Məhkəmə qərarları › İş №1(076)-347/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-347/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-347/2025 19.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1962-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" ASC-də elektrik növbətçi ustası işləyən, evli, əvvəllər məhkum olmamış, Şəmkir rayonu, X10 kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Yeni Həyat kəndindəki yaşadığı fərdi yaşayış evində aralarında ailəməişət münasibətləri zəminində yaranmış münaqişə zamanı yumruq ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən vuraraq sonuncuya sol gözaltı nahiyənin və sağ əlin arxa səthinin dərialtı hematomaları, sağ bazunun yuxarı üçdə birinin, sağ budun aşağı üçdə birinin bayır səthinin və sağ ayaq pəncəsinin ayaq arxası səthinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, "xxxx" ASC-də növbətçi elektrik ustası işləyir. Zərərçəkmiş Zərərçəkmiş şəxs arvadıdır, onlar Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayırlar, hal-hazırda boşanma ərəfəsindədirlər. Əvvəllər münasibətləri yaxşı olsa da son vaxtlar münasibətləri pozulmuşdur, o, Bulqeyisin evə gec gəlməsindən narazıdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadıqları evdə olarkən yenə Bulqeyislə sonuncunun evə gec gəlməsinə görə narazılıqları olmuş, aralarında mübahisə baş vermiş o, əli ilə Bulqeyisi vurmuşdur. Bulqeyis buna görə ondan şikayət etmişdir. Əməlindən peşmandır, barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Onlar Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayırlar. X11 X1 İstismarı idarəsində hidrotexnik işləyir. Əvvəllər münasibətləri yaxşı olsa da son vaxtlar ərinin qısqanclığı səbəbindən aralarında narazılıqlar baş verir. Hazırda boşanma ilə bağlı Şəmkir rayon Məhkəməsində işləri var. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində işdən evə gəldikdən sonra Heydər onun evə gec gəlməsini deyib onunla mübahisə etmiş, sonra isə əli ilə onun sifətindən vurmuş, o da polisə bu barədə şikayət etmişdir. Hazırda Heydərdən şikayətçi deyil, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 1113 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizasına əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin və sağ əlin arxa səthinin dərialtı- hematomaları, sağ bazunun yuxarı üçdə birinin, sağ budun aşağı üçdə birinin bayır səthinin və sağ ayaq pəncəsinin ayaqarxası səthinin qançırları küt əşyalrın təsirindən törənmişlər, törənmə müddətləri 28 noyabr 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərərcəsinə görə sol gözaltı nahiyənin və sağ əlin arxa səthinin dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ bazunun yuxarı üçdə birinin, sağ budun aşağı üçdə birinin bayır səthinin və sağ ayaq pəncəsinin ayaqarxası səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Şəmkir RİHB Yeni Həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulmuş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.1962-ci il təvəllüdlüdür, 63 yaşı var, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14-cü bəndinin tələbinə əsasən, bundan başqa, törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün isə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən onun barəsində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına məhkəmədə iştirak etdiyi 8 saata görə 88 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına məhkəmədə iştirak etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar