Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-37/2024 31.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir Aqropark MMC-nin bağban işləyən, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən çayçıda həmkəndlisi Zərərçəkmiş şəxs orada oturub mobil telefon vasitəsilə danışan zaman bir müddət əvvəl istintaqa dəqiq məlum olmayan tarixdə aralarında yaranmış pul mübahisəsi səbəbindən onun ünvanına nalayıq söyüşlər işlətməsini zənn edərək Zərərçəkmiş şəxs yaxınlaşaraq məsələyə aydınlıq gətirərkən sonuncu onu vurulacağını düşünüb yumruqla Təqsirləndirilən şəxs sifət nayihəsinə vuraraq ona fiziki ağrı yetirmiş, Zərərçəkmiş şəxs həmin hərəkətlərindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə şəxsi münasibətlər zəminində o, stolun üzərində olan pivə bakalını götürüb Zərərçəkmiş şəxs alm nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona alın nayihəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq Şəmkir Aqroprak MMC-də bağban işləyir. Zərərçəkmiş şəxs həmkəndlisidir. Aralarında illərdi davam edən kin-küdərət var. Həmkəndlisi Zərərçəkmiş şəxsla ilk dəfə münasibətlərinin korlanmasının səbəbi təxminən 2018-ci ilin sonlarında Zərərçəkmiş şəxs tanışı X6 ondan, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs vasitəsi ilə tanıdığı 5/6 nəfər həmkəndlisindən pul alaraq onları aldatmışdır. Aldığı həmin pullar müqabilində onu və Zərərçəkmiş şəxs vasitə ilə tanığı şəxsləri “SOCAR” şirkətinə işə düzəltmək adı ilə həmin şəxs onlara qarşı dələduzluq etmişdir. Səxavət Kərimov cinayət törədərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı olduğu üçün Səxavət Kərimovun araşdırması Nərimanov Prokrorluğu tərəfindən aparılmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs vasitəsi ilə Səxavət Kərimova 700 manat pul vermiş, lakin ona verilən vədlərə əməl edilməmişdir. Həmin pulları Səxavət Kərimov tərəfindən ödənsə də, Zərərçəkmiş şəxsla o gündən danışmamışlar. 09 may 2023-cü il tarixdə evdə olan zaman hava isti olduğu üçün pivə içmək qərarına gəlmiş, buna görə yaşadığı kənddə yerləşən bazarın içərisində qurulmuş çayçı tipli yerə getmiş, həmin yer bazarın içərisində yerləşməklə təxminən 4-5 masanı çölə qoyaraq içəridə bir otaqdan ibarət çayçı olmuşdur. Pivə və digər ləvazimatları həmin otaqda çayçını işlədən Rövşən adlı şəxs tərəfindən hazırlanaraq çöldə olan masalara təqdim edilmişdir. Həmin günü saat 21 radələrində çayçıda olarkən bir masadan başqa digər masalarda adam olmamış, həmin masa da Məkan və Famil adlı şəxs oturmuşdur. Zərərçəkmiş şəxs mobil telefonla uca səslə söyüşlə danışıraq çöldə olan masaların birində oturmuş və pivə sifariş vermişdir. Zərərçəkmiş şəxs mobil telefonla söyüşlə danışarkən o, elə zənn etmişdir ki, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, Ucal mobil telefonla danışıb qutardıqdan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşaraq onun ünvanına söyüş söyməsini soruşduqda Ucal onun ünvanına söyüş söymədiyini bildirmiş və Zərərçəkmiş şəxs yaxınlaşdıqda Ucal onun xəsarət yetirəcəyini zənn edərək onun üz nahiyəsindən bir dəfə yumruq vurmuş, Ucal onun sifətinə yumruq vurduqdan sonra o, pivə içdiyi bakala Ucalın alın nahiyəsinə vurmuşdur. Ucalın aldığı xəsarətdən sonra alın nahiyəsinin qanamasından qorxaraq oradan dərhal uzaqlaşmışdır. Zərərçəkmiş şəxsla onun arasında olan mübahisə Şəmkir rayonu Təzəkənd kəndində köhnə bazar adlanan yerdə yerləşən çayçıda baş vermişdir, mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə onun sifətindən vurmuşdur. Onun sifətindən Zərərçəkmiş şəxs vurması nəticəsində xəsarət almamışdır. Məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, bununla əlaqədar olaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdiyini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında illərdi davam edən kin-küdürət var. Həmkəndlisi Təqsirləndirilən şəxsla ilk dəfə münasibətlərinin korlanmasının səbəbi təxminən 2018-ci ilin sonlarında tanışı X3 onu və onun vasitə ilə tanıdığı 5/6 nəfər şəxsdən pul alaraq onları aldatmışdır. Aldığı həmin pullar müqabilində onu və onun vasitəsi ilə tanığı şəxsləri “SOCAR” şirkətinə işə düzəldəcəyi vədini vermiş, lakin vədinə əməl etməyərək Səxavət Kərimov onlara qarşı dələduzluq etmişdir. Səxavət Kərimov cinayət törədərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı olduğu üçün Səxavət Kərimovun araşdırması Nərimanov Prokrorluğu tərəfindən aparılmışdır. Onun vasitəsi ilə Səxavət Kərimova pul vərən şəxslərin içərisində Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs onun vasitəsilə Səxavət Kərimova 700 manat pul vermiş, həmin pul müqabilində Səxavət Kərimov onu “SOCAR” şirkətinə işə düzəldəcəyini vəd etsə də, vədinə əməl etməyərək Təqsirləndirilən şəxs qarşı dələduzluq etmişdir. Səxavət Kərimov bütün zərərçəkmiş şəxslərə və Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəsədə həmin vaxtdan Təqsirləndirilən şəxsla küsülü qalmışlar. 09 may 2023-cü il tarixdə işlədiyi yerdən icazə alaraq evinə gəlmiş, ailəsi ilə bir az vaxt keçirmiş, hava istə olduğu üçün pivə içmək qərarına gəlmiş, buna görə yaşadığı kənddə yerləşən bazarın içərisində qurulmuş çayçı tipli yerə getmiş, bazarın içərisində yerləşməklə təxminən 4-5 masanı çölə qoyaraq içəridə bir otaqdan ibarət çayçını işlədən Rövşən adlı şəxs işlətmişdir. Həmin günü saat 21 radələrində orada olan digər masalarda Məkan və Famil adlı şəxslərdən başqa heç kim olmamışdır. O, mobil telefonla danışarkən Anar ora gələrək çöldə olan masaların birində oturaraq pivə sifariş vermişdir. O, mobil telefonla danışırarkən uca səslə söyüş söydükdə Anar elə zənn etmişdir ki, onun ünvanına nalayiq ifadələr işlətmiş, lakin elə olmamış, o, Anarın ünvanına nalayiq ifadələr işlətməmişdir. O, mobil telefonla danışıb qutardıqdan sonra Anar ona yaxınlaşdıqda Təqsirləndirilən şəxs ona xəsarət yetirəcəyini zənn edərək Anarın üz nahiyəsinə bir dəfə yumruq vurmuş, Anar isə pivə içdiyi bakalı onun alın nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxsla onun arasında olan mübahisə Şəmkir rayonu Təzəkənd kəndində köhnə bazar adlanan yerdə yerləşən çayçıda baş vermişdir, mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. O, aldığı xəsarətdən sonra alın nahiyəsinin qanamasından qorxaraq oradan dərhal uzaqlaşaraq X14 Yardım Mərkəzinə gedərək müayinə olunmuş və ilkin tibbi yardım alaraq öz yaşadığı evə qayıtmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir. Onların hər ikisi ilə yaxşı münasibəti var. 09 may 2023-cü il tarixdə evdə olan zaman hava isti olduğu üçün pivə içmək qərarına gəlmiş, buna görə yaşadığı kənddə yerləşən bazarın içərisində qurulmuş çayçı tipli yerə getmişdir. Həmin günü saat 21 radələri olarkən Təqsirləndirilən şəxs çayçıda pivə içərkən digər masada o və Məkan adlı tanışı pivə içdikdə, Zərərçəkmiş şəxs mobil telefonla uca səslə söyüş söymüş, həmkəndlisi Anar çöldə olan masaların birində oturaraq pivə sifariş vermiş, Zərərçəkmiş şəxs mobil telefonla söyüşlə danışarkən Təqsirləndirilən şəxs elə zənn etmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, Ucal mobil telefonla danışıb qutardıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq onun ünvanına söyüş söydüyünü soruşduqda Ucal Anarın ünvanına söyüş söymədiyini bildirsə də, Anar Ucala yaxınlaşdıqda Ucal xəsarət yetirəcəyini zənn edərək Anarın üz nahiyəsindən bir dəfə yumruq vurmuş, Ucal Anarın üz nahiyəsinə yumruq vurduqdan sonra Anar pivə içdiyi bakala Ucalın alın nahiyəsinə vurmuş, Ucal aldığı xəsarətdən sonra alın nahiyəsinin qanamasından qorxaraq oradan dərhal uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə gedişində tanışı Təqsirləndirilən şəxs tərəfindən pivə bakalı ilə alın nahiyəsindən vurularaq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış 37-Sİ-23 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən qaldırılmış 24 may 2023-cü il tarixli vəsatət təmin edilərək fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1086 məlumat verərək, Şəmkir rayonu Düzqışlaq kəndində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək, Təqsirləndirilən şəxs onu döyməsi və şüşə qab ilə baş nahiyəsinə xəsarət yetirməsini bildirmişdir. xx.xx.2023-cü il tarixli 564 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində Şəmkir RMX-nın həkimi Arzu Məmmədova telefon vasitəsilə məlumat verərək bildirdi ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yaşıyan 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs deməsinə görə döyülərək alının yuxarı hissəsinin çapılmış yarası diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 10 may 2023-cii il tarixli 515 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin kəsilmiş yarası iti kənarları əşyanın təsirindən, ola bilsin ki, sınmış şüşə qəlpələrinin təsirindən törənmişdir, törənmə müddəti 09 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İlkin yoxlama zamanı 13 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Düzqışlaq kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Zərərçəkmiş şəxs Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır. Qeyd: şəxs hal hazırda Şuşa rayonunda sürücü işləyir. 28 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin istintaq bölməsinə daxil olmuş həmin cinayət işi üzrə istintaqın davam etdirilməsi Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədova tapşırıldığından cinayət işi həmin tarixdə icraata qəbul edilərək istintaq aparılır. AZE 11355804 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur, anası Ramiyyə Bayramovadır. AZE 11355808 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur, anası Ramiyyə Bayramovadır. Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-998/2009 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə edilməklə və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 26 iyun 2023-cü il tarixdə cinayət işi üzrə icraat Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən olunmadığından dayandırılmışdır. 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır. 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” pulik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon konsultativ poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının xx.xx.2009-cu il tarixli, 1(104)-200/2009 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 ilə endirilməsi qərara alınmışdır. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-998/2009 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə edilməklə və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Düzqışlaq kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla anası, arvadı və 2 nəfər qızı ilə birgə həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Düzqışlaq kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi qalmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi göstərdiyi 10 saatlıq hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-37/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-37/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver