Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-39/2023 05.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, ünvan 3 də qeydiyyatda olmaqla yaşayan, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2022ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 16 sentyabr 2022-ci il tarixdən barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı il 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə, saat 13 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq yolla talamaq niyyəti ilə Şəmkir rayonu mərkəzi bazarında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi qab-qazan mağazasına daxil olub, orada qab almaq niyyətini ifadə edərək ona məişətdə istifadə olunan qab və qazanlar göstərməsini xahiş etmiş, sonuncu ona qabları seçib verəndə Təqsirləndirilən şəxs mağazada açıq vəziyyətdə olan kassanın içərisində olan 200 (iki yüz) manat pulu qanunsuz olaraq götürüb mağazadan çıxaraq qaçıb getməklə açıq yolla özgənin əmlakını talayaraq soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və məxsus Ağ Dağlar ərazisində yerləşən qab-qacaq mağazasında əvvəllər olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12-30 radələrində həmin mağazaya daxil olaraq satın almaq üçün plastik qab istəmiş və Səkinə adlı qadın qab gətirmişdir. O, pəncərənin önündə olan kassanın sürməsinin açıq oluduğunu və içərisində olan 200 manat pulu götürərək cibinə qoymuşdur. Bunun şahidi olan qadın ondan nə etdiyini soruşduqda ona cavab verməyərək bayıra çıxmışdır. Sonra isə qadın pulu götürdüyünü gördükdə arxası ilə “Dayan” deyə qışqırmış, lakin o, buna əhəmiyyət verməyərək oradan qaçaraq uzaqlaşmışdır. Həmin gün Bakı şəhərinə getmiş və oğurladığı 200 manat pulu orada restoranda oturaraq yeyibiçməyə xərcləmişdir. Həmçinin, pulun bir hissəsini yol pulu etmişdir. Əməlini səmimi etiraf edir və peşmandır. O, kassadan pulu oğurlayan zaman mağaza sahibi Zərərçəkmiş şəxs onun kassadan pulu oğurlamasını görmüşdür. Hadisə zamanı orada başqa heç kim olmamış, ona heç kim köməklik etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərərlə bağlı aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir şəhəri, H.Aslanov küçəsi ev 76-da yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Şəmkir rayonu, Ağ dağlar adlanan yerdə qab-qacaq mağazası işlədir. Təqsirləndirilən şəxs tanımır, heç bir münasibəti olmamışdır. 15 iyun 2022-ci il tarixdə Ömər adlı şəxs mağazaya daxil olaraq şəhid ehsanına görə 10 ədəd çaynik və vaza lazım olduğunu demişdir. O, Ömərin dediyi çaynikləri yığdıqdan sonra vazanı götürmək istəmiş, geriyə çevriləndə Ömərin kassanı içərisində olan pulu götürüb cibinə qoymasının, yəni oğurlamasının şahidi olmuşdur. Ömərdən nə götürməsini soruşduqda cavab olaraq “Heç nə, kassanın açarı şalvarıma ilişdi.” deyə bildirmişdir. Sonra isə bayıra çıxaraq guya anasının səsləmiş kimi etmiş və oradan qaçaraq uzaqlaşmışdır. O, arxasınca çölə çıxmış və “Dayan a gədə” deyə dəfələrlə qışqırsa da, həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, AR DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə ərizə ilə Şəmkir RPŞ-nə müraciət etmişdir. Bu günə kimi Ömər adlı şəxs ona vurduğu ziyanı ödəməmişdir. O, Ömərin pulu götürdüyünü gözü ilə görmüş, ona qarşı güc tətbiq edəcəyindən qorxduğu üçün ona müdaxilə etməmişdir. O, həmin pulu pensiyasından çıxarıb ora qoymuşdur. Hadisə zamanı orada heç kim olmamışdır. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanı tələb etmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qapanlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, heç biri ilə münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində tanışı Şahid2 ilə birlikdə Şəmkir rayon mərkəzi bazarından çıxıb Ağ dağlar adlanan ərizə ilə Şəmkir şəhərinə gedəndə orada olan mağazadan bir nəfər qadının çıxaraq qışqırdığını eşitmişlər. Həmin vaxtı qadın kiməsə dayan demişdir. Sonra onlar dayanıb baxdıqda qadın polisə məlumat vermiş və polislər gəldikdən sonra onlara bir nəfər Ömər adında cavan oğlanın Səkinə adlı qadının mağazasına girərək nəsə alacağını deyərək qadından verməsini istəyib və kassadan pulu qadın görə-görə götürüb qaçdığı məlum olmuşdur. Bundan sonra onlar oradan yaşadığı kəndə getmişlər. Onlar hadisə zamanı Ömər adlı şəxsi görməmiş, qadının qışqırdığını eşidəndə mağazadan ancaq qadın çıxmış və sonra polislər gəldikdən sonra mağazada hadisə vaxtı qadın və həmin oğlandan başqa heç kim olmadığı məlum olmuşdur. Hazırda dostu Şahid2 ölkə ərazisində deyildir. Ölkə ərazisində olmadığı üçün məhkəmə istintaqında iştirakının təmin edilməsi mümkün olmadığından, iş üzrə tərəflərin etirazı olmadan Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. 15 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə prokoldan görünür ki, ilkin yoxlama zamanı 15 iyun 2022-ci il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Əli Eminli tərəfindən Şəmkir rayonu, mərkəzi bazarında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla hadisə yerinin foto şəkilləri çəkilmişdir. 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, 16 iyul 2022-ci il tarixdə saat 20:30 dəqiqədə Təqsirləndirilən şəxs cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(076)-138/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2022ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət olduğuna görə onlar aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onun işlədiyi mağazada olan kassadan 200 manat pulunu özü görə-görə oğurladığını demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs üzünə qarşı dediyini təsdiq edərək etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan və həmin tarixli müstəntiq tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. 16 noyabr 2022-ci il tarixdə Şəmkir rayon Prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Anar Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərinin pozduğuna görə barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi məsələsinə baxılması haqqında qərar qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-6/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan təbri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3 və 70-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə, azadlıqdan məhrumetmə 02 il şərti sınaq müddəti cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, xx.xx.2001-ci ildə anadan olmuş, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır. Təqsirləndirilən şəxs orta təhsillidir, subaydır. Təqsirləndirilən şəxs barəsində Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək. 240 saat inzibati tənbeh tətbiq edilməsi və ictimai işlərə cəlb olunması məqsədi ilə Cəzaların İcrası Məcəlləsinin 34-cü maddəsinə əsasən qərarın icra olunması üçün, göndəriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, ona dəymiş ziyanı tələb etmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cəzanın müddətini müəyyən edərkən Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə gəlb olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində olan digər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı il 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə işə baxılarkən qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığı olduğu 02 (iki) ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və ona qəti cəza təyin olunmalı, yaşayış yeri ünvan 3 ünvanını axşam saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, iş yeri barədə məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 02 (iki) ayın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 4 (dörd) ay müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri ünvan 3 ünvanını axşam saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, iş yeri barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-39/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-39/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver