Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-33/2023 05.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə,
1. xx xxxxxx 1990-cı il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə,
2. xx xxxxxx 1967-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılmaqla, Ədliyyə Nazirliyinin İxtisaslaşmış Müalicə Müəssisəsində müalicə alan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ədliyyə Nazirliyinin İxtisaslaşmış Müalicə Müəssisəsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi:
1. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. 2.Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayonu Düyərli kəndinin mərkəzində küçədə əvəllər tanıdığı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq 100 (bir yüz) manat müqabilində alaraq əldə etdiyi 1(bir) büküm, təmiz çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri zamanı həmin tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1 Şəmkir rayonu Düyərli kəndində küçədə Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sağ cibindən bir bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunları ilə təsdiq olunmuş İ siyahılarında müəyyən edilən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 5,96 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 13,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə olan qurudulmuş marixuananın 5.96 qramını gəlir əldə etmək məqsədilə 09 avqust 2022-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat məbləğində pulun qarşılığında satmış və daxil olmuş əməliyyat məlumatı əsasında, Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:30 radələrində Şəmkir rayonu Düyərli kəndində küçədə saxlanılaraq Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sağ cibindən bir bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunları ilə təsdiq olunmuş İ siyahılarında müəyyən edilən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 10 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində Şəmkir rayonu Düyərli kəndində küçədə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli şalvarın arxa sol cibindən 1(bir) ədəd kağız bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunları ilə təsdiq olunmuş İ siyahılarında müəyyən edilən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 7,06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Şəmkir rayonu Düyərli kəndində küçədə olan zaman polis əməkdaşları onu saxlayıb Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirmiş, ona narkotik vasitələrdən istifadə etməkdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Polis bölməsində dövlət hesabına dəvət olunmuş Müdafiəçi1 ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, əynində olan şalvarın sağ cibindən kağıza və sellofana bükülmüş narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmiş, həmin büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüş, üzərindən əlavə olaraq narkotik vasitə və qadağan olunmuş digər əşya aşkar edilməmiş, üzərində olan 1 qutu siqaret və 30 qəpik pul isə özünə qaytarılmışdır. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan maxiuananı Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs2 100 (bir yüz) manata almışdır. Belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana satdığını bildiyi üçün 09 iyul 2022-ci il tarixdə saat 16 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Firdovsinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona “nəşə” lazım olduğunu demiş, Firdovsi ondan nə qədər lazım olduğunu soruşduqda, ona 100 (bir yüz) manatlıq lazım olduğunu bildirmiş, Firdovsi isə heç bir problem olmadığını, özünün zəng edəcəyini demişdir. Həmin günü saat 17 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək “nəşə”nin hazır olduğunu və kəndin mərkəzinə gəlməsini demiş, yaşadıqları Düyərli kəndinin mərkəzində Firdovsi ilə görüşərək ona 100 (bir yüz) manat pul verərək əvəzində ondan kağıza və sellofona bükülmüş, təxminən 6-7 qram narkotik vasitə olan marixuana almışdır. 3 ay olar ki, marixuanadan istifadə edir, Təqsirləndirilən şəxs2 aldığı marixuananı da öz istifadəsi üçün əldə etmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır və polis əməkdaşları tərəfindən üzərində baxış keçirilərkən aşkar edilmiş narkotik vasitə olan marixuana ona məxsus deyildir. Onun Təqsirləndirilən şəxs1lə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Lakin bundan sonra Təqsirləndirilən şəxs2 son sözlə çıxışı zamanı bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli hesab edir, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana satmışdır. O, saxlanılarkən üzərində aşkar olunmuş narkotik vasitə marixuana onun özünə məxsus olmuşdur. O, törətdiyi cinayət əməlindən peşman olmasını və xəstələyi nəzərə alınaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru X1 ifadəsində göstərdi ki, 09 avqust 2022-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş, bundan sonra onun, eləcə də Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkilləri Qara Həsənov, Bayram Quliyev və polis nəfəri Şahid ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində Şəmkir rayonu Düyərli kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılması təhqiqat bölməsinin təhqiqatçısı Pərvin Pirverdiyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kağıza və sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və həmin büküm elektron tərəzidə çəkilərək 6,71 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Şəmkir rayonu Düyərli kəndində yaşayan Firdovsi adlı şəxsdən 100 (bir yüz) manata aldığını bildirmiş, davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində Firdovsi adlı şəxsin Şəmkir rayonu Düyərli kəndində yaşayan, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə saat 15 radələrində Şəmkir rayonu Düyərli kəndində saxlanılaraq Zəyəm polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol arxa cibindən bir ədəd kağız bükümdə 8,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin polis leytenantı X6 və polis nəfəri, polis serjantı Şahid Coşqun Dilənçiyevlə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Şahid Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı X9 məhkəməyə teleqram vuraraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəni və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin etirazı olmadan onun elan edilmiş ifadəsindən məlum olmuşdur ki, X9 iş üzrə digər şahidlərin ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdə saat 19:30-da Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə saat 16:00-da Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi Şəmkir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyevin 16 avqust 2022-ci il tarixli qərarı ilə istintaq aidiyyatı üzrə Şəmkir RPŞ-nin istintaq bölməsinə göndərilmiş və həmin tarixdə tərəflərindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan o, 11 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. 11 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə isitntaq hərəkəti keçirilmişdir. Üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs1 öz ifadələrində göstərdiklərini bir daha təsdiq edərək, 09 avqust 2022-ci il tarixdə aralarında olan telefon danışığından sonra həmin günü saat 17 radələrində Şəmkir rayonu Düyərli kəndinin mərkəzində Təqsirləndirilən şəxs2la gürüşüb ona 100 (bir yüz) manat pul verərək təxminən 6-7 qram marixuana aldığını sonuncunun üzünə qarşı bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadə verməkdən və imza etmədən imtina etmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan o, 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və Şəmkir rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin 12 avqust 2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6.71 qram marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə bioloji ekspertizası üzrə 10 avqust 2022-ci il tarixli 16/940 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükülmüş şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,96 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8.79 qram marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə bioloji ekspertizası üzrə 11 avqust 2022-ci il tarixli 16/950 nömrəli rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə.” Sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd dəftər vərəqi bükümündə təmiz çəkisi 7,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.– Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. xx.xx.2022-ci il tarixli Şəmkir Rayon Mərkəzi Xəstəxana tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji kabinetində qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixli Şəmkir Rayon Mərkəzi Xəstəxanasının “X13” konsultativ Poliklinika Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixli Şəmkir Rayon Mərkəzi Xəstəxana tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli Şəmkir Rayon Mərkəzi Xəstəxanasının “X13” konsultativ Poliklinika Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, MusTəqsirləndirilən şəxs2 Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. Şəmkir RİHB Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası, anası və bacısı ilə birgə Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayır. Şəmkir Rayon İHB-nın Düyərli kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Doğum haqda şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il təvəllüdlü Əsma və xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı iki azyaşlı uşağı vardır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, Tovuz Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə məhkum edilmiş, Tovuz Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan şərti məhkum edilmiş, Stavrapol Ş. Dİİ İİ-nin xx.xx.1992-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilməklə əmlakı müsadirə olunmaqla AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 8 mad. “B” bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılıb, 03 il 08 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəmkir Rayon İHB-nın Düyərli kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir RİHB Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 tək Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, habelə həmin nömrələrə daxil olmuş və həmin nömrələrdən göndərilmiş sms-lərin (mesajların) mətnləri Şəmkir rayon məhkəməsinin hakimi Könül Məmmədovun 22 avqust 2022-ci il tarixli 5(076)-206/2022 nömrəli “istintaq hərəkətlərinin məcburi aparılması haqqında” qərarı əsasında Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə edilmişdir. Həmin məlumatların yerləşdirildiyi 01 (bir) ədəd diskə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri arasında 08 avqust 2022-ci il və 09 avqust 2022-ci il tarixlərdə mütəmadi olaraq zənglər və danışıqlar olduğu müəyyən edilmiş, bu barədə protokol tərtib olunmuş və zənglərin çıxarışları cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 20 oktyabr 2022-ci il tarixli, 1589 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 20 oktyabr 2022-ci il tarixli, 1590 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, eləcə də, onların arasında keçirilmiş üzləşdirmədə dindirmə isitntaq hərəkəti videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Şəxsi axtarışlar və üzləşdirmədə dindirmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 03 (üç) ədəd DVD-R disklər, eləcə də, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların köçürüldüyü 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxt və haradan əldə etməsinin, onun Təqsirləndirilən şəxs1 başqa digər şəxslərə də narkotik vasitə satmasının və digər xüsusatların əməliyyat yolu ilə müəyyənləşdirilməsi məqsədilə Şəmkir RPŞ-nə əməliyyat tapşırığı verilmişdir. Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş 05 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 09 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 100 manat müqabilində aldığı, onlar arasına şəxsi münasibətin, eləcə də narazılıq, mübahisə və ədavətin olmadığı, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs2 daha kimlərə narkotik vasitə satması, həmçinin narkotik vasitəni haradan əldə etməsi barədə əməliyyat məlumatları əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və əməlini səmimi etiraf edərək peşman olmasını bildirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi dəfərlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, əvvəllər eyni qəbildən olan cinayət əməlini törətməsini, məhkumluğu ödənilməsinə baxmayraq yenidən qəsdən az ağır cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan azadlığın məhdudlaşdırılması cəzasını çəkməklə tərbiyyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs1 yaşayış yeri hesab olunmalı və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və şəxsiyyəti xarakterizə edən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,94 qram narkotik vasitə olan olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.01 qram narkotik vasitə olan qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntülərin, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman çəkilib “DVD” diskə köçürülmüş görüntünün, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə dindirmə zamanı çəkilib “DVD” disk köçürülmüş görüntünün, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş mobil telefon nömrələri barədə məlumatların köçürüldüyü “DVD” disk olmaqla cəmi 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs1 yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,94 qram narkotik vasitə olan olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.01 qram narkotik vasitə olan qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntülərin, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman çəkilib “DVD” diskə köçürülmüş görüntünün, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə dindirmə zamanı çəkilib “DVD” disk köçürülmüş görüntünün, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş mobil telefon nömrələri barədə məlumatların köçürüldüyü “DVD” disk olmaqla cəmi 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Rəşad Mustafayev