Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-39/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Sahib oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, A.İldırım küçəsi, ev-35 də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eni 7 metr olmaqla 2 hərəkət zolaqlı, asfalt betondan salınmış, quru vəziyyətdə olan Şəmkir- Sabirkənd-Zəyəm yolunun Sabirkənd ərazisindən keçən yolda 70 km/saat surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin yolu sürücüyə münasibətdə sağdan sola keçən piyada Zərərçəkmiş şəxs hərəkət istiqamətində vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol alın təpə nahiyyəsinin əzilmiş-didilmiş yarası, sol yanağın və burunun uc hissəsinin sıyrıqları, alın və sol təpə sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, baş beyinin yumuşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli İl-lİl-İV-V-Vİ-Vİl-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol ağ-ciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hematoraks, hər iki diz oynağının, sağ ayaq pəncəsinin və sol ayağının İ barmağının qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi xəsarətlərindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Almaz İldırım küçəsi, ev 35-də ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi taksi fəaliyyəti ilə məşğul olur, sürücülük hüququ əsasında “Mercedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Lakin onun idarə etdiyi “Mercedes Benz E280” markalı, **-TO- *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsinin müddəti aprel ayında bitdikdən sonra və eləcədə avtomobilin sahibi Rusiya Federasiyasında olduğu üçün o, idarə etdiyi avtomobilə etibarnamə ala bilməmişdir. 02 iyun 2023-cü il tarixdə o, arvadı Şahid4, qızı Şahid2, əmisi qızı Şahid3 və qayınanası X5 ilə birlikdə idarə etdiyi “Mersedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu istiqamətində hərəkətdə olan zaman Şəmkir-Sabirkənd-Zəyəm yolunun Sabirkənd kəndindən keçən hissəsində yolun sağ tərəfindən yolu kimin isə keçdiyini görmüşdür. O, həmin şəxsin yolu keçə biləcəyini düşünüb avtomobilin surətini aşağı salmış, idarə etdiyi avtomobil ilə təxminən 70-75 kilometr saat surətlə hərəkət edirmiş, lakin o, idarə etdiyi “Mersedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin surətini aşağı salsa da həmin şəxs yavaş hərəkət etdiyi üçün o, yolu keçə bilməmiş və bu səbəbdən də o, avtomobili sola tərəf çəkmiş, ancaq yenə də avtomobilin sağ tərəfi həmin tanımadığı şəxsə dəymiş, nəticədə həmin şəxs aldığı zərbədən yolun sağ tərəfinə düşmüş, ondan bir qədər sonra isə o, əyləci basıb avtomobili saxlamışdır. Bundan sonra avtomobildən yerə düşüb bu barədə təcili tibbi yardıma məlumat vermiş, sonradan TTY avtomobili və polis əməkdaşları hadisə yerinə gəlib, onun iştirakı ilə hadisə yeri müayinə olunmuşdur. O, hadisədən əvvəl spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya dərman qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi dəstək olmuş, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, etdiyi əməlindən səmimi peşman olmasını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qədimqala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs tanımır və heç bir münasibəti olmamışdır. 02 iyun 2023-cü il tarixdə, saat 12 radələrində evdə olan zaman ona qohumlarından xatırlamadığı kim isə mobil telefon vasitəsi ilə zəng edib atası Zərərçəkmiş şəxs avtomobil vurduğunu bildirərək, onu keçmiş Mərkəzi Xəstəxananın həyətində yerləşən meyitxanaya çağırmışdır. O, həmin vaxt keçmiş Mərkəzi Xəstəxananın həyətində yerləşən meyitxanaya getmiş, orada polis əməkdaşlarının və digər şəxslərin toplaşdığını görmüş, orada ona məlum olmuşdur ki, atası Zərərçəkmiş şəxs avtomobil vurmuş və nəticədə yol-nəqliyyat hadisəsindən sonra elə hadisə yerində atası ölmüşdür. Daha sonra atası Zərərçəkmiş şəxs cəsədi meyitxanada müayinə olunub onlara təhvil verilmişdir. O, meyitxanada olarkən, ona bildirmişdilər ki, 02 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində “Mersedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs üzü Şəmkir rayon, Zəyəm kəndi istiqamətinə hərəkətdə olarkən, atası Zərərçəkmiş şəxs yolu keçmək istəyən zaman idarə etdiyi avtomobil ilə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara maddi və mənəvi dəstək olmuş, onunla barışıq əldə etmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd edilənləri nəzəra alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Almaz İldırım küçəsi, ev 35-də ailə üzvləri ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə birgə nikah dövründə iki övladı dünya gəlmişdir. 02 iyun 2023-cü il tarixdə o, əri Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında əyləşib Gəncə şəhərindən Tovuz rayonuna gedərkən, Şəmkir-Sabirkənd-Zəyəm yolunun Sabirkənd kəndindən keçən hissəsində olan zaman yoldan keçən bir nəfər şəxsin özünü avtomobilin qarşısına atdığını görmüşdür. Bu vaxt əri Təqsirləndirilən şəxs həmin şəxsi idarə etdiyi “Mersedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili birtəhər yolun sağ hissəsində saxlamışdır. Sonradan avtomobildə olan şəxslər avtomobildən yerə düşmüşlər. Ancaq onlar avtomobildən yerə düşdükdən sonra yolda bir nəfər şəxsin yerdə yaralı olmasını görmüşlər. Həmin vaxt əri Təqsirləndirilən şəxs ilk öncə TTY bölməsinə və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Almaz İldırım küçəsi, ev 35də valideyinləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. 02 iyun 2023-cü il tarixdə o, atası Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, anası Şahid4 və qohumları ilə birlikdə anası Şahid4 əvvəllər yaşadığı Tovuz rayonu, Qovlar kəndinə getmək üçün avtomobildə arxa otracaqda əyləşib Gəncə şəhərindən Tovuz rayonu istiqamətində hərəkətə başlamışlar. Şəmkir- Sabirkənd-Zəyəm yolunun Sabirkənd kəndindən keçən hissəsində olan zaman yoldan keçən bir nəfər şəxsin yolun hərəkət hissəsinə çıxdığını, nə isə özünü yola tərəf atdığını görmüşdür. Elə həmin vaxt atası Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfə çəkib həmin şəxsi vurmamaq istəsə də, lakin atası Təqsirləndirilən şəxs avtomobili saxlaya bilməmiş, idarə etdiyi avtomobi ilə həmin şəxsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili birtəhər yolun sağ hissəsində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə ev 30-da ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əmisi oğludur. 02 iyun 2023-cü il tarixdə o, əmisi oğlu Təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə Təqsirləndirilən şəxs arvadı Şöhrətin əvvəllər yaşadığı Tovuz rayonu, Qovlar kəndinə getmək barədə razılaşmış, həmin gün Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək oradan götürmüş, onlar birlikdə Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Gəncə şəhərindən Tovuz rayonu istiqamətində hərəkətə başlamışlar. Şəmkir-Sabirkənd-Zəyəm yolunun Sabirkənd kəndindən keçən hissəsində olan zaman yoldan keçən bir nəfər şəxsin cəld şəkildə yolun hərəkət hissəsinə çıxdığını, nə isə özünü yola tərəf atdığını görmüşdür. Elə həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfə çəkib həmin şəxsi vurmamaq istəsə də Təqsirləndirilən şəxs avtomobili saxlaya bilməmiş, idarə etdiyi avtomobili ilə həmin şəxsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili birtəhər yolun sağ hissəsində saxlamışdır. Sonradan onlar hamısı avtomobildən düşən zaman yolda bir nəfər şəxsin yerdə yaralı olmasını görmüşlər. Daha sonra onlar bu barədə təcili tibbi yardıma bölməsinə və polisə məlumat vermişlər. Məhkəmə iclasında iş üzrə tərəflərin xahişi ilə iştirakı olmadan ifadəsi elan edilmiş Şahid1 ifadəsində görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2015-ci ildən DİO-da, 2020-ci ildən isə Şəmkir RPŞ-nin DYP-də yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. DYP-nin inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, hadisə yerində bütün mexanizim və bütün incəliklərə diqqət yetirib qorumaqdır. 02 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi və xəsarət alanın olması barədə Şəmkir rayon polis şöbəsinin məsul növbətçisindən məlumat aldıqdan sonra o, dərhal hadisə yerinə getmiş, hadisə yerində “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piayadanı vurmasını, lakin piyadanın xəsarət almasını və huşsuz vəziyyətdə olmasını görmüşdür. Hadisə yerində “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Yuis oğlu ona TTY bölməsinə məlumat verməsini bildirmişdir. Daha sonra hadisənin baş verdiyi əraziyə TTY bölməsinin tibb işçiləri və digər polis əməkdaşları gəlmişlər. O, hadisə yerinin mühafizəsini təmin etmiş, müstəntiqin və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, daha sonra onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və protokola heç bir etiraz olmadığından protokolu imzalamışlar. Daha sonra o, “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına aparıb orada onu spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya dərman qəbul edib-etməməsini yoxladıb rayon polis şöbəsinə gətirib təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi Şəmkir-Sabirkənd-Zəyəm yolunun Sabirkənd kəndindən keçən hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt beton örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuş, avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7 metr, hərəkət hissəsinin eni 3.5 metrdir. Hərəkət hissədə qırıq xətlər var. Yol-nəqliyyat hadisəsi baş vermiş yerdə və yaxınlıqda yol nişanı yoxdur. Yolun hadisə baş vermiş hissəsi işıqlandırılmamış, hadisə baş verən yer yaşayış yeridir, surət məhdudiyyəti həddi 90 km/saat surətdir. Baxış zamanı avtomobilin piyadanı vurduğu nöqtə müəyyən olunmuş və həmin nöqtə Könüllü kəndi istiqamətində hərəkət etdikdə yolun sağ kənarından yolun mərkəzinə tərəf 3.5 metr məsafədə yerləşir. Tormoz izi aşkar olunmadı. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin foto şəkilləri və hadisə yerinin sxem planı çəkilmişdir. xx.xx.2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit arxası üstə masası üzərində uzadılmışdır. Meyitin əynində qara rəngdə pencək, boz rəngdə uzunqol köynək, boz rəngdə, qısaqol mayka, belində qara rəngdə kəməri olan cins şalvar, qara rəngdə idmançı şalvarı, qara rəngdə bir cüt corab vardır. Pencək, köynək və mayka qanla islanmış vəziyyətdədir. Meyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin boyu 163 sm-dir. Əllə toxunduqda meyit istidir. Meyit qacıması müayinə olunan əzələ qruplarında inkişaf etməmişdir. Meyitin arxa səthində barmaqla təzyiq etdikdə itən, təzyiq kəsildikdə 2-3 saniyəyə bərpa olan, zəif inkişaf etmiş, qırmızımtılbənövşəyi rəngdə meyit ləkələri vardır. Meyitin baş və üz nahiyəsi qana bulaşmışdır. Başında tükləri 0,5 sm uzunluqda olub, ağarmışdır, alın-təpə nahiyəsində seyrəlmişdir. Başın tüklü hissəsinin sol alın-təpə nahiyəsində 16x8 sm ölçüdə, kənarları nahamar, əzilmiş-didilmiş yara vardır. Yara mənfəzində çoxsaylı sınıb qəlpələnmiş alın və sağ təpə sümükləri görünür. Xarici qulaq keçəcəkləri sərbəstdir. Meyitin gözləri qapalıdır, bəbəkləri dairəvi olub, 0,6 sm diametrindədirlər. Hər iki gözün ağlı qişasına qansızmalar yoxdur, qüzehli qişa parlaqdır. Sol yanağında 3x2 sm ölçüdə, burunun uc nahiyəsində isə 2,5x2 sm ölçüdə, qonur qırmızı rəngdə sıyrıqlar vardır. Əllədikdə burun sümük və qığırdaqları tamdırlar. Burun dəliklərində qurumuş qan izləri vardır. Meyitin ağzı yarımaçıqdır. Üst və alt çənədə dişlərin bir hissəsi tökülmüşdür, qalan dişləri təbiidir, zədəsizdir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir, dişlər arxasındadır. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi yoğunluqda və uzunluqdadır. Döş qəfəsi yastılaşmış silindirik formada olub, asimmetrikdir. Döş qəfəsinin sol yarısı sağa nisbətən çökəkdir. Əllədikdə sol tərəfdə qabırğalarda sınıq və sümük xırtıltısı ayırd olundu. Qarnı qabırğa qövsü səviyyəsindən aşağıdır, köpməmişdir. Xarici cinsiyyət üzvləri kişitipli olub, düzğün formalaşmışdır. Arxa kecəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir. Əllədikdə yuxarı və aşağı ətraf sümükləri tamdırlar. Sağ diz oynağının öniç səthində 3x2 sm ölçüdə, sol diz oynağının ön-bayır səthin də 5x3 sm ölçüdə, sağ ayaq pəncəsinin ayaq arxası səthində 4x3sm ölçüdə, sol ayağın İ barmağında isə 3x2 südamızımtıl-bənövşəyi rəngdə qançırlar vardır. Meyitin xarici müayinəsində başqa dəyişiklik və xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və meyitin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 156 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışlardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs meyitinin 22 iyun 2023-cü il tarixli 29 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər - sol alın təpə nahiyyəsinin əzilmiş-didilmiş yarası, sol yanağın və burunun uc hissəsinin sıyrıqları, alın və sol təpə sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, baş beyinin yumuşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli İl-lİllV-V-Vİ-Vİl-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol ağ-ciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hematoraks, hər iki diz oynağının, sağ ayaq pəncəsinin və sol ayağının İ barmağının qançırları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin “X3 Reyestr”nə əsasən məktubda qeyd edilən xx.xx.1973cü il təvəllüdlü Gəncə şəhəri, A.İldırım küçəsi, ev 35-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “BC” kateqoriyalı AC-612410 saylı sürücülük vəsiqəsi verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 8/2655 nömrəli rəyindən görünür ki, “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 16 sentyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. 16 sentyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 10 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin sabiq müstəntiqi Elşən Məmmədovun xidməti iş yerinin dəyişidirilməsi ilə əlaqədar olaraq cinayət işi üzrə istintaqın davam etdirilməsi Şəmkir rayon polis şöbəsinin İTB-nin müstəntiqi polis baş leytenantı Elşən Əmiraslanova həvalə edilmişdir. 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Şəmkir RPŞ-nin istintaq bölməsinə gəlib özünü təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnib icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. Törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış kifayət qədər sübutlarla təsdiq olunduğundan 11 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində həmin tarixdə tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes BENZ E280” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut edilərək sahibinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş 23 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZE 12016851 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin və AZ-İİ 887434 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. İşdə olan Gəncə şəhər İHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət xarakterli material daxil olmamışdır. İşdə olan Gəncə şəhər İHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda arvadı və 2 nəfər qızı ilə birgə yaşayır. İşdə olan Şəmkir rayon İHB Qədimqala İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Qədimqala kəndində əri, 3 nəfər oğlu, 2 nəfər gəlini, 6 nəfər nəvəsi ilə birgə aşayır. İşdə olan xx.xx.2023-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, X1 Şəfi Yusif oğlu ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Şəfi Yusif oğlu ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4., 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onlara maddi və mənəvi dəstək olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Mersedes Benz E280 markalı, 90TO635 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməli. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Mersedes Benz E280 markalı, 90TO635 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Gəncə şəhər Prоbаsiyа şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş şəkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-39/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-39/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver