Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-40/2025 25.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988–ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraqələ keçirmək niyyəti ilə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs övladı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş X2 həbsdən azad edəcəyinə dair yalan vədlər verərək vahid niyyətlə, hissə-hissə olmaqla qayınatası Şahid1 məxsus ABB aid olan 5522 0993 1314 0717 nömrəli plastik karta xx.xx.2023-cü il tarixdə saat 15:44:31-də Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən “Oba-24” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalı vasitəsi ilə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:47:38-də Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən “Oba-24” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə saat 14:20-də Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq malları marketində quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə saat 12:03:18-də Şəmkir şəhəri, S.Vurğun küçəsi 226da yerləşən “Anar market”də quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milliön” ödəmə terminalı vasitəsi ilə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 21:58:02-də Şəmkir rayonu Seyfəli kəndində yerləşən “Nömrə 1 market”də quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə saat 12:01:54-də Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Nömrə 1 market”də quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsi ilə 350 (üç yüz əlli) manat, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını, yəni 7350 (yeddi min üç yüz əlli) manat məbləğində pulunu aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Məleysə Mehdixanovun övladı Ramin adlı şəxsi o, 2022-ci ildən tanımışdır. Belə ki, Ramin onunla birlikdə Bakı şəhərində ev təmiri ilə məşğul olublar. Ramin təxminən 2-3 ay müddətinə onunla Bakı şəhəri Abşeron rayonu Qobu qəsəbəsində onun ailəsi ilə birlikdə qalmışdır. Raminin yaşadığı Şəmkir rayonu, Seyfəli kəndində o, mütəmadi olaraq gedib gəlir. Ramin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək tutulmuş sonra isə azadlığa çıxmışdır. 2023-cü ilin aprel ayında prokurorun protesti ilə Ramin yenidən həbs olunmuşdur. 2023-cü ilin aprel ayında Məlyesə ona zəng edərək, Raminin azadlığa çıxmasına köməklik istəmişdir. O, da Məleysəyə bildirmişdir ki, o, Bəxtiyar Həsənovla danışıb ona xəbər edəcəkdir. O, köhnə polis əməkdaşı Bəxtiyar Həsənovla danışıb Raminə köməklik etməsini bildirmişdir. Bəxtiyarda ona işin həlli üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. O, da bu barədə Məleysəyə zəng edib məlumat verdikdən sonra Məleysə onunla razılaşmışdır. O, qayınatasına məxsus Beynəlxalq banka aid plastik kartı Məleysəyə göndərmiş, o isə ona 2023-cü ilin may ayından həmin ilin avqust ayına kimi hissə-hissə 7350 manat pul göndərmişdir. Məleysənin göndərdiyi pulları o, Bəxtiyar Həsənova aparıb vermişdir. O, isə ona bu gün sabah deyərək onu aldatmağa başlamışdır. Sonra isə o, Bəxtiyar Həsənovu axtarmağa başlamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Bəxtiyar Həsənov avtoqəza nəticəsində rəhmətə gedib. O, Zərərçəkmiş şəxs 2022-ci ildən onun oğlu Raminin vasitəsi ilə tanımışdır. O, Ramini həbsdən azad edəcəyi adı ilə ümumilikdə 7350 manat pul almışdır. O, prokurorun adı ilə Zərərçəkmiş şəxs pul almamışdır. O, Meləysə Mehdixanovdan aldığı 7350 manat pulu tanışı Bəxtiyar Həsənova aparıb vermişdir. O, Bəxtiyar Həsənovu 2021-ci ildən onun icarə əsasında götürdüyü kafeni təmir edərkən tanımışdır. Bəxtiyar ona özünü köhnə polis əməkdaşı kimi təqdim etmişdir. Bəxtiyar Həsənov vəfat edib. Həmin kart onun qayınatası Şahid1 məxsus olub. Karta mədaxil olunan pullardan kartın sahibinə və həyat yoldaşına heç bir məbləğdə pul ödəməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur, lakin zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Himayəsində üç nəfər azyaşlı uşağı var. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində gösətərmişdir ki, onun övladı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirili bilinirək barəsində 14 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Apellasiya şikayətindən sonra oğlu cəzasının çəkilməmiş hissəsindən 2022-ci ilin may ayında azad olunmuşdur. Azalıqda olduqdan sonra prokurorluq protest vermişdir. 2023-cü ilin aprel ayında məhkəmə qərarı ilə tutulmuşdur. Azadlıqda olduğu müddətdə Nurlan və onun həyat yoldaşı Nərminəni tanımışdır. Həmin şəxslərlə aralarında münasibətlər yaranmağa başlamış və onlar yaşadığı ünvana gəlib getməyə başlamışlar. Oğlu 2023-cü ilin aprel ayında tutulduqdan sonra Nurlan ona bildirmişdir ki, onun tanışı var və o onun oğlu Ramin Mehdixanovu həbsdən azad olunmasına köməklik göstərəcəkdir. Nurlan ondan ilkin olaraq 3000 manat pul istəmişdir. O, da Raminin ona göndərdiyi qayınatasına məxsus üzərinə Şahid1 adı yazılmış plastik karta 3000 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra ona bu gün sabah işi həl edəcəyini bildirirərək onu aldatmağa başlamışdır. Sonra isə Ramini həbsdən azad edəcəyini bildirirək əlavə olaraq 4350 manat pulunuda alaraq ona qarşı dələduzluq etmişdir. O, Nurlan və onun həyat yoldaşı Nərminəyə zəng edərək pulunu tələb etsədə o, ona bu gün sabah deyərək onu aldatmağa başlamışdır.O, Nurlan və onun həyat yoldaşı Nərminəni oğlu Ramin Mehdixanovun azadlıqda qaldığı müddətdə tanımışdır. 2023-cü ilin may-avqust ayları ərzində 7350 manat pul göndərmişdir. Hazırda ona dəymiş zərər ödənilməsə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti yoxdur. Nurlan azadlıqda olsa onun pulunu qaytarmağa söz vermiş, o da Nurlana inanmışdır. Lakin ziyanı Nurlan ödəməsə ondan yenidən şikayətçi olacaqdır. Həmçinin bildirir ki, Nurlan ona söz vermişdir ki, azadlığa çıxıb onun oğlu Raminində azadlığa çıxmasına köməklik edəcəkdir. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildə onun qızı Nərminə Abdullayev ilə ailə həyatı qurmuşdur. Şahid2 Bakı şəhərində yaşadığı üçün o, Azərbaycan Beynəlxalq Bankına məxsus olan plastik kartı qızına vermişdir. 2023-cü ilin yay aylarında qızı Nərminə ona zəng edərək 100 manat pul lazım olduğunu bildirmişdir. O, Nərminəyə pulu səhərisi gün göndərəcəyini bildirmişdir. Səhərisi gün qızı ona zəng edərək pulu nə üçün göndərmədiyini soruşmuşdur. O, da Nərminəyə bildirmişdir ki, ona verdiyi ABB-yə məxsus plastik karta 3000 manat pul mədaxil olunmuşdur. Nərminə isə ona həmin puldan xəbəri olmadığını bildirmişdir. Təxminən 2-3 gündən sonra Nərminə ona bildirmişdir ki, 3000 manat pulu Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs hal-hazırda həbsdə olan oğlu X4 həbsdən azad edilməsi üçün həyat yoldaşı Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra baş vermiş hadisələrlə bağlı onun heç bir məlumatı olmamışdır. Lakin 2024-cü ilin aprel ayında onu izahat almaq üçün Şəmkir RPŞ-nə dəvət etdikdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs həbsdə olan oğlu X4 həbsdən azad edilməsi üçün 7350 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs göndərdiyi 7350 manat pulu o, məxaric etməmiş pulun göndərildiyi plastik kart Təqsirləndirilən şəxsada olmuşdur. Hadisə ilə bağlı onun məlumatı Şəmkir RPŞ-nə dəvət edildikdən sonra olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 500 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin cəza 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Həmçinin Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 326.2, 66.2, 68.3.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 20 gün müddətə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 06 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Aylin adlı, xx.xx.2016-cı ildə anadan olmuş Damla adlı və xx.xx.2021-ci ildə anadan olmuş Nurlana adlı üç nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəllər AR CM-nin digər maddələri ilə dəfələrlə məhkum olunması və zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan hadisəni törədən vaxtdan yəni 2023-cü ildən hal hazıradək bir zərərçəkmiş şəxsə cüzidə olsa hər hansı məbləğdə ödəniş etməməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsə CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024–cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 saata görə 190 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 190 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-40/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-40/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver