Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-327/2025 06.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığındakı “Şəhid”lər bulağının qarşısında tanışı Şahid4 ilə söhbət edən zaman bir müddət əvvəl aralarında narazılıq yaranmış Zərərçəkmiş şəxs və azyaşlı qardaşı Şahid1 onların olduğu yerə yaxınlaşaraq, sonuncunun bıçaqla onun bel nahiyəsinə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməsi səbəbindən sonradan oraya gəlmiş Zərərçəkmiş şəxs ilə yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə əvvəlcədən üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan bıçaq ilə qəsdən Zərərçəkmiş şəxs qarın nayihəsindən bir dəfə vuraraq ona qarının sağ yan səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid3 və onun oğlanları Zərərçəkmiş şəxs və Şahid1 tanıyır. Onlarla qəsəbə sakini kimi aralarında münasibətlər yaxşı deyil. Belə ki, 2024-cü il tarixdə Elmarla onun arasında mübahisə baş vermiş və həmin vaxtanda aralarında narazılıqları davam edir. 20 iyul 2025-ci il tarixdə saat 00 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığındakı “Şəhid”-lər bulağının qarşısında dayanıb Rövşən Rafiq oğlu ilə söhbət etmiş, bu vaxt Zərərçəkmiş şəxs onların yanına yaxınlaşaraq Rövşənə gəlməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs yanlarından getməsini demişdir. Bu vaxt onun ona elə söz deməyi ona pis təsir etmişdir. Həmin vaxt Elmarın atası kənardan onlar arasında narazılığı böyüdəcəyini görüb yanlarına yaxınlaşaraq Elmarı öz ilə evlərinə aparmışdır. Təxminən 2-3 dəqiqədən sonra Eldar onun yanına yaxınlaşaraq məsləhət verib dava-dalaşa son qoymaqlarını bildirmişdir. O, Zərərçəkmiş şəxslə söhbət edən zaman həmin vaxt qardaşı Şahid2 yanlarında olmuşdur. Şahid3lə söhbət edən zaman kənardan Zərərçəkmiş şəxs gəldiyini görmüş və gələn kimi üzərinə gələrək qəfildən qardaşı Abbası və onu yumruqla baş və sifət nahiyələrindən vurmuşdur. Qardaşı Şahid2 onun baş nahiyəsindən yumruqla vurmuş, aralarında mübahisə davam edən zaman Zərərçəkmiş şəxs qardaşı Elyarın haradan gəldiyini bilməyərək bıçaqla kürək nahiyəsindən bir dəfə vurmuşdur. O, həmin vaxt cibində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurmuş, həmin vaxt Eldar hər birini bir təfə çəkmiş və aralaşdırmışdır. Qardaşı Şahid2 onu özü ilə evə aparmış və oradanda Şəmkir rayon MX-na getmişlər. Bundan başqa o, hadisə zamanı cibindən çıxardığı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Hadisə zamanı qardaşı Şahid2 yumruqla Zərərçəkmiş şəxs sifət nahiyənindən vurmuş, onun və ya qardaşı Şahid2 Şahid3lə aralarında heç bir mübahisələri olmamışdır. Hadisə baş verən zaman saat 23 radələri olmuş, həmin vaxt orada heç kim olmamışdır. Onların mübahisələri təxminən 4-5 dəqiqə davam etmiş, o, həmin bıçağı hadisədən bir iki saat əvvəl evdən götürmüş və həmin bıçaqdan meyvə soymaq üçün istifadə etmişdir. O, Elmar Məmmədova xəsarət yetirdiyi bıçağı hadisə yerində evə gələn zaman qorxduğu üçün küçəyə atmışdır. Hazırda həmin bıçağın harada olduğunu bilmir. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, eləcə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Təxminən 1(bir) il bundan əvvəl Təqsirləndirilən şəxsla aralarında dava-dalaşları olmuşdur və bu səbəbdən onunla ədavətləri davam etmişdir. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində o, Şəmkir şəhəri, S.Vurğun küçəsində olan zaman eyni qəsəbədə yaşayan Rövşən Rafiq oğlunun Təqsirləndirilən şəxsla söhbət etdiyini görüb onların yanına yaxınlaşaraq Rövşən Rafiq oğlunun yanına gəlməsini və ona söz deyəcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona “get Rövşən gələcək” demişdir. Onun bu sözü ona kobudcasına deməsi onun pisinə getmiş və o, bu səbəbdən aralarında sözlə narazılıq baş vermiş, kənardan atası Şahid3 onları görüb yaxınlaşaraq özü ilə onu evlərinə aparmışdır. Atası Şahid3 onu evə qoyub Musanın yanına geri qayıtmış, atasının geri qayıtdığını görüb onun ardınca evdən küçəyə çıxmışdır. Bu zaman küçədə Təqsirləndirilən şəxs atası Nadir Abdullayevlə söhbət etdiyini görmüşdür. Həmin vaxt Musanın atası Nadir Abdullayevə qarşı qışqırıb danışdığını görüb onların yanına gəlmişdir. Həmin vaxt Musanın qardaşı Şahid2 onların yanında olmuşdur. O, elə başa düşmüşdür ki, Şahid2 atası Şahid3lə dalaşmaq istəmişdir. O, onların yanına çatan kimi Şahid2 və Təqsirləndirilən şəxs yumruqla başından vurmağa başlamışdır. Həmin vaxt Şahid2 onu sifətindən yumruqla vurmuşdur. Kənardan qadaşı Eliyar Abdullayev onların dava dalaşlarını görüb gələrək evdən götürdüyü bıçaqla Təqsirləndirilən şəxs bel nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Musanı vuran kimi o, əli ilə belini tutub cibindən çıxardığı bıçaqla onun sağ qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuş, həmin vaxt atası Eldarda onları aralaşdırmışdır. Onlar görmüşlər ki, o, bıçaqla xəsarət almış, onlar qaçıb çıxıb getmiş və atası Eldar onları özü ilə götürüb evə aparmışdır. Bundan başqa, o, Musa və Şahid2 qardaşlarının baş və sifət nahiyələrindən yumruqla bir neçə dəfə vurmuş, Şahid2 onun yumruqla sinə nahiyəsindən, Təqsirləndirilən şəxs isə bıçaqla bir dəfə qarın nahiyəsindən vurmuşdur. Qardaşı Eliyarı hadisə zamanı heç kim vurmamışdır. Qardaşım Eliyar bıçaqla Təqsirləndirilən şəxs bel nahiyəsindən bir dəfə vurub xəsarət yetirmiş, hadisə baş verən zaman saat 23 radələri olmuş, çöldə heç kim olmamışdır. Abbas və Musa qardaşları ilə onların mübahisələri təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə zamanə nə atasını kimisə vurub, nədə ki, atası kimsəni vurmamışdır. Atası Şahid3 heç kim bıçaqla xəsarət yetirməmiş, anası Ülviyyə İbrahimova səhv başa düşmüşdür. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan ona dəymiş ziyanı tamamilə ödəmişdir və onunla barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 21 iyul 2025-ci il tarixli, 612 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–qarının sağ yan səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 19 iyul 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, lakin bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci yarımbəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir (amnistiya aktlarının tətbiq olunması qadağan edilən şəxslər- 1990-cı il yanvarın 19-20də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında). Həmin qərarın 8-ci bəndinə əsasən, bu Qərar 19 dekabr 2025-ci il tarixdən qüvvəyə minir. Həmin qərarın 19.5-ci yarımbəndinə əsasən, bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda– təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Bununla yanaşı, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs barəsində olan cinayəti işinə xitam verilməsinə dair ərizə təqdim edilmişdir. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə vermişdir. Buna görə də ““Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci yarımbəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 232 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. İş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) saata görə 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya çikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-327/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-327/2025
06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver