Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-36/2025 21.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Şəmkir rayon, Çinarlı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə özünə məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarım tikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 28 may 2024-cü il tarixdə, saat 14:40 radələrində Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİİ siyahısı (Tərkibində narkotik maddələr olan bitkilər) ilə müəyyən edilən tərkibində narkotik maddələr olan 09 (doqquz) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu, həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı Qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 28 may 2024-cü il tarixdə, günorta saatlarında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsində şübhəli olmağını bildirərək, onun yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına etiraz etmədən ərizə ilə müraciət edərək razılığını bildirmişdir. Bundan sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsində onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə narkotik tərkibli çətənə kolları əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Daha sonra həmin narkotik tərkibli çətənə kolları mütəxəssis X6 iştirak kökündən çıxarılaraq sayılmış və ümumi sayı 09 (doqquz) ədəd olması müəyyən edilmişdir. Onun yaşadığı evin həyətyanı sahəsində olan yarımtikildən 09 (doqquz) ədəd çətənə kolları çıxarılaraq ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş o, da üzərini imza etmişdir. Bundan sonra polis əməkdaşları onu Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil X7 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Lakin onun üzərinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, o, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etməsini, yaşadığı evin həyətnyanı sahəsində olan yarımtikilidə əkdiyi çətənə kollarına 5-10 gündən bir su verib qulluq etməsini, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yarımtikilidə əkmiş olduğu çətənə kollarının toxumunu təxminən 10 (on) il əvvəl Rusiya Federasiyasından gələn zaman özü ilə gətirməsini, 2024-cü ilin aprel ayının əvvələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yarımtikilidə əkməsini, heç vaxt narkotik vasitə satmamasını, həmçinin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu 09 (doqquz) ədəd çətənə kollarını öz şəxsi istifadəsi üçün əkməsini, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evində tək yaşamasını, həmçinin fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş olduğu 09 (doqquz) ədəd çətənə kolları ilə bağlı heç kimə deməmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 28 may 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən yarım tikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin polis sahə rəisi, polis leytenantı Şahid3, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbsinə gedilmişdir. Onlar Şəmkir rayonu, Çinarlı qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görən zaman ona yaxınlaşaraq, özlərini Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin Polis əməkdaşları kimi təqdim edərək, ona yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün onun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Müşfiq Şahmuradovun, X13un və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həytyanı sahəsində yerləşən yarım tikilinin içərisində müxtəlif ölçülü cəmi 9 (doqquz) ədəd çətənə kolları aşkar edilmişdir. X13 baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edilməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yaşadığı evindən, evin otaqlarından, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikilinin içərisindən aşkar edilmiş 9 (doqquz) ədəd çətənə kolları iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən ağ torbaya qoyulmaqla qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və onlarda iştirakçılarla birlikdə üzərinə imza etmişlər. Daha sonra təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş və onlarda həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində polis sahə rəisi vəzifəsində xidmət edir. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 28 may 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən yarım tikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməsi barədə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün əməliyyat müəvəkkili Şahid1 tərəfindən Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında əməliyyat müəvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Fərman Mirzəydən və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbsinə gedilmişdir. Şəmkir rayonu, Çinarlı qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görən zaman ona yaxınlaşaraq, özlərini Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin Polis əməkdaşları kimi təqdim edərək, ona yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün onun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəsində baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Müşfiq Şahmuradovun, X13un və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həytyanı sahəsində yerləşən yarım tikilinin içərisində müxtəlif ölçülü cəmi 9 (doqquz) ədəd çətənə kolları aşkar edilmişdir. X13 baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edilməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yaşadığı evindən, evin otaqlarından, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekursorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikilinin içərisindən aşkar edilmiş 9 (doqquz) ədəd çətənə kolları iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən ağ torbaya qoyulmaqla qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla birlikdə üzərinə imza etmişlər. Daha sonra təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş və onlarda həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mərifət oğlu Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 24080094 nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. 28 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən baxış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evindən hündürlüyü 30 sm-dən 88 sm-dək olan 09 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 28 may 2024-cü il tarixdə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evin həyətindən aşkar edilmiş 09 ədəd çətənə kolları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. 28 may 2024-cü il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsində 09 ədəd narkotik tərkibli çətənə kolları əkmişdir. Çətənə kollarına aqrotexniki qulluq işləri aparılmışdır. xx.xx.2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli bilinərək Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə vəkil X7 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 29 may 2024-cü il tarixli 16/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yarımtikilidən aşkar edilmiş narkotik tərkibli çətənə kolları, ümumi sayı 9 ədəd” yazı və imzalar olan 1 ədəd ağ və 1 ədəd göy rəngli sellofan paketdən ibarət bağlamadakı ümumi sayı 9 (doqquz) ədəd, ümumi çəkisi 750 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-72-2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 418 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli, 1221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AZ-İİİ 880682 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X5 qeyd edilmişdir. AZ-İV 289008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X5 qeyd edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını (CM-in 59.1.4-cü maddəsi), yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-in 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2.Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən həbsdə olduğu 8 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 5 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclasında zalında həbsdən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 09 (doqquz) ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə olduğu 8 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 5 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 9 (doqquz) ədəd, ümumi təmiz çəkisi olan 749,82 qram olan çətənə (kannabis) bitkisi məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 13 saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-36/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-36/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver