Məhkəmə qərarları › İş №1(076)-327/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-327/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-327/2023 12.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: X2 Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1959–cu il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 18 noyabr 2023–cü il tarixdə saat 22:45 radələrində Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən Yamin adlı şadlıq sarayının arxa tərəfində arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sol almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 18 noyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşadığı evdə olan zaman Elyanə ona iş yoldaşının toyuna getmək istədiyini bildirmiş, o isə xəstə olduğunu, toydan bir az tez gəlməsini demişdir. Elyanə azyaşlı uşağı qonşuya qoyub getmiş, təxminən bir saat sonra qonşu uşağı onun yaşadığı evə gətirib ağladığı üçün baxa bilmədiyini bildirmişdir. Saat 21 radələrində Elyanə onun mobil telefonuna zəng edərək gec gələcəyini demiş, o isə xəstə olduğunu, uşağa baxa bilmədiyini, evə tez gəlməsini dedikdə Elyanə onunla əlaqəni kəsmişdir. Saat 23:35 radələrində Yamin şadlıq sarayının arxa tərəfinə gedib bir nəfər şəxsdən Elyanəni çağırmasını xahiş etmişdir. Həmin şəxs ona Elyanəni tanımadığını bildirmişdir. O, orada gözləyən zaman təsadüfən Elyanənin gəldiyini görmüş, Elyanəyə yaxınlaşıb evə gəlməsini dedikdə onun sərxoş olduğunu görmüş və avtomobilə minməsini bildirmişdir. Elyanə isə onunla getmək istəmədiyi üçün onlar arasında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbiləşərək əli ilə bir neçə dəfə Elyanənin sifətinə vurmuşdur. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi X3 onun əridir. 18 noyabr 2023-cü il tarixdə onu Şəmkir şəhərində yerləşən Yamin şadlıq sarayına getmiş, saat 22 radələrində Mirzəyə zəng etmiş və gecikəcəyini bildirmişdir. Saat 22:45 radələrində Mirzə Yamin şadlıq sarayının arxa tərəfinə gəlmiş və onu yanına çağırmışdır. Mirzə gec gəlməsinə görə onunla mübahisə etmiş, mübahisə zamanı yumruqla bir neçə dəfə onun sifətinə, başına, sinəsinə vurmuşdur. O, irad bildirən zaman Mirzə onu idarə etdiyi VAZ 2104 markalı avtomobilə mindirib ünvan 2 ünvanında yerləşən yaşadıqları evə gətirmişdir. Evdə də Mirzə onunla mübahisə etməyə davam etmiş, pəncərənin şüşəsini sındırmış, pəncərədən qaçmaq istəmiş, bu vaxt ehtiyatsızlıqdan sınmış şüşə onun sol qolunu kəsmişdir. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, X.İbrahimov küçəsində yaşadığı evdə olarkən adı ona sonradan məlum olan Elyanə adlı qadın evinin qapısını döyərək ondan kömək istəmişdir. O qapını açan zaman Elyanə əri tərəfindən döyüldüyünü demiş və DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 1355 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözətrafı yumşaq toxumalarının qançırı küt əşyaların təsirindən törənmiş, sol saidin aşağı üçdə birinin və sol milbilək oynağının ön səthinin kəsilmiş səthi yaraları isə iti kənarları olan əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 18 noyabr 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gözətrafı yumşaq toxumalarının qançırı və sol saidin aşağı üçdə birinin və sol mil-bilək oynağının ön səthinin kəsilmiş səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. İşdə olan Şəmkir rayon İHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, X3 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan X3 tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun X1 şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 18 noyabr 2023–cü il tarixdə saat 22:45 radələrində Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən Yamin adlı şadlıq sarayının arxa tərəfində arvadı Zərərçəkmiş şəxs vuraraq ona sol almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar