Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-324/2023 25.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində, yol kənarından tapdığı bir ədəd sellofan torbanın içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsinə daşımış, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə 15 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman geyiminin gödəkcəsinin içərisindən bir ədəd sellofan torbanın içərisində olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq, 84,20 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış aparılması və götürmə aparılması barədə protokol, əlavə olunmuş fotocədvəl və videogörüntü və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitənin marixuana növündən mütamadi olaraq istifadə etmişdir. Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşadığı kənd ərazisində günü 15 manata olmaqla soğan bitkisi əkilən sahədə işləyir və bəzən Gəncə şəhərinə bazarda tərəvəz aparıb satır. O, 29 oktyabr 2023-cü il taixdə saat 15 radələrində o, əkin sahəsindən nahar etmək üçün yaşadığı evə gələn zaman yolun kənarında şəffaf rəngli sellofan torba görmüş, sellofan torba diqqətini çəkdiyi üçün yaxınlaşıb baxan zaman içərisində marixuanaya bənzər narkotik vasitəni görmüşdür. Cəza çəkmə müəssəsində cəza çəkən əri X6 narkotik vasitə istifadəçisi olduğundan və dəfələrlə evdə istifadə etdiyindən və evin əşyalarını satıb, onları borca salıb gedib narkotik vasitə aldığından, o, marixanaya bənzər narkotik vasitəni tanıyır və buna görə də həmin şəffaf rəngli sellofan torbanı götürərək əri Zaur Teymurov cəza çəkmə müəsəssindən çıxdıqdan sonra ona vermək qərarına gəlmiş və götürmüşdür. O, bundan sonra evə gələn zaman ona mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə avtomobilə oturub polis bölməsinə gəlmiş, orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi tutmaq hüququ ona izah edilmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, orada ondan üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, bu zaman o, əynində olan qara rəngli idman paltarının gödəkçəsinin içərisində saxladığı 1 ədəd şəffaf rəngli sellofanda olan narkotik vasitə olan marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Sonradan onun üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 89,30 qram təşkil etmişdir. Həmin kütlə qablaşdırılmış, qabalaşdırmanın üzəri tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində ankoloji xəstə qızı və nəvəsi olmasını, ailəsini dolandırmaq üçün Gəncə şəhərində bazarda kənd təsərrüfatı məhsulları satmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin Kür PBnin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 29 oktyabr 2023-cü il tarixdə ona Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞnin KÜR PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Kür PB-nin polis nəfəri, polis serjantı Şahid2 və Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis bölməsinin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Çinarlı qəsəbəsi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasında, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla polis şöbəsinə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra Şəmkir rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, təqdim olunmuş siyahı üzrə fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hüquqlarının müdafiə etməsini istədiyini bildirmiş, vəkil Müdafiəçi qismində dəvət olunandan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, iştirakçılar tərəfindən şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunması barədə hər hansı bir narazılıq daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və prekursorları varsa təqdim etməsi təklif edilmiş. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan qara rəngli idman gödəkcəsinin içərisindən bir ədəd sellofan torba çıxarmış və içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmişdir. Onun cibindən çıxardığı bir ədəd sellofan torbaya baxış zamanı sellofan torbanın içərisindəkinin narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, həmin sellofan torba ilə birlikdə 84,20 qram olması müəyyən edilmiş, həmin kütlə ağ kağız zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni 2023-cü ilin oktyabr ayının 29-da yaşadığı qəsəbə ərazisindən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis serjantı X2 ifadəsində və məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şəmkir RPŞnin Kür PB-nin polis nəfəri, polis serjantı Şahid1 və Şəmkir RPŞ-nin Kür PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid3 ifadəsində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli protokol və qərardan görünür ki, 29 oktyabr 2023-cü il tarixdə saat 15:55 dəqiqədə Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Şəmkir RPŞ-nin Kür PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz saxlamaqda şübhəli bilinərək Şəmkir rayonu, Çinarlı qəsəbəsində soğan əkilən sahəsində piyada hərkətdə olan zaman saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman paltarının gödəcəkçəsin içərisində saxladığı bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etdi. Bir ədəd şəffaf rəngli sellofan torba açılan zaman onun içərisində olan marixuanaya bənzər kütlə olması aşkar edildi. Aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisi bükülmüş şəffaf rəngli sellofan torba ilə birlikdə 89,30 qram kütlə təşkil etdi. Həmin kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırıldı və 118 saylı möhürü ilə möhürləndi. Bundan sonra Şəmkir RPŞ-nin Kür PB-nin dəftərxana operatoru X1 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldı, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən şəxsi axtarış aparılan zaman video kamera ilə çəkilib köçürülən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 16/1138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” yazı və imzalar olan kağız paketdə 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 84,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalıyaraq təsdiq etmişdir. 31.10 2023-cü il tarixli qərardan görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalıyaraq təsdiq etmişdir. 31.10 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Şəmkir rayon prokurorluğuna vəsatət verilmiş, həmin tarixdə Şəmkir rayon prokurorluğu tərəfindən vəsatətin təmin edilməsindən imtina edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmişdir. 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı o, psixotrop maddə metafetamini tapdığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yeri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs ailə üzvü əri və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 1889 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayon polis şöbəsinin CAB-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı 2023-cü ilin oktyabr ayının 29-da Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən taparaq özü qəbul etmək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə, foto və videogörüntülərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hall müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, əməlini səmimi etiraf edərək peşman olmasını bildirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəsini dolandıran şəxs olmaqla himayəsində ankoloji xəstə qızının olmasını onun şəxsiyyətini xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 29 oktyabr 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır, həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 84,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 84,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-324/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-324/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver