavə olaraq alüminium qazanlar və 1 ədəd istifadə olunmuş “Evroluks” markalı 10 manat dəyərində miksel oğurlamışlar. Evdə heç kim olmayanda o, avtomobil təşkil etmiş oğurladıqları əşyalardan soyuducunun 300 manata, televizoru 180 manata Səbuhi adlı şəxsə satmışlar. Səbuhi özünə məxsus nömrəsini xatırlamadığı ağ rəngli avtomobil ilə gəlmiş əşyaları onlardan götürmüşdür. O, paltaryuyan maşını Çaparlı kəndində yaşayan Fərid adlı dostuna 300 manata satmışdır. Digər əşyaları isə dəmir alanlara 45 manata satmışlar. 2022-ci il dekabr ayında saat 02-03 radələrində Zöhrabla birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığını və Rusiyada yaşadıqlarını bildiklərinə görə evə girib, oğurluq etmək qərarına gəlmişlər və birlikdə evə tərəf getmişlər. Onlar evə hasardan daxil olmuşlar və oradan tapdıqları dəmir parçası ilə qapıların üzərində olan qıfılları sındırmışlar və evə girmişlər. Evin içərisindən 4 ədəd samovar, 1 ədəd direl, 1 ədəd taxta kəsən aparat, 10-12 ədəd medalları oğurlamışlar. Oğurladıqları əşyaları Zöhrabın yaşadığı evə aparmışlar. Bir neçə gün sonra samovarları Elşən adlı dəmir alana 100 manata satmışlar. Evdən oğurladıqları direl ilə taxta kəsən aparatı o, özünə götürmüşdür. Medalları isə Zöhrab götürmüşdür. Təxminən 10 gün sonra direli və taxta kəsən aparatı 30 manat Ceyhun adlı şəxsə satmışdır. Hazırda Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tamamilə ödəmişdir, onunla barışıq əldə etmişdir və Zərərçəkmiş şəxs3 ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 sualları cavablandırarkən qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 evindən 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini oğurlamamışdır. Həmçinin o, Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evdən Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etməmiş, Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pul, 1 ədəd televizor, 1 ədəd külünc, 1 ədəd bel, 1 ədəd yaba və 1 ədəd televizor antenasını oğurlamamışlar və həmin əşyalarla bağlı ona elan edilmiş ittihamda özunu təqsirli bilmir və həmin ittihamı qəbul etmir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. O, maddi vəziyyətinin yaxşı olmadığına görə və borcu olduğundan tanışı İlhamla birlikdə oğurluq etmək qərarına gəlmişlər. 2022-ci ilin oktyabr ayında İlhamla birlikdə Təzəkənd kəndində yaşadıqları küçənin aşağı tərəfində olan evin sahiblərinin uzun müddət Rusiyada yaşadığını bilərək gecə saat 03-04 radələrində İlham evin hasardan həyətinə düşmüş və evin darvazasını arxadan açmışdır. Onlar evə tərəf getmişlər və qapılar bağlı olduğuna görə evin zirzəmisinə girmişlər. Onlar orada sandığın içərisindən açar topası tapmışlar və həmin açarla qapıları açmışlar. Oradan 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd samovar, 1 ədəd 20 litrlik alüminium qazan, əlavə olaraq alüminium qazanlar və 1 ədəd istifadə olunmuş “Evroluks” markalı 10 manat dəyərində miksel oğurlamışlar. Oğurladıqları əşyaları əl arabası ilə onun yaşadığı evə gətirərək evin zirzəmisində gizlətmişlər. Evdə heç kim olmayanda İlham avtomobil təşkil etmiş oğurladıqları əşyalardan soyuducunun 300 manata, televizoru 180 manata Səbuhi adlı şəxsə satmışlar. Səbuhi özünə məxsus nömrəsini xatırlamadığı ağ rəngli avtomobil ilə gəlmiş əşyaları onlardan götürmüşdür. İlham paltaryuyan maşını Çaparlı kəndində yaşayan Fərid adlı dostuna 300 manata satmışdır. Digər əşyaları isə dəmir alanlara 45 manata satmışlar. 2022-ci il dekabr ayında saat 02-03 radələrində İlhamla birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığını və Rusiyada yaşadıqlarını bildiklərinə görə evə girib, oğurluq etmək qərarına gəlmişlər və birlikdə evə tərəf getmişlər. Onlar evə hasardan daxil olmuşlar və oradan tapdıqları dəmir parçası ilə qapıların üzərində olan qıfılları sındırmışlar və evə girmişlər. Evin içərisindən 4 ədəd samovar, 1 ədəd direl, 1 ədəd taxta kəsən aparat, 10-12 ədəd medalları oğurlamışlar. Oğurladıqları əşyaları onun yaşadığı evə aparmışlar. Bir neçə gün sonra samovarları Elşən adlı dəmir alana 100 manata satmışlar. Evdən oğurladıqları direl ilə taxta kəsən aparatı İlham özünə götürmüşdür. Medalları isə o, özü götürmüşdür. Hazırda Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tamamilə ödəmişdir, onunla barışıq əldə etmişdir və Zərərçəkmiş şəxs3 ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 sualları cavablandırarkən qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 evindən 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini oğurlamamışdır. Həmçinin o, Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evdən İlham Hüeynovla birlikdə oğurluq etməmiş, Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pul, 1 ədəd televizor, 1 ədəd külünc, 1 ədəd bel, 1 ədəd yaba və 1 ədəd televizor antenasını oğurlamamışlar və həmin əşyalarla bağlı ona elan edilmiş ittihamda özunu təqsirli bilmir və həmin ittihamı qəbul etmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün 2-ci əl ev əşyalarının alqı-satqısı ilə məşğuldur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, İlhamı futbolda tanımış, Zöhrab isə İlhamın vasitəsilə tanımışdır. Təxminən 2022-ci ilin oktyabr ayında İlham ona zəng edərək həmkəndlisi Zöhrabın ev əşyasını satdığını bildirmişdir. O, İlhamın yaşadığı kəndə getmiş və İlhamla birlikdə həmkəndlisi Zöhrabın yaşadığı evə girmişlər. Orada Zöhrab evlərində olan 1 ədəd “Vestel” markalı televizoru və 1 ədəd “Samsung” markalı soyuducunu göstərmiş və Rusiyaya getməklə üçün bilet almaq məqsədilə satdığını bildirmişdir. Həmin əşyaları Zöhrab 800 manata satmağını bildirmişdir, danışıb 300 manata soyuducunu, 180 manat da televizora verməklə cəmi 480 manata almışdır. O, həmin əşyaları alan vaxtı Zöhrabın adını bilmədiyi anası orada olmuş və əşyaların özlərinə məxsus olduğunu demişdir. O, əşyaları özünə məxsus VAZ 21043 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gətirmişdir. Hazırda həmin əşyalar onun yaşadığı evdədir, özü istifadə edir. Aldığı əşyaların oğurluq olması barədə ona İlham və ya Zöhrab heç nə deməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, Çaparlı kəndində yaşayır, rəsmi olaraq N il olar N saylı hərbi hissədə əsgər klubunda xoreoqrafik işləyir. Bundan başqa Şəmkir futbol klubunun həvəskarlar komandasında oynayır. Təqsirləndirilən şəxs1 futbol komandasından tanıyır, İlham da onun kimi komandada oynayır. Təxminən 2022-ci ilin oktyabr ayında tanışı İlham futbol məşqi zamanı ona 1 ədəd işlənmiş vəziyyətdə olan “Samsung” markalı paltaryuyan maşının olduğunu və satmaq istədiyini bildirmişdir. O, da İlhama maraqlanacağını, istəyən olsa xəbər edəcəyini demişdir. Məşqdən bir neçə gün sonra İlham mobil telefonu ilə paltaryuyan maşının foto şəkilini çəkib onun istifadəsində olan ***-***-**-** nömrənin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona göndərmişdir. O, foto şəkili öz “Whatsapp” ani mesajlaşma proqramında status kimi paylaşmış və satıldığını yazmışdır. Həm qonşusu, həm də əmizadəsi Gülnar paltaryuyan ilə maraqlanmışdır. O, Gülnara maşının işlənmiş vəziyyətdə olduğunu bildirmişdir. Gülnarın istəməsinə görə İlhamdan qiyməti maraqlanmış və sonda 300 manata Gülnar paltaryuyan maşını almağa razılaşmışdır. Paltaryuyanı o, işdə olan vaxtı İlham gətirib onlara vermişdir. Gülnar maşının işləməsini yoxladıqdan sonra ona zəng edərək 300 manatı ondan götürməsini demişdir. O, pulu almış və İlhamın ona əvvəlcədən yaranmış 150 manat borcunu götürüb, qalan 150 manat İlhama vermişdir. Sonradan yaşadığı evə polislər gələndə bilmişdir ki, İlhamın satdığı paltar yuyan maşın oğurluqdur. İlham ona paltaryuyan maşının oğurluq olmasını deməmiş, özlərinə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, Çaparlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Şahid4 onun həm qonşusu, həm də qohumudur. Təxminən 2022-ci ilin oktyabr ayında o, Fəridin mobil nömrəsinin “Whatsapp” ani mesajlaşma proqramında 1 ədəd işlənmiş vəziyyətdə olan “Samsung” markalı paltaryuyan maşının foto şəklini status kimi paylaşdığı görmüşdür. O, evdə paltaryuyana ehtiyac olduğundan Fəriddən qiymətini soruşmuş və Fərid ilkin olaraq ona 500 manata satdığını bildirmiş və sonra isə endirim edə biləcəyini demişdir. Sonda onlar paltaryuyanı 300 manata danışıb razılaşmışlar. Təxminən iki gün sonra Fərid gətirib paltaryuyanı onlara qoymuşdur. O, paltaryuyanı yoxlayıb işlədiyinə əmin olduqdan sonra 300 manat pulu vermişdir. O, Fəriddən paltaryuyanın kimə məxsus olmasını soruşmuşdur. Fərid də tanışının olduğunu və satdığını demişdir. Sonra polislər onlara gələndə o, bilmişdir ki, Fəridin ona satdığı paltaryuyanın oğurluqdur. Fəridin tanışı başqa şəxsin evindən oğurlamışdır. Polislər onlarda paltaryuyana baxış keçirmiş və maddi sübut olduğuna görə götürmüşlər. O, buna etiraz etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Hadisədə təxminən 1 ay əvvəl o, yaşadığı evin qarşısında olanda İlham onu görüb 1 ədəd direl və 1 ədəd taxta kəsən aparat satmasını demişdir. O, İlhamdan həmin əşyaları neçəyə satmasını soruşduqda ona ikisini 30 manata satdığını bildirmişdir. O, onun əlində olan əşyalara baxmış və deiyi qiymətin uyğun olduğunu bildiyinə görə 30 manat verib almişdır. Həmin vaxtı ona həmin əşyaları hardan əldə etdiyini soruşmuş, İlham ona əşyalar özünə məxsus olduğunu bildirərək pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, əşyaları aldıqdan sonra yaşadığı evinə getmişdir. Məhkəmə, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasına gəlmədiklərinə görə barələrində məhkəmə iclasına məcburi qaydada gətirilmələrinə dair qərar qəbul edilərək icra olunması üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışlardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında olduğundan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə yataq xəstəsi olduğundan onların məhkəmədə iştiraklarını təmin etmək mümkün olmamışdır. Digər Zərərçəkmiş şəxs3 isə 30 aprel 2024-ci iltarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, ailə vəziyəti ilə bağlı növbəti məhkəmə iclasına gələ bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, qeyd olunanlara əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasında iştiraklarının təmin edilməsi qeyri-mümkün olduğundan, həmin zərər çəkmiş şəxslərin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ona məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yaşayış evi var. Hazırda ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. Şəmkir rayonunda olan ev boş qalır. 3-4 aydan bir gedib gəlirlər. Sonuncu dəfə onlar həmin evdə 2022-ci ilin sentyabr ayında olmuşlar. 07 may 2023-cü il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlmişlər. Evdə olan əşyalardan 1 ədəd markasını xatırlamadığı televizor, 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd miksel, 1 ədəd 7 litr tutumlu samovar, 1 ədəd 40 litr, 1 ədəd 20 litr tutumlu alüminium qazanlar, 4 ədəd alüminium aşsüzən, 5 ədəd müxtəlif ölçüdə qazanların oğurladığını aşkar etmişdir. Buna görə o, polisə müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxslər Şəmkir rayonu, Təzəkənd kənd sakinləri İlham və Zöhrab olmuşdur. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının Voronej şəhəri, Merkulova küçəsi ev 2, mənzil 51-də qeydiyyatda olsa da hazırda Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. X6 onun bacısıdır. Onun ata evi Şəmkir rayonu, Təzəkənd kəndində yerləşir. O, Rusiya Federasiyasında olan vaxtı atası evində oğurluq olması barədə ona xx.xx.2023-cü il tarixdə məlumat verilmişdi. O, da Rusiya Federasiyasında olduğna görə bacısı Mehri Qurbanovaya zəng edərək xx.xx.2023-cü il tarixdə gedib polisə ərizə yazmasını bildirmişdir. Bacısı Mehri də gedib polisə ərizə verib şikayət etmişdir. Sonradan onlara məlum olmuşdu ki, onların evdən oğruluq edən Şəmkir rayonu, Təzəkənd kənd sakinləri Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 olmuşdur. O, Rusiya Federasiyasından xx.xx.2023-cü il tarixdə gəmişdir. Gəldikdən sonra o, evdə olan əşyaları yoxlamış və müəyyən etmişdir ki, evdən 1 ədəd 150 manat dəyərində “Boş” markalı direl, 1 ədəd 10 manat dəyərində kabab setkası, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanlar, 1 dəst 100 manat dəyərində 7 ədəd qazandan ibarət olan alüminium qazanlar, 2 ədəd 20 manat dəyərində şirəli vedrə, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 50 manat dəyərində “Philips” markalı fen, 1 ədəd 150 manat dəyərində xrustaldan güldan, 1 ədəd 20 manat dəyərində tort qabı, 1 ədəd 60 manat dəyərində elektron tərəzi, 1 ədəd 120 manat dəyərində lobzik (taxta kəsən), 1 ədəd 130 manat dəyərində mikro dalğalı soba, 1 ədəd 60 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 150 manat dəyərində misdən ləyən və 1 ədəd cürdək, 1 ədəd 30 manat dəyərində xrustal kül qabı, 1 dəst 500 manat dəyərində gül vazları, 1 ədəd 70 manat dəyərində su motoru, 1 ədəd 70 manat dəyərində motor, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampa, 1 ədəd 55 manat dəyərində elektrik samovar, 2 ədəd 500 manat dəyərində misdən 6-10 litr həcmli samovarlar, 1 ədəd 350 manat dəyərində nej materialdan 15 litrlik samovar, 1 ədəd 150 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyunbağı, 1 dəst açarlar, atasına və anasına məxsus medallar və 760 manat dəyərində 36.000 Rus rublu pul olmuşdur. Ona dəymiş maddi ziyandan ona heç nə ödənilməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Səhhəti ilə əlaqədar təxminən 3 aydır ki, Şəmkir rayonu, Düzqışlaq kəndində qalır. 12 may 2023-cü il tarixdə yaşadığı evə nəzarət etmək üçün Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə getmişdir. Həmin vaxtı evin yardımçı tikilisinə girən zaman televizorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra o, yaşadığı evə baxanda yatağın döşəyinin altında gizlətdiyi 300 manat nağd pulun, hamam otağında olan 1 ədəd külüncün, evin həyətindən 1 ədəd bel, 1 ədəd yaba və 1 ədəd televizor antenasının oğurlanmasını bilmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, ona məxsus evdən həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd direlə və 1 ədəd taxta kəsənə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi “Samsung” markalı paltaryuyana baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim medallara baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 23 avqust 2024-cü il tarixli 9/6420 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 2023-cü ilin may ayının əvvəllərində, X4 məxsus 2022-ci ilin oktyabr ayında, Zərərçəkmiş şəxs2 məxsus 2022-ci ilin dekabr ayında oğurlanmış əşyaların 1 ədəd istifadə olunmuş 102 ekran “Beko” markalı televizor 200 manat, 1 ədəd istifadə olunmuş külüng 10 manat, 1 ədəd istifadə olunmuş bel 5 manat, 1 ədəd istifadə olunmuş yaba 5 manat, 1 ədəd istifadə olunmuş televizor üçün antena 5 manat, 1 ədəd istifadə olunmuş 102 ekran “Vestel” markalı televizor 200 manat, 1 ədəd istifadə olunmuş “Samsung” markalı 6 kq tutumlu paltaryuyan 250 manat, 1 ədəd istifadə “Samsung” markalı 2 qapılı soyuducu 300 manat, 1 ədəd istifadə olunmuş “Evroluks” markalı mikser 10 manat, 1 ədəd istifadə olunmuş 7 litr tutumlu “ZVZ” markalı samovar 100 manat, 1 ədəd istifadə olunmuş 40 litr tutumlu alüminium qazan 20 manat, 1 ədəd istifadə olunmuş 20 litr tutumlu alüminium qazan 10 manat, 1 ədədi 10 manat olmaqla 4 ədəd istifadə olunmuş alüminium aşsüzən 40 manat, 5 ədəd 15 litr tutumlu alüminium qazanlar 50 manat, 1 ədəd “Bosch” markalı direl 40 manat, 1 ədəd kabab setkası 10 manat, 1 ədəd “Philips” markalı fen 20 manat, 1 ədəd lobzik (taxta kəsən) 30 manat, 1 ədəd “evrolüks” markalı mikro dalğalı soba 70 manat, 1 ədəd “Samsung” markalı meyvə şirəsi sıxan aparat 40 manat, 1 ədəd elektrik samovar 30 manat, 1 ədəd misdən 6 litrlik samovar 120 manat, 1 ədəd misdən 10 litrlik samovar 200 manat, 1 ədəd nej materialdan 15 litrlik samovar 250 manat, 1 ədəd 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağı 240 manat olmaqla ümumilikdə 2255 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu yoxdur. Həmçinin, tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şəmkir Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2024-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2020-ci tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Təzəkənd kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X5 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs2 evindən 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini və həmçinin Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pul, 1 ədəd televizor, 1 ədəd külünc, 1 ədəd bel, 1 ədəd yaba və 1 ədəd televizor antenasını oğurlamamasını bildirsələr də, zərərçəkmiş şəxslərin ibtidai istintaq, şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 evindən 1 ədəd 10 manat dəyərində kabab setkasını, 1 ədəd “Philips” markalı 20 manat dəyərində feni, 1 ədəd “evrolüks” markalı 70 manat dəyərində mikro dalğalı sobanı, 1 ədəd “Samsung” markalı 40 manat dəyərində meyvə şirəsi sıxan aparatı, 1 ədəd 240 manat dəyərində 585 əyyarlı, 3 qram çəkidə qızıldan boyun bağını, 1 dəst 240 manat dəyərində 2 ədəd qazandan ibarət nej materialdan qazanları, 1 dəst 100 manat dəyərində 7 ədəd alüminium qazandan ibarət dəsti, 2 ədəd 20 manat dəyərində şirəli vedrəni, 1 ədəd 500 manat dəyərində 24 ədədlik Çex istehsalı xrustal çay dəsgahı, 1 ədəd 150 manat dəyərində xrustaldan güldanı, 1 ədəd 20 manat dəyərində tort qabını, 1 ədəd 60 manat dəyərində elektron tərəzini, 1 ədəd 150 manat dəyərində misdən ləyəni və 1 ədəd cürdəyi, 1 ədəd 30 manat dəyərində xrustal kül qabını, 500 manat dəyərində 1 dəst gül vazlarını, 1 ədəd 70 manat dəyərində su motorunu, 1 ədəd 70 manat dəyərində motoru, 1 ədəd 150 manat dəyərində 30-luq misdən lampanı, 70 manat dəyərində açar dəstini və həmçinin Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdən 300 manat pul, 1 ədəd televizor, 1 ədəd külünc, 1 ədəd bel, 1 ədəd yaba və 1 ədəd televizor antenasını oğurlamaması barədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, onlara elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəmələrini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1a dəymiş ziyanı tam şəkildə könüllü ödəmələrini, onlarla barışıq əldə etmələrini, həmin zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 may 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 12 may 2023-cü -ci il tarixli qərarları ilə onların həbsdə saxlanılma müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, 10 ədəd medal, 1 ədəd direl, 1 ədəd taxta kəsən, 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Samsung” markalı soyuducu və 1 ədəd “Vestel” markalı televizor qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 16 (on altı) saat və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 21 (iyirmi bir) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, 10 ədəd medal, 1 ədəd direl, 1 ədəd taxta kəsən, 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Samsung” markalı soyuducu və 1 ədəd “Vestel” markalı televizor qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar