Məhkəmə qərarları › İş №1(076)-323/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-323/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-323/2025 05.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayon, Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayon, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs ilə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində xx.xx.2025-ci il tarixdə saat 14 radələrində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə arvadı Zərərçəkmiş şəxs sifətinə qəsdən vuraraq ona alın nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2022-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından bir qız övladı var. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ailə daxili sözlə mübahisələri olurdu. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadığı evdə sözlə mübahisəsi oldu. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs anası Hicran Mehdiyevanın yaşadığı evə pay kolbasa göndərməsi idi. O, əvvəllər Zərərçəkmiş şəxs və onun anasına onun yaşadığı evə pay gətirməməsini bildirmişdi. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs əsəbləşərək sillə zərbələri ilə 3-4 dəfə onun sifət nahiyəsinə zərbələr vurdu. Həmin zaman yanlarında heç kim yox idi. Bundan sonra anası, X1 onların yanınana gələrək onları ayırdı. Mübahisədən sonra o, yaşadığı evdən çıxıb getdi. Bundan sonra qayınatası Şahid3 ona mobil zəng edərək, qızı Zərərçəkmiş şəxs nə səbəbə vurduğunu dedi. O, də ona Zərərçəkmiş şəxs nə səbəbə vurduğunu dedi. Daha sonra o, yaşadığı evə qayıdan zaman Zərərçəkmiş şəxs və valideynlərinin orada olmadığını gördü. Hazırda o, Aysu ilə barışmışdır və onun, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi elan edilmiş, ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Şəmkir rayonu Qədimqala kəndində yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə baş vermişdir. Belə ki, o anası Şahid2 Aytən qızının evindən öz yaşadığı evə kolbasa gətirdiyi üçün əri Təqsirləndirilən şəxs əsəbləşərək onunla mübahisə etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbələri ilə onun sifət nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2025-ci il tarixli 860 saylı “Canlı şəxsin ekspertizası” rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkər edilmiş xəsarətlər- alın nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması, burun yəhərinin və boyunun hər iki yan səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 08 sentyabr 2025-ci il tarixə uyğun gəlir. Ağirlıq dərəcəsinə görə alın nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmağa aiddir, burun yəhərinin və boyunun hər iki yan səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırliq dərəcələri təyin edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmiş, bəraət verici əsaslar olmadan iş üzrə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində xx.xx.2025-ci il tarixdə saat 14 radələrində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə arvadı Zərərçəkmiş şəxs sifətinə qəsdən vuraraq ona alın nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması, burun yəhərinin və boyunun hər iki yan səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 99 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 9 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 99 (doxsan doqquz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar