Məhkəmə qərarları › İş №1(076)-35/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-35/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-35/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Şəmkir şəhəri Natavan küçəsi ev 53 ünanında qeydiyyatda olan, Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(076)-5/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılmış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu Mərkəzi Bazarın yaxınlığından tapdığı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib saxlamaqla üzərində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 29 avqust 2022-ci il tarixdə, saat 18:45də Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şəmkir rayonu, Natavan küçəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq miqdarda 41,865 çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu “Ağ dağlar” adlanan ərazidən taparaq qanunsuz əldə etdiyi 1 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat silahı, 01 ədəd Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi hesab olunan darağı və 22 ədəd 7.62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronları özərində gəzdirməklə yaşadığı Şəmkir rayonu, Natavan küçəsində yerləşən evə daşımış, evin yataq otağında çarpayının altında gizlədərək saxlamış, onun qanuna zidd hərəkətləri ilə bağlı Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 29 avqust 2022-ci il tarixdə, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həyətində olan yataq otağındakı çarpayının altından texniki cəhətdən saz və atəşə yararlı, 01 ədəd TT2949 nömrəli, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1967-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli, odlu yivli Kalaşnikov konstruksiyalı AKM modelli avtomat silahı, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd 7.62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahlarının komplekt hissəsi hesab olunan daraq və 22 ədəd atəş üçün yararlı zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə üzrə toplanmiş sübutların məcmusu, şahid ifadələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə ballistik, məhkəmə narkoloji ekspertizasının rəyləri, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək ifadəsində göstərdi ki, tutulanadək Şəmkir şəhəri, Natəvan küçəsi ev 53-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Təxminən dörd il olar ki, narkotik vasitələr istifadə edir. Narkotik vasitəni əsasən ineksiya yolu ilə qəbul edir. Əvvəllər bir dəfə narkotik vasitə saxlamağa görə məhkum olunmuş, bir il yarım azadlıqdan məhrum edildikdən sonra 2022-ci ilin yanvar ayında həbsdən azad olunmuşdur. Həmin vaxtdan sonra evdə olmuşdur. Həbsdən çıxdıqdan sonra da hərdən narkotik vasitə qəbul etmişdir. 28 aprel 2022-ci il tarixdə yenidən polis əməkdaşları onu həbs etmişlər və narkotik vasitə satdığını bildirmişlər. Lakin həmin vaxtı o, narkotik vasitə satmamışdır. Həmin vaxtı Şəmkir rayon polis əməkdaşları onu döydüklərindən məcbur olaraq cinayət əməlini etiraf etmişdir. Həmçinin üzərində narkotik vasitə olmadığı halda polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuşlar. Həmin narkotik vasitənin də özünə məxsus olduğunu qorxduğu üçün boynuna almışdır. Ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmiş və Şəmkir rayon məhkəməsinin qərarı ilə barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 28 iyul 2022-ci il tarixdə o, həbsdən azad olunmuşdur. Azad olunduqdan sonra o, narkotik vasitə qəbul etməmiş, həmişə evdə olmuşdur. 29 avqust 2022-ci il tarixdə o, yaşadığı evdə olduğu zaman polis əməkdaşları onun yaşadığı evə gələrək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təzyiq edərək üzərinə 42 qram narkotik vasitə olan tiryək qoymuşlar və həmin narkotik vasitənin özünə məxsus olmasını deməsi barədə təzyiq etmişlər. Həmçinin ona bir ədəd avtomatının olduğunu da boynuna almağı demişlər. O, razılaşmadıqda təzyiq edərək boynuna almağı, əks halda isə döyüləcəyini bildirmişlər. Ona bildirilmişdir ki, əgər polis əməkdaşları ilə razılaşmasa onu döyəcəklər. Ona görə də çəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Daha sonra polis əməkdaşları yaşadığı evdə də avtomat olmasını deməyə onu məcbur etmişlər. O da, məcbur olduğundan yaşadığı evdə avtomat olmasını bildirmiş və çəkilişlə yaşadığı evə getdiyi zaman həmin avtomat yatdığı çarpayının döşəyinin altından aşkar olunaraq götürülmüşdür. Təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı həmin narkotik vasitənin və silahın özünə məxsus olmasını, taparaq özündə saxladığını bildirmişdir. Əslində isə həmin narkotik vasitə və silah barədə heç bir məlumatı olmamışdır. Onu 2022-ci ilin aprel ayının 28-də tutulduğu zaman Şəmkir rayon polis şöbəsinin tanımadığı əməkdaşları döymüşlər. Lakin ikinci dəfə tutulduğu zaman ona təzyiq edərək döyəcəklərini bildirdiklərindən o, bilmiş ki, yenədə polis əməkdaşları onu döyəcəklər. Ona görə də polis əməkdaşları nə desələr boynuna almışdır. İkinci dəfə 28 avqust 2022-ci il tarixdə tutulduğu zaman onu heç bir kəs döyməmişdir. Birinci dəfə onun ayaqlarının altına, dizlərinə, bir neçə dəfədə kürəyindən rezin dəyənəklə vurmuşlar. O, uzun müddət narkotik vasitələrdən istifadə etməsinə baxmayaraq, 29 avqust 2022-ci il tarixdə onun üzərində narkotik vasitə tiryək olmamışdır, həmin tarixdə üzərində aşkar olunmuş 41,865 çəkidə narkotik vasitə olan tiryək adını dəqiq bilmədiyi polis əməkdaşları tərəfindən ona məcburi qaydada verilmiş və sonra üzərində video çəkilişlə aşkar edilmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş 1 ədəd AKM modelli, TT2929 seriyalı Kalaşnikov konstruksiyalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 22 ədəd həmin avtomata aid 7.62 mm kalibrli patronlar ona məxsus olmamış, həmin silah ona məxsus evə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona ibtidai istintaq dövründə polis əməkdaşları təsir göstərdikləri üçün, o narkotik vasitə olan tiryək və 1 ədəd AKM modelli, TT2929 seriyalı Kalaşnikov konstruksiyalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 22 ədəd həmin avtomata aid 7.62 mm kalibrli patronların ona məxsus olmasını və yaşadığı evdə çarpayının altına qoymasını izahatında bildirmişdir. Lakin ibtidai istintaq dövründə üzərinə, yaşadığı evə baxış keçirilərkən, polis şöbəsində dindirilərkən bu barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silah və narkotik vasitənin ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Cinayət işi məhkəməyə göndərildikdən sonra o, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq həbs edildiyini və ona qarşı işgəncə edilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmiş, müraciəti Şəmkir Rayon Prokurorluğunda araşdırılmışdır. Sonda təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkil vəzifəsində işləyir. Şəmkir rayon polis şöbəsinə Zakir adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi, yaşadığı evdə odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 29 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə və yaşadığı Şəmkir rayonu Natavan küçəsində yerləşən evə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğu, üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞnin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Şahid5 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Natavan küçəsində yerləşən evinin yaxınlığına getmiş, onlar Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmişlər, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Şəmkir RPŞnin dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə tiryək aşkar olunaraq götürüldüyü məlum olmuş, bundan sonra qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Natavan küçəsində yerləşən evinə baxış keçirilməsi üçün yuxarıda adları qeyd edilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına gedilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə ilə müraciət etdikdən sonra yaşadığı evə baxış keçirilməyə başlanılmış, baxışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs evin həyətinin sol tərəfində yerləşən tək otağı təqdim edərək həmin otaqda yerləşən çarpayının altında bir ədəd avtomat silahı olduğunu bildirmiş, sonradan Təqsirləndirilən şəxs ilə birlikdə həmin otağa daxil olmuş, Təqsirləndirilən şəxs otaqda çarpayının altında olan 1 ədəd TT2949 nömrəli avtomatı, 1 ədəd həmin silaha aid sandıqçanı və 22 ədəd həmin silaha aid güllələri onlara təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs avtomatı, güllələri və sandıqçanı təxminən 3 il əvvəl “Ağ Dağlar adlanan yerdən tapdığını bildirmiş, sonradan həmin silah, sandıqça və güllələr qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təziq tətbiq olunmamışdır. Nə o, nədə ki, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Şahid2 və Şahid5 tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və digər təsirlər göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2, Şahid5 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 29 avqust 022-ci il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman şöbəyə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçı Ariz Cəfərovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, Müdafiəçi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütləni bir neçə gün əvvəl Şəmkir rayonunda yerləşən bazarın yaxınlığından tapdığını demiş, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair kifayət qədər əsaslar və şübhələr olduğundan o, 29 avqust 2022-ci il tarixdə, saat 19:40 dəqiqədə Şəmkir RPŞ-nin baş təhqiqatçısı, polis mayoru Ariz Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X12 Azərbaycan Respublikası CPM-nin 51, 86 ve 246-ci maddələrinin tələblərinə əsasən tərtib edir həmin protokolu Şəmkir rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektoru, polis leytenantı X2, Şəmkir rayon polis şöbəsinin PPX bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid6, şübhəli şəxs qismində tutulmuş, xx.xx.1972-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş. Şəmkir şəhəri, Natavan küçəsi ev 53-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə ondan ötəri ki, 29 avqust 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamaqda şübhəli bilinərək Şəmkir şəhəri Natavan küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ağ rəngli selofana bükülmüş bükümü təqdim etdi. Tərəfimdən həmin büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edildi. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilən zaman 42.52 gram kütlə təşkil etdi. Həmin kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırıldı və DİN-nin 118 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarışda iştirak edən Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni 2-3 gün əvvəl Şəmkir şəhərində yerləşən Mərkəzi Bazarın yerləşdiyi küçədə yolun kənarından tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirdi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldı, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə avtomat silahı saxladığını bildirdi. Şəxsi axtarış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Protokol oxundu, iştirakçılar tərəfindən hər hansı qeyd, etiraz əlavə və vəsatət daxil olmadı. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.1972-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir şəhəri, Natavan küçəsi ev 53-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs anası X1 iştirakı ilə ondan ötəri ki, 29 avqust 2022-ci il tarixdə saat 18:45 radələrində Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamaqda şübhəli bilinərək, şəmkir şəhəri Natavan küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs şəxs qismində tutularaq Üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı evdə avtomat silahı saxlamasını bildirdiyi üçün onun razılığı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirirəm. Baxış süni işıqlandırma şəraitində aparılır. Baxış zamanı müəyyən edildi: fərdi yaşayış evinin ümumi sahəsi 0,04 ha təşkil edir. Evin həyətyanı sahəsindən içəri daxil olduqda sol tərəfdə bir ədəd otaq yerləşir. Bundan başqa həyətin sağ tərəfində bir mərtəbən ibarət kürsülü ev vardır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətin sol tərəfində yerləşən bir ədəd otağı göstərək həmin otaqda avtomat silahı saxladığını bildirdi. Həmin otağa daxil olan zaman Təqsirləndirilən şəxs otaqda olan dəmir çarpayının üzərindəki döşəyin alt hissəsindən bir ədəd avtomat silahı çıxarıb taqdim etdi. Həmin silaha baxış keçirən zaman üzərində 19** TT ***9 rəqəmləri yazıldığı məlum oldu. Silahın sandıqcası çıxarılan zaman sandıqcada patronlar olması məlum oldu. Həmin patronlar sayılan zaman 22 ədəd olması məlum oldu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin silahın ona məxsus olmasını, təxminən 3 il əvvəl Şəmkir şəhərində yerləşən “Ağ Dağlar" adlanan ərazidə yolun kənarında olan zibillikdən tapdığını, onun üçün maraqlı olduğundan yaşadığı evdə saxladığını bildirdi. Aşkar edilmiş silah və patronlar ekspertiza üçün qablaşdırıldı və DİN-nin 118 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış davam etdirildi. Evə daxil olduqda bir ədəd qonaq otağı və iki ədəd yan-yana yataq otaqları yerləşir. Həmin otaqlara baxış keçirilsə də aşkar edilən silah və patronlardan başqa hər hansı silah ve predmet aşkar olunmadı. Baxış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da baxış başa çatdı. Protokol oxundu, iştirakçılar tərəfindən hər hansı qeyd, etiraz əlavə və vəsatət daxil olmadı. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli 16/1036 saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxsn oğlunun üzərindən aşkar edilmiş tiryəkə bənzər kütlə...” yazı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmizi çəkisi 41.865 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Məhkəmə-ballistik ekspertizasının 30 avqust 2022-ci il tarixli 22/563R №-li rəyindən görünür ki;Tədqiqata təqdim edilmiş TT-2949 №-ли silah,7.62 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır,odlu yivli silahdır.Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə yararlıdır. Tədqiqata təqdim edilmiş 22 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 31 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq edərək bildirmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə istifadə edir. 2022-ci ilin avqust ayının sonlarında Şəmkir şəhəri Mərkəzi Bazarının yerləşdiyi küçədə piyada hərəkət edən zaman yolun kənarından ağ sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan tiryək tapmış, həmin tapdığı narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamış, bundan başqa təxminən 3 il bundan əvvəl Şəmkir rayonu “Ağ Dağlar” adlanan ərazidə piyada hərəkət edən zaman yolun kənarında olan zibillikdən avtomat silahı tapmış, həmin silahın sandıqcasında 22 ədəd patronda da olmuş, silahı tapdıqdan sonra isə yaşadğı evdə saxlamış, 29 avqust 2022-ci il tarixdə saat 18 radələrində tapdığı narkotik vasitəni üzərində götürüb yaşadığı küçədə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb saxladaraq Şəmkir rayon polis şöbəsinə gətirmiş, sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulmuş, o, da üzərində olan qara rəngli şalvarın sol yan cibindəki ağ rəngli selofanda olan narkotik vasitə tiryəki təqdim etmiş, həmin kütlə elektron tərəzi ilə çəkilən zaman 42.52 qram təşkil etmiş, təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmiş, şəxsi axtarış zamanı yaşadığı evdə avtomat silahı saxladığını bildirmiş, bundan sonra ona məxsus evə baxış keçirilmiş, baxış keçirilən zamanı yaşadığı evin həyətyanı sahəsində olan və onun yatdığı otaqdakı çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd avtomat silahı və silaha aid sandıqcanın içərisindən 22 ədəd patron aşkar edilmiş, təqdim etdiyi silah və patronlar ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşları onun yaşadığı evin digər hissələrinə baxış keçirmiş, lakin təqdim etdiyi silahdan başqa hər hansı bir silah, narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. O, həmin avtomat silahından istifadə etmədiyini, narkotik vasitə satmadığını, həm üzərindən aşkar edilən narkotik vasitə tiryəki, həm də yaşadığı evdən aşkar edilən avtomat silahını tapdığını bildirmişdir. 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddə metafetaminin tapdığı Şəmkir rayonunda yerləşən bazarı və “Ağ Dağlar" adlanan yerdə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsinidə göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(076)-173/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə alınmanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəmkir rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın xx.xx.2022-ci il tarixli, 5(076)- 217 nömrəli qərarına əsasən Şəmkir RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. 02 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. 03 sentyabr 2022-ci il tarixdə Şəmkir rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X5 tərəfindən Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyataxtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın qanuni hesab edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1, 66.2-ci maddələrinə əsasən 01 il 01 ay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 93.1.2-ci maddələrinə əsasən 01 il 05 ay 24 gün azadlıqdan məhrum edilmiş, 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad olunmuş, Şəmkir RPŞ-nin istintaq bölməsində Təqsirləndirilən şəxs barəsində istintaq edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi 26 iyul 2022-ci il tarixdə Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. 03 sentyabr 2022-ci il tarixdə Şəmkir rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X5 tərəfindən Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyataxtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın qanuni hesab edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, orta təhsillidir, evlidir, iki övladı var. Onun barəsində Şəmkir şəhər Mənzil İstismar Kontoruna heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli, 1632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 41.765 qram narkotik vasitə tiryək və 1 ədəd AKM modelli,TT2929 seriyalı Kalaşnikov konstruksiyalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 22 ədəd həmin avtomata aid 7.62 mm kalibrli patronlar iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan Şəmkir RPŞ-nin saxlama anbarına verilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şəmkir RPŞdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-5/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 3 (ay) ayın bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 3 (ay) ay müddət təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. “Hökmdə olan anlaşılmazlıqların həll edilməsi haqqında” Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətininin 1 saylı Cəzaçəkmə müəssisəsinin 10 dekabr 2021ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun çəkilməmiş cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 7(007)-1011/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(076)-5/2023 nömrəli hökmünün təsviri əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs əməlinin residiv kimi göstərilməsi və hökm etdi hissəsində “Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi” kimi göstərilmiş anlaşılmazlıq aradan qaldırılmış, hökm etdi hissəsində yazılmış “Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi” cümləsi “Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi” kimi oxunması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-223/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-5/2026 saylı hökmdən verdiyi apapellyasiya şikayəti təmin edilməmiş, hökm onaa münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəmkir rayon prokurorunun müavini, ədliyyə müşaviri X5 icraatında olan 03-C-23 nömrəli materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək xx.xx.2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq həbs edildiyini və ona qarşı işgəncə edildiyini bildirməsi ilə bağlı müraciəti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Şəmkir rayon prokurorluğuna göndərilməklə 03-C-23 nömrə ilə qeydiyyata alınaraq ilkin yoxlanılmasının aparılması ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il və 29 avqust 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutularkən ona qarşı hər hansı fiziki və mənəvi təsir göstərilməsi barədə müraciəti əsasında toplanmış 03-C-23 nömrəli ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması müraciətdə qeyd olunanlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması səbəbindən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş və ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi, polis əməkdaşlarının zorakı təsiri ilə narkotik vasitənin və silahın ona məxsus olmasını bildirməsi, silahı onun evinə polis əməkdaşları tərəfindən qoyulması, silahın və narkotik vasitənin ona məxsus olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək silahı və narkotik vasitəsini tapdığını, evində və üzərində saxladığını bildirmiş, bir çox istintaq hərəkətlərində ifadələrini təsdiq etmiş, bu hərəkətlər müdafiəçinin iştirakı ilə keçirilmiş, üzərinə və yaşadığı evə baxış keçirilərkən, polis şöbəsində dindirilməsi barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silah və narkotik vasitənin ona məxsus olmaması barədə heç bir söz deməmiş, cinayət işi məhkəməyə göndərildikdən sonra o, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən barəsində olan əvvəlki cinayət işi üzrə tutularaq həbs edildiyi zaman ona qarşı işgəncə edilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmiş, onun müraciəti Şəmkir Rayon Prokurorluğunda araşdırılmış və öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə baxışda müdafiəçisi iştirak etmiş və video çəkilişlə aparılmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, iş materiallarına əlavə olunmuş DİN tərəfindən verilmiş tələbnamədən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-5/2023 saylı hökmdən və həmin “hökmdə olan anlaşılmazlıqların həll edilməsi haqqında” Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1, 66.2-ci maddələrinə əsasən 01 il 01 ay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 93.1.2-ci maddələrinə əsasən 01 il 05 ay 24 gün azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətininin 1 saylı Cəzaçəkmə müəssisəsinin 10 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun çəkilməmiş cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 7(007)- 1011/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş və məhkumluğu götürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-5/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs əməlinin residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 3 (ay) ayın bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 3 (ay) ay müddət təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə qəsdən az ağır cinayət törətməsi və məhkumluq həyatı yaşaması onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən halları (ağırlaşdran hal müəyyən edilməmişdir), təqsirləndirilən şəxsin əvvəllər eyni maddə ilə məhkum olunmasını və şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır və ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, hər iki maddə üzrə ayrılıq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(076)-05/2023 saylı hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 3 (ay) ayın bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 3 (ay) ay müddət təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs əvvəlki hökmlə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022ci il tarixli, 1632 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41.765 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd AKM modelli, TT 2929 seriyalı Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd həmin avtomata aid daraq və 7.62x39 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 19 (on doqquz) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Əməliyyat-axtarış tədbirlərindən sonra Şəmkir RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk olmaqla cəmi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza təhqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə zadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(076)-05/2023 saylı hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 3 (ay) ayın bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 3 (ay) ay müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, X4 kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41.765 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd AKM modelli, TT 2929 seriyalı Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd həmin avtomata aid daraq və 7.62x39 mm kalibrli üç ədədi tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 19 (on doqquz) ədəd patron istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Əməliyyat-axtarış tədbirlərindən sonra Şəmkir RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk olmaqla cəmi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar