Məhkəmə qərarları › İş №1(076)-40/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-40/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-40/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 08 avqust 1984–cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM– in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2018–ci il tarixdən başlayaraq, xx.xx.2006–cı ildə anadan olmuş Nurcan Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 saylı, xx.xx.2018–ci il tarixli, habelə xx.xx.2019–cu il tarixdən başlayaraq, xx.xx.2013–cü ildə anadan olmuş Dəniz Məmmədovanın və xx.xx.2017–ci ildə anadan olmuş Damla Məmmədovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Qurbanova (Rəhimova) Bahar Əsgər qızına ödənilməsinə dair Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 saylı, xx.xx.2020–ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)–1483/2022 saylı, xx.xx.2022–ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM–nin 528.1–ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün və Şəmkir Rayon Məhkəməsinin 3(076)– 736/2023 saylı, xx.xx.20223–cü il tarixli qərarı ilə 17 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023–cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023–cü il tarixədək 5.130 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs1, habelə həmin tarixədək 3.700 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qurbanova (Rəhimova) Bahar Əsgər qızına ödəməyərək onlara həmin məqsədlə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2005–ci ildə faktiki olaraq ailə qurmuş, nikahları xx.xx.2006–cı il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs1 ilə olan birgə nikahından xx.xx.2006–cı il təvvəllüdlü Nurcan adlı bir övladı olmuşdur. Evli olduqları müddətdə Rusiya Federasiyasının Moskva şəhərində fərdi qaydada kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olmuş və orta hesabla aylıq gəliri 1000,00–1500,00 manat olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs1 ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2011– ci ildə ayrılmışlar, bundan sonra Zərərçəkmiş şəxs1 nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018–ci il tarixdən başlayaraq hər ay 130,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2018–ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Qərar və bildirişi qəbul etsə də, məhkəmə qətnaməsinin icrasını tam təmin edə bilməmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 ilə 2012–ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013–cü il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs2 ilə olan birgə nikahından xx.xx.2013–cü ildə Dəniz və xx.xx.2017–ci ildə Damla adlı iki övladı olmuşdur. Baharla əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdə 2020–ci ildə ikinci arvadı Zərərçəkmiş şəxs2 da ayrılmışdır. Bundan sonra Bahar aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)– 171/2020 nömrəli, xx.xx.2020–ci il tarixli qətnaməsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019–cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 50,00 manat, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2021–ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin edə bilməmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2021–ci il tarixli qərarına əsasən sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. Bundan sonra izahatı alınmış, icra məmurunun qanuni tələblərinə əməl etmədiyi əsas gətirilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, məhkəməyə təqdim olunmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə 15 gün, habelə xx.xx.20223–cü il tarixli qərarı ilə 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli xx.xx.2018–ci il tarixli qətnaməsi üzrə xx.xx.2018–ci il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək ödəməli olduğu 7800,00 manat aliment borcundan icraat dövründə cəmi 2670,00 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 5130,00 manat, Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsi üzrə isə xx.xx.2019–cu il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək ödəməli olduğu 4300,00 manat aliment borcundan icraat dövründə cəmi 600,00 manat ödəmişəm, lakin ödənilməmiş aliment borcu 3700,00 manat təşkil edir. Ümumilikdə hər iki məhkəmə qətnaməsi üzrə 8830,00 manat aliment borcu vardır. Maddi imkanı olmadığından alimenti vaxtında ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmağa cəhd etsə də, aliment borcunu ödəyə bilmədiyindən buna nail ola bilməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005–ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2006–cı il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan birgə nikahından xx.xx.2006–cı il təvvəllüdlü Nurcan adlı bir övladı olmuşdur. Evli olduğu müddətdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində fərdi qaydada kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olub və orta hesabla aylıq gəliri 800,00–1000,00 manat təşkil etmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. Bu səbəbdən 2011–ci ildə ayrılaraq nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikah qeydi ləğv edilməklə bir uşağın saxlanılması üçün 70 manat aliment müəyyən edilmişdir. Sonradan alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)– 1942/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018–ci il tarixdən başlayaraq hər ay 130,00 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2018–ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa Goranboy Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ikinci evliliyindən olan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019–cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 50,00 manat, cəmi 100,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmiş, qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi də Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bu səbəbdən Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2021–ci il tarixli qərarına əsasən sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şöbədə izahatı alınmış, icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, məhkəməyə təqdim olunmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə 15 gün, habelə xx.xx.20223–cü il tarixli qərarı ilə 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də yaranmış aliment borcunu tam ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli xx.xx.2018–ci il tarixli qətnaməsi üzrə xx.xx.2018–ci il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək Təqsirləndirilən şəxs ödəməli olduğu 7800,00 manat aliment borcundan icraat dövründə cəmi 2670,00 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 5130,00 manat təşkil edir. Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbləri icra etməkdən qərəzli olaraq boyun qaçırır, aliment borcunu ödəmədiyinə görə dəfələrlə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs hazırda Şəmkir rayonu ərazisində fərdi qaydada kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olur və yaxşı qazanc əldə edir. Hazırda aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012–ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013–cü il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan birgə nikahından xx.xx.2013–cü il təvvəllüdlü Dəniz və xx.xx.2017–ci il təvvəllüdlü Damla adlı iki övladı olmuşdur. Evli olduğu müddətdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində “Fud Siti” adlı ticarət mərkəzində fərdi qaydada kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olurmuş və orta hesabla aylıq gəliri 1500,00–1800,00 manat təşkil etmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladlarına baxmamışdır. Bu səbəbdən 2020–ci ildə İslamdan ayrılaraq nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli, xx.xx.2020–ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019–cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 50,00 manat, cəmi 100,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2021–ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs birinci evliliyindən doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018–ci il tarixdən başlayaraq hər ay 130,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi də Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, bu səbəbdən Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2021–ci il tarixli qərarına əsasən sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şöbədə izahatı alınmış, icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib olunaraq, məhkəməyə təqdim olunmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə 15 gün, habelə xx.xx.20223–cü il tarixli qərarı ilə 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb etmə edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də yaranmış aliment borcunu ödəməmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsi üzrə xx.xx.2019–cu il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək Təqsirləndirilən şəxs ödəməli olduğu 4300,00 manat aliment borcundan icraat dövründə cəmi 600,00 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 3700,00 manat təşkil edir. Borclu Məmmədov X5 Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsində göstərilən tələbləri icra etməkdən qərəzli olaraq boyun qaçırır, aliment borcunu ödəmədiyinə görə dəfələrlə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs hazırda Şəmkir rayonu ərazisində fərdi qaydada kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olur və yaxşı qazanc əldə edir. Hazırda aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs icratında olan icra işləri üzrə borclu kimi tanımışdır. Mahiyyəti üzrə bildirir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018–ci il tarixdən başlayaraq hər ay 130,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2018–ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Yaranmış aliment borcunun ödənilməsi istiqamətində görülən tədbirlər də nəticə verməmiş, eləcə də borcluda borcun yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)–200/2020 saylı xx.xx.2020–ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa Goranboy Rayon Məhkəməsinin 2(045)– 171/2020 nömrəli, xx.xx.2020–ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019–cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 50,00 manat, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Rəhimova) Bahar Əsgər qızına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2021–ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2021–ci il tarixli qərarına əsasən sözügedən icra sənədləri bir icraatda birləşdirilmişdir. Bundan sonra xx.xx.2022– ci il tarixdə borclu Təqsirləndirilən şəxs şöbədə izahatı alınmış, icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim olunmuş və Şəmkir Rayon Məhkəməsinin 3(076)–1483/2022 saylı, xx.xx.2022–ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli xx.xx.2018–ci il tarixli qətnaməsi üzrə xx.xx.2018–ci il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək Təqsirləndirilən şəxs ödəməli olduğu 7800,00 manat aliment borcundan icraat dövründə cəmi 2670,00 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 5130,00 manat təşkil edir. Habelə, Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli, xx.xx.2020–ci il tarixli qətnaməsi üzrə xx.xx.2019–cu il tarixindən başlayaraq, cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günədək, yəni xx.xx.2023–cü il tarixinədək Təqsirləndirilən şəxs ödəməli olduğu 4300,00 manat aliment borcundan icraat dövründə cəmi 600,00 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 3700,00 manat təşkil edir. Ümumilikdə hər iki məhkəmə qətnaməsi üzrə cəmi 8830,00 manat ödənilməmiş aliment borcu vardır. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qətnaməsində və Goranboy Rayon Məhkəməsinin 2(045)–171/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsində göstərilən tələbləri icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarlarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq bundan müsbət nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM–nin 306–cı maddəsilə cinayət işi başlanılmasından üçün İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şəmkir rayon icra və probasiya şöbəsinin sabiq icra məmuru Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)–1942/2018 nömrəli, xx.xx.2018–ci il tarixli qətnaməsindən görünür ki, 27 noyabr 2006-cı il təvəllüdlü Nurcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-4073/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində müəyyən edilmiş və cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1942/2018 saylı icra sənədi xx.xx.2018–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020– ci il tarixli 8(076)–200/2020 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1942/2018 saylı icra icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Goranboy Rayon Məhkəməsinin 2(045)– 171/2020 nömrəli, xx.xx.2020–ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında xx.xx.2013–cü il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, xx.xx.2013–cü il təvvəllüdlü Dəniz və xx.xx.2017–ci il təvvəllüdlü Damla adlı uşaqların anaları X3 yanında saxlanılması, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2013–cü il təvvəllüdlü Dəniz və xx.xx.2017–ci il təvvəllüdlü Damla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019–cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin alınaraq X4 ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(045)–171/2020 saylı icra sənədi xx.xx.2021–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021–ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1942/2018 saylı icra sənədi ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(045)– 171/2020 saylı icra sənədi ümumi icraatda birləşdirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022– ci il tarixli 8(076)–237/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022– ci il tarixli 3(076)–1483/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 3(076)–736/2023 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirli bilinərək 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Qazax–Tovuz regional Məşğulluq filialının xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyatda yoxdur. Bununla belə Təqsirləndirilən şəxs dəvət məktubu göndərilmişdir. Müraciət edəcəyi təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq müraciətə baxılacaqdır. Cinayət işinin materiallarında olan və Şəmkir RİHB–nın Yeni–Həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023–cü il tarixədək 09 ay 05 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 07 ay 07 gün təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təqsirli bilinərək 02 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasından 09 ay 05 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 01 il 07 ay 07 gün təşkil edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin CM–in 68.1.1–1–ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 07 gün hissəsinin iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 09 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67.1–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 74.2.2–ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmiş və qeyd olunan hökm qanuni qüvvəyə mindikdən sonra da onnu cinayət əməli davam etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1–1–ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 01 noyabr 2023–cü il tarixdə tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə, barəsində axtarış elan edilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023–cü il tarixdə tutularaq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 68.1.1–1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri əsasında təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 07 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 09 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən 09 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar