Məhkəmə qərarları › İş №1(076)-39/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-39/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-39/2025 30.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “Polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və vaxtda, Şəmkir rayonu, Düyərli kəndinin ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığıb toplamaqla qurutduğu narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Şəmkir rayonu, Bayramlı kəndinə yerləşən fermanın otağına daşıyaraq orada olan yardımçı otaqda saxlamış, daxil olmuş məlumat əsasında Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 13:00 dəqiqədə saxlanılaraq yaşadığı Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermadakı yardımçı otaqdan 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 65,80 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xirdabuynuzlu heyvanların itməsiylə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək, onun evinə baxış keçirmişlər və evin yaxınlığında taxıl yığmaq üçün anbar kimi istifadə etdikləri yerdən arvadının qurudaraq yığdığı nanə və kəklikotunu tokub baxaraq nə olduğunu soruşmuşlar. O, həmin maddələrin nanə və kəklikotu olduğunu bildirmiş, polis əməkdaşları həmin qurudulmuş otları götürərək narkotik vasitəyə bənzədiyin və ekspertizaya göndərəcəklərini bildirmişlər. O, narkotik vasitədən istifadə edib, amma onun evindən götürülən ot kütləsi narkotik vasitə olmamışdır. Telefonundan aşkar edilən fotoşəkillər isə internet saytlarından götürmüşdür. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasada, o, təzyiq altında olduğundan təqsirləndirilən şəxs qismində dindirilərkən evindən aşkar edilərək götürülən kütlənin narkotik vasitə olduğunu və və özü istifadə etmək üçün yığıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. Təxminən 8 ildir ki, sahibkar Şahid6 məxsus fermada çobanlıq edir. Ailəlidir birlikdə Şəmkir rayonu, Düyərli kəndində fermanın olacağında yaşayır. Fermada 256 baş xırda buynuzlu heyvanlara çobanlıq edir. xx.xx.2024-cü il tarixdə fermanın yaxınlığında olan zaman Ürfət ona zəng edərək heyvanlardan 100 baş qoyunların əskik olmasını deyib onu olduğu yerə çağırmışdır. O, Ürfətin yanı getmişdir. Ürfətin yanında olan zaman heyvanları xal-xala salıb saydıqda 100 baş qoyunların, 18 baş quzuların və 3 baş keçilərin yerində olmamasını aşkar etmişlər. Həmçinin, onu da qeyd etmiş ki, təxminən 10 gün bundan əvvəl heyvanları saymışlar heyvanları yerində imiş və buna qədər heyvanları vaxtaşırı saymışlar. O, Ürfətlə heyvanları sayarkən görmüş ki, həqiqətən heyvanlar çatışmır. Şahid6 heyvanların axtarılması, tapılması üçün müraciət edəcəyini demişdir. Yanında olan zaman 102 xidmətinə zəng edib müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Orda olan zaman baxış keçirmişlər, şəkillər çəkdilər protokol tərtib etmişlər. Daha sonra birlikdə Zəyəm PB-nə gəlmişlər. Polis bölməsində olan zaman ondan izahat almışar, oğurluqda onan şübhələnmişlər, o oğurluqdan xəbəri olmamasını təsdiq etmək məqsədi ilə heyvanlar nəzarətində olduğu vaxt çəkdiyi video və foto çəkilişləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları telefonuna baxdıqları zaman telefonunda vaxtı ilə tərəfindən çəkilmiş digər şəkillərin içərisində özü istifadə etmək üçün yığıb saxladığı nəşə kütləsinin və nəşə çəkmək üçün hazırladığı cola qabının şəkillərini görmüşlər əlavə sorğu sual zamanı o, arada nəşə çəkdiyini şəkildə olan nəşə kütləsini vaxtı ilə istifadəsi üçün yığdığı vaxt plastik qabı isə nəşəni çəkdiyi vaxt şəkini çəkib saxladığı etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı və işlədiyi ünvana getmişlər. Orada hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman yaşayış otaqlarında masanın üzərində qutunun içərisində siqaret qutusu sellofanında vaxtı ilə çəkdiyi nəşənin içərisində olan yığıb saxladığı toxum dənələrini, qonşu ehtiyat ərzaq saxlanc otağında isə torbanın içərisində yaşıl rəngli quru halda ot qalıqları aşkar etmişlər. Həmin kütlənin kəskin spesifik iysindən narkotik vasitə olmasından şübhələndiklərini ifadə etmişlər. O, həmin kütlənin nəşə olduğunu bildirmişdir. Polis əməkdaşları baxışda iştirak edilən hal şahidlərinin iştirakı ilə həmin torbanın içərisində olan kütlə elektron tərəzidə çəkilən zaman kütlə 74.18 qram təşkil etmişdir. Kütləni ağ zərfə qoyaraq qablaşdırdılar, möhürlədilər, götürdülər. O və hal şahidləri polis əməkdaşları zərfi imzalamışlar. Daha sonra ona məxsus avtomobilə və ətrafa baxış keçirmişlər heç nə aşkar etməmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişlər. Ona hüquq və vəzifələri izah edilmiş bu barədə bildiriş almışdır. Müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, vəkillə təmin edilmişdir. Video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Üzərindən 15 manat puldan başqa hər hansı bir əşya aşkar edilmmişdir. Yol verdiyi hərəkətdən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda özünü elan edilmiş ittiham üzrə təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirərək, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən barəsində amnistya tətbiq edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin Zəyəm PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir rayonu, Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yaşayan Şahid6 DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs çoban kimi işlədiyi fermadan xirdabuynuzlu heyvanların oğurlanması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nə dəvət edib izahatını alan zamanı təhqiqatcı Emil Əliyev tərəfindən mobil telefonuna baxış keçirən zamanı mobil telefondan narkotik vasitə hesab olunan mariuxanaya bənzər kütlənin şəkilləri aşkar edilmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs işlədiyi fermaya baxış keçirən zamanı yaşadığı otağa daxil olduqda giriş qapısından sağ tərəfdə içərisində müxtəlif əşyalar olan qutunun içərisində siqaret qutusu sellofanında bir neçə ədəd toxum dənələri aşkar edilmiş, daha sonra ehtiyat ərzaq və saxlanılan qonşu otaqda divar boyu asılmış müxtəlif materilallardan olan torbalara baxış keçirilərkən şəffaf rəngli sellofan torbanın içərisində dağılmış halda soda, paket halında qara istiot dənələri və bağlı halda daha bir sellofan torba aşkar edilmiş, baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə mariuanaya oxşar maddənin qırıqları və toxumlar aşkar etmişlər. Aşkar olunmuş kütlə elektron tərəzi ilə çəkilərkən 74.18 qram təşkil etmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş götürülmüşdür. O, və digər hal şahidləri sənədləşmələrdə iştirak etmişlər sənədləri imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə və ətrafa baxış keçrilmiş avtomobildən və ətrafdan başqa heçnə aşkar edilməmişdir. Təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə mariuxanadır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 X1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən Şəmkir rayonu, Düyərli kəndində əmisi X2 məxsus onun nəzarətində olan ferması var. Həmin fermada o, xırda buynuzlu heyvanlar saxlayır. Təxminən 8 ilə yaxındır ki, Şəmkir rayonu Bayramlı kənd sakini Təqsirləndirilən şəxs onun yanında çoban kimi işləyir. Təqsirləndirilən şəxs onun yanında pul müqabilində yox əldə edəcəkləri gəlirə, qazanca bəhərə, şərikli olmaq şərti ilə çalışdığını bildirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs güvənib gec-gec heyvanlara nəzarət etmək üçün getmişdir. Onun 184 baş qoyunları, 63 baş quzuları, 9 baş keçiləri olmuşdur. xx.xx.2024cü il tarixdə o, axşam saat 17 radələrində fermaya nəzarət etmək üçün getmiş, fermanın ərazisində olan zaman xırda buynuzlu heyvanların fermaya bitişik otlaq sahəsində otlmasını görüb oraya yaxınlaşmışdır. Heyvamarların yanında olan zaman xırda buynuzlu heyvanların sayının gözünə az dəyməsini görmüşdür. Daha sonra fermanın yaxınlığında örüş sahəsində otlayan zaman həmin heyvanları sayan zaman 256 baş xırda buynuzlu heyvandan 84 baş olmasını aşkar etmişdir. Bundan sonra yanında çoban kimi işləyən Təqsirləndirilən şəxs zəng edib xırda buynuzlu heyvanların sayının 100 başının az olmasını və yanına gəlməsini bildirmiş və əsəbləşib Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək 100 baş xırda buynuzlu heyvanların aşkar etməməsini itib ya oğurlanması bilmədiyi barədə məlumat vermişdir. Daha sonra Samir yanına gəldikdə onlar birlikdə xırda buynuzlu heyvanları dəqiq sayını bilmək üçün xırda buynuzlu heyvanları xalxala salıb xırda buynuzlu heyvanları sayan zaman heyvanlardan 100 baş qoyunun, 18 baş quzunun və 3 baş keçinin olmamasını aşkar etmişlər. Bunda sonra həmin heyvanların Təqsirləndirilən şəxs harada olmasını soruşduqda Təqsirləndirilən şəxs ona yerinin bilməməsini bildirmişdir. Həmin gün ətrafda heyvanları nə qədər axtarsalar da, tapa bilməmişlər. Ertəsi gün o, fermada olan zaman polis əmakdaşları onun nəzarətində olan fermaya gəlmişlər. Fermanın həyatyanı sahəsində olan zaman polis əmakdaşları onu Təqsirləndirilən şəxs yaşadığı yerə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtmişlər. Yaşadığı otağa daxil olduqda giriş qapısından sağ tərəfdə içərisində müxtəlif əşyalar olan qutunun içərisində siqaret qutusu sellofanında bir neçə ədəd toxum dənələri aşkar edilmiş, daha sonra ehtiyat ərzaq və saxlanılan qonşu otaqda divar boyu asılmış müxtəlif materilallardan olan torbalara baxış keçirilərkən şəffaf rəngli sellofan torbanın içərisində dağılmış halda soda, paket halında qara istiot dənələri və bağlı halda daha bir sellofan torba aşkar edilmiş, baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə kəklik otuna oxşar ot qırıqları aşkar etmişlər. Aşkar olunmuş kütlə elektron tərəzi ilə çəkilərkən 74.18 qram təşkil etmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş götürülmüşdür. O, və digər hal şahidləri sənədləşmələrdə iştirak etmişlər sənədləri imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə və ətrafa baxış keçrilmiş avtomobildən və ətrafdan başqa heçnə aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən fermada fəhlə işləyir. Fermada olan zaman polis əmakdaşları onun nəzarətində olan fermaya gəldmişlər. Fermanın həyatyanı sahəsində olan zaman polis əmakdaşları onu Təqsirləndirilən şəxs yaşadığı yerə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtmişlər. Yaşadığı otağa daxil olduqda giriş qapısından sağ tərəfdə içərisində müxtəlif əşyalar olan qutunun içərisində siqaret qutusu sellofanında bir neçə ədəd toxum dənələri aşkar edilmiş, daha sonra ehtiyat ərzaq və saxlanılan qonşu otaqda divar boyu asılmış müxtəlif materilallardan olan torbalara baxış keçirilərkən şəffaf rəngli sellofan torbanın içərisində dağılmış halda soda, paket halında qara istiot dənələri və bağlı halda daha bir sellofan torba aşkar edilmiş, baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə kəklik otuna oxşar ot qırıqları aşkar etmişlər. Aşkar olunmuş kütlə elektron tərəzi ilə çəkilərkən 74.18 qram təşkil etmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş götürülmüşdür. O, və digər hal şahidləri sənədləşmələrdə iştirak etmişlər sənədləri imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə və ətrafa baxış keçrilmiş avtomobildən və ətrafdan başqa heçnə aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 23 fevral 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Emil Əliyev tərəfindən Təqsirləndirilən şəxs məxsus VİVO markalı tünd göy rəngli mobil telefona baxış keçirilmiş, baxış zamanı qalereya səhifəsində sıraladıqca müxtəlif foto-şəkillər sırasında narkotik vasitə olan marixuanaya bənzər kütlə və narkotik vasitə qəbul etmək üçün kustar üsullarla hazırlanmış plastik meyvə şirəsi qabı müşahidə edilmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər şəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir rayonu, Düyərli kəndində Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşadığı evə baxış keçirilərkən torbanın içərisində yaşıl rəngdə və quru halda kəskin spesifik iyili 74,18 qram narkotuk vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən iş üçün sübut əhmiyyətli kəsb edən əşya və dəlillər aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər şəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 15:00-da şübhəli şəxs olaraq tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024–cü il tarixli 16/265 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı fermada” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz şəkisi 65.90 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) ikisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı erdən....” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.09 qram bilki toxumları, narkotik tərkibli çətənə (Kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata teqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fermada.” yazılar və imzalar olan kağız paketdəki, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı yerdən.” yazılar və imzalar olan kağız aketdəki narkotik terkibli çətənə (kamabis) bitkisinin toxumlarından yetişməsinin müəyyən edilməsi ekspertin səlahiyətlərinə aid deyildir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 17 iyul 2024–cü il tarixli, 1227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Bayramlı kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı ildə anadan olmuş İradə, xx.xx.2017-ci ildə anadan olmuş Ceyhun, xx.xx.2020-ci ildə anadan olmuş Sevil və xx.xx.2023-cü ildə anadan olmuş Yusif adlı dört nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübut olunur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsin dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 65,75 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 32.40 (otuz manat qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (CPM-198.1). Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirəsi ediləsi əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 19 saata görə 209 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 65,75 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 19 (on doqquz) saata görə 209 (iki yüz döqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya çikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar