Məhkəmə qərarları › İş №1(076)-34/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-34/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-34/2025 14.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonu Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş Pərvin, xx.xx.2009-cu ildə anadan olmuş Elvin və xx.xx.2020-ci ildə anadan olmuş Aydan adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 130,00 manat, cəmi 390,00 manat məbləğində aliment alınaraq iddiaçı Hümbətova (İsgəndərova) Nərmin Qədir qızına verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-1130/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(076)- 1333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8-12 gün olmaqla ümumilikdə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 6920,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Hümbətova (İsgəndərova) Nərmin Qədir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hümbətova (İsgəndərova) Nərmin Qədir qızı ilə 2006-cı ildə faktiki olaraq el adəti ilə evlənmiş, xx.xx.2007-ci il tarixdə isə nikah qeydi rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2007-ci ildə Pərvin, xx.xx.2009-cu ildə Elvin və xx.xx.2020-ci ildə Aydan adlı uşaqları doğulmuşdur. Evli olduqları müddətdə o, rayon ərazisində fərdi qaydada qaynaqçı və santexnik ustası kimi işləyirmiş, aylıq gəliri təxminən 500,00-600,00 manat təşkil edirmiş. Ailənin bütün maddi tələbatını o öz qazancı ilə təmin edirmiş. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Bundan sonra Nərmin ayrılaraq uşaqlar ilə birlikdə valideynlərinin yanına getmişdir. Bundan sonra Nərmin nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah qeydi ləğv xx.xx.2021-ci il tarixdən başlayaraq ondan üç azyaşlı uşağın yetkinlik yaşlarına çatandǝk saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130,00 manat, cəmi 390,00 manat sabit pul məbləğində aliment alınaraq Hümbətova (İsgəndərova) Nərmin Qədir qızına verilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Buna görə də iki dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra məmurunun təqdimatına əsasən Şəmkir Rayon ölkədən getmək hüququ icra məmurunun təqdimatına Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10920,00 manat aliment borcundan icra müddətində cəmi 4000,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 6920,00 manat aliment borcu qalmışdır. Həmin borcdan istintaq müddətində, yəni xx.xx.2024-cü il tarixdə 3000,00 manat, xx.xx.2024-cü il tarixdə isə 1500,00 manat, xx.xx.2024-cü il tarixdə 1400 manat və 28.2024-cü il tarixdə 1020 manat zərərçəkənin xeyrinə ödəmişdir. Hazırda borcu qalmamışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə faktiki olaraq el adəti ilə evlənmiş, xx.xx.2007-ci il tarixdə isə nikah qeydi rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2007-ci ildə Pərvin, xx.xx.2009-cu ildə Elvin və xx.xx.2020-ci ildə Aydan adlı uşaqları olmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs rayon ərazisində fərdi qaydada qaynaqçı və santexnik ustası kimi işləyirmiş, aylıq gəliri təxminən 700,00-800,00 manat təşkil edirmiş. Ailənin bütün maddi tələbatını Təqsirləndirilən şəxs öz gəliri ilə təmin edirmiş. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsada sonradan münasibətləri pozulmuşdur. Bundan sonra ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. Bu səbəbdən də, nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah qeydi ləğv xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs üç azyaşlı uşağın yetkinlik yaşlarına çatandǝk saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130,00 manat, cəmi 390,00 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs rəsmi və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq sonuncu yaranmış aliment borcunu tam ödəməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə borcu Təqsirləndirilən şəxs İcra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Buna barəsində Azərbaycan görə də, xx.xx.2023-cü il tarixdə borcu Təqsirləndirilən şəxs yenidən icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı xx.xx.2022-cü il tarixli icra sənədində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunmuş, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün məşğulluq mərkəzinə müraciət edərək təklif olunan istənilən işlə təmin olunması üçün zəruri işlər görməsi barədə xəbərdarlıqlar edilse göstərməmişdir. İcraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il de, sonuncu aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilen xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10920,00 manat aliment borcundan icra dövründə cəmi 4000,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 6920,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs hazırda yaranmış aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs üç azyaşlı uşağın yetkinlik yaşlarına çatanadǝk saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130,00 manat, cəmi 390,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Hümbətova (İsgəndərova) Nərmin Qədir qızına verilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə tərəflǝrǝ göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Yaranmış aliment borcunun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmiş və borcluda tələbin yönəldilə biləcəyi Əmlak və gəlirlər aşkar olunmamışdır. İş üzrə borclu Təqsirləndirilən şəxs rəsmi və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq sonuncu yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə borcu Təqsirləndirilən şəxs İcra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə borcu Təqsirləndirilən şəxs yenidən icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcra işində olan materiallardan görünür ki, borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı xx.xx.2022-cü il tarixli icra sənədində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunmuş, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün məşğulluq mərkəzinə müraciət edərək təklif olunan istənilən işlə təmin olunması üçün zəruri işlər görməsi barədə xəbərdarlıqlar edilsə də, sonuncu aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. İcraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimiödəməli olduğu 10920,00 manat aliment borcundan icra dövründə cəmi 4000,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 6920,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnamələrinin qərəzli olaraq icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü Pərvin, xx.xx.2009-cu il təvəllüdlü Elvin və xx.xx.2020-ci il təvəllüdlü Aydan adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. Şəmkir şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-217/2022 saylı qərardaddan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək müvəqqəti məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-1130/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-1333/2023 qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 17 iyul 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cəmi 6920 manat X2 aliment ödənilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci – dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə sərf etdiyi 10 saat iş vaxtı üçün 60 manat pul vəkil Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar