Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-35/2024 10.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1977 ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qəribli kəndində qeydiyyatda olan və Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə təxminən saat 16:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 402-ci kilometrliyində “X5” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni, sürücü yola bitişik ərazidən (yolun hər hansı tərəfmə bitişik olan və nəqliyat vasitələrinin bir-başa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər, yaşayış massivləri, avtomboil durcaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola bitişik ərazidən baş yola çıxaraq baş yola ilə Qazax istiqamətində hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobildə sərnişin olan yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs qızma sol bazu sümüyünün aşağ üçdə biri hissəsinin yerini dəyişmiş sınığı ilə müşaiyət edilən xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus VAZ-21093 markalı 10- DJ-721 dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qeyd edilən avtomobili idarə edərək Bakı-Qazax yolunun Şəmkir rayonu Dələr qəsəbəsi ərazisindən keçən hissəsində, yolun Qazax istiqamətində yerləşən “Sənin Evin” adlanan inşaat materialları mağazasına getmiş, orda alış-veriş etdikdən sonra təxminən saa 16:50 radələrində yaşadığı evə qayıtmaq üçün yenidən sükan arxasına keçib avtomobili idarə edərək mağazanın qarşısından hərəkətə başlayıb baş yola, yəni Bakı- Qazax yoluna yaxınlaşanda hər iki istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin uzaqda olmasını görüb aradakı məsafənin kifayət qədər olmasını zənn edərək baş yola daxil olanda qəflətən baş yol ilə Qazax istiqamətində hərəkətdə olan boz qəngli Opel-Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hisssə ilə idarə etdiyi avtomobilin sol yan hissəsindən toqquşmuşdur. Hadisə zamanı Opel-Astra markalı avtomobildə sərnişin olan bir nəfər azyaşlı uşaq xəsarət aldığı üçün avtomobilin sürücüsü tərəfindən Şəmkir MRX-na aparılmışdır. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurulmuş ziyanı tam ödəmişdir, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığına dair ərizə vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq onun bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməklə məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı kənddə yerləşən orta məktəbin 8-cü sinif şagirdidir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında dayısı Şahid1 idarə etdiyi Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçəndə yolun sağ kənarındakı çökəklikdə yerləşən “Sənin Evin” adlanan inşaat materialları mağazasına ayrılan yoldan, yəni yola bitişik ərazidən qəflətən qara rəngli VAZ- 21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil baş yola,yəni qarşılarına çıxaraq yolun orta hissəsində dayananda dayısı Elnur, toqquşmadan yayınmaq üçün sükanı sağa burmuş, lakin aradakı məsafə az olduğundan avtomobili saxlaya bilməyərək ön sol hissəsi ilə VAZ-21093 markalı avtomobilin sol yan hissəsindən toqquşmuş, toqquşma zamanı xəsarət aldığı üçün Şəmkir MRX-na aparılmış, xəstəxanada olarkən ilk tibbi yardım aldıqdan sonra evə buraxılmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də verilmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızı olmaqla himayəsində yaşayır. xx.xx.2023-cü ildə təxminən saat 16:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 402-cü km-də Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq azyaşlı qızı Zərərçəkmiş şəxs sərnişini olduğu, yəni qaynı Şahid1 idarə etdiyi Opel-Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində qızı Bənövşənin sol qolu sınmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsində göstərilmişdir ki, özünə məxsus Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “BCDE” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qeyd edilən avtomobili Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçəndə yolun sağ kənarındakı çökəklikdə yerləşən “Sənin Evin” adlanan inşaat materialları mağazasına yaxınlaşanda qəflətən həmin mağazaya ayrılan yoldan, yəni yola bitişik ərazidən qara rəngli VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil baş yola,yəni qarşısına çıxaraq yolun orta hissəsində dayananda aradakı məsafə az olduğundan avtomobili saxlaya bilməyərək ön sol hissəsi ilə VAZ-21093 markalı avtomobilin sol yan hissəsindən toqquşmuş, nəticədə avtomobildə sərnişin olan bacısı qızı xəsarət aldığı üçün onu digər avtomobil ilə Şəmkir MRX-na yola salmışdır. Avtomobili Qazax istiqamətində hərəkət etdirərkən hərəkəti üçün təhlükə yolun sağ kənarındakı çökəklikdə yerləşən “Sənin Evin” adlanan inşaat materialları mağazasının ayrılan yoldan,yəni yola bitişik ərazidən VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmadan və gözləmədən baş yola çıxdığı andan yaranmış,həmin vaxt arada təxminən 8-10 metr məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmasının və istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 402-ci km-dir. Hadisə hava təbii işıqlı, yol asfalt örtüklü olmaqla hamardır,düz profilidir,sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxil deyil deyildir, sürət həddi 90 km/saatdır, görünmə şəraiti kifayət qədərdir. Hadisə yerində yol ikitərəfli olmaqla 2 hərəkət zolağından ibarətdir,zolaqları bütöv düz xətt ayırır. Yolun ümumi hərəkət hissəsinin eni 8 metr, hər iki yol çiyinin eni isə 3 metdir. Hadisə yerində yolun sağ kənarında çəkilik, çökəklikdən sonra isə “Sənin evin”adlanan tikinti materialları satışı mağazası var, baş yoldan həmin mağazaya dönmək üçün asfalt örtüklü yol vardır. Burada VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Opel-Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşmadan sonra Ople-Astra markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ kənarındakı çökəkliyə düşmüş, ön sol hissəsi əzilmişdir. Qeyd edilən VAZ-21093 markalı avtomboil toqquşmadan sonra həmin mağazanın yaxınlığında dayanmış, sol yan, arxa qapı və arxa qanadı əzilmişdir. Baxış zamanı toqquşma yeri müəyyən edildi. Toqquşma yolun Qazax istiqamətində, Opel-Astra markalı avtomobilin hərəkət zolağının üzərində,sağdan sola doğru 1 metr məsafədə baş vermişdir. Baxış zamanı hadisə yerində hər hansı bir tormoz izi aşkar edilmədi. xx.xx.2023-cü il tarixli 203 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olduğu göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 850 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol bazu sümüyünün aşağ üçdə biri hissəsinin yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. İstintq zamanı Qanuni nümayəndə istintaqa ərizə ilə müraciət edərək ki, xx.xx.2023-cü ildə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu ərazisindən keçən 402-ci km-də baş vermiş-yol nəqliyyat hadisəsi zamanı azyaşlı qızı Zərərçəkmiş şəxs xəsarət aldığını bildirmiş və buna görə də iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və cinayət prosesinin iştirakçısı kimi tanımağını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixi 8/2321 nömrəli rəyindən görünür ki, VAZ-21093 markalı 10DJ721 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddoin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 8-10 metr məsafənin olması real hadisə mexanizminə uyğm deyildir. Reallıqda həmin məsafə 8-10 metrdən artıq olmuşdur. İstintaq tərəfindən qərarda göstərilən hərəkət üçün təhlükə yaranan amin avtomobillər arasında olduğu məsafə real hadisə mexanizminə uyğun olmadığından həmçinin istintaq tərəfindən VAZ-21093 markalı avtomobilin yola daxil olaraq dayandığı andan toqquşmaya kimi keçən müddət təqdim edilmədiyindən Opel Astra markalı, 77HM607 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisəim qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Cinayət işi materiallarına əlavə olunmuş Şəmkir RİHB-nin Əliyaqublu kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Qəribli kəndində kəndində qeydiyyatda olmaqla arvadı və oğlu ilə birlikdə Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır. Şəmkir RİHB-nin Əliyaqublu kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Tovuz rayonu, Qəribli kəndində kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır. Təqsirləndirilən şəxs barəsində Şəmkir RİHB-nin Əliyaqublu kənd üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək BC-313031 saylı B1,B,C1,C,D1,D,C1E,CE dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adını sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək BD-305041 saylı B1,B,C1,C dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adını sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş üzrə Şəmkir RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan VAZ-21093 markalı **-DJ-*** və Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, VAZ-21093 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs, Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Şahid1 qaytarılmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödəmiş, onunla ilə barışmış və onun ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və vurulmuş zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, məhkum olunmamış, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinməli və cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM-132). Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz ) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3 hesaba ödənilməli, iş üzrə maddi sübut- VAZ-21093 markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 03 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslərlə barışması əsası ilə barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz ) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3 hesaba ödənilsin. İş üzrə maddi sübut- VAZ-21093 markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Opel Astra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-35/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-35/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver