Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-41/2025 07.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində özünə məxsus olduğunu iddia etdiyi ünvan 1 ünvanında yerləşən, lakin qardaşı Zərərçəkmiş şəxs adına olan 0,06 ha torpaq sahəsində olarkən sonuncunun həmin torpaq sahəsinə Kamaz markalı yük avtomobili ilə mişar daşları gətirib tökdürməsinə iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı əlində olan dəstəyinin uzunluğu 395 mm, orta hissəsindən eni 44 mm, qalınlığı 25 mm kustar üsulu ilə hazırlanmış, təsərüfat-məişət təyintalı balta ilə qəsdən Zərərçəkmiş şəxs bir dəfə sağ çiyin nahiyəsindən vuraraq ona sağ yanağın sıyrığı, sağ çiyinüstü nahiyənin və sağ budun aşağı üçdə birinin iç səthinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan yetirildiyi vaxt sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir Bundan başqa o, qardaşı Zərərçəkmiş şəxs ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən kənarlaşdırıb Kamaz markalı yük avtomaşını ilə gətirdiyi mişar daşlarını yığışdırıb aparmayacağı təqdirdə onu həmin balta ilə öldürəcəyini bildirib, hədənin real əsaslarla icra ediləcəyini nümayiş etdirmək məqsədilə baltanın kəsici hissəsini onun həyat üçün vacib olan orqanları istiqamətində yönəltməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir, 2 övladı var. 1-ci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri mülki mübahisə səbəbilə pisləşmişdir. Belə ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində ona məxsus 0,6 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi mərhum atası Əşrəf Əliyevin yaşadığı evin həyətyanı sahəsinə yaxın ərazidə yerləşir. Həmçinin mərhum atası Əşrəf Əliyevin yaşadığı evin həyətyanı sahəsinə bitişik 0,6 hektar torpaq sahəsi yaşadıqları qəsəbə sakini X4 adına olmuşdur. Həmin vaxt o, Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində yerləşən özünə məxsus 0,6 hektar torpaq sahəsini X6 məxsus 0,6 hektar torpaq sahəsi ilə dəyişən zaman o, arvadı X2 rəsmi olaraq boşanmışdır. Həmin vaxt arvadı Səbinə Əliyeva ondan torpaq tələb etməsin deyə o, X4 adına olan 0,6 hektar torpaq sahəsini həmin qəsəbə ərazisində yerləşən özünə məxsus 0,6 hektar torpaq sahəsi ilə dəyişən zaman X5 aldığı torpaq sahəsini qardaşı Fizluli Əliyevin adına rəsmiləşdirmişdir. Lakin hazırda qardaşı Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin onun özünə məxsus olmasını iddia edərək, aralarında mübahisələri baş verir. 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində o, yaşadığı evin həyətyanı sahəsində qurumuş ağacların budaqlarını kəsən zaman sözü gedən torpaq sahəsinə bir “Kamaz” daş tökülməsini görmüşdür. Həmin vaxt o, “Kamaz” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşaraq həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edərək, daş tökməsinə öz etirazını bildirmişdir. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs onu təhqir edən zaman o, əsəbi olduğu üçün yumruğu ilə qardaşı Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs onunla bir-birinə vurub yerə yıxılmışdır. Dalaşan zaman balta onun digər əlində olmuşdur. Zərərçəkmiş şəxs öldürməklə hədələməmişdir. Daha sonra onların mübahisə etmələrini görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü Şahid1 onlara yaxınlaşaraq, onun əlində olan baltanı ondan almışdır. Şahid1 yaxınlaşaraq onunla işi olmadığını deyərək baltanı istəmiş və Şahid1 baltanı verəndən sonra qardaşı Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerdən qaçaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra hadisənin baş verdiyi əraziyə Şəmkir rayon Polis şöbəsinin polis sahə rəisi Şahid2 və polis serjantı Rauf Məmmədhəsənov gəlmişdir. Həmin vaxt o, əlində olan baltanı polis əməkdaşlarına təqdim etmişdir. 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verən vaxt yanlarında “Kamaz” markalı yük avtomobilinin sürücüsü Şahid1 olmasını, lakin başqa şəxslər olmamasını, qardaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etməsini, qardaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə ona məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən 0,6 hektar torpaq sahəsinin qarşısında baş verməsini bildirmişdir. Hazırda ona irəli sürülmüş ittihamı qəbul etmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildir. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Şikayyətinin mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan mülki mübahisə səbəbilə münasibətləri pisləşmişdir. Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində ona məxsus 0,6 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsini o, 06 iyun 2016-cı il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbə sakini X5 5000 (beş min) manata alaraq öz adına rəsmiləşdirmişdir. Lakin qardaşı Təqsirləndirilən şəxs həmin torpaq sahənin onun özünə məxsus olmasını iddia edərək, onunla mübahisə edir. 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində həmin torpaq sahəsinə bir “Kamaz” daş tökdürmüşdür. Həmin vaxt onun həmin torpaq sahəsinə daş tökdürməyini görən qardaşı Təqsirləndirilən şəxs əlinə balta alıb ona tərəf yaxınlaşaraq, əlindəki baltanın tutacaq yeri ilə bir dəfə onun çiyin nahiyəsinə vurmuşdur. Qardaşı Təqsirləndirilən şəxs yenidən əlində olan balta ilə onu vurmaq istəyən zaman o, özünü müdafiə etmək üçün həmin baltanın tutacaq yerindən tutmuşdur. Həmin vaxt hər ikisi yerə yıxılmışdır. O, yerə yıxılan zaman sağ qılçasından xəsarət almışdır. Daha sonra onların mübahisə etmələrini görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü Şahid1 onlara yaxınlaşaraq, qardaşı Təqsirləndirilən şəxs əlində olan baltanı ondan almışdır. Lakin qardaşı Təqsirləndirilən şəxs yenidən baltanı əlinə alaraq onu öldürməklə hədələyərək, ona tərəf gəlmişdir. Daha sonra o, mübahisənin qarşısını almaq məqsədilə həmin yerdən qaçaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs əlindəki baltanın tutacaq yeri ilə onun sağ çiyin nahiyəsindən vuraraq, onu öldürməklə hədələməsini, həmin vaxt yanlarında “Kamaz” markalı yük avtomobilinin sürücüsü Şahid1 olmasını, lakin başqa şəxslərin olmamasını, qardaşı Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etməsini və həmin mübahisənin Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən ona məxsus 0,6 hektar torpaq sahəsinin qarşısında baş verməsini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi özünə məxsus olan “Kamaz” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə mişar daşları və qum daşıyaraq gəlirini əldə edir. Ailəlidir 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi onun qonşularıdır. 26 fevral 2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadıqları qəsəbə ərazisində ona yaxınlaşaraq qəsəbə ərazisində yerləşən özünə məxsus olan torpaq sahəsinə “Kamaz” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daş gətirməyini xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs özündə satlıq daş olmasını bildirərək, onunla bir “Kamaz” daşı 100 (yüz) manata razılaşmışdır. 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində o, özünə məxsus olan “Kamaz” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Fizlu Əliyevin ona bildirdiyi qəsəbə ərazisində yerləşən torpaq sahəsinə daş aparmışdır. O, “Kamaz” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsində olan daşları həmin torpaq sahəsinə tökən zaman Təqsirləndirilən şəxs əlində balta ilə qardaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq, əlindəki baltanın tutacaq yeri ilə bir dəfə onun çiyin nahiyəsindən vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi yerə yıxılmışlar. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaxınlaşaraq, Təqsirləndirilən şəxs əlində olan baltanı ondan almışdır. Lakin Təqsirləndirilən şəxs yenidən baltanı onun əlindən alaraq qardaşı Zərərçəkmiş şəxs öldürməklə hədələyərək, ona tərəf qaçmışdır. Ancaq Zərərçəkmiş şəxs həmin yerdən qaçaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Şahid1 verilən sualları cavablandırarkən, 27 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında mübahisə baş verən vaxt orada başqa şəxslərin olmamasını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etməsini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus olmasını bildiyi torpaq sahəsinin qarşısında baş verməsini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Şəmkir rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 27 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək olan müddət ərzində Şəmkir rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. 27 fevral 2024-cü il tarixdə, saat 12 radələrində Şəmkir rayon Polis şöbəsində xidmətdə olan məsul növbətçi ona mobil telefon vasitəsi ilə zəng edərək, Şəmkir rayonu, Dəllər qəsəbəsində dava-dalaş hadisəsinin baş verməsini bildirmişdir. Həmin vaxt o, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov və sürücü polis nəfəri, polis serjantı Rauf Məmmədhəsənov ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsinə getmişlər. Orada Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq, qardaşı Təqsirləndirilən şəxs əlində balta ilə onun üzərinə gəlib onu hədələməsini bildirmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs əlində balta olmasını görmüşlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı üçün ondan əlində olan baltanı istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona heç bir etiraz etmədən əlindəki baltanı ona təhvil vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsin 28 fevral 2024-cü il tarixli, 179 nömrəli ekspert rəyindən görünür ki, sağ yanağın sıyrığı, sağ çiyinüstü nahiyənin və sağ budun aşağı üçdə birinin iç səthinin şişkinlik, qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişdir, törənmə müddəti 27 fevral 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ çiyinüstü nahiyənin və sağ budun aşağı üçdə birinin iç səthinin şişkinlik, qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 18 mart 2024-cü il tarixli, 16/313 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 01 (bir) ədəd balta dəstəyinin uzunluğu 395 mm, orta hissəsindən eni 44 mm, qalınlığı 25 mm kustar üsulu ilə hazırlanmış, təsərüfat-məişət təyintalı alətdir və soyuq silah hesab edilmir (Ekspertiza tədqiqatının dəyəri 31,50 manat). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən doldurulmuş 21 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, 01 mart 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən ünvan 1 ünvanında Zərərçəkmiş şəxs xəsarət yetirildiyi yerə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Dəllər qəsəbə İƏD-i üzrə nümayəndəsinin 05 iyul 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması, həmçinin, Zərərçəkmiş şəxs ilə mübahisə edərək mübahisə zamanı kustar üsulla hazırlanmış təsərüfat-məişət təyinatlı balta ilə Zərərçəkmiş şəxs öldürəcəyini bildirib, hədənin real əsaslarla icra ediləcəyini nümayiş etdirmək məqsədilə baltanın kəsici hissəsini onun həyat üçün vacib olan orqanları istiqamətində yönəltməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırda təqsirləndirilən şəxsin verdiyi ifadə onun özünü müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 27 fevral 2024–cü il tarixdə saat 11 radələrində özünə məxsus olduğunu iddia etdiyi ünvan 1 ünvanında yerləşən, lakin qardaşı Zərərçəkmiş şəxs adına olan 0,06 ha torpaq sahəsində şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı əlində olan dəstəyinin uzunluğu 395 mm, orta hissəsindən eni 44 mm, qalınlığı 25 mm kustar üsulu ilə hazırlanmış, təsərüfat-məişət təyintalı balta ilə qəsdən Zərərçəkmiş şəxs bir dəfə sağ çiyin nahiyəsindən vuraraq ona sağ yanağın sıyrığı, sağ çiyinüstü nahiyənin və sağ budun aşağı üçdə birinin iç səthinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan yetirildiyi vaxt sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş. Bundan başqa o, qardaşı Zərərçəkmiş şəxs ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən kənarlaşdırıb Kamaz markalı yük avtomaşını ilə gətirdiyi mişar daşlarını yığışdırıb aparmayacağı təqdirdə onu həmin balta ilə öldürəcəyini bildirib, hədənin real əsaslarla icra ediləcəyini nümayiş etdirmək məqsədilə baltanın kəsici hissəsini onun həyat üçün vacib olan orqanları istiqamətində yönəltməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134–cü maddələrində müəyyən olunmuş hədlərdə, hər bir cinayətə görə ayrılıqda cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaları qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə, həmin Məcəllənin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli də böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halın olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə, hər bir cinayətə görə islah işləri növündə cəza təyin olunmasını, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs na məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 31,50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31,50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz iki manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 12 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 72 (yetmiş iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-41/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-41/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver