Məhkəmə qərarları › İş №1(076)-38/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-38/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-38/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Ağ Dağlar adlanan ərazidə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 12 iyun 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Şəmkir rayonu, Ağ Dağlar yaşayış məntəqəsində yerləşən evinin həyətyanı sahəsində əvvəllər anası X6 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş Zərərçəkmiş şəxs ondan və anasından həmin vaxt yaşadıqları evin və torpaq sahəsinin sonuncuya məxsus olması ilə əlaqədar aralarında yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun anası Cəmilə Yusifovanı yerə yıxması səbəbindən qisas almaq məqsədilə əlləri ilə Zərərçəkmiş şəxs üz nayihəsinə qəsdən vuraraq sonuncuya burun sümüyünün sınığı və hər iki gözaltı nahiyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onların arasında normal münasibətlər olmuşdur. X6 isə onun anasıdır. Anası ilə Zərərçəkmiş şəxs arasında yaşadıqları Şəmkir rayonu “Ağ Dağlar” adlanan yerdə yerləşən ev üstündə mübahisələr olmuş, 12 iyun 2022-ci il tarixdə saat 12 radələrində Şəmkir rayonu “Ağ Dağlar” yaşayış massivində yaşadıqları evdə olan zaman Ramiz və yanında olan 2 nəfər şəxs yaşadıqları evin həyətinə gələrək telefonla evin həyətini çəkib anası ilə mübahisə etmiş, bu zaman orada həmçinin Ramiz anasını vurmuş, o, həmin şəxslərə yaxınlaşıb mübahisəni sakitləşdirmək istəmiş, Ramizi və yanında olan şəxsləri evin həyətindən çölə çıxarmış, həmin şəxslər evdən çıxdıqdan sonra Ramiz evlərini daşladığı üçün anası yaşadıqları evin həyətindən çıxaraq Ramizlə yenə də mübahisə etməyə başlamış, o da yenə həmin şəxsləri sakitləşdirmək üçün evdən çıxan zaman anası ilə Ramizin bir-birilərini dartıb qışqırdıqlarını görmüş, elə bu zaman Ramizin cibində olan telefon yerə düşmüş, o da həmin şəxslərin sakitləşməyəcəyini görüb əsəbləşdiyi üçün Ramizin telefonunu yerdən götürüb qırmış, sonradan isə həmin telefonu ayaqyoluna atmış, o, təkrar evin həyətindən çıxan zaman anasının yerdə uzandığını görmüş, anasının yerdə uzanması ona pis təsir etdiyi üçün, həmin davanı sonlandırmaq məqsədi ilə o, Zərərçəkmiş şəxs yaxınlaşmış, Ramizin sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurub oradan uzaqlaşmışdır. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır, baş verən hadisəyə görə çox peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 2012-ci ildə tanımış, Cəmilə həmin vaxtı onun işlədiyi məktəbdə texniki işçi işləmiş, 2014-cü ildən onların arasında münasibətlər yaranmış, onlar qeyri rəsmi ər arvad kimi yaşamış, həmin vaxtlar aralarında çox yaxşı münasibətlər olmuş, əvvəllər özü kirayə ev tutaraq Cəmiləni və bir oğlunu kirayədə saxlamış, bütün məsrəflərini özü çəkmiş, kirayədə qaldığı evin kirayə haqqı qaldırıldığından o, 2016-cı ildə Şəmkir rayonu Ağdağ yaşayış massivi deyilən yerdə Qənirə arvad deyilən şəxsin evinin yaxınlığından təxminən 4-5 sot torpaq sahəsi götürərək orada özü üçün iki otaqlı kürsülü ev tikmiş, Cəmilə həmin vaxtdan sonra həmin evə köçərək azyaşlı oğlu ilə orada yaşamağa başlamış, 2021-ci ilin oktyabr ayında Cəmilə ona əvvəllər özü ilə yaşadığı X7 adlı şəxsin həbsdən çıxdığını, həmin şəxsdən qorxduğundan həmin evə onun gəlməməyini xahiş etmiş, həmin vaxtdan sonra münasibətləri soyumağa başlamış, Ramil isə ona həmin evi onun əlindən almaq üçün evdən imtina etməyi təklif etmiş, həmin vaxtdan sonra Cəmilə ilə heç bir münasibəti olmamış, o, Cəmiləyə həmin evdən çıxmağı, eyni zamanda isə bir otaqda tək yaşadığı halda bir otaqda yaşaya biləcəyini demiş, lakin Cəmilə həmin evin onun can haqqı olduğunu bildirmiş, xx.xx.2022-ci il tarixdə o, tanışı X1, X4 ilə birlikdə onları özü ilə şahid kimi apararaq Cəmilənin yaşadığı evə getmiş, onun Cəmilənin yaşadığı onun tikdiyi evə getməkdə məqsədi Cəmilə ilə razılaşaraq evi bölmək, əks halda isə Cəmiləyə evlə bağlı tələblə məhkəməyə müraciət edəcəyini başa salmaq olmuş, o, evin həyətinə daxil olan kimi Cəmilə onlara tərəf daş atmağa başlamış, bu zaman o, Fidana Cəmilənin hərəkətlərini videoya çəkməyi xahiş etmiş, Cəmilə Fidanın video çəkdiyini gördükdə Fidanın köynəyini cırmış, daha sonra isə onlar həyətdən çıxaraq ona məxsus VAZ 21015 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, həmin vaxtı Cəmilə əlinə böyük ölçülü daş götürərək avtomobil arxa şüşəsini sındırmış, o, öz mobil telefonu ilə Cəmilənin hərəkətlərini çəkməyə başlamış, bu zaman Cəmilə daşla çənə nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, o, da həmin vaxtı 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, Cəmilənin oğlu Fuadda onun üzərinə gəlmiş, əlinə vuraraq telefonu yerə salmış, o, telefonu götürmək istədikdə Fuad telefonu götürərək qaçmış, telefonunu qırmış, o, telefonu tualetdən götürmək istədiyi zaman Cəmilə yenidən həmin yerə gələrək onu daşlamış, o, Cəmiləyə yaxınlaşaraq saçından tutaraq yerə yıxmış, həmin vaxtı Cəmilə özünü huşunu itirmiş kimi göstərmiş, o, Cəmiləni buraxaraq kənarda dayanmış, qəfildən Fuad gələrək onun burun, göz nahiyəsindən görmədiyi əşyayla onu vurmuş, həmin anda onun gözləri qaralmış, burnundan qan açılmış, onun burnu qanadıqda Fuad qaçıb getmiş, bundan sonra polis əməkdaşları həmin yerə gəlmiş, polis əməkdaşları oraya gəldikdən sonra tualetdən telefonunu götürmüş, baş vermiş hadisə zamanı Cəmilənin avtomobilimin şüşəsini sındırması nəticəsində ona 100 manat və Fuadın telefonunu qırması nəticəsində isə 250 manat maddi ziyan dəymişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 12 iyun 2022-ci il tarixli 642 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-burun sümüyünün sınığı,hər iki gözaltı nahiyənin hematoması, alt dodağın selikli qişasının yarası KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 12 iyun 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun sümüyünün sınığı və hər iki gözaltı nahiyənin hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, alt dodağın selikli hissəsinin səthi əzilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, barəsində olan cinayət işinə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə xitam edilməsinə etiraz etməmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2nın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 CM 73.2-ci maddəsində sadalanan cinayətlər üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar