Məhkəmə qərarları › İş №1(076)-331/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-331/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-331/2025 21.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Mirzağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993–cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, S.Vurğun kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəbir üzərində təhqiredici hərəkət etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun övladı Şahid1 onunla qeyri–rəsmi ər–arvad münasibətində olmasına baxmayaraq, sonradan evlənməsi səbəbindən münasibətlərinin bitməsinə görə aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs və onun yaxın qohumlarından qisas almaq niyyətilə 29 iyun 2025–ci il tarixdə günorta radələrində Şəmkir rayonu, Səməd Vurğun kəndində yerləşən kənd qəbirstanlığında sonuncunun mərhum əri X2 qəbir daşının üzərindən özü ilə gətirdiyi üzərində təhqiredici ifadələri yazılmış karton kağızı asmaqla, həmçinin mərhum Arzu Mirzəyevin qəbir daşını dağıdıb, zədələyərək korlamaq məqsədilə üzərindəki 80 (səksən) manat dəyərində mərmər materialından olan gül qabını qəsdən ayağı ilə vurub sındıraraq qəbir üzərində təhqiredici hərəkət etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 2018–ci ildən tanıyır. Qeyd edilən dövrdən 2025–ci ilin iyun ayına kimi aralarında sevgi münasibətləri olmuşdur. Şahid1 onunla münasibəti olduğu dövrdə onun yaşadığı ünvana gəlib–getməyə başlamışdır. 2024–cü ilin fevral ayında Şahid1 ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra isə onunla əlaqəni davam etdirirmişdir. Bundan sonra Şahid1 həyat yoldaşı Şahid4 və anası Zərərçəkmiş şəxs mütəmadi olaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. O da hər dəfəsində bu barədə Anara məlumat vermişdir. 2025–ci ilin mart ayında Şahid1 atası rəhmətə getmişdir. 2025–ci ilin iyun ayının 29–da o, xırda buynuzlu heyvanları əkin sahəsinə aparan zamanı Şahid1 anası Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid4 yola çıxaraq onu nalayiq ifadələrlə təhqir eləmişdir. O da bundan sonra Anara zəng edərək bildirmişdir ki, onun həyat yoldaşı Dilbər və anası Əminə onu nalayiq ifadələrlə təhqir etmiş, onlar barəsində polis şöbəsinə gedib şikayət edəcəkdir. Anar isə ona evdə olmadığını, evə gedib anası və həyat yoldaşını başa salacağını bildirmiş, onlar haqqında polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməməyini demişdir. Bundan sonra Əminə və Dilbərin onu nalayiq ifadələrlə təhqir etməsi pis təsir etdiyi üçün o, kardon parçasının üzərinə nalayiq ifadə yazaraq plakatı götürüb Şahid1 atasının dəfn olunduğu qəbirstanlığa getmişdir. Nalayiq ifadə yazılmış plakatı qəbir daşının üzərində asdıqdan sonra məzarın yanında olan gül qabını əli ilə itələmiş və gül qabı sınmışdır. Bundan sonra o, yaşadığı ünvana getmişdir. Sonra isə eşitmişdir ki, Anarın anası onun haqqında Şəmkir Rayon Polis Şöbəsinin Kür PB–nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda səhv hərəkət etdiyini anlayır və əməlindən peşmandır. Həmin əməli aqressiv olduğu dönəmdə törətmişdir. Dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail olmamışdır. Həmçinin, mülki iddianın dəlillərini qəbul etmir. Ona görə də göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini, mülki iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun oğludur, Təqsirləndirilən şəxs isə onunla eyni kənddə yaşayır. Sonuncu ilə aralarında düşmənçilik və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs ilə onun oğlu Şahid1 arasında 5–6 il bundan əvvəl münasibət olmuşdur. Lakin oğlu Şahid1 2024–cü ilin fevral ayında ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxs ilə aralarında olan münasibət sona çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun oğlunu yenidən narahat etməyə başlamışdır. Toy olduqdan sonra, yəni təxminən 1–2 aydan sonra Türkan onların yaşadıqları evin qarşısına nalayiq ifadələr yazılmış plakat asaraq oğlunu və onu nalayiq ifadələrlə təhqir etmişdir. Lakin bu barədə heç bir orqana rəsmi olaraq müraciət etməmişdir. 2025–ci ilin mart ayının 15–də həyat yoldaşı Arzu Mirzəyev rəhmətə getmişdir. Həyat yoldaşı X9 rayonu, S.Vurğun kəndində yerləşən qəbirstanlıqda dəfn etdikdən sonra 40 mərasiminə kimi həyat yoldaşına qara mərmərdən başdaşı qoymuşlar. 2025–ci ilin may ayında həyat yoldaşının məzarının olduğu qəbirstanlıqda başdaşının yanında olan güllər dağılmışdır. Lakin qəbir daşına heç bir ziyanlıq dəyməmişdir. O da bundan sonra məzar daşının olduğu əraziyə kamera qoymuşdur. 29 iyun 2025–ci il tarixdə evdə olarkan mobil telefon vasitəsi ilə qəbirstanlığa baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşına məxsus başdaşına iplə asılmış kardon parçasında nalayiq ifadələr yazılmış plakat asmışdır. Həmçinin, qəbirstanlıqda olan 2 ədəd güldanın sındırdığını müəyyən etmişdir. Bundan sonra o və oğlu Şəmkir rayonu, S.Vurğun kəndində yerləşən qəbirstanlığa getmiş və qeyd edilən hadisənin əyani şəkildə şahidi olmuşlar. Məzar daşının ətrafını təmizlədikdən sonra onlar yaşadıqları ünvana getmişlər. O da evdə yenidən kameraya baxan zaman Təqsirləndirilən şəxs yanında kənar bir nəfər şəxsin olduğunu aşkar etmişdir. 01 iyul 2025–ci il tarixdə Şəmkir RPŞ–nin Kür PB–nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Əlavə olaraq qeyd edir ki, 2.000 manat maddi ziyanın və 3.000 manat mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsini tələb edir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində hüquqi yardım göstərilməsi üçün vəkil xidmət haqqı ödəmiş, etibarnamə və mülki iddia üçün dövlət rüsumu ödəmiş, eləcə də, istintaqa və məhkəməyə gəlib–getmək üçün nəqliyyat xərci ödəmişdir. Bununla da ona 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, yeni rəhmətə getmiş ərinin qəbri üzərində Təqsirləndirilən şəxs tərəfindən təhqiredici hərəkətlərin edilməsi nəticəsində sarsıntı keçirmiş, mənəvi əzab çəkmiş və ona 3.000 manat mənəvi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs 2.000 manat məbləğində maddi zərərin (bura daxildir – məzarın səliqəyə salınması, sındırılmış iki ədəd güldanın yenidən alınması, 700 manat vəkil xidmət haqqı, 17 manat etibarnaməyə görə ödənilmiş rüsum və 903 manat nəqliyyat xərcləri), 3.000 manat məbləğində mənəvi zərərin və 70+1 manat dövlət rüsumunun alınaraq ona verilməsini istəyir. Odur ki, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə əsasən təmsil etdiyi şəxslə eyni məzmunlu ifadə verdi, təqsirləndirilən şəxsə ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı Türkan 2018–ci ildə onlarla qonşuluqda yaşayan Şahid1 ilə tanış olmuşdur. Tanış olduqdan sonra bacısı bu barədə onlara məlumat vermişdir. Bundan sonra Şahid1 onların yaşadığı ünvana gəlib–getməyə başlamışdır. Mütəmadi olaraq Şahid1 onların fərdi yaşayış evində bacısına məxsus otaqda gecələr qalmağa başlamışdır. Lakin Anarın gəlib–getməyi barədə onların məlumatı olmasına baxmayaraq, bu barədə onlar Türkana heç bir söz deməmişlər. 2024–cü ilin fevral ayında Şahid1 ailə həyatı qurmuşdur. Ailə qurmasına baxmayaraq, Anar onun bacısı ilə olan münasibətini davam etmişdir. 2025–ci ilin iyun ayında Şahid1 anası onun bacısını nalayiq ifadələrlə təhqir etməsinə görə bacısı da əsəbiləşərək Anar Mirzəyin mərhum atasının qəbrinin üstünə nalayiq ifadə yazılmış kardon parçası asmış və məzar daşının yanında olan güldanı sındırımışdır. Bundan sonra Şahid1 anası Zərərçəkmiş şəxs bacısı barəsində şikayət ərizəsi ilə polis bölməsinə müraciət eləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla eyni kənddə yaşayır, aralarında düşmənçilik və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs ilə təxminən 5–6 il bundan əvvəl tanış olmuşdur. Tanış olduqdan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Anar da mütəmadi olaraq onun yaşadığı fərdi yaşayış evinə gedib–gəlməyə başlamışdır. 2024–cü ilin fevral ayında o, ailə həyatı qurmuş, bundan sonra o, yenə də Türkanın yaşadığı fərdi yaşayış evinə gedib– gəlməyə davam etmişdir. Təxminən 1–2 aydan sonra Türkan onların yaşadıqları evin qarşısına nalayiq ifadələr yazılmış plakat asaraq onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Ona öz iradını bildirdikdən sonra, qeyd edilən əməlləri təkrar etməmişdir. 2025–ci ilin mart ayında o, Türkanla aralarında olan münasibətə son qoymuşdur. 2025–ci ilin mart ayının 15–də atası Arzu Mirzəyev rəhmətə getmişdir. Atası X9 rayonu, S.Vurğun kəndində yerləşən qəbirstanlıqda dəfn etdikdən sonra 40 mərasiminə kimi qara mərmərdən başdaşı qoymuşlar. 2025–ci ilin may ayında atasının məzarının olduğu qəbirstanlıqda başdaşının yanında olan güllərin dağılmasını görmüşdür. Lakin qəbir daşına heç bir ziyanlıq dəyməmişdir. Bundan sonra məzar daşının olduğu əraziyə kamera qoymuşdur. 29 iyun 2025–ci il tarixdə anası evdə olarkan mobil telefon vasitəsilə qəbirstanlığa baxanda aşkar etmişdir ki, Təqsirləndirilən şəxs atasına məxsus başdaşına iplə asılmış kardon parçasında nalayiq ifadələr yazılmış plakat asmışdır. Həmçinin, qəbirstanlıqda olan 2 ədəd güldanın sındırdığını müəyyən etmişlər. Bundan sonra o, və anası Şəmkir rayonu, S.Vurğun kəndində yerləşən qəbirstanlığa getmiş və qeyd edilən hadisənin əyani şəkildə şahidi olmuşlar. Məzar daşının ətrafını təmizlədikdən sonra yaşadıqları ünvana getmişlər. Anası evdə yenidən kameraya baxan zaman Təqsirləndirilən şəxs yanında kənar bir nəfər şəxsin olduğunu aşkar etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qayınanasıdır. Təqsirləndirilən şəxs təxminən 9 aydan artıq müddətdir ki, tanıyır. Tanışlıqlarına səbəb isə o, Şahid1lə ailə həyatı qurduqdan sonra təxminən 2025–ci ilin yanvar ayında evdə olarkən həyat yoldaşına məxsus mobil telefona tanımadığı şəxs tərəfindən 2–3 ədəd açıq–saçıq şəkil gəlmişdir. O da həmin mobil nömrəni proqramda yoxladıqdan sonra adı Gültan çıxmışdır. O, bu barədə evdə soruşduqda həmin şəxsi tanımadıqlarını bildirmişlər. O, da həmin günün axşamı həmin mobil nömrəyə zəng etdikdə həmin nömrənin sahibi onu nalayiq ifadələrlə təhqir eləmişdir. O da həmin mobil nömrənin sahibini öyrəndikdə ona məlum olmuş ki, həmin mobil nömrənin sahibi Təqsirləndirilən şəxsdır. Bundan sonra Təqsirləndirilən şəxs onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. 2025–ci ilin mart ayının 15–də qayınatası Arzu Mirzəyev rəhmətə getmişdir. X9 rayonu, S.Vurğun kəndində yerləşən qəbirstanlıqda dəfn etdikdən sonra 40 mərasiminə kimi Anar qara mərmərdən başdaşı qoymuşdur. 2025–ci ilin may ayında qayınatasına məxsus məzarın olduğu qəbirstanlıqda başdaşının yanında olan güllər dağılmışdır. Lakin qəbir daşına heç bir ziyanlıq dəyməmişdir. Anar bundan sonra məzar daşının olduğu əraziyə kamera qoymuşdur. 29 iyun 2025–ci il tarixdə qayınanası evdə olarkan mobil telefon vasitəsilə qəbirstanlığa baxanda aşkar etmişdir ki, Təqsirləndirilən şəxs qayınatasına məxsus başdaşına iplə asılmış kardon parçasında nalayiq ifadələr yazılmış plakat asmışdır. Həmçinin, qəbirstanlıqda olan 2 ədəd güldanın sındırdığını müəyyən etmişlər. Bundan sonra qayınanası Əminə Təqsirləndirilən şəxs barəsində Şəmkir RPŞ–yə şikayət ərizəsi ilə müraciət eləmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2025–ci il tarixli protokoldan görünür ki, baxış zamanı üzərinə nalayiq ifadələr yazılmış kardon kağız götürülmüş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmiş, baxış zamanı götürülmüş 01 ədəd kardon kağız maddi sübut hesab edilməklə Şəmkir RPŞ–nin məsul saxlancına verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli rəydən görünür ki, iki ədəd şüşə xrustal güldanın təbii və süni olmaqla gül ilə birlikdə 2025–ci ilin may ayının əvvəllərinə orta bazar qiyməti 80 (səksən) manat təşkil edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2025–ci il tarixdə vəfat etmişdir. Şəmkir RİHB–nın Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şəmkir rayonu, S.Vurğun kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Poliklinikasının norkoloji, psixiatrik və dəri zöhrəvi kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəbir üzərində təhqiredici hərəkət etmə cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245–ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ohımin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 245–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Həmçinin, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcələnin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə sadalanan cinayət–prosessual qanunvericiliyin və mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilinmiş, onun təqsiri üzündən mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 181.2.1 və 181.2.4–cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə maddi zərərin məbləğinin müəyyən edərkən qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilir ki, mülki iddiaçı tərəfindən 70 manat dövlət rüsumu, 700 manat vəkil xidmət haqqı ödənilmiş, eləcə də qəbir üstündə olan 80 manat dəyərində gül qabı Təqsirləndirilən şəxs tərəfindən sındırılmışdır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Məhkəmə hazırki cinayət işinin hallarını və mülki iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə təqsirləndirilən şəxsdən sındırılmış güldanın əvəzi kimi 80 manat, vəkil xidmət haqqının əvəzi kimi 400 manat pulun, eləcə də ödənilmiş dövlət rüsumunun 35 manat hissəsinin alınıb mülki iddiaçıya (zərərçəkmiş şəxsə) verilməsini daha məqsədə müvafiq hesab edir. Maddi ziyanın qalan hissəsi ilə bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mülki iddia maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə Zərərçəkmiş şəxs mülki iddiasının mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi Zərərçəkmiş şəxs mənəvi sarsıntı, iztirab keçirməsinə səbəb olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, zərərçəkmiş mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025–ci il tarixli Qərarının 7.1–ci bəndində göstərilmişdir ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Həmin Qərarın 7.4–cü bəndində göstərilmişdir ki, təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Həmin Qərarın 7.5–ci bəndində göstərilmişdir ki, mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, həmçinin mülki cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 500 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar–Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş hadisəni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib orada saxlanılmalı, Şəmkir RPŞ–də saxlanılan 01 ədəd üzərində nalayiq ifadələr yazılmış kardon kağız məhv edilməli, mülki iddia qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə sındırılmış güldanın əvəzi kimi 80 manat, vəkil xidmət haqqının əvəzi kimi 400 manat, dövlət rüsumunun əvəzi kimi 35 manat və mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 1.015 manat məbləğində pul alınıb zərərçəkmiş şəxs– mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməli, hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 198 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, hadisəni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib orada saxlanılsın, Şəmkir RPŞ–də saxlanılan 01 ədəd üzərində nalayiq ifadələr yazılmış kardon kağız məhv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə sındırılmış güldanın əvəzi kimi 80 manat, vəkil xidmət haqqının əvəzi kimi 400 manat, dövlət rüsumunun əvəzi kimi 35 manat və mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 1.015 (bir min on beş) manat məbləğində pul alınıb zərərçəkmiş şəxs– mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar