Məhkəmə qərarları › İş №1(076)-37/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-37/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-37/2025 12.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmə əsasən qəti olaraq üzərində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 02 il 06 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası saxlanılmış, hazırda cəza çəkən, Tovuz rayonu, Azaflı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə Göygöl rayonunun Nadil kəndinin ərazisində, yol kənarından 1 (bir) ədəd üzərində gül şəkilləri olan tünd göy rəngli polietilen torbanın içərisində tapdığı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq piyada X6 Limanına daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 İdarəsinin Gəncə Hava X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Təqsirləndirilən şəxs 27 mart 2024-ci il tarixdə saat 16:30 radələrində X6 Limanının ərazisində saxlanılaraq Gəncə Hava X7 Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində tutduğu 1 (bir) ədəd üzərində gül şəkilləri olan tünd göy rəngli polietilen torbada təmiz çəkisi 440 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 10 may 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Düyərli kəndi ərazisindən keçən avtomobil yolunun kənarından 01 ədəd qara rəngli seloffan torbanın içərisində tapdığı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Şəmkir rayon Düyərli kəndinin ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində saxlanılaraq Zəyəm polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin içərisində, sol yan tərəfdən 01 ədəd qara rəngli seloffan torbada, təmiz çəkisi 440 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, yəni 10 ildən çoxdur ki, o, narkotik vasitənin marixuana növündən istifadə edir. Narkotik vasitə istifadə etdiyi üçün əvvəllər Azərbaycan Respeublikası CM-nin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci il tarixdə Tovuz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olub yaşlı anası Nazilə Hüseynovaya köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Göygöl rayonunun Nadil kəndinə fəhləlik işi axtarmaq üçün piyada gedən zaman yolun sağ tərəfində üzərində gül şəkilləri olan sellofan torba görüb həmin sellofan torbanı götürmüş və torbanın içərisinə baxan zaman həmin sellofan torbanın içərisində nəşə, yəni "marixuana" aşkar etmişdir. O, "marixuana"nı dəfələrlə qəbul etdiyi üçün onu dərhal iyindən və formasından tanımışdır. O, sellofan torbanı götürüb Göygöl rayonu Nadil kəndinə getmək fikrindən daşınmış, yoldan keçən avtomaşınlardan birini saxladıb Gəncə şəhərinə qayıtmaq üçün yolun kənarında olan hasarı aşıb X6 Limanına gedən yola keçmişdir. Həmin vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə hava limanı X10 gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlindəki sellofan torbadan narkotik vasitə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilmişdir. İçərisində “marixuna" olan sellofan torbanın ümumi çəkisi, 450 (dörd yüz əlli) qram olmuş, sonra həmin kütlə zərfə qablaşdırılaraq ağzı möhürlənmiş, o və digər iştirakçılar həmin zərfi imzalamışlar. Bundan başqa, xx.xx.2024-cü il tarixdə günəmuzd fəhləlik etmək üçün Şəmkir rayonu Düyərli kəndi ərazisinə gəlmiş, yolda olan zaman yerdə qara rəngli sellofon torba görmüş, əyilib həmin torbanı götürüb içərisini açdıqda nəşə kimi tanıdığı kütləni aşkar etmiş, torbanı götürüb piyada yoluna davam edən zaman mülki formada, sonradan polis əməkdaşları olduğu ona aydın olan iki nəfər polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamağında və istifadə etməsində şübhəli olduğunu bildirib onlarla birlikdə Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə getməsini bildirmişlər. Onlara etiraz etməmiş və onlarla birlikdə bölməyə getmişdir. Sonra onun üzərinə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə video çəkliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanə ona üzərində narkotik vasitə olan psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da üzərində olan qara rəngli gödəkçənin sol yan tərəfindən qara rəngli sellofon torbada olan narkotik vasitə olan marixuana kimi tanıdığı kütləni təqdim etmiş, sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman içərisindən narkotik vasitə olan marixunaya bənəzər kütlə aşkar edilmiş, marixuana elektron tərəzi ilə çəkilən zaman 495 qram təşkil etmişdir. Təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. 10 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O həmin kütləni 10 may 2024-cü ildə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən tapmış, üzərində özü istifadə etmək məqsədi ilə saxlamış, üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlədən heç kimə satmamış, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi ilə məğul olması, həmçinin xx.xx.2024-cü il tarixdə saat 16 radələrində X9 ərazisinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Gəncə hava limanı XPŞ-nin CAQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs X9 ərazisində saxlanılaraq Gəncə hava limanı XPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs öz istəyi və seçimi ilə müdafiəçi təqdim olunduqdan sonra hüquqları ona izah edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki üzərində gül şəkilləri olan sellofan torbanın içərisindən narkotik vasitə olan marixuanya bənzər kəskin iyə malik ot şəklində kütlə aşkar edilərək götürülmüşdür. Sonra həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 450 qram olması müəyyən olunduqdan sonra sellofan torbada qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbada aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə olan marixuananı Göygöl rayonu Nadil kəndinə gedən zaman yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Tovuz rayonu, Azaflı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid2 və Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət olmuşdur. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düyərli kəndi ərazisində olması barədə ona məlumat daxil olmuş, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis bölməsinin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Düyərli kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Düyərli kəndi ərazisinə çatmış və kənd ərazisində olan zaman Təqsirləndirilən şəxs görüb onun yanına yaxınlaşaraq üzərində narkotik vasitələri saxlamasında və istifadə etməsində şübhəli olduğunu bildirib onlarla birlikdə Şəmkir rayon PŞ-nin Zǝyǝm PB-nə gedəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onu özü ilə birlikdə xidməti avtomobilə əyləşdirib Zəyəm PB-nə gətirmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmiş, Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı üzərində şəxsi axtarış ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, o, üzərində olan qara rəngli gödəkcənin içəri sol yan tərəfindən qara rəngli sellofan torbanı təqdim etmiş, təhqiqatçı tərəfindən həmin qara rəngli sellofan torba açılan zaman içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə ölçülən zaman sellofan torba ilə birlikdə 495 qram təşkil etmiş, həmin kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Şəmkir rayonu, Düyərli kəndi ərazisindən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahin oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. Tovuz rayonu Azaflı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 10 may 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Zǝyǝm PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və sahə polis nəfəri Şahid3 tərəfindən üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmiş, Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin içərisindən sol yan tərəfindən qara rəngli sellofan torbanı təqdim etmiş, təhqiqatçı tərəfindən həmin sellofan torba açılan zaman içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə ölçülən zaman sellofan torba ilə birlikdə 495 qram təşkil etmiş, həmin kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Şəmkir rayonu, Düyərli kəndi ərazisindən tapmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilib istintaq aparılmışdır. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə saat 10:10– da Şəmkir RPŞ Zəyəm PB-nin inzibati binasında tutulmuşdur. “Şəxsi axtarış aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin içərisindən sol yan tərəfindən qara rəngli sellefon torbanı təqdim etmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 10 may 2024-cü il tarixli 16/535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..." yazıları və imzalar olan qara polietilen torbadakı, üzərində yapışqanlı lentlə sarınmış 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 440 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (Qeyd: marixuana təmiz çəkisi 440 qram tədqiqata sərf edildi-0,05 qr, qalıq – 439.95 qram). Şəmkir rayon Məhkəməsinin 4(076)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmışdır. “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrədə davam etdirilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 16:30– da X9 inzibati ərazisində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan üzərində gül şəkilləri olan tünd göy rəngli sellofan torba açıldı və içərisindəki tünd yaşıl rəngli, qurudulmuş halda spesifik iyə malik, narkotik vasitəyə bənzər maddə götürülmüş və foto, video yazılar çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 28 mart 2024-cü il tarixli 16/388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə..." yazısı və imzalar olan rəngli sellofan paetdəki təmiz çəkisi 440 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (Qeyd: marixuana təmiz çəkisi 440 qram tədqiqata sərf edildi-0,2 qr, qalıq – 439.8 qram). “Təqsirləndirilən şəxain barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli, 705 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Tovuz rayon Məhkəməsinin 2(062)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, daha sonra o, Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən ona qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, bundan başqa, o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə və 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları təyin edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, bundan sonra, o, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə və 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları təyin edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 26 gün şərti olaraq cəzadan vaxtından əvvəl azad edilmiş, bundan başqa, o, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə və 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları təyin edilmiş, ... tarixdə cəzasını çəkib qurtarmış, bundan başqa, o, Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. CM-nin 67.1-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası həmin hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilmiş və ona qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 02 il 06 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ardıcıllıqla ümumilikdə 3 dəfədən artıq az ağır cinayət törətdiyi üçün hər dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq ona qəti olaraq təyin edilmiş cəzasını çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamasını və əməlində cinayətlərin residivinin (xüsusi təhlükəli residiv) olmasını isə iş üzrə onun əzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin dörddə üçündən az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə müvafiq olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən ona Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun əvvəlki cinayət işi üzrə ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, ümumilikdə 04 gün müddət ona qəti olaraq təyin edilən cəzadan çıxılmalı, CM-nin 67.1-ci maddəsinə əsasən Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş və 02 il 06 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, hazırki hökmlə onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməli, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 02 il 06 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-nin Saxlanc anbarında saxlanılan 439,95 qram və 439,8 qram olmaqla cəmi 879,75 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 62,80 manat pul ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 90 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)-76/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)-76/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 02 (iki) il 06 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, hazırki hökmlə onun üzərində saxlanılmış 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin, ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 02 (iki) il 06 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsində saxlanc anbarında saxlanılan 439,95 qram və 439,8 qram, cəmi 879,75 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 62,80 manat (altmış iki manat səksən qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar