Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-326/2023 27.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistan Vardenis rayonu Aşağı Sorca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Çənlibel kəndində otlaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında nəzarət etdiyi bağ sahəsinə sonuncuya məxsus iribuynuzlu mal-qaranı otarması və onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə əlləri və istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vuraraq ona burun yəhərinin sıyrılmış yarası, sağ sağrı nahiyəsinin qançırı və sağ saidin üçdə birinin arxa səthinin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin hər iki gözaltı nahiyənin hematoması və burun sümüynün yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Atabəy kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs, Şahid1 tanıyır. Həmin şəxslərlə o, təxminən 1 il olarkı heç bir münasibəti yoxdur. Həmin şəxslərin onun barəsində etdiyi şikayətlə tanışdır. Bununla bağlı onu deyir ki, xx.xx.2023-cü il tarixdə saat 14 tanışları Şahid4, Şahid3 və X4 ilə ondan xahiş etmişlər ki, onları kənd ərazisində nəzarət etdikləri bağa aparsın. O, da özünə məxsus VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ceyhun, Natiq və Əlini onların nəzarət etdiyi bağa aparmışdır. Şəmkir rayonu Çenlibel kənd ərazisində yerləşən bağa çatdıqdan sonra Ceyhun, Natiq və Əlini bağın yaxınlığında düşürmüşdür. Həmin vaxt Əlinin Natiqin nəzarət etdiyi bağın ərazisini otardığını görmüşdür. Natiq Əliyə iri buynuzlu heyvanları çıxartmasını xahiş etmişdir. Əli isə 25 il olarkı həmin sahədən istifadə etdiyini bildirmişdir. O, mübahisə baş verməsin deyə Natiqə bildirmiş ki, gəl əyləş avtomobillə onlar çıxıb getsinlər heç bir mübahisədə baş verməsin. O, bu sözü dedikdən sonra Əli ona onu xeyli vaxt olarkı axtardığını bildirirək onun nalayiq ifadələrlə təhqir eləmişdir. Bu səbəbdəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əli əlində olan ağac parçası ilə onun baş, qol və ayaq nahiyələrindən vurmağa başlamışdır. O, özünü müdafiyə etmək üçün yumruqla Əlinin bədəninin müxtəlif yerlərindən vurmuşdur. Onların mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalətdə onların yanlarına gəlmiş və heç bir səbəb göstərmədən əlindəki ağacla onun çiyin nahiyəsindən vurmuşdur. Mübahisə edən zamanı hər ikisi yerə yıxılmışdır. Əli isə o, yerdə olan zamanı ağacla və təpiklə onu vurmuşdur. Onları aralamaq istəyən Natiq Əlinin əlində olan ağacı almaq isdəyən zamanı Əli ağacla Natiqin ayaq və qol nahiyəsindən vurmuşdur. Natiq ağacı alaraq özünü müdafiyə üçün Əlinin ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra onların müabahisələri başa çatmış və o bundan sonra Şəmkir RPŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməlləri üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu Atabəy kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs, Şahid4, X4 və Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslərlə aralarında düşmənçilik və ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun haqqında etdiyi şikayətlə tanışdır. Bununla bağlı bildirir ki, o, qardaşı Ədalətlə birlikdə kənd ərazisində növbəli şəkildə mal-qara otarırmışlar. 03 may 2023-cü il tarixdə saat 14 radələrində o, heyvanları otaran zamanı Əflatun özünə məxsus VAZ 2106 markalı avtomobillə onun yanına gəlmişdir. Bu zaman Əflatun və yanında olan Əli, Natiq və Ceyhun ona hansı səbəbdən salam vermədiklərini soruşmuşlar. O, isə onlara gəldikləri üçün salam verməli olduqlarını demişdir. Natiq və Əli ümumi olaraq mal qaranın sahəyə keçməsinə görə nalayiq ifadələr işlətmişlər. O, isə onların nəzarət etdiyi bağ sahəsinə heyvanların keçmədiyini bildirmişdir. Bundan sonra Natiq onunla kobud şəkildə danışmağa başlamışdır. Sonra isə həmin şəxslər avtomobildə olan spirtli içkini götürüb qəbul etməyə başlamışlar. Bu zaman Natiq ondan onlara qonaqlıq verə bilib-bilməyəcəyini soruşmuşlar. O, isə Natiqə nə vaxt harada istəsə qonaqlıq verə biləcəyini bildirmişdir. Bu sözü dedikdən sonra Natiq ondan Əflatunla küsülü olub-olmamağını soruşmuş, o isə ona cavab vermədikdə Əflatun ona söz atmağa başlamışdır. Onu Əflatun nalayiq ifadələrlə təhqir etmiş, o, da Əflatunu nalayiq ifadələr işlətdiyinə görə onu təhqir etmişdir. Təhqir etdiyinə görədə Əflatun yerdə olan ağacı parcasını götürüb onun üzərinə gəlmiş və ağacla onun baş nahiyəsindən, yumruqla isə burun nahiyəsindən vurmuşdur. Ceyhun, Əli və Natiq onları aralamışlar. O, onların əlindən kənara çıxmış və Əflatunla yenidən arasında mübahisə baş vermişdir. Mübahisə zamanı o, özünü müdafiyə etmək üçün onu yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Onların mübahisələrini eşidən qardaşı Ədalət onların yanına gəlmiş və ondan nə üçün Əflatunla mübahisə etdiklərini soruşmuşdur. O, Əflatunun onu nalayiq ifadələrlə təhqir etdiyini qardaşına demişdir. X3 mübahisə etdiklərinə görə öz iradını bildirdikdən sonra Əflatun onu təhqir edərək əlində olan ağacla onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış mübahisə zamanı hər ikisi yerə yıxılmışdır. Ayağa durduqdan sonra Natiq ağacla onun və qardaşının ayaq nahiyələrindən vurmuşdur. O, da özünü müdafiyə etmək üçün əlində olan ağacla Natiqin qol nahiyəsindən vurmuşdur. Həmin vaxt Əflatun çibindən bıçaq çıxardaraq onların üzərlərinə gəlmişdir. Onlar isə Əflatunun onları bıçaqlayacağından qorxaraq qaçıb çıxıb getmişlər. Sonra isə bu barədə DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə müraciət etmişlər. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid1 ifadəsində görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslərin bir-birindən yəni barələrində etdiyi şikayətlə tanışdır. Bununla bağlı onu demiş, xx.xx.2023-cü il tarixdə tanışları Şahid3 və X4 ilə birlikdə Əflatundan xahiş etmişlər ki, onları kənd ərazisində nəzarət etdikləri bağa aparmasını xahiş etmişlər. Əflatun özünə məxsus VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları bağa aparmışdır. Onlar bağın yanına çatdıqda Əli özünə məxsus iri buynuzlu heyvanları Əflatuna məxsus bağa saldığını görmüşlər. Əflatun Əliyə yaxınlaşaraq heyvanları nə səbəbə bağa saldığını bildirərək heyvanları bağdan çıxartmasını xahiş etmişdir. Əli isə heyvanları sahədən çıxartmayacağını bildirirək Əflatunu nalayiq ifadələrlə təhqir etmişdir. Əflatun isə Əlini nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu səbəbdəndə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli əlində olan ağacla Əflatunu bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Onlar Əli ilə Əflatunu aralayan zamanı Əflatun Əlini yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalət onların yanlarına gəlmiş və mübahisə edənləri sakitləşdirmək isdəmişdir. Lakin həmin şəxslər arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Əflatun Ədaləti yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Həmin şəxsləri aralamaq isdəyən Natiqi isə Əli əlində olan ağacla qol və ayaq nahiyələrindən vurmuşdur. Natiq isə Əlinin əlində olan ağacı alaraq Əlinin ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra həmin şəxsləri sakitləşdirdikdən sonra yaşadığı ünvanlara yola salmışlar. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid2, Şahid4 və Şahid3 ifadələrindən görünür ki, Şahid1 göstərdiyi xüsatları təsdiq etmişlər. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərsol gözaltı nahiyənin şişkinlik fonunda, dərialtımatoması və sol gözün ağlı qişasının tış səthinin qansızma, sol dirsək oynağının iç sıthinin zəilmiş yarası sol çiyinüstü nahiyənin qançırı Küt əşyaların təsirindən törənmişlər,törəmə müddətləri 03 may 2023-cü il tarixdə uyğun gəlir.Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hematoması və sol gözün ağlı qışasının tış səthinin qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aiddir, sol dirsək oynağının iç səhinin əzilmiş yarası,sol çiyinüstü nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 470 saylı rəyindən görünür ki, Şahid4 bədən səthində aşkar edilmiş xəsarətlər- sol dirsək oynağının arxa səthinin şişkinlik fonunda qançırı,sağ saidin yuxarı və orta üçdə birinin bayır səthinin qançırları Küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri 03 may 2023-cü il tarixə uyğun gəlir.Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 469 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərburun yəhərinin sıyrılmış yarası,hər iki gözaltı nahiyənin hematoması ilə müşayət olunan burun sümüyünün yerini dəyişməyən sınığı,sağ sağrı nahiyəsinin qançırı və sağ saidin yuxarı üçdə birinin arxa səhinin sıyrığı Küt əşyaların təsirindən törənmişlər,törənmə müddətləri 03 may 2023-cü il tarixdə uyğun gəlir.Ağırlıq dərəcəsinə görə hər iki gözaltı nahiyənin hematoması ilə müşayət olunan burun sümüynün yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir,burun yəhərinin sıyrılmış yarası,sağ sağrı nahiyəsinin qançırı və sağ saidin yuxarı üçdə birinin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 475 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarətlər- ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda sol bud nahiyəsinin orta üçdə birinin arxa səthinin qançırları Küt əşyalrın təsirindən törənmişdir, törənmə müddətləri 03 may 2023-cü il tarixə uyğun gəlir.Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Atabəy kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı, anası və 3 nəfər uşaqları ilə birlikdə Şəmkir rayonu, Atabəy kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Atabəy kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirən Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq davam etdirilməsi qərara alınmışdır. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olduğundan 07 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosessini həyata keçirən orqandan gizlənməsi və çağırışa gəlməkdən qəsdən boyun qaçırmasını nəzərə alaraq 09 noyabr 2023-cü tarixdə onun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 noyabr 2023- cü il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təqdim edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir Cinayət işi üzrə 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmə” haqqında qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-326/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-326/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver