Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-358/2025 23.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkilli Müdafiəçi iştirakları ilə
09. xx.xx.1999-cu ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152-1.-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
Təqsirləndirilən şəxs aralarındaki yaş fərqi iki ildən çox olan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2024cü ildə qeyri-rəsmi ailə qurmuş, bundan sonra 2024-cü ilin iyul ayından 2025-ci ilin oktyabr ayınadək olan müddətdə Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində, daha sonra isə Şəmkir rayonu, Keçili kəndində yerləşən kirayə yaşadıqları fərdi yaşayış evində bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına daxil etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması ilə nəticələnən onunla təbii yolla cinsi əlaqədə olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən üç il bundan əvvəl Şəmkir rayonu, Keçili kəndində yerləşən istilikxanalarda fəhləliklə məşğul olarkən həmin kənddə yaşayan Zərərçəkmiş şəxs görmüş və bəyənmişdir. Onların arasında ünsiyyət yaranmış və bir-birlərinin mobil nömrələrini götürüb telefon vasitəsilə yazışmağa və danışmağa başlamışlar. Tədricən onların arasında sevgi münasibəti yaranmışdır, təxminən 3 ilə yaxın onlar sevgi münasibətində olmuşlar və sevgi münasibətində olduqları dövrdə onlar bir neçə dəfə görüşərək gəzib söhbət etmişlər, lakin həmin vaxt onların arasında heç bir cinsi əlaqə olmamışdır. 2024-cü ilin iyul ayında onlar mobil telefon vasitəsilə danışarkən evlənmək qərarına gəlmişlər. Zərərçəkmiş şəxs ona “ya elçilərini göndər, ya da gəl məni qaçırt” demişdir. O, 12 iyul 2024-cü il tarixdə, saat 16 radələrində taksi ilə Şəmkir rayonu, Keçili kəndinə Zərərçəkmiş şəxs yaşadığı küçəyə getmiş, Elnurəyə zəng edərək onu gözlədiyini bildirmiş və gəlməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs öz istəyi və razılığı ilə yaşadığı evdən çıxaraq gəlib onun olduğu taksiyə əyləşmiş və o, Elnurəni Şəmkir rayonu, Sarıtəpə kəndinə öz yaşadığı evə aparmış və orada birlikdə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs qaçırdıqdan bir neçə gün sonra Şəmkir rayonu, Sarıtəpə kəndində yaşadıqları evdə sonuncunun razılığı ilə onunla ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra onlar ər-arvad kimi eyni evdə yaşadıqları üçün dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşlar. Bir ay Şəmkir rayonu, Sarıtəpə kəndində yaşadıqdan sonra ögey anası Şahid2 ilə Zərərçəkmiş şəxs arasında narazılıq olduğu üçün onlar həmin evdən çıxmış və bir neçə ay Şəmkir rayonu, Sarıtəpə kəndində kirayə ev tutaraq həmin evdə birlikdə yaşamağa başlamışlar. Bundan sonra onlar Şəmkir rayonu, Keçili kəndinə Zərərçəkmiş şəxs yaşadığı evə köçmüşlər, bir neçə ay orada yaşadıqdan sonra həmin kənddə kirayə ev tutmuşlar və həmin evdə birlikdə yaşamağa davam etmişlər. Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr-dekabr aylarında qızına hamilə qalmış və 21 sentyabr 2025-ci il tarixdə qızları olan Fatimə Məmmədovanı dünyaya gətirmişdir. Qızına hamilə olduğu dövrdə, 07 avqust 2025-ci il tarixdə, yoxlanmaq məqsədilə Zərərçəkmiş şəxs Şəmkir rayonu mərkəzi xəstəxanasına aparmış, orada həkimlər Elnurəni müayinə etmiş, uşağın ana bətnində normal inkişaf etdiyini bildirmişlər, lakin həmin vaxt Elnurənin 16 yaşı olduğu üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verilmişdir. Daha sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları izahatının alınması üçün onu polis şöbəsinə dəvət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, evlənmək məqsədilə 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs qaçırmış və onlar birlikdə Şəmkir rayonu, Sarıtəpə kəndində yaşadıqları dövrdə Zərərçəkmiş şəxs ilə ilk dəfə cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş və sonuncuya heç bir formada zor tətbiq etməmişdir. Həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə faktiki olaraq ailə münasibətlərindədir, hazırda bir uşağı var, Zərərçəkmiş şəxs 18 yaşına çatdıqda rəsmi nikaha girmək fikri vardır. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Sarıtəpə kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təxminən 3 il bundan əvvəl Təqsirləndirilən şəxs istilikxanada fəhləlik etmək üçün Şəmkir rayonu, Keçili kəndinə gəlmiş, onlar orada bir-birilərini görmüş, mobil nömrələrini götürərək mobil telefonda yazışmağa və danışmağa başlamışlar və onların arasında sevgi münasibətləri yaranmışdır. Təxminən 3 ilə yaxın onlar sevgi münasibətində olmuşlar və sevgi münasibətində olduqları dövrdə onlar bir neçə dəfə görüşərək gəzib söhbət etmişlər, lakin həmin vaxt onların arasında heç bir cinsi əlaqə olmamışdır. 2024-cü ilin iyul ayında o, öz istəyi və razılığı ilə Təqsirləndirilən şəxs qoşularaq ailə qurmaq məqsədilə onunla birlikdə yaşadığı evdən qaçmışdır. Təqsirləndirilən şəxs onu Şəmkir rayonu, Sarıtəpə kəndinə yaşadığı evə aparmış və onlar həmin evdə birlikdə yaşamağa başlamışlar. O, Təqsirləndirilən şəxs qaçdıqdan bir neçə gün sonra, 2024-cü ilin iyul ayında, Şəmkir rayonu, Sarıtəpə kəndində yaşadıqları evdə onun razılığı ilə sonuncu onunla ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra onlar ər-arvad kimi eyni evdə yaşadıqları üçün dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşlar. Bir ay Şəmkir rayonu, Sarıtəpə kəndində yaşadıqdan sonra Təqsirləndirilən şəxs anası Şahid2 onları yola vermədiyi üçün onlar həmin evdən çıxmış və bir neçə ay Şəmkir rayonu, Sarıtəpə kəndində kirayə ev tutaraq həmin evdə birlikdə yaşamağa başlamışlar. Bundan sonra onlar Şəmkir rayonu, Keçili kəndinə onun anası evinə köçərək bir müddət orada yaşadıqdan sonra həmin Keçili kəndində kirayə ev tutmuşlar və həmin evdə birlikdə yaşamağa davam etmişlər. O, 2024cü ilin noyabr-dekabr aylarında qızına hamilə qalmış və 21 sentyabr 2025-ci il tarixdə qızı Fatimə Məmmədovanı dünyaya gətirmişdir. Qızına hamilə olduğu dövrdə o, 07 avqust 2025-ci il tarixdə yoxlanmaq məqsədilə Şəmkir rayonu mərkəzi xəstəxanasına getmiş, orada həkimlər onu müayinə etmiş, uşağın ana bətnində normal inkişaf etdiyini bildirmiş, lakin həmin vaxt onun 16 yaşı olduğu üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verilmişdir. Təqsirləndirilən şəxslə evlənəcəklər, hazırda faktiki nikahdadırlar, bu nikahdan bir övladları vardır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun qızı olan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. 2024-cü ilin yay aylarında Şəmkir rayonu Sarıtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs ögey anası Şahid2 onun qızı Zərərçəkmiş şəxs istəmək məqsədilə onun evinə elçiliyə gəlmişdir. Həmin vaxt o, Elnurənin yaşı az olduğu üçün hələ evlənmək yaşına çatmadığını bildirmiş və onların evlənməsinə razılıq verməmişdir. Buna baxmayaraq 2024-cü ilin iyul ayında qızı Elnurə Verdiyeva ondan xəbərsiz öz istəyi ilə Təqsirləndirilən şəxs qoşulub evdən qaçmış və Şəmkir rayonu, Sarıtəpə kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə onunla birlikdə yaşamağa başlamışdır. Bundan sonra ailələr arasında barışıq olmuş və onların evlənməsinə razılıq vermişdir, lakin Elnurə nikah yaşına çatmadığı üçün rəsmi nikaha daxil ola bilməmişlər. Təxminən bir aydan sonra qızının qaynanası Şahid2 onları yola vermədiyinə görə Şəmkir rayonu Sarıtəpə kəndində kirayə tutaraq orada yaşamağa başlamışlar. Bir müddət orda yaşadıqdan sonra Şəmkir rayonu Keçili kəndində yerləşən onun evinə gəlmişlər və onun evində birlikdə yaşamağa davam etmişlər. Bir neçə ay onun evində yaşadıqdan sonra Şəmkir rayonu Keçili kəndində kirayə ev tutaraq həmin evdə birlikdə yaşamağa davam etmişlər. Qızı Zərərçəkmiş şəxs 2024-cü ilin sonlarında hamilə qalmış və 21 sentyabr 2025-ci il tarixdə qızı Fatimə Məmmədovanı dünyaya gətirmişdir. Hamilə olduğu dövrdə qızı Zərərçəkmiş şəxs yoxlanmaq məqsədilə Şəmkir rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanada həkimlər müayinə etdikdən sonra Elnurə yetkinlik yaşına çatmadığı üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat vermişlər.. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2024-cü ilin yay aylarında oğlu Təqsirləndirilən şəxs Şəmkir rayonu, Keçili kəndində yaşayan Elnurə adlı qız olduğunu, onu sevdiyini və onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. O və arvadı Şahid2 buna razı olmamış, o, oğlu Nicata o qızla evlənməməsini bildirmişdir, lakin Nicat buna məhəl qoymayaraq 2024-cü ilin iyul ayında onlardan xəbərsiz Şəmkir rayonu, Keçili kəndində yaşayan Zərərçəkmiş şəxs evlənmək məqsədilə qızın öz razılığı ilə qaçıraraq Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən yaşadıqları evə gətirmişdir. Həmin vaxt o, Zəngilan rayonunun Cahangirbəyli kəndində işləmişdir. Oğlunun Elnurəni qaçırmasından bir neçə gün sonra Şəmkir rayonu, Sarıtəpə kəndinə yaşadığı evə gəlmişdir. Bundan sonra artıq iş-işdən keçdiyi üçün valideynləri olaraq onları qəbul etmişlər və onlar qeyri-rəsmi ailə həyatı quraraq onların evində birlikdə yaşamağa başlamışlar. Oğlu Nicat qızı qaçırdıqdan sonra onlar qızın anası Qanuni nümayəndə evinə bir dəfə barışığa getmişlər. Təxminən 15-20 gün oğlu Nicat və Zərərçəkmiş şəxs Şəmkir rayonu, Sarıtəpə kəndində onların evində yaşamışlar, bundan sonra həmin kənddə kirayə ev tapdıqdan sonra onlar evdən ayrılaraq kirayə yaşamağa davam etmişlər. Bir müddət kirayə qaldıqdan sonra qızın anası Qanuni nümayəndə onları Şəmkir rayonu, Keçili kəndinə öz yaşadığı evə apardığını eşitmişdir. 2025-ci ilin sentyabr ayının sonlarında oğlu Nicat və Zərərçəkmiş şəxs bir qız övladı olduğunu eşitmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və canlı şəxsin ekspertizasının 08 avqust 2025-ci il tarixli, 696 saylı tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqələrin olmasını dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. Zərərçəkmiş şəxs 08 avqust 2025-ci il tarixdə Şəmkir RMX-nın kabnetində müayinədən keçirilmiş, müayinə zamanı Zərərçəkmiş şəxsda 32-33 həftəlik hamiləlik aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsin X3 Şöbəsinin 12 dekabr 2025-ci il tarixli 1152 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07.12. 2025-ci il tarixli, 933 saylı rəyindən görünür ki, İ. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi).İİ. Yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdaklı kimi cavablandırılır: Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçilik, sərbəstliyə can atmaq, fəallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilərdi. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik müəyyən olunmadı. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində aqressiv davranışlara meyllilik aşkar edilmədi.Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı göstərilən hərəkətlər edilən zaman emosional vəziyyətində hər hansı mühüm dəyişiklik yaranmamışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin həmin maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2025-ci il tarixində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 18 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Şəmkir RİHB–nin Sarıtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009cu ildə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci ildə anadan olmuş Fatimə adlı bir nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, təqsirə görə məsuliyyət prinsipi baxımından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ortaq övladının olmasını, zərərçəkmiş şəxslə ailə münasibətlərində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsinin nə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin, nə də onların uşaqlarının mənafeyi və maddi təminatı baxımından məqsədəmüvafiq olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin;
70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir; 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Kənan Qurbanovun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (bir yüz on) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin ediləcək sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 10 saat hüquqi yardıma görə 110 (bir yüz on) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Nazlı Heydərova