Məhkəmə qərarları › İş №1(076)-38/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-38/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-38/2025 31.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2 dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X3, müdafiəçilər Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi2, Müdafiəçi6, Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, 4cü mikrorayon, yataqxana-2 ünvanında barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.1984-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Samux rayonu, Qaraarx kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1994-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Samux rayonu, Qaraarx kəndində yaşayan, barəsində polisin nəzarəti nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx.xx.1994-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Samux rayonu, Qaraarx kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən Nemət adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 qızına məxsus 2 baş, erkək cinsli, hər birinin diri çəkisi 40-50 kiloqram, sarımtıl rəngli, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan xırdabuynuzlu heyvanları gizli olaraq talayıb özünə məxsus VAZ 21074 markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində, Şəmkir rayonu, Mehirli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Mehirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 6-7 aylıq, erkək cinsli, diri çəkisi 70- 80 kiloqram, boz rəngli, qiyməti 600 (altı yüz) manat olan iri buynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs3 məxsus dövlət nömrə nişanı istintaqa məlum olmayan VAZ 21063 markalı, avtomobilin arxa sərnişin yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən Nemət adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 qızına məxsus 2 baş, erkək cinsli, hər birinin diri çəkisi 40-50 kiloqram, sarımtıl rəngli, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan xırdabuynuzlu heyvanları gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 məxsus VAZ 21074 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində, Şəmkir rayonu, Mehirli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Mehirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 6-7 aylıq, erkək cinsli, diri çəkisi 70- 80 kiloqram, boz rəngli, qiyməti 600 (altı yüz) manat olan iri buynuzlu heyvanı gizli olaraq talayıb özünə məxsus dövlət nömrə nişanı istintaqa məlum olmayan VAZ 21063 markalı, avtomobilin arxa sərnişin yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən Nemət adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 17 radələrində, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 qızına məxsus 2 baş, erkək cinsli, hər birinin diri çəkisi 40-50 kiloqram, sarımtıl rəngli, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan xırdabuynuzlu heyvanları gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 məxsus VAZ 21074 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində, Şəmkir rayonu, Mehirli kəndinin ərazisində açıq otlaq sahəsindən Şəmkir rayonu, Mehirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 6-7 aylıq, erkək cinsli, diri çəkisi 70- 80 kiloqram, boz rəngli, qiyməti 600 (altı yüz) manat olan iri buynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs3 məxsus dövlət nömrə nişanı istintaqa məlum olmayan VAZ 21063 markalı, avtomobilin arxa sərnişin yerinə yerləşdirib oğurlayaraq Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, özünə məxsus avtomobilə taksi fəaliyyəti ilə məşğul olur. Samux rayon sakini Yusif adlı şəxsi onu yaşadığı ünvana aparan zamanı tanış olmuşlar. xx.xx.2023-cü il tarixdə Yusifi yaşadığı ünvana aparan zamanı o, ona xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən moykanın yanında götürməyini bildirmişdir. O, xx.xx.2023-cü tarixdə saat 15 radələrində qeyd edilən ünvana getmişdir. Həmin ünvanda Yusiflə görüşmüşlər. Yusif tanışları Fərman və Neməti çayxanadan gedib götürmüşlər. Söhbət edən zamanı Yusif bildirmiş ki, onları Şəmkir rayonu Seyfəli kəndində necəyə aparıb gətirə biləcəyini soruşmuşdur. O, da 40 manat pul demiş o isə 30 manat verəcəyini bildirmişdir. Fərman ona məxsus avtomobillə 10 manat dəyərində benzin töküb Şəmkir rayonu Seyfəli kəndində yola düşmüşlər. Kəndə çatdıqdan sonra yolun kənarında şəhid bulağının yaxınlığında 10-15 baş xırda buynuzlu heyvanın otladığını görmüşlər. O, avtomobili saxlamış və Fərmanla Yusif avtomobildən düşərək 2 baş xırda buynuzlu heyvanı tutaraq avtomilin arxa oturaçağına qoymuş və Samux rayonu Qarayeri qəsəbəsinə hərəkətdə olmuşlar. Qəsəbəyə çatdıqdan sonra Fərman yolda düşmüşdür. O, da heyvanları qəsəbənin dairəsində düşürmüşdür. Nemət və Yusif hevnaları taksi ilə aparıb satmışlar. Heyvanları satdıqdan sonra axşam onlar şəhərdə Yusiflə görüşmüş və ona 65 manat pul vermişdir. O, isə həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə isə Nemət, Fərman və Yusiflə 2 baş xırda buynuzlu heyvanı Şəmkir rayonu Seyfəli kəndində oğurlamışlar. xx.xx.2023-cü il tarixdə oğurluq etməkləri fikrini Yusif bildirmişdir. xx.xx.2023cü il tarixdə oğurladıqları 2 baş xırda buynuzlu heyvanın hər birinin diri çəkisi 30-32 kloqram, cinsi erkək olmuşdur. Oğurladıqları 2 baş xırda buynuzlu heyvanı Yusif və Nemət adlı şəxs satmışdır. Necəyə satmaqları barədə onun məlumatı olmayıb axşam Yusif ona 65 manat pul vermişdir. Oğurluq etməkləri barədə onun məlumatı Şəmkir rayonu Seyfəli kəndində gedəndə olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, onunla barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışları Həsrət və Fərmanla Samux rayonu Qarayeri qəsəbəsində yerləşən çayxanada saat 10 radələrində əyləşib çay içirmişlər. Çay içərkən söhbət əsnasında qərara gəlmişlər ki, oğurluq etsinlər. Onlar hər üçü təkliflə razılaşmışlar və Fərmana məxsus avtomobillə əyləşib Şəmkir rayonu Seyfəli kəndi istiqamətində hərəkətdə olmuşlar. Saat 15-16 radələrində qeyd edilən kənddə çatmışlar. Yolun kənarında açıq vəziyyətdə olan 2 baş buzov görmüşlər. Fərman avtomobilli saxlamış və atomobildən düşüb 1 baş buzovu götürüb avtomobilin arxa oturacağına yerləşdirmişdir. Sonra isə onlar Samux rayonu Qarayeri qəsəbəsinə geri qayıtmışlar. Onlar yolda olarkən Həsrət zəng edib avtomobil çağırmışdır. Kənddin giriş hissəsində Fərman avtomobilli saxlamış və Həsrətin çağırdığı Qazel markalı avtomobillə buzovu sonuncu mindirərək satmaq üçün aparmışdır. Axşam onlar Samux rayonu Qarayeri qəsəbəsində çayxanada görüşmüşlər. Həsrət Fərman və ona yəni hər birilərinə 130 manat pul vermişdir. Sonra isə onlar yaşadıqları ünvana getmişlər. xx.xx.2023-cü il tarixdə Samux rayonu Qaryeri qəsəbəsində saat 12 radələrində Nemət, Fərman və Mirhüseynlə zəngləşib görüşmüşlər. Çayxanada əyləşib çay içməyə başlamışlar. Çay içərək söhbət edərkən pulun olmadığından hər biri gileylənmişlər. Söhbət edən zamanı Mirhüseyn onlara bildirmiş ki, gedib oğurluq etsinlər. Onlarda da razılaşmışlar. Mirhüseynə məxsus avtomobillə benzin töküb Şəmkir rayonu Seyfəli kənd istiqamətinə hərəkətdə olmuşlar. Yolun kənarında şəhid bulağının yaxınlığında 10-15 baş xırda buynuzlu heyvanın otladığını görmüşlər. Mirhüseyn avtomobili saxlamış və Fərmanla o, avtomobildən düşərək 2 baş xırda buynuzlu heyvanı tutaraq avtomilin arxa oturaçağına qoymuşlar və Samux rayonu Qarayeri qəsəbəsinə hərəkətdə olmuşlar. Qəsəbəyə çatdıqdan sonra Fərman yolda düşmüş onlar isə Mirhüseynin avtomobili ilə 2 baş xırda buynuzlu heyvanı Eldar adlı şəxsə aparıb onun olduğunu bildirdikdən sonra 400 manata satmışlar. Pulu aldıqdan sonra qəsəbədə yerləşən çayxanada görüşüb pulu 4 yerə bölmüşlər. Mirhüseynə onlara çatacaq puldan 10-15 manat artıq pul vermişlər. xx.xx.2023cü tarixdə Həsrət və Fərmanla birlikdə 1 baş buzov, xx.xx.2023-cü il tarixdə isə Nemət, Fərman və Mirhüseynlə 2 baş xırda buynuzlu heyvanı Şəmkir rayonu Seyfəli kəndində oğurlamışlar. xx.xx.2023-cü il tarixdə oğurluq etməkləri fikrini Həsrət, xx.xx.2023-cü il tarixdə oğurluq etməkləri fikrini Mirhüseyn bildirmişdir. Həmin heyvanın əlamətləri 1 baş buzovun rəngi qara bozumtul, diri çəkisi 80-90 kloqram, cinsi erkək olmuşdur. xx.xx.2023cü il tarixdə 2 baş xırda buynuzlu heyvanın hər birinin diri çəkisi 30-32 kloqram, cinsi erkək olmuşdur. Oğurladıqları heyvanı Həsrət satmışdır. Buzova görə ona 130 manat, 2 baş xırda buynuzlu heyvana görə isə o, 100 manat pul vermişlər. Həmin heyvanları Fərhad və Mirhüseynə məxsus avtomobillə oğurlamışlar. Oğurladıqları 1 baş buzovu Fərman və Həsrətlə birlikdə, 2 baş xırda buynuzlu heyvanı isə Fərmanla o, avtomobillə gətirmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində dörd nəfər azyaşlı uşağı var və aildədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Yusiflə o, Qarayeri qəsəbəsində görüşmüşlər. Ona məxsus avtomobillə əyləşib söhbət edirmişlər. Söhbət əsnasında bir-birilərinə maddi cəhətlərinin zəif olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar bundan sonra Həsrətə zəng edib onun yaşadığı ünvana gedib onu götürərək ünvan 5 15-16 radələrində qeyd edilən kənddə çatmışlar. Yolun kənarında açıq vəziyyətdə olan 2 baş buzov görmüşlər. O, avtomobilli saxlamış, o və Yusif atomobildən düşüb 1 baş buzovu götürüb avtomobilin arxa oturacağına yerləşdirmişlər. Həsrət isə həmin vaxt mobil telefonla danışmağa başlamışdır. Buzovu avtomobilə qoyduqdan sonra Həsrəti çağırmışlar və avtomobillə əyləşib onlar Samux rayonu Qarayeri qəsəbəsinə geri qayıtmışlar. Onlar yolda olarkən Həsrət zəng edib avtomobil çağırmışdır. Kənddin giriş hissəsində o, avtomobilli saxlamış və Həsrətin çağırdığı Qazel markalı avtomobillə onlar mindirərək satmaq üçün aparmışdır. Axşam o, Yusiflə küçədə görüşmüşlər. Yusif ona 110 manat pul vermişdir. Sonra isə onlar yaşadıqları ünvana getmişlər. xx.xx.2023-cü il tarixdə Samux rayonu Qaryeri qəsəbəsində saat 12 radələrində Yusif ona zəng edərək görüşmək isdədiyini bildirmişdir. O, həmin vaxt çayxanada pivə içdiyini, Yusifə demiş Yusif yanında sonradan adını bildiyi Nəmət və Mirhüseynlə birlikdə gəlmişlər. Yusif onun yanına gələrək pula ehtiyacının olduğunu bildirirək oğurluq etməklərini təklif etmişdir. O, da onunla pula ehtiyacı odluğu üçün razılaşmışlar. Mirhüseynə məxsus avtomobillə benzin töküb Şəmkir rayonu Seyfəli kənd istiqamətinə hərəkətdə olmuşlar. Yolun kənarında şəhid bulağının yaxınlığında 10-15 baş xırda buynuzlu heyvanın otladığını görmüşlər. Mirhüseyn avtomobili saxlamış və onunla Yusif avtomobildən düşərək 2 baş xırda buynuzlu heyvanı tutaraq avtomilin arxa oturaçağına qoymuşlar və Samux rayonu Qarayeri qəsəbəsinə hərəkətdə olmuşlar. Qəsəbəyə çatdıqdan sonra o, yolda düşüb yaşadığı ünvana getmişdir. Axşam Yusif onun yanına gələrək ona 105 manat pul vermişdir. xx.xx.2023-cü tarixdə Həsrət və Yusiflə birlikdə 1 baş buzov, xx.xx.2023-cü il tarixdə isə Nemət, Yusif və Mirhüseynlə 2 baş xırda buynuzlu heyvanı Şəmkir rayonu Seyfəli kəndində oğurlamışlar. Pula ehtiyacları olduğu üçün Yusifin təklifi ilə o, razılaşmışdır. Həmin heyvanın əlamətləri 1 baş buzovun rəngi qara bozumtul, diri çəkisi 80-90 kloqram, cinsi erkək olmuşdur. xx.xx.2023-cü il tarixdə 2 baş xırda buynuzlu heyvanın hər birinin diri çəkisi 30-32 kloqram, cinsi erkək olmuşdur. Oğurladıqları heyvanı Həsrət satmışdır. Buzova görə ona 110 manat, 2 baş xırda buynuzlu heyvana görə isə o, 105 pul vermişlər. Həmin heyvanları ona və Mirhüseynə məxsus avtomobillə oğurlamışlar. Oğurladıqları 1 baş buzovu Fərman, 2 baş xırda buynuzlu heyvanı isə o, və Yusif avtomobillə gətirmişdir. Oğurluq hadisəsi ilə bağlı Mirhüseyn adlı şəxsin məlumatının olub-olmaması barədə onun məlumatı yoxdur. Oğurluq hadisəsi nəticəsində əldə etdiyi pulu o, şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı var. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışları Yusif ona zəng edərək harada olduğunu soruşmuşdur. O, isə Qarayeri adlanan ərazidə olduğunu bildirmişdir. Fərmanla onun yanına gəlmiş və ona bildirmişdir ki, Şəmkir rayonu Seyfəli kəndindən oğurluq etsinlər. Onlar hər üçü təkliflə razılaşmışlar və Fərmana məxsus avtomobillə əyləşib Şəmkir rayonu Seyfəli kəndi istiqamətində hərəkətdə olmuşlar. Saat 15-16 radələrində qeyd edilən kənddə çatmışlar. Yolun kənarında açıq vəziyyətdə olan 2 baş buzov görüblər. Fərman avtomobilli saxlayıb. Fərman və Yusif atomobildən düşüb 1 baş buzovu götürüb avtomobilin arxa oturacağına yerləşdirmişlər. Sonra isə onlar Samux rayonu Qarayeri qəsəbəsinə geri qayıtmışlar. Kənddin giriş hissəsində Fərman avtomobilli saxlamışdır. O, avtomobildən düşüb yoldan gedən avtomobili yəni Qazel markalı avtomobili saxladıb buzovu avtomobillə mindirərək satmaq üçün aparmışdır. Buzovu Elnur adlı şəxsə 700 manata satmışdır. Buzovu satdıqdan sonra axşam onlar Samux rayonu Qarayeri qəsəbəsində görüşmüşlər. O, Yusifə ümumilikdə 460 manat pul verərək yerdə Fərmanın payına düşəni verməsini bildirmişdir. Bundan sonra isə o, yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü tarixdə Yusif və Fərmanla birlikdə 1 baş buzovu Şəmkir rayonu Seyfəli kəndində oğurlamışlar. xx.xx.2023-cü il tarixdə oğurluq etmək fikrini ona Yusif vermişdir. Həmin heyvanın əlamətləri 1 baş buzovun rəngi qara bozumtul, diri çəkisi 80-90 kloqram, cinsi erkək olub. Oğurladıqları heyvanı o, Elnur adlı şəxsə 700 manata satmış və pulu 3 yerə bölmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində üç nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Mehrli kəndində ailə üzviləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində o, yaşadığı evin yaxınlığında olan örüş sahəsinə iki baş iribuynuzlu heyvanları otlamaları üçün aparıb buraxmışdır. Saat 11 radələrində iki baş iribuynuzlu heyvanın evinin yaxınlığına gəlmiş, digər bir baş iribuyunuzlu heyvanın qapıya gəlmədiyi üçün onun arxasınca gedib örüş sahəsinə baxarkən heyvanın örüş sahəsində olmadığını aşkar etmişdir. Sonra isə bu barədə DİNnin 102 xidmətinə zəng edərək 1 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat vermişdir. Sonradan ona məlum olmuş ki, ona məxsus 1 baş iribuynuzlu heyvanı Samux rayon sakinləri tərəfindən oğurlanıb. Şəmkir rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ona məxsus 1 baş iribuynuzlu heyvanı tapıb ona təhvil vermişlər. Hadisə ilə bağlı onun heç kimdən şikayət və tələbi yoxdur. Ona məxsus 1 baş iribuynuzlu heyvanın çəkisi 80-90 kloqram bazar qiyməti isə ***-**** manat olmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, onunla barşıq əldə etmişlər və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərdi ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ailə üzviləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı Şəmkir rayonu Seyfəli kəndində fərdi yaşayış evinin həyətindən saxladığın iki baş xırda buynuzlu heyvanları otlamaları üçün həyətdən çölə yəni örüş sahəsinə buraxmışdır. Təxminən 10-15 dəqiqədən sonra çölə çıxanda azyaşlı qızı onun yanına gələrək bildirmişdir ki, heyvanların yanında qara rəngli VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını və bir neçə nəfər şəxsin avtomobillə əyləşib çıxıb getdiyini bildirmişdir. O, bundan sonra o, heyvanları axtarsada tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə qərara gəlmişdir ki, 2 baş xirda buynuzlu heyvanların oğurlanması barədə DİN-nin 102 xidmətinə və Şəmkir rayon polis şöbəsinə məlumat versin. Məlumat verdikdən sonra hadisə yerinə Şəmkir RPŞ-nin əməkdaşları gəlib hadisə yerini müayinə etdikdən sonra çıxıb getmişlər. Sonradan ona məlum olmuş ki, ona məxsus 2 baş xırda buynuzlu heyvanı Samux rayon sakinləri tərəfindən oğurlanıb. Şəmkir rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ona dəymiş ziyanlıq tam şəkildə ödənilmişdir. Hadisə ilə bağlı onun heç kimdən şikayət və tələbi yoxdur. Ona məxsus 2 baş xırda buynuzlu heyvanın çəkisi 40-50 kloqram , bazar qiyməti isə 800 manat olduğunu bildirmişdir. Bununla bağlı onu qeyd etmək istəmiş ki, 2 baş xirda buynuzlu heyvanın çəkisi 40-50 kloqram, qiyməti isə təxminən ***-**** manat olmuşdur. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştiraki ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qızının iştiraki ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 9/6880 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri və xırdabuynuzlu heyvanların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1400,00 manat müəyyən olunur. O cümlədən 01 baş yaşı 6-7 aylıq, cinsi erkək, diri çəkisi 70-80 kiloqram rəngi boz olan heyvan — 600.00 manat, 02 baş xırdabuynuzlu heyvan, cinsi erkək, hər birinin diri çəkisi 40-50 kiloqram rəngi sarımtıl olan heyvan - 800,00 (2x400,0) manat. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən üzərində 02 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Samux Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən üzərində 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022ci il tarixdə cəza müddəti bitmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 10 iyul 2024-cü İl tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün və Daşkəsən Rayon Məhkəməsində olan cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü İl tarixədək həbsdə olduğu 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət 1 günə 2 gün hesablanmaqla 9 (doqquz) ay 26 (iyirmi altı) gün cəzasindan çıxılmış, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə ŞİHB–nin 10 saylı MİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Samux RİHB–nin Qaraarx qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Samux RİHB–nin Qaraarx qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 08:30-da Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində Şəmkir RPŞnin MSY-dən azad edilmişdir. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 04-da Samux rayonu Qara- Arx kəndi ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində Şəmkir RPŞnin MSY-dən azad edilmişdir. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 15:30-da Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixində Şəmkir RPŞnin MSY-dən azad edilmişdir. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixdə saat 14:10-da Samux rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixində Şəmkir RPŞnin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialindan Nemət adlı şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Samux Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Əliyev X4 Rayon Məhkəməsinin 1(030)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nın 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda şöbənin qeydiyyatında olmaqla cəzasını çəkir və bu günə cəzasının çəkilməmiş hissəsi 1 il 9 ay təşkil edir. Məhkum Təqsirləndirilən şəxs2 Samux Rayon Məhkəməsinin 1(058)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 8 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda şöbənin qeydiyyatında olmaqla cəzasını çəkir və bu günə cəzasının çəkilməmiş hissəsi 2 il 9 ay 10 gün təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Elif, xx.xx.2015-ci ildə anadan olmuş Kövsər, xx.xx.2017-ci ildə anadan olmuş Həvva və xx.xx.2024-cü ildə anadan olmuş İbrahim adlı dörd nəfər azyaşlı uşağı var. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Nəzrin, xx.xx.2014-cü ildə anadan olmuş Nərgiz və xx.xx.2016-ci ildə anadan olmuş Aysun adlı üç nəfər azyaşlı uşağı var. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2022-ci ildə anadan olmuş Aylin adlı bir nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM–in 177.2.1–ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.2–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Onların tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, onların zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində dörd nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs4 himayəsində üç nəfər azyaşlı uşağının olmasını və Təqsirləndirilən şəxs3 himayəsində bir nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər dəfələrlə digər cinayətlərə görə məhkəmə hökmləri ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər və hazırda həmin cəzanı çəkməyə davam edirlər. Bu isə həmin şəxslərin onlara təyin edilmiş cəzadan nəticə çıxarmamalarına, yetərincə islah olunmamalarına, və cinayət törədilməsinə meyilli olmalarına, azadlıqda qalarlarsa yenidən cinayət törətmək ehtimalının yüksək olmasına dəlalət edir. Odur ki, məhkəmə, təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1ci maddəsi ilə təqsirli bilinməli, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 30 mart 2024-cü il tarixdə 01 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, Gəncə şəhərində yerləşən, Təqsirləndirilən şəxs3 üzərinə Samux rayonunda hüdudlarını tərk etməmək, Samux rayonunda yerləşən yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Samux Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(058)-9/2024 saylı və Təqsirləndirilən şəxs4 Daşkəsən Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(030)-3/2024 saylı hökmü ilə məhkum olunsa da, onlar hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişlər. Buna görə də onlara cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərlərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Samux Rayon Məhkəməsinin 12 sentyabr 2024cü saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin iş üzrə xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, Dşkəsən Rayon Məhkəməsində olan cinayət işi üzər xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 4 ay 24 gün və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 ay 29 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2025–ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Dşkəsən Rayon Məhkəməsində 10 iyul 2024-cü saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 həmin iş üzrə xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, habrlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 7 gün və hazırkı iş üzrə xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 10 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2025–ci il tarixdən hesablanmalıdır. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi2, Müdafiəçi6 və Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyinə görə 320 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyinə görə 317 manat, Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyinə görə 261 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyinə görə 261 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 axtarışda olan şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 axtarışda olan şəxs qismind tutulduğu 01 (bir) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Samux rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5, 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin ediləcək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Samux rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası- azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə qəti olaraq təyin edilmiş 03 il (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından, onun Samux rayon Məhkəməsində olan cinayət işi üzrə 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Daşkəsən Rayon Məhkəməsində olan cinayət işi üzrə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət, bundan başqa, azadlığın məhdudlaşrılması növündə cəza çəkdiyi 11 (on bir) ay 11 (on bir) gün- CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 05 (beş) ay 21 (iyirmi bir) gün, həmçinin hazırki iş üzrə axtarışda olan şəxs qismində tutulduğu 01 (bir) gün müddət olmaqla cəmi 10 (on) ay 20 (iyirmi ) gün müddət çıxılaraq onun üzərində 02 (iki) il 07 (yeddi) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5, 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs4 təyin ediləcək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası- azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 hazırki hökmlə qəti olaraq təyin edilmiş 03 il (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından, ona Daşkəsən Rayon Məhkəməsində olan cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət, bundan başqa, azadlığın məhdudlaşrılması növündə cəza çəkdiyi 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün- CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 07 (yeddi) ay 15 (on beş) gün, həmçinin hazırki iş üzrə axtarışda olan şəxs qismində tutulduğu 01 (bir) gün müddət olmaqla cəmi 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddət çıxılaraq onun üzərində 02 (iki) il 04 (dörd) ay 05 (beş) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 320 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 317 manat, Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 261 manat, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 261 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar