Məhkəmə qərarları › İş №1(076)-4/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-4/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-4/2023 27.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, mülki iddiaçı X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1961-ci il tarixdə Samux rayonu Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, “X16 Şəbəkəsi” MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Samux şəhəri, Kolayır prospektində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 mart 2022-ci il tarixdə təxminən saat 17:35 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən 385-ci kilometrliyində hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək “X19” Azərbaycan Respublikası Qanununun 63-cü masddəsinin 1-ci hissəsinin (2.5 “dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozub idarə etdiyi Kamaz 43118- KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranla ikinci dərəcəli yoldan dayanmadan və gözləmədən baş yola çıxaraq baş yol ilə Qazax istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ yan hissəsi ilə toqquşması nəticəsində mikroavtobusda sərnişin olan Zərərçəkmiş şəxs2 üz nahiyəsinin sağ yarısınn əzilmiş-çapılmış yarası, burun nahiyəsinin şişkinliyi, burun sümüyünün sınığı, alt və üst dodağın şişkinliyi və qançırı, sol diz oynağının hematoması, sağ qalçatini nahiyəsinin qançırı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid zərər, Zərərçəkmiş şəxs1 döş qəfəsinin qapalı küt travması, sağ kürək sümüyünün, sağ 7-8-ci qabırğaların yerini dəyişməmiş sınıqları, sağ əlin arxa səthinin sıyırığı və sol əlin 3-cü barmağının dırnaqaltı nahiyəsinin qansızması ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid zərər, X10 isə sağ qaşın bayır qurtaracağının, sağ yanağın əzilmiş yaraları, sağ gözətrafı yumşaq toxumaların hematoması, başın yumşaq toxumalarının iç səthinə qansızmalar, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əlilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli 3-4-5-6-cı qabırğaların yerini azdəyişmiş sınıqları, sağ bazunun bayır səthinin qançırı, sağ əlin arxa səthinin əzilmiş yarası, sağ əlin 5-ci barmağının arxa səthinin, sol diz oynağının, sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyırıqları, sağ diz oynağı sümüklərinin sınığı və sağ baldırın və ayaq pəncəsinin şişkinlik fonunda qançırı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə Azərişıq ASC-də sürücü işləyir, ASC-yə məxsus Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranı yol vərəqəsi əsasında idarə edir, hazırda qüvvədə olan “BCD” dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə qeyd edilən avtokranla Şəmkir rayonu, Qılıncbəyli kəndinə aşmış olan beton işıq dayağını yerinə düzəltməyə getmiş, işi görüb qurtardıqdan sonra Gəncə şəhərinə qaraja qayıtmaq üçün Qılıncbəyli kənd yolu ilə Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna doğru hərəkətə başlamış, Bakı-Qazax yolundan Şəmkir rayonu, Qılıncəbəyli kəndinə ayrılan yolayrıcına çatanda yolayrıcında bir anlıq dayanıb sağ və sol tərəfə baxmış və sol tərəfdən Qazax istiqamətində Mercedes-Benz markalı mikroavtobusun hərəkətdə olmasını görüb aradakı məsafənin kifayət qədər çox olmasını zənn edib, yəni həmin mikroavtobus çatana qədər yolu keçəcəyindən əmin olaraq avtokranı hərəkətə gətirib yolayrıcından baş yola, yəni Bakı-Qazax yoluna daxil olub yolun Qazax istiqamətindəki hərəkət zolağını tam boşaldaraq yolun Bakı istiqamətindəki hərəkət zolağına keçərək sola doğru dönən zaman baş yol ilə Qazax istiqamətində hərəkətdə olan Mercedes- Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus sağ ön yan hissəsi ilə həmin yol çiyninin üzərində idarə etdiyi avtokranın ön sol yan hissəsindən vurmuş, toqquşmadan sonra mikroavtobusun içərisində olan sərnişinlər sıxışıb qaldığı üçün onları çıxarmaq məqsədi ilə avtokranı təxminən 1- 1,5 metr məsafədə arxaya vermiş, buna görə də avtokranın arxa təkərləri yolun orta hissəsində olan xəttin üzərində dayanmışdır. Yerə düşəndən sonra Mercedes-Benz markalı mikroavtobusda olan şəxslərin xəsarət almasını görüb təcili tibbi yardıma zəng vurmuş, sonra ətrafa toplaşan şəxslərlə birgə mikroavtobusda olan şəxsləri çıxarıb xəstəxanaya yola salmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında mikroavtobsuda sərnişin olan, adını sonradan bildiyi X9 Gəncə şəhər Beynəlxalq xəstəxanasında yol-nəqliyyat hadisəsi nəticəsində almış oldğu xəsarətlərdən öldüyünü eşitmişdir. Hadisə zamanı o, yol hərəkəti qaydalarına tam əməl etmiş, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Baş vermiş hadisədə mikroavtobusun sürücüsünün birmənalı təqsiri olmuş, çünki təhlükə yaranan anda həmin sürücü tormozlama və manevr əməliyyatı aparmaqla hadisənin qarşısını ala bilərdi. Lakin mikroavtobusun sürücüsü heç bir tormozlama etmədən Qazax istiqamətindəki yolun açıq olmasına baxmayaraq, oradan keçmədən səhv manevr edərək, yəni sola doğru manevr edərək idarə etdiyim avtokranı yolun Bakı istiqamətindəki yol çiyinin üzərində vurmuşdur. Bu səbəbdən hesab edir ki, baş vermiş cinayət hadisəsində onun qismən təqsiri olsa da, mikroavtobusun sürücüsünün də təqsiri olmuşdur. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qərar qəbul dilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum X12 onun əridir. xx.xx.2022-ci il tarixdə əri Sahib Musayev şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmiş, xx.xx.2022ci il tarixdə ona zəng edərək yaşadığı rayona qayıtmaq üçün Bakı şəhərində mikroavtobusa əyləşdiyini bildirmişdir. Bundan bir neçə saat sonra təxminən saat 18 radələrində evdə olduğu zaman Sahibin mobil telefonundan tanımadığı şəxs tərəfindən ona zəng edilərək telefonun sahibinin, yəni əri Sahibin Şəmkir rayonu ərizəsində avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Şəmkir mərkəzi rayon xəstəxanasına aparıldığı bildirilmişdir. Bu xəbəri eşidəndən sonra həmin xəstəxanaya getmiş və xəstəxanaya çatanda Sahibin ağır vəziyyətdə komada olduğunu görmüşdür. Xəstəxanada olarkən saat 24 radələrində həkimlərin məsləhəti ilə Sahibi xəstəxanadan çıxarıb ambulansla Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparanda Sahib almış olduğu xəsarətlərdən ambulansda ölmüşdür. Sonradan məlum olmuşdur ki, Sahib sərnişini olduğu Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçəndə yolun sağ kənarındakı Şəmkir rayonu, Qaracəmirli kəndinə ayrılan yolayrıcından adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranla Bakı-Qazax yoluna, yəni baş yola daxil olanda avtokranın ön sol hissəsi ilə Sahibin sərnişini olduğu Mercedes-Benz 316 markalı mikroavtobusun sağ ön yan hissəsindən toqquşmuşdur. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən yaşadığı Qazax rayonuna qayıtmaq üçün Lökbatan dairəsində sərnişin qismində Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa minmiş və sürücünün arxa tərfində olan oturacaqda əyləşəndən sonra mikroavtobus Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində hərəkətə başlamış, təxminən saat 17:35 radələrində həmin yolun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçəndə yolun sağ kənarındakı yolayrıcı ilə hərəkətdə olan Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtokran baş yola daxil olaraq ön hissəsi ilə sərnişini olduğu mikroavtobusun ön sağ yan hissəsindən toqquşmuş və hadisə zamanı xəsarət aldığı üçün ətrafa toplaşan şəxslər tərəfindən xəstəxanaya göndərilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə atası Mübariz Əmiraslanovla birgə Bakı şəhərində olarkən yaşadığı Ağstafa rayonuna qayıtmaq üçün atasına məxsus Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla yola düşmüşlər. Atası sükanı arxasına keçib idarə edərək Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamış, təxminən saat 17:35 radələrində 60 km/saat sürətlə həmin yolun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçəndə yolun sağ kənarındakı yolayrıcının qarşısından Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtokran dayanmadan və gözləmədən birbaşa baş yola, yəni qarşısına çıxanda təhlükədən yayınmaq məqsədi ilə sükanı bir anlıq sola burmuş, lakin buna baxmayaraq avtokran ön hissəsi ilə mikroavtobusu ön sağ yan hissəsindən vurub qarşısında sürümüş, hadisə nəticəsində o, mikroavtobusda sərnişin olan X12 və Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Xəsarət alanlar orada olan şəxslər tərəfindən Şəmkir MRX-na yola salınmışlar. xx.xx.2022-ci il tarixdə gecə saatlarında X9 almış olduğu xəsarətlərdən Gəncə şəhər Beynalxaq xəstəxanasında öldüyünü eşitmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında mülki iddiaçı qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, özünə məxsus Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu və hazırda qüvvədə “BCD” dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs2la birgə Bakı şəhərində olarkən yaşadığı Ağstafa rayonuna qayıtmaq üçün qeyd edilən mikroavtobusun sükanı arxasına keçib idarə edərək Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamış, təxminən saat 17:35 radələrində 60 km/saat sürətlə həmin yolun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçəndə yolun sağ kənarındakı yolayrıcının qarşısından Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtokran dayanmadan və gözləmədən birbaşa baş yola, yəni qarşısına çıxanda təhlükədən yayınmaq məqsədi ilə sükanı bir anlıq sola burmuş, lakin buna baxmayaraq avtokran ön hissəsi ilə idarə etdiyi mikroavtobusun ön sağ yan hissəsindən vurub qarşısında sürümüş, hadisə nəticəsində mikroavtobusda sərnişin olan oğlu Zərərçəkmiş şəxs2, digər sərnişinlər X12 və Zərərçəkmiş şəxs1 xəsarət aldığını görüb Şəmkir MRX-na yola salmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında X9 almış olduğu xəsarətlərdən Gəncə şəhər Beynalxaq xəstəxanasında öldüyünü eşitmişdir. Hadisə nəticəsində ona məxsus Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa 10.283 manat maddi ziyan dəymiş və həmin ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hazırda tələbi mülki iddianın təmin edilərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsindən ibarətdir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, “X16 Şəbəkəsi” MMC-də mexanik vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da şirkətdə sürücü işləməklə şirkətə məxsus KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranı yol vərəqəsi əsasında idarə edir. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən avtokranla Şəmkir rayonu, Qılıncbəyli kəndinə aşmış olan dirəkləri düzəltməyə getmişdir. Saat təxminən 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən 385-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə toqquşması barədə məlumat alıb hadisə yerinə getmiş və hadisə yerinə çatanda şirkətə məxsus olan avtokranın ön sol hissəsinin əzilməsini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, hadisədən əvvəl KAMAZ 43118- KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokran Şəmkir rayonu, Qılıncbəyli kəndindən baş yola, yəni Bakı-Qazax yoluna çıxmış, Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus isə Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkətdə olmuş və avtomaşınların toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" ASC-də sürücü işləyir, ASC-yə məxsus Fiat Doblo markalı **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Təqsirləndirilən şəxs iş yoldaşıdır. Sərraf idarəyə məxsus Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE- *** dövlət qeydiyyat nişanlı avtokranı idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində idarədə olduğu zaman həmin avtokranda nasazlıq yarandığı üçün avtokranı təmir etmək məqsədi ilə rəhbərlik tərəfindən göstəriş alıb iş yoldaşı Şahid1 ilə birgə idarə etdiyi Fiat Doblo markalı avtomobilə əyləşərək avtokranın olduğu Şəmkir rayonu, Qılıncbəyli kəndi istiqamətində hərəkətə başlamış və Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən Qılıncbəyli kəndinə dönüb hərəkətə davam etmiş, təxminən 2 km məsafə qət etdikdən sonra Sərraf, Şahid1 zəng edərək avtokranı özü təmir etdiyini və qaraja qayıtmaq üçün hərəkətə başladığını bildirib onlardan yanına gəlməməklərini xahiş etmişdir. Bundan sonra o, geri qayıdanda Sərraf idarə etdiyi avtokranla onların yanından keçib getmiş, avtokran hərəkətə olarkən yol örtüyü topraq olduğundan toz qalxdığı üçün qarşısını görə bilmədiyindən sürəti azaltmış, buna görə də arada 700-800 metr məsafə yaranmışdır. İdarə etdiyi avtomobili ilə Bakı-Qazax yoluna yaxınlaşanda baş yolda yol-nəqliyyat hadisənin baş verdiyini görüb avtomobili saxlamış və yerə düşəndə Sərrafın idarə etdiyi avtokranla Mercedes- Sprinter markalı mikroavtobusun yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində toqquşduğunu görmüşdür. Şahid1 ilə birgə mikroavtobusda xəsarət almış şəxslərin çıxarılıb xəstəxanaya göndərilməsinə köməkdarlıq etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Sərraf idarə etdiyi avtokranla ikinci dərəcəli yoldan baş yola çıxanda baş yol ilə Qazax istiqamətində hərəkətdə olan həmin mikroavtobusla toqquşmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. 05 mart 2022-ci il tarixdə təxminən saat 17:35 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən 385-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və dərhal hadisə yerinə getmişdir. Oraya çatanda baxış keçirilmiş və məlum olmuşdur ki, KAMAZ 43118- KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtokranın ön sol yan hissəsi ilə Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun ön sağ yan hissəsi yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 3,9 metr məsafədə toqquşmuşdur. Toqquşmadan sonra KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın ön hissəsi Bakı, arxa hissəsi isə Qazax istiqamətindəki hərkət zolağının üzərində dayanmışdır. Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun isə ön hissəsi Bakı istiqamətindəki hərəkət zolağının kənarındakı ehtiyat hisənin üzərində arxa hissəsi iə Bakı istiqamətindəki hərəkət zolağında üzü Şəmkir rayonu Seyfəli kəndi istiqamətində dayanmışdır. Hadisədən əvvəl Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Qazax istiqamətində hərəkətdə olmuş, KAMAZ 43118-KS3571 4K- 2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokran isə Şəmkir rayonu, Qılıncəbəyli kəndinə ayrılan yolayrıcından baş yola, yəni Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olmuşdur. Toqquşma nəticəsində KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın kabinin ön sol yan hissəsi əzilmişdir. Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun isə ön sağ yan hissəsi, damın ön hissəsi əzilmiş, sol, sağ yan şüşələr və alın şüşəsi isə sınmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxlsər protokolu imzalamışlar. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən 385-ci km-dir. Hadisə gündüz vaxtı baş vermişdir, burada yol asfalt örtüklü olmaqla quru, hamar və düzdür, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir, görünmə şəraiti kifayət qədərdir. Yol 2 hərəkət zolağından ibarətdir, hərəkət zolaqlarını bir-birindən qırıq-qırıq xət ayırır. Yolun ümumi hərəkət hissəsinin eni 8,9 metrdir, hər iki ehtiyat hisənin eni 3 metrdir. Yolun Qazax istiqamətindəki hərəkət zolağının kənarında Şəmkir rayonu, Qılıncbəyli kəndinə ayrılan yolayrıcı vardır. Burada (2.1) “Baş yol” və sürət həddinin 60 km-saat göstərən yol nişanları vardır. Həmçinin, Şəmkir rayonu, Qılıncbəyli kəndinə ayrılan yolayrıcının sağ kənarında isə (2.5) STOP (dayanmadan keçmək qadağandır) yol nişanı vardır. KAMAZ 43118-KS3571 4K- 2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın ön sol yan hissəsi ilə Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun ön sağ yan hissəsi yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 3,9 metr məsafədə toqquşmuşdur. Həmin yerə asfaltın üzərində sürtünmə izi vardır. Toqquşmadan sonra KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın ön hissəsi Bakı, arxa hissəsi isə Qazax istiqamətindəki hərkət zolağının üzərində dayanmışdır. Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun isə ön hissəsi Bakı istiqamətindəki hərəkət zolağının kənarındakı ehtiyat hisənin üzərində arxa hissəsi iə Bakı istiqamətindəki hərəkət zolağında üzü Şəmkir rayonu Seyfəli kəndi istiqamətində dayanmışdır. Hadisədən əvvəl Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Qazax istiqamətində hərəkətdə olmuş, KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokran isə Şəmkir rayonu, Qılıncəbəyli kəndinə ayrılan yolayrıcından baş yola, yəni Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olmuşdur. Toqquşma nəticəsində KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın kabinin ön sol yan hissəsi əzilmişdir. Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun isə ön sağ yan hissəsi,damın ön hissəsi əzilmiş, sol, sağ yan şüşələr və alın şüşəsi isə sınmışdır. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb-ekspertinin xx.xx.2022-ci il tarixli 10 nömrəli ekspert rəyindən görünür ki, mərhum X9 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- sağ qaşın bayır qurtaracağının, sağ yanağın əzilmiş yaraları, sağ gözətrafı yumşaq toxumaların hematoması, başın yumşaq toxumalarının iç səthinə qansızmalar, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əlilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli 3-4-5-6-cı qabırğaların yerini azdəyişmiş sınıqları, sağ bazunun bayır səthinin qançırı, sağ əlin arxa səthinin əzilmiş yarası, sağ əlin 5-ci barmağının arxa səthinin, sol diz oynağılnın, sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyırıqları, sağ diz oynağı sümüklərinin sınığı və sağ baldırın və ayaq pəncəsinin şişkinlik fonunda qançırı küt əşyaların təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum S.A.Musayevin ölümünə əsəbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində beynin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb-ekspertinin xx.xx.2022-ci il tarixli 199 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üz nahiyəsinin sağ yarısının əzilmişçapılmış yarası, burun nahiyəsinin şişkinliyi, burun sümüyünün sınığı, alt və üst dodağın şişkinliyi və qançırı, sol diz oynağının hematoması, sağ qalçatini nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə tibb-ekspertinin xx.xx.2022-ci il tarixli 341 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin qapalı küt travması, sağ kürək sümüyünün, sağ 7-8-ci qabırğaların yerini dəyişməmiş sınıqları, sağ əlin arxa səthinin sıyırığı və sol əlin 3-cü barmağının dırnaqaltı nahiyəsinin qansızması küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin xx.xx.2022-ci il tarixi 8/764 nömrəli rəyindən görünür ki, KAMAZ 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 63-cü masddəsinin 1-ci hissəsinin (2.5 “dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan ziyan aktından görünür ki, Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa 10.283 (on min iki yüz səksən üç) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və DİN-nin BDYPİ-nin Tovuz RQİ və TBŞsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-309 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AC-605068 nömrəli “BCD” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və tərəfindən yazılmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilsə də, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməməsi barədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 63-cü masddəsinin 1-ci hissəsinin (2.5 “dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. «X19» Azərbaycan Respublikası Qanununun 63-cü masddəsinin 1-ci hissəsinin tələbinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümü ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin hüquqi varisinin və həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini qismən etiraf etməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 4 il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə cinayət işi üzrə mülki iddiaçı X2 Təqsirləndirilən şəxs qarşı mikroavtobusa dəymiş ziyanın əvəzi olaraq 10.283 manat məbləğində pul tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcələnin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki iddia ərizəsindən görünür ki, X5 tərəfində mülki iddia verilsə də, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, X4 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş üzrə maddi sübut olan Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın qanuni sahibi ”X16 Şəbəkəsi” MMC-yə, Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qanuni sahibi X4 qaytarılması nəzərə alınmalı, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Kamaz 43118-KS3571 4K-2-10 markalı **-AE-*** dövlət qeydiyyat nişanlı xüsusi avtokranın qanuni sahibi ”X16 Şəbəkəsi” MMC-yə, Mercedes-Benz 316 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qanuni sahibi X4 qaytarılması nəzərə alınsın, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). X5 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən X4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar