Məhkəmə qərarları › İş №1(076)-343/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-343/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-343/2024 23.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında olan şikayət ərizəsində göstərmişdir ki, Şəmkir rayonunun keçmiş İcra Hakimiyyətinin Başçısı olmuş mərhum X4 Aslanovu qətlə yetirən X5 öz adına Tik-Tok səhivəsi (internet informasiya ehtiyatı) açaraq ona və ailə üzvülərinə böhtan ataraq şərəf və ləyaqətlərini alçaldaraq bildirir ki, “keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirən, məni isə o cinayətə qurban seçən Vüqar Əliyev və onun ailəsi tərəfindən şantajlara məruz qalıram. Adımdan saxta profil açaraq, videolarımı paylaşır, məni hələdə qurban kimi seçməklərindən əl çəkmirlər. Səbəb isə məndən istədikləri pul məbləğindən imtina etməyim olub. Dövlət qurumlarına bununla bağl şikayət etsəmdə bir nəticə” olmadığını bildirərək sosial şəbəkədə bunu ictimailəşdirmişdir. Göründüyü kimi Lamiyə Quliyeva həmin faktları hüquq mühafizə orqanlarına şikayət etmişdir. Araşdırma aparılmış, araşdırma zamanı X1 ona və ailəsinə böhtan atması üzə çıxmış, lakin Lamiyə Quliyeva öz cinayətkar əməllərindən əl çəkməyərək 2003-cü ildə olduğu kimi yenə ona şər atmağa davam etmişdir və bu cinayətkar əməlini ictimaiyyətə elan etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş X2 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməlidir. Belə ki, X3 məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, şikayəti vermiş şəxs şikayətindən imtina edərək, təqsirləndirilən şəxslə barışdığını bildirmiş və ərizənin icraata qəbulundan imtina olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında vermiş şəxs şikayətindən imtina edərək, təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayəti əsasında X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar