Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-348/2025 02.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2003-ci il təvəllüdlü Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 04 oktyabr 2025-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduqdan sonra aralarında yaranmış sevgi münasibətləri səbəbindən 17 noyabr 2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 2-də yerləşən evini könüllü olaraq tərk edərək onunla birikdə Şəmkir rayonuna gələn Zərərçəkmiş şəxs bacısı Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə apararaq orada 17 noyabr 2025-ci il tarixdə saat 22 radələrində və 18 noyabr 2025-ci il tarixdə saat 01 radələrində olmaqla iki dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs boyunun sol yan səthinin sorulma nəticəsində qansızması ilə nəticələnən onunla təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 04 oktyabr 2025-ci il tarixdə “Likee” adlı sosial şəbəkədə tanış olmuş, Xədicənin şəkillərini görmüş, onu bəyənmiş, hər iksi birbirilərini sevmişlər. O, Xədicəni görmək üçün Bakı şəhərinə getmiş, orada ilk dəfə birbirilərini görüşmüş, söhbətlər edib ayrılmışlar. xx.xx.2025-ci il tarixdə o, Xədicə ilə yenidən görüşmək üçün Bakı şəhərinə getmiş, 17 noyabr 2025-ci il tarixdə saat 09 radələrində onlar Xədicə ilə 20 Yanvar metrosunda görüşmüşlər, Xədicə kollecə getməmişdir. Bir qədər gəzdikdən sonra Xədicə telefona baxdıqda anasının ona zəng etdiyini görmüş, Xədicənin sinif yoldaşı da zəng edərək atasının və anasının kollecə gəlib onu axtardıqlarını demiş, Xədicə ata və anasının onu axtarmasından narahat olduğunu və evə getmək istəmədiyini, evə getsə özünü öldürəcəyini demişdir. O, Xədicəyə Şəmkir rayonuna onunla birlikdə Şəmkir rayonuna getməyi təklif etmiş, Xədicə razılaşmış, Bakı Beynəlxalq Avtovağzalına gedərək oradan tanımadığı şəxsin idarə etdiyi taksi ilə Şəmkir şəhərinə çatmışlar. O, Xədicəyə bacısıgilin evində heç kimin olmadığını, evin açarının onda olduğunu və ora getməyi təklif etmiş, Xədicə etiraz etməmiş və onunla birlikdə bacısıgilə- ünvan 2 ünvanındakı mənzilə getmişlər, evdə ikisindən başqa heç kim olmamışdır, bir qədər söhbət edərək çay içmişlər. 17 noyabr 2025-ci il tarixdə saat 22 radələrində və 18 noyabr 2025-ci il tarixdə saat 01 radələrində iki dəfə Xədicə ilə sonuncunun razılığı əsasında cinsi əlaqədə olmuşlar. Xədicənin 15 yaşının olmasını bilmişdir. Həmin vaxt o, Xədicənin 15 yaşı olduğunu bilmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Dövlət Mədəniyyət və İncəsənət Kollecində oxuyur. “Like” adlı sosial şəbəkəsində Təqsirləndirilən şəxsla tanış olmuşdur, bir müddət onunla yazışdıqdan sonra aralarında sevgi münasibətləri yaranmış, Yusif Bakı şəhərinə gedərək onunla görüşmüş, sonra geri qayıtmışdır. Daha sonra 17 noyabr 2025-ci il tarixdə Yusiflə səhər saatlarında görüşmüş, dərsə getməmiş, bir qədər gəzdikdən sonra sinif yoldaşından zəng gəlmiş və sonuncu ona anası ilə atasının kollecə gedərək onu axtardıqlarını demişlər. Atasının onu axtarmağından narahat olmuş və evə getmək istəməmiş, Yusifə onunla birlikdə Şəmkir rayonuna getməyi təklif etmişdir, həmçinin ona 15 yaşı olmasını demişdir. Yusif onunla razılaşmış, həmin gün birlikdə Bakı Beynəlxalq avtovağzalından Bakı-Şəmkir taksisi ilə Şəmkir şəhərinə gəlmişlər. Evdə özlərindən başqa heç kim olmamışdır. 17 noyabr 2025-ci il tarixdə saat 22 radələrində və bundan bir neçə saat sonra, 18 noyabr 2025-ci il tarixdə, saat 01 radələrində öz razılığı əsasında Yusif ilə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs olan Yusifdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızıdır, qızı bəzən onlarla, bəzən də nənəsi ilə birlikdə yaşayır. Xədicə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Kollecində təhsil alır. Hər gün kollecə saat 07 radələrində gedir saat 15-16 radələrində evə qayıdır. 17 noyabr 2025-ci il tarixdə səhər saatlarında Xədicənin kollecə getmədiyini öyrənmiş, Xədicəyə məxsus mobil telefona zəng çatmadığından özü kollecə getmiş, Xədicənin dərsə getmədiyini öyrənmiş, qohumlarına zəng vurub Xədicənin onlarda olubolmamasını soruşmuş, qızının onlara da getmədiyini bildikdən sonra DİN 102 xidmətinə bu barədə məlumat vermişdir. 18 noyabr 2025- ci il tarixdə Şəmkir RPŞ-dən zəng vurulmuş, Xədicənin Şəmkir rayonunda olması deyilmiş, o da Şəmkir rayonuna gələrək qızını təhvil almışdır. Bundan sonra qızının Yusif adlı şəxslə Bakı şəhərindən Şəmkir şəhərinə gəldiyini, orada cinsi əlaqədə olmalarını öyrənmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında anası və 7 yaşlı qızı ilə birlikdə yaşayır, evli olub ayrılmışdır, bir övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində icarə əsasında kafe işlədir. Təqsirləndirilən şəxs onun qardaşıdır, o, Şəmkir rayonu, Qaracəmirli kəndində atası ilə yaşamış, lakin üç gün idi ki, onun yanında qalırmış, evinin açarı onda da olmuşdur. 16 noyabr 2025-ci il tarixdə Yusif ona zəng etmiş, Bakı şəhərində olmasını və paltar almağa getməsini deyərək ondan 100 manat borc pul istəmişdir, o, da Yusifə verməsi üçün Bakı şəhərində yaşayan dayısı oğlunun kartına 100 manat pul göndərmişdir. 17 noyabr 2025-ci il tarixdə axşam saatlarında anası və qızı işlətdiyi kafedə onun yanında olmuşlar, saat 23 radələrində Yusif ona zəng etmiş və qız qaçırmasını və onun evində olmalarını demişdir, saat 01 radələrində o, evə getmiş və həqiqətən də evdə Xədicə adlı qız olmasını görmüşdür. Qardaşı Səməd ona Xədicəni evlənmək məqsədi ilə Bakı şəhərindən onların evinə gətirməsini demişdir, maraqlandıqda Xədicənin xx xxxxxx 2010-cu il təvəllüdlü olmasını bilmişdir. Bundan başqa onlar ona cinsi əlaqədə olduqlarını demişlər və o, da Xədicənin 15 yaşı olduğu üçün onları da götürüb Şəmkir rayon polis şöbəsinə getmişdir, qardaşı Səmədin 15 yaşlı Xədicə ilə cinsi əlaqədə olması barədə ərizə ilə müraciət etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsidən görünür ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır, bəzi hallarda isə ünvan 1 ünvanında kirayədə yaşayan qızı Şahid1 yanında qalır. Heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun övladıdır. Yusif də Şəmkir rayonu, Qaracəmir kəndində yaşayır, bəzi hallarda isə o, da bacısının evində qalır. Yusif bir neçə gün olar ki, Şəmkir şəhərində Lalənin evində qalmışdır, 16 noyabr 2025-ci il tarixdə isə evə getdiyini demişdir, həmin gün Yusiflə danışan zaman Bakı şəhərində olmasını demişdir, lakin başqa heç nə deməmişdir. 17 noyabr 2025-ci il tarixdə isə o, Lalənin uşağını məktəbdən götürmüş onun işlədiyi kafeyə getmişdir. Axşam saatlarında Lalə evə getmiş, daha sonra Lalə ona Yusifin Xədicə adlı 15 yaşlı qızı evə gətirməsini və onunla cinsi əlaqədə olmasını demişdir. Bundan sonra isə Lalə onları Şəmkir rayon polis şöbəsinə aparmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 1086 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-boyunun sol yan səthinin qansızması müayinə olunanın göstərdiyi şəraitdə, yəni həmin nahiyənin sorulması nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 17 noyabr 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur, onun arxa keçəcəyində şüavari büküşlərin hamarlaşması və arxa keçəcəyi büzən əzələdə (sfinktorda) boşalma aşkar edildi, bu da onunla arxa keçəcəkdən dəfələrlə cinsi əlaqələrin olmasına dəlalət edir, hamiləliyin təyini üçün ultrasəs müayinədən keçmədiyindən onun hamilə olub-olmamasını müəyyən etmək deyil. DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Məhkəmə-tibb ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 1087 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmə-psixoloji ekspertizasının 05 dekabr 2025-ci il tarixli, 916 saylı rəyindən görünür ki, İ. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, X2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavra, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi) İİ. Yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən qarşısında qoyulmuş suallar aşağıdaklı kimi cavablandırılır: -Yoxlanılan şəxs Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçilik, sərbəsliyə can atmaq, fəallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. - Yoxlanılan şəxs Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilərdi. - Yoxlanılan şəxs Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Onda özündən uydurma və başqalarının tədiri altına hərəkət etməyə meyillilik müəyyən olunmadı. - Yoxlanılan şəxs Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində aqressivlik davranışlara meyillilik aşkar edilmədi. - Ona qarşı göstərilən hərəkətlər edilən zaman Zərərçəkmiş şəxs emosional vəziyyətində hər hansı mühüm dəyişiklik yaranmamışdır. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək fotocədvəl tərtib edilmişdir. 19 noyabr 2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona razılığı əsasında mobil telefona və hesabat kartına baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı videogörüntülər çəkilərək disk halında protokola əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Samsung Galaxy A03” markalıdır. Telefonun imei kodu: **********11148, **********11140-dır. Telefon tünd göy rənglidir, üzərində tünd göy qabura var. Mobil telefonun ekran kilidi 3,5 6, 8-dir. Mobil telefonun içərisində +994 50 748 28 54 mobil nömrəsi istifadə edilir, “Vhatsapp” sürətli mesajlaşma sistemi də həmin nömrəyə qeydiyyatlıdır, profil adı isə “Yuska”-dır. Mobil telefonun “Vhatsapp” sürətli mesajlaşma sisteminə daxil olduqda görünür ki, o, Zərərçəkmiş şəxs istifadə etdiyi +994 55 424 91 67 mobil nömrəsini “Sevgilim” olaraq qeyd etmiş, adın yanına isə ürək işarəsi yazılmışdır. Onunla Zərərçəkmiş şəxs arasında yazışmalara baxan zaman görünür ki, onlar arasında danışıq tarixi həqiqətən də 04 oktyabr 2025-ci il tarixdə başlayır, sonuncu yazışma isə 17 noyabr 2025-ci il tarixdədir. Danışığın məzmunundan görünür ki, onlar arasında həqiqətən də sevgi münasibətləri vardır, hətta Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ona özünə aid şəkilləri də göndərmişdir. 17 noyabr 2025-ci il tarixdə olan yazışmalardan isə görünür ki, onlar həmin gün saat 07 radələrində Bakı şəhərində, “20 Yanvar” metro stansiyasının yanında görüşmüşlər. Şəmkir RİHB–nin Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətmkan tədbirinin seçilməsi haqqında” Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2010-cu ildə doğulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə nəzərədə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün cəmi 165 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 15 saat hüquqi yardım göstərilməsinə görə vəkil Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 165 (bir yüz altmış beş) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(076)-348/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-348/2025
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver