Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-36/2024 05.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995–ci il tarixdə Hacıqabul rayonun, Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM–in 240.2.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsi ilə təqsirəndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqdəsi ilə qanunsuz əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dəqiq məlum olmayan tarixdə və mənbədən 2 (iki) ədəd şüşə qablarda “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısı ilə müəyyən edilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək 13 mart 2023-cü il tarixdə idarə etdiyi “Reno Tondar” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonundan Şəmkir rayonuna daşımış, 13 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin tarixdə saat 16:30 radələrində idarə etdiyi avtomobillə Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qırmızı parçaya bükülmüş vəziyyətdə üzərində “Gigiyenik vasitə Starlink” sözləri yazılmış 01 (bir) ədəd şüşə qabda çəkisi 1017 qram və üzərində “tibbi Spirt 95%” sözləri olan 01 (bir) ədəd şüşə qabda çəkisi 596 qram olmaqla ümumi çəkisi 1613 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab dilən metalik civə aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsi ilə ittiham verilmişdir Təqsirləndirilən şəxs ilkin məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, evlidir, iki övladı var. Böyük oğlu ürək əməliyyatı olunmuş, kiçik oğlu isə 4-cü dərəcəli qulaq karlığı və iflic xəstəliyindən əziyyət çəkir. Onların müalicəsinə maddi imkanı olmadığı üçün sosial şəbəkələrdə yardım elanları verilmişdir. 2023-cü ilin fevral ayında tanımadığı şəxs ona məxsus mobil nömrəyə müxtəlif mobil nömrələrdən zəng edərək uşaqlarının müalicəsi üçün ona bir şey göndərəcəyini və onu satıb müalicəyə xərcləməsini demişdir. Həmin şəxsə əgər göndərdiyi narkotikdirsə istəmədiyini bildirmiş, həmin şəxs isə narkotik deyil, başqa bir şey olduğunu, satıb uşağını istədiyi xarici dövlətdə müalicə etdirə biləcəyini demişdir. Ona inandığı üçün razılaşmışdır. Sonuncu dəfə 08 mart 2023-cü il tarixdə ona məxsus 050 773 21 06 saylı mobil nömrəyə özünü təqdim etməyən həmin şəxs zəng edərək Hacıqabul-Şirvan yolunda yerləşən dayanacağın arxa tərəfinə bir şey qoyduğunu, onu götürüb satıb uşağını müalicə etdirməsini demişdir. Həmin vaxt idarə etdiyi “Reno Tondar” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana getmiş və orada dayanacağın arxa tərəfində olan bir ədəd paketi götürmüşdür. Paketi açan zaman içərisində olan mayenin nə olmasını müəyyən etmək məqsədi ilə şəkilini çəkib internetdə “google” proqramında axtarış etmiş və həmin mayenin civə olmasını bilmişdir. Həmin maddəni satmaq qərarına gəlmiş, ancaq Hacıqabul rayonunda onu tanıyanlar çox olduğu üçün orada satmaq imkanı olmamışdır. Əvəllər bir neçə dəfə Şəmkir rayonununda olduğu üçün əldə etdiyi civəni orada satmaq qərarına gəlmişdir. Buna görə 13 mart 2023-cü il tarixdə idarə etdiyi “Reno Tondar” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna gəlmiş, həmin günü saat 16:30 radələrində Şəmkir rayonu ərazisində olan zaman polis əməkdaşları onun avtomobilini saxladaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra müdafiəçisi Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, zəhərli maddə, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçənin sağ cibindən iki ədəd şüşə spirt qablarında olan civəyə bənzər maddələri çıxarıb təqdim etmişdir. Həmin spirt qablarında olan mayelər elektron tərəzidə çəkilən zaman 1-ci qabda olan maye 1121 qram, 2-ci qabda olan maye isə 700 qram təşkil etmişdir. Həmin mayelər ekspertiza üçün qablaşdırılıb götürülmüşdür. Üzərində olan “Redmi” markalı mobil telefonu, içərisində 4 manat pul və plastik kartlar olan pul qabını və avtomobilin açarını da təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, ancaq üzərindən əlavə hər hansı bir şey aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və özü də protokolu imza etmişdir. Bundan sonra onun idarə etdiyi “Reno Tondar” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, ancaq avtomobildən qanunla qadağan olunan heç bir əşya aşkar edilməmiş, bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Civə əldə etdiyini və satmaq məqsədi ilə Şəmkir rayonuna gəlməsini heç kim bilməmişdir. Şəmkir rayonunda qohumu və tanışı yoxdur. Əvvəllər bir neçə dəfə Şəmkir rayonunda olduğu üçün rayonu ümumi tanıyır. Şəmkir rayonunda civəni kimə satacağını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs növbəti məhkəmə baxışı iclaslarında müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə təkrar ifadə verərkən məhkəmədə əvvəl verdiyi ifadəsini təkzib edərək göstərdi ki, o, civəni Hacıqabul- Şirvan yolunda yerləşən dayanacağın arxa tərəfindən götürdükdən təxminən 10- 15 dəqiqə sonra Göyçayda yaşayan adını Fərhad kimi tanıdığı şəxs ona zəng edərək, onunla hal-əhval tutmuş, uşağının müalicə etdirib-etdirə bilməməsini soruşmuşdur. O da hələki müalicə etdirə bilməməsini və pul lazım olduğunu bildirmişdir. Həmin şəxs onunla gün ərzində iki-üç dəfə əlaqə saxlayaraq danışmış, onunla danışıq əsnasında onda civə olduğunu bildirmişdir. Fərhad ona həmin civəni “Şəmkirə gəl Şəmkirdə onu sataq” deyə onun Şəmkir rayonuna gəlməsini təklif etmişdir. 12 mart 2023-cü il tarixdə gecə saatlarında Fərhad onun plastik kartına 50 manat məbləğində pul köçürmüşdür. Səhəri gün, yəni 13 mart 2023-cü il tarixdə səhər saatlarında Fərhad ona yenidən zəng edərək “Şəmkirə gəlirsənmi deyə” ondan soruşmuşdur. O, Şəmkir rayonuna gəlməsini bildirmiş, bundan sonra Fərhad adlı şəxs onun plastik kartına əlavə 20 manat pul köçürərək ona “birdən yolda su almaq istəyərsən pulun olmaz” deyə bildirmişdir. O, Şəmkir rayonuna gələrək “Bravo” marketin qarşısında Fərhadla görüşmüşdür. O, Fərhaddan avtomobilinin harda olmasını soruşmuş, ona avtomobilinin xəstəxananın həyətində dayanacaqda saxladığını bildirərək, onun avtomobilinə əyləşmişdir. Fərhad onu Şəmkir rayonunun ərazısındə bir qədər gəzdirdikdən sonra bazar adlanan yerə getmişlər. O, Fərhada onu Şəmkir rayonunun ərazisini lazımsız yerə gəzdirməsinə görə irad bildirən zaman Fərhad onunla mübahisə edərək avtomobildən düşmüşdür. O, Fərhada onu avtomobilinin yanında düşürməsini təklif etsədə qəbul etməmiş, ona yolu göstərərək düz getməsini bildirmişdir. Fərhad onun avtomobilindən düşüb gedəndən dərhal sonra polis əməkdaşları yaxınlaşaraq onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, ibtidai istintaq zamanı Fərhad adlı şəxsin adını versədə onun cinayət məsuliyyətinə cəlb etməmişlər. Sonradan bilmişdir ki, Fəhad adlı şəxs polislərlə əlbir olmuş və onun barəsində Şəmkir Rayon Polis şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, etdiyi əməlin cinayət olmasını dərk etməmişdir və hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Eyni zamanda uşağının biri xəstədir və onun mütəmadi olaraq müalicəyə ehtiyacı var. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 mart 2023-cü il tarixdə Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs satmaq məqsədilə Şəmkir rayon ərazisinə zəhərli maddə hesab edilən metalik civə gətirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra o, eləcə də Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, İTB-nin sahə polis nəfərləri Şahid2 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 16:30 radələrində Şəmkir rayonu, Quşçuluq fabrikinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Reno Tondar” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şəmkir rayon polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılması Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Rəşad Xəlilova həvalə edilmişdir. Şəxsi axtarış aparılmasında iştirak etməmiş, ancaq sonradan məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd şüşə spirt qablarında civə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş şüşə qablar elektron tərəzidə çəkilərək 1211 qram və 700 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs zəhərli maddə hesab edilən metalik civəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Ancaq onun Şəmkir rayonuna civəni satmaq məqsədilə gəlməsi barədə məlumat əldə edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2 və Şahid5 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması barədə xx.xx.2023-cü il tarixli protokolan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən qırmızı parçaya bükülmüş iki ədəd spirt qabında maye çəkisi 1121 və 700 qram metalik civə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Rento Tondar” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, zəhərli maddə, eləcə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 6/1541 №-li rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №118” dairəvi möhür əks olan, “Şübhəli şəxs İbharim İbrəhimovun üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada üzərində “Gigiyenik vasitə..Starlink...” sözləri olan bir ədəd şüşə qabda çəkisi 1017 qram, üzərində “Tibbi Spirt..95%” sözləri olan digər şüşə qabda çəkisi 596 qram olan ümumi çəkisi 1613 qram olan parıltılı, gümüşü rəngli ağır çəkili mayelər xarici görünüş əlamətlərinə və tərkibinə görə eyni olub metalik civədir. Metalik civə 18 mart 2016cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına daxildir. Cinayət işinin materiallarında olan Hacıqabul RİHB-nın Qarasu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 109 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatdadır və ailə üzvləri X9, X10 və X7 ibarətdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/24639 nömrəli məktubdan görünür ki, X8 məxsus plastik kart hesabına xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində müxtəlif məbləğlərdə pul köçürülmüş, lakin əməliyyatlar POS terminal vasitəsilə həyata keçirildiyindən, həmin əməliyyatların kim tərəfindən icra olunduğunu müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Sahir və xx.xx.2021-ci ildə anadan olmuş Əli adlı iki nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş 22 sentyabr 2023-cü il tarixli arayışdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-cü ildə anadan oımuş X1 iflic və Talassemiya xəstəliyindən əziyyət çəkir və eşitmə qüsurludur. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2 (iki) ədəd şüşə qablarda “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısı ilə müəyyən edilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, 13 mart 2023-cü il tarixdə idarə etdiyi “Reno Tondar” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonundan Şəmkir rayonuna daşımışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124– 136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, habelə iş materiallarında olan sənədləri müqayisəli təhlil edərək belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir. Qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair ittiham tərəfi heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində tanımadığı nömrə ilə ona dəfələrlə zəng edildiyini, sonuncu dəfə 08 mart 2023-cü il tarixdə ona məxsus 050 *** ** ** saylı mobil nömrəyə özünü təqdim etməyən həmin şəxsin zəng edərək uşaqlarının müalicəsi üçün Hacıqabul-Şirvan yolunda yerləşən dayanacağın arxa tərəfinə bir şey qoyduğunu bildirmiş və o, plastik torbanı götürdükdən sonra içindəki əşyanın maye olduğu və daha sonra həmin mayenin də internet axtarış proqamı vasitəsilə araşdıraraq civə olduğunu bildiyini qeyd etmişdir. İbtidai araşdırma orqanı həmin faktı əsas tutaraq təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqdəsi ilə qanunsuz əldə etmə, saxlama və daşıma əməli ilə bağlı ittiham vermişdir. Lakin iş üzrə dindirilmiş şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində, eləcədə cinayət işinin materiallarında olan sənədlərdə təqsirləndirilən şəxsin həmin şəxslə əlbir hərəkət etməsini, həmin şəxslə hər hansı razılaşmasının olmasını, civəni satacağı təqdirdə qeyd olunan şəxsə hər hansı vəd verməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Cinayət hüququ cinayətdə birgə iştirakçılığı hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir–birini tamamlamasını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Birgə cinayətkar fəaliyyətdə iştirakçıların səyi birləşir, hər bir iştirakçı konkret cinayətdə öz payına düşəni icra edir, bununla da cinayətin başqa iştirakçılarının həyata keçirəcəkləri niyyətə az–çox kömək etmiş olurlar. Burada iştirakçıların hər birinin hərəkəti heç də başqasının hərəkətini labüd olaraq doğuran amilə çevrilmir. Cinayətdə iştirakçılıq üçün şəxslərin hərəkətləri arasında obyektiv asılılıq o halda müəyyən edilmiş sayılır ki, iştirakçının hərəkətinin başqa iştirakçının hərəkətinə şərait yaratdığı sübut edilmiş olsun. İştirakçılıq üçün birgə hərəkət edən şəxslərin funksiyası arasında asılılığı şərtləndirən xüsusiyyət xarakterikdir. Burada qarşılıqlı asılılıq dedikdə, elə obyektiv asılılıq başa düşülür ki, iştirakçılardan birinin hərəkəti başqa iştirakçının əməlinin edilməsinə imkan yaradan şərait rolunu oynayır. Cinayətin edilməsində birgə iştirakçılıq əlaməti ictimai təhlükəli nəticənin cinayətin iştirakçılarının hamısı üçün ümumi olmasını nəzərdə tutur. Birgə fəaliyyət adətən, iştirakçılıqda vahid obyekti ehtiva edir. Birgə kriminal fəaliyyət və ictimai təhlükəli nəticənin hamı üçün ümumi olması, eyni zamanda iştirakçıların hərəkətlərini faktiki bir hadisəyə bağlayır. Cinayətin birgə edilməsi üçün xarakterik olan göstəricilərdən biri də hər bir iştirakçının hərəkəti ilə iştirakçıların hamısı üçün ümumi olan nəticə arasında səbəbli əlaqənin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, icra olunan hərəkətlərdən asılı olaraq iştirakçılıqla törədilən cinayətlərdə iştirakçılarının rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanları tərəfindən ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsinin obyektiv cəhətini Cinayət Məcəlləsinin 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin, yəni narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma təşkil edir. Hazırda cinayətin obyektiv cəhətinin əlamətlətlərini təşkil edən hərəkətlərin təqsirləndirilən şəxs ilə birgə qeyri-şəxs tərəfindən də tamamilə və ya qismən icra edilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar ilə öz təsdiqini tapmır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini tövsif edərkən, onun törətmiş olduğu konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 240.2.1–ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu düzgün müəyyən etməmişdir. Ona görə də, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsi ilə deyil, həmin Məcəllənin 240.1-1–ci maddəsi ilə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008–ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7–ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusuiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə ki, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsif, cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası CPM–in 28.5–ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülüən ittiham həm yetərlilik, həmdə inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı digər şəxslə qabaqcadan hər hansı formada cinayətin törədilməsi üçün razılıq əldə etməsi, eləcə də, cinayəti törədərkən hər hansı digər şəxslə əlbir hərəkət etməsi barədə cinayət işinin materiallarında heç bir mötəbər sübut yoxdur. İbtidai araşdırma orqanı tərəfindən mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs cinayət törədərkən qeyrisi ilə əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşımasına dair ittiham verilmişdir. Azərbaycan Respublikası CPM–in 145.3–cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət–prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 124.1–ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Konstitusiya Məhkəməsi Plenumunun “CM–in 244.1–ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011–ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət–hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət–hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM–də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhkükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub– olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyət alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM–in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalər və hümanizm, həmçinin yuxarıda göstərilən kostitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə, yuxarıda sadalanan sübutlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmiş, bu səbəbdən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1–ci maddəsindən Cinayət Məcəlləsinin 240.1-1–ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyul 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmənin 25 iyun 2024-cü il tarixli qərarı ilə X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. 06 iyul 2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:10 radələrində könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək özünü təqdim etmiş və aidiyyəti üzrə təqdim olunması üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Şəmkir RPŞ-yə gətirilmişdir. Həmçinin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, X4 13 mart 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 04 ay müddət də ona təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, X11 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 13 mart 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 15 mart 2023–cü il tarixli qərarı ilə X4 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 13 mart 2023–cü il tarixdən hesablanmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə X11 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 ay müddətinə, yəni 13 iyul 2023-cü il tarixədək uzadılmışdır. 03 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmiş və 13 iyul 2023-cü il tarixdən saxladıldığı Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 02 ədəd şüşə qabda ümumi çəkisi 1612,9 qram metalik civə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 19 (on doqquz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 114 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 02 ədəd şüşə qabda ümumi çəkisi 1612,9 qram metalik civə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 114 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-36/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-36/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver