Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-357/2025 19.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1960–cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 dekabr 2025–ci il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun başına yumruqla bir neçə dəfə vurub saçından dartaraq ona başın tüklü hissəsində sol gicgah nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs keçmiş arvadıdır, onunla ayrılsalar da eyni evdə yaşayırlar. 22 dekabr 2025–ci il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evə gələn zaman Almaz onun sərxoş olmasını görmüş və atmacalı sözlər işlətmiş, sərxoş olduğu üçün Almazla mübahisə etmiş və mübahisə zamanı əli ilə Almazın başından itələmişdir. Ola bilsin ki, həmin vaxt Almaz başından xəsarət almışdır. Sonradan əməlindən peşman olmuş, Almazdan üzrxahlıq etmiş, ona dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs onunla barışmışdır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş əridir, onlar ayrİlsalar da Şəmkir rayonu, Zəyəm qəsəbəsində eyni evdə yaşayırlar. Cuma spirtli içki qəbul etdikdə evdə əşyaları sındırır. 22 dekabr 2025–ci il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmiş və onu evdən çıxarmaq istəmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurmuş və saçından dartaraq ona xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlayaraq, onunla barışmışdır, ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qayınatası, Zərərçəkmiş şəxs qayınanasıdır. 22 dekabr 2025–ci il tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsindəki yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmiş, onun sərxoş olmasına görə qayınanası Almazla qayınatası Cuma arasında mübahisə olmuş, mübahisə zamanı Cuma Almazın başından yumruqla vurmuş və saçından dartaraq ona xəsarət yetirmişdir. İşdə olan 22 dekabr 2025–ci il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, təhqiqatçı tərəfindən hadisə yeri olan və Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən evə baxış keçirilmiş, bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 Şəmkir rayon şöbəsinin xx.xx.2025–ci il tarixli 1187 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət– başın tüklü hissəsində sol gicgah nahiyəsinin dərialtı hematoması küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 22 dekabr 2025–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Şəmkir RİHB–nin Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM–nin 128–ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3–cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci, 73.2–ci, 73.3–cü, 73– 1.1–ci və 73–1.2–ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CM–nin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2–1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş (şikayət vermiş) şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun CM–nin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə CM–nin 73.2–ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 55 manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 73.2–ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 55 (əlli beş) manat məbləğində pul Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №1(076)-357/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-357/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver