Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-38/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxxxx 1980–ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.3–cü maddələri əsasında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşaqları, bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 125 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 125 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1985–ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri əsasında təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası uşağı 8 yaşına çatanadək təxirə salınmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, işsiz, evli, himayəsində üç nəfər azyaşlı uşaqları, bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2023–cü il tarixdə 15 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasından 1 ədədi 65 manat olan 1x4 /100 ölçüdə 8 ədəd 680 manat dəyərində, 1 ədədi 60 manat olan 1x2.5/100 ölçüdə 5 ədəd 300 manat dəyərində “NEXANS” markalı, 1 metr 1.60 manat dəyəri olan 2x4 SVP ölçülü 100 metr uzunluğunda 160 manat dəyərində, 1 metri 1.60 manat dəyərində 2x2.5 SVP ölçülü 100 metr uzunluğunda 160 manat dəyərində “İNCİ NUR” markalı, 1 ədədi 75 manat olan 1x4 100M RASM ölçülü 7 ədəd 525 manat dəyərində, 1 ədəd 55 manat dəyərində 1x2.5 100M RASM ölçülü “VADAFON” markalı, 1 ədəd 42 manat dəyərində 1x2.5 90М ölçülü “TELSAN” markalı, 1 metri 0.90 manat olan 2x1.5 80M ölçülü 80 metr uzunluğunda 72 manat dəyərində “İLDİRİM” markalı, 1 metri 1.30 manat dəyərində 2x2.5 ölçülü 100 metr uzunluğunda 130 manat dəyərində “SİLVER” markalı, 1 metri 0.68 manat olan 2x2.5 70M ölçülü 70 metr uzunluğunda 47.60 manat dəyərində “SVP VETEN” markalı, 1 ədədi 35 manat dəyərində 1x2.5 ölçülü, 3 ədəd 105 manat dəyərində “KARZA” markalı və 1 ədədi 52 manat dəyərində 1x4 (90) ölçülü 2 ədəd 104 manat dəyərində “SERT” markalı elektrik naqillərini gizlin talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2.365 manat dəyərində əmlakı oğurlamışlar. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə əri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2023–cü il tarixdə 15 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasından 1 ədədi 65 manat olan 1x4 /100 ölçüdə 8 ədəd 680 manat dəyərində, 1 ədədi 60 manat olan 1x2.5/100 ölçüdə 5 ədəd 300 manat dəyərində “NEXANS” markalı, 1 metr 1.60 manat dəyəri olan 2x4 SVP ölçülü 100 metr uzunluğunda 160 manat dəyərində, 1 metri 1.60 manat dəyərində 2x2.5 SVP ölçülü 100 metr uzunluğunda 160 manat dəyərində “İNCİ NUR” markalı, 1 ədədi 75 manat olan 1x4 100M RASM ölçülü 7 ədəd 525 manat dəyərində, 1 ədəd 55 manat dəyərində 1x2.5 100M RASM ölçülü “VADAFON” markalı, 1 ədəd 42 manat dəyərində 1x2.5 90М ölçülü “TELSAN” markalı, 1 metri 0.90 manat olan 2x1.5 80M ölçülü 80 metr uzunluğunda 72 manat dəyərində “İLDİRİM” markalı, 1 metri 1.30 manat dəyərində 2x2.5 ölçülü 100 metr uzunluğunda 130 manat dəyərində “SİLVER” markalı, 1 metri 0.68 manat olan 2x2.5 70M ölçülü 70 metr uzunluğunda 47.60 manat dəyərində “SVP VETEN” markalı, 1 ədədi 35 manat dəyərində 1x2.5 ölçülü, 3 ədəd 105 manat dəyərində “KARZA” markalı və 1 ədədi 52 manat dəyərində 1x4 (90) ölçülü 2 ədəd 104 manat dəyərində “SERT” markalı elektrik naqillərini gizlin talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2.365 manat dəyərində əmlakı oğurlamışlar. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Muxamed qızı onun arvadıdır və onlar 7 nəfər uşaqları ilə birlikdə Yevlax şəhərində yaşayırlar. 27 aprel 2023–cü il tarixdə saat 10–11 radələrində arvadı Ofelya ilə idarə etdiyi “Hyundai i30” markalı, 99–SC–729 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna gəlmişlər. O, arvadı Ofelya ilə danışıb Şəmkir rayonunda tikinti mağazalarından birinə girərək naqil topası oğurlamağa razılaşmışlar. Razılaşmaya əsasən Ofelya naqil topalarını götürüb paltarına gizlətməli və sonra aparıb avtomobilə qoymalı olmuşdur. Onlar Şəmkir şəhərinə çatmış və əvvəlcədən danışdıqları kimi şəhərdə tikinti materialları satılan mağaza axtarmağa başlamışlar. Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasının qarşısına çatdıqda o, avtomobili saxlamışdır. Onlar danışıb razılaşmışlar ki, o, əvvəlcə düşüb mağazaya girəcək, mağazada kamera olub– olmamasına, naqil topalarını istədiyi kimi paltara gizlətməklə oğurlamağa şərait olub–olmamasını yoxlayacaq, sonra Ofelyaya işarət verib çağıracaqdır. O, avtomobildən düşərək mağazaya girmiş, mağazadan oğurluq etmək üçün imkan olduğuna görə 1–2 dəqiqə sonra qapıya tərəf gələrək Ofelyaya başı ilə işarə verib mağazaya girməsini bildirmişdir. Ofelya o, işarə verdikdən sonra mağazaya girmiş, o, satıcının fikrini yayındırmış, Ofelya piştaxtada olan elektrik naqillərini oğurlamağa başlamışdır. Ofelya elektrik naqilinin topalarını götürərək paltarının içərisinə qoymuş, satıcının fikri yayındığı üçün avtomobilə gedib–gəlmişdir. Belə bir neçə dəfə Ofelya naqil topalarını oğurlayıb avtomobilə qoyub qayıtmışdır. Sonra Ofelya ona işarə vermiş və o, təxminən 2–3 dəqiqə sonra mağazanı işlədən şəxslərin şübhələnməməsi üçün mağazadan çıxmazdan əvvəl 10–15 manat dəyərində bir neçə ədəd tikinti malları alıb çıxmışdır. Sonra onlar Şəmkir şəhərindən yaşadığı Yevlax rayonuna qayıtmışlar. Onlar yaşadığı evdə həmin naqil topalarını yandıraraq metal halına gətirmiş və həmin günü o, səyyar metal alan şəxslərə sataraq 150 manat pul əldə etmişdir. Onlar pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Sonradan onların yaşadığı evə polislər gələndə bilmişlər ki, mağaza sahibi şikayət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişlər. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 27 aprel 2023–cü il tarixdə saat 10–11 radələrində əri Nəriman ilə “Hyundai i30” markalı, 99–SC–729 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna gəlmişlər. Onlar gəlməmişdən əvvəl öz aralarında danışıb razılaşmışlar ki, Şəmkir rayonunda tikinti mağazalarından birinə girsinlər, əri Nəriman mağazada olan satıcının fikrini yayındırsın və o, naqil topasını oğurlasın. O, naqil topalarını götürüb paltarında gizlətməli və sonra aparıb avtomobilə qoymalı olmuşdur. Onlar Şəmkir şəhərinə çatmış və əvvəlcədən danışdıqları kimi şəhərdə tikinti materialları satılan mağaza axtarmağa başlamışlar. Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasının qarşısına çatdıqda Nəriman avtomobili saxlamışdır. Onlar danışıb belə razılaşmışlar ki, Nəriman əvvəlcə düşüb mağazaya girsin, mağazada kamera olub–olmamasına, naqil topalarını istədikləri kimi paltarına gizlətməklə oğurlamağa şərait olub–olmamasını yoxlasın, sonra ona işarət verib çağırsın. Nəriman avtomobildən düşmüş və təxminən 1–2 dəqiqə sonra qapıya tərəf gələrək ona başı ilə işarə verib mağazaya girməsini bildirmişdir. O, Nəriman işarə verdikdən sonra mağazada oğurluq etməyə imkan olduğunu başa düşüb avtomobildən düşmüş və mağazaya girmişdir. Nəriman satıcının fikrini yayındırmış, o piştaxtada olan elektrik naqillərini oğurlamağa başlamışdır. Belə ki, imkan olan kimi o, 1 top elektrik naqilini götürərək paltarının içərisinə qoymuş, satıcının fikri yayındığına görə həmin elektrik naqili topasını avtomobilin salonuna qoymaq üçün avtomobildə arxada oturub paltarından çıxarıb salonun ayaqaltı hissəsinə qoymuşdur. Avtomobildən düşərək yenidən oğurluq etmək üçün mağazaya daxil olmuşdur. Eyni qaydada Nəriman satıcının fikrini müxtəlif malların qiymətlərini və başqa xüsusiyyətlərini soruşaraq yayındırmışdır. O, ikinci dəfə 2 ədəd naqil topasını eyni piştaxtadan götürüb paltarında gizlətmiş və sonra avtomobilə tərəf getmişdir. Avtomobildə oturmuş və eyni qaydada naqil topalarını çıxarıb ayaqaltına qoymuşdur. Bu qayda ilə o, bir neçə dəfə naqil topasını paltarında mağazadan çıxarıb avtomobildə aparmışdır. O, sonuncu dəfə mağazadan gələndə Nərimana getmək üçün işarə etdiyinə görə avtomobilə mindikdən təxminən 2–3 dəqiqə sonra Nəriman gəlmişdir. Nəriman mağazanı işlədən şəxslərin şübhələnməməsi üçün mağazadan çıxmazdan əvvəl təxminən 10–15 manat dəyərində bir neçə ədəd tikinti malları almışdır. Sonra yaşadığı Yevlax rayonuna qayıtmışlar. Onlar yaşadığı evdə həmin naqil topalarını yandıraraq metal halına gətirmiş və həmin günü metalı Nəriman səyyar metal alan şəxslərə sataraq 150 manat pul əldə etmişdir. Onlar pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Sonradan onların yaşadığı evə polislər gələndə bilmişlər ki, mağaza sahibi şikayət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişlər. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən, özünə məxsus “Yeni Nəsil” inşaat mağazasını qardaşı Şahidla birlikdə işlədir. 30 aprel 2023–cü il tarixdə inşaat malları satan Rövşən adlı tanışı mağazaya gələrək onlara satdığı elektrik naqilindən 1 top götürərək daha sonra onlara elektrik naqilini verəcəyini bildirmişdir. Onlar Rövşən ilə razılaşmış və elektrik naqilləri olan piştaxtaya getdikdə həmin yerdə olan 31 top elektrik naqillərinin yerində olmadığını, naqillərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişlər. Onlar dərhal obyektin müşahidə kamerasına baxmış və 27 aprel 2023–cü il tarixdə ümumilikdə 2 nəfər olmaqla 1 qadın və 1 kişinin mağazaya alver etmək məqsədi ilə daxil olduğunu və qısa zaman kəsiyində mağazadan həmin qadının piştaxtada olan elektrik naqillərinin paltarının içərisinə qoyaraq oğurladığını görmüşlər. Bundan sonra o, həmin şəxsləri 2–3 gün axtarmış, lakin tapa bilmədiyinə görə 03 may 2023–cü il tarixdə polisə müraciət etmişdir. Şikayətdən sonra ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxslər Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs2 və arvadı Təqsirləndirilən şəxs1 Muxamed qızı olmuşdur. Bununla belə hadisədən sonra ona dəymiş ziyanı tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslərlə razılıq əldə etmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasını qardaşı Zərərçəkmiş şəxsla birlikdə işlədirlər. 30 aprel 2023–cü il tarixdə inşaat malları satan Rövşən adlı tanışı mağazaya gələrək onlara satdığı elektrik naqilindən 1 top götürərək daha sonra onlara elektrik naqilini verəcəyini bildirmişdir. Onlar Rövşən ilə razılaşmış və elektrik naqilləri olan piştaxtaya getdikdə həmin yerdə olan 31 top elektrik naqillərinin yerində olmadığını, naqillərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişlər. Bundan sonra obyektin müşahidə kamerasına baxmış və 27 aprel 2023–cü il tarixdə ümumilikdə 2 nəfər olmaqla 1 qadın və 1 kişinin mağazaya alver etmək məqsədi ilə daxil olduğunu və həmin qadının piştaxtada olan elektrik naqillərinin paltarının içərisinə qoyaraq oğurladığını görmüşlər. Bundan sonra bur neçə gün həmin şəxsləri axtarsalar da, tapa bilməmiş, bu səbəbdən qardaşı Vüsal polisə şikayət etmişdir. Şikayətdən sonra ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxslər Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs2 və arvadı Təqsirləndirilən şəxs1 Muxamed qızı olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 03 may 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla hadisə yerinin fotoşəkilləri çəkilmiş və müşahidə kamerasının yaddaşından görüntülər 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 25 avqust 2023–cü il tarixli 9/6146 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən naqillərin respublikası daxili orta bazar satış qiymətləri nəzərə alınmaqla 2022–ci ilin dekabr ayından 2023–cü ilin fevral ayına olan bazar qiyməti nəzəri qaydada hesablanma yolu ilə 2.365 manat olması müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.3–cü maddələri əsasında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq 07 ay 02 gün vaxtından əvvəl azad edilmiş, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Şəki Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 7(075)–407/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 cəzadan şərti olaraq 07 ay 02 gün vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 7(104)–27/2021 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 7(075)–407/2020 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri əsasında təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 79.1–ci maddəsinə əsasən cəzası uşağı 8 yaşına çatanadək təxirə salınmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan Yevlax RİHB–nin Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 birgə nikahından xx.xx.2003–cü il tarixdə Mərcan, xx.xx.2004–cü il tarixdə Xalidə, xx.xx.2005–ci il tarixdə Südabə, xx.xx.2006–cı il tarixdə Çingiz, xx.xx.2013–cü il tarixdə Zəhra, xx.xx.2014–cü il tarixdə Fatimə və xx.xx.2016–cı il tarixdə Aynur adlı uşaqları doğulmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmış, onlardan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 2.000 manat dəymiş ziyanı təhvil almışdır. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü xx.xx.2016–cı il tarixdə Yevlax Rayon İcra və Probasiya Şöbəsində icraata qəbul edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası xx.xx.2014–cü il təvəllüdlü Fatimə adlı uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Cinayət işinin materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri əsasında təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 79.1–ci maddəsinə əsasən cəzası xx.xx.2014–cü il təvəllüdlü Fatimə adlı uşağı 8 yaşına çatanadək təxirə salınmış, həmin hökm xx.xx.2016–cı il tarixdə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hazırda həmin hökm nəzarətdədir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM–in 177.2.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, onların zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.3–cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə, eləcə də, Təqsirləndirilən şəxs1 əvvəllər Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası uşağı 8 yaşına çatanadək təxirə salınmış, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onların əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5–ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının uşağı 8 yaşına çatanadək təxirə salınması ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1–ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona təyin edilmiş cəzanın çəkilməsi himayəsində yaşca ən kiçik olan 11 aprel 2016–cı il təvəllüdlü Aynur adlı uşağı 14 yaşına çatanadək, yəni 11 aprel 2030–cu il tarixə kimi təxirə salınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi onun uşaqlarını ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın yaşca ən kiçik olan uşağı on dörd yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 79.1–ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.5–ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 münasibtdə azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər 05 may 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 07 may 2023–cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 05 may 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 11 iyun 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 05 avqust 2023–cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 05 sentyabr 2023– cü il tarixədək uzadılmış, 24 avqust 2023–cü il tarixdə Şəmkir rayon prokuroru tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasına dair verilmiş vəsatətlərin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxslərin barələrində əvvəli 05 sentyabr 2023–cü il tarixdən hesablanmaqla, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 04 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay müddəti nəzərə alaraq hesab edir ki, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 münasibətdə 05 mart 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut hesab olunan və Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” tikinti mağazasının müşahidə kamerasından götürülmüş videogörüntülərin yazıldığı 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan əlavə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 may 2023–cü il tarixdən 05 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 may 2023–cü il tarixdən 05 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 02 ay azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5–ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının uşaq 8 yaşına çatanadək cəzaçəkmənin təxirə salınması ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yeni hökm üzrə təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016–cı il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1–ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona təyin edilmiş cəzanın çəkilməsi 11 aprel 2016–cı il təvəllüdlü Aynur adlı uşağı 14 yaşına çatanadək, yəni 11 aprel 2030–cu il tarixə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” tikinti mağazasının müşahidə kamerasından götürülmüş videogörüntülərin yazıldığı 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-38/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-38/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver