Məhkəmə qərarları › İş №1(076)-42/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-42/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-42/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Təqsirləndirilən şəxs və müdafiəçi X14 iştirakı ilə, xx.xx.1994-cü ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 26 sentyabr 2022-ci il tarixdə saat 16:30-da Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş, 01 ədəd rezin qayıqdan, 02 ədəd avardan, 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş, 27 sentyabr 2022-ci il tarixdə saat 10:30-dək 2 ədəd hər biri 33 manat olmaqla 66 manat dəyərində sıf və 30 ədəd hər biri 33 manat olmaqla 990 manat dəyərində şamayı balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10:30-da sahilə çıxarkən X27 İdarəsinin Şəmkir xətt polis məntəqəsinin, X7 və X1 Bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 2 ədəd sıf və 30 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə saat 16:30-da balıq tutmaq məqsədi ilə Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş və ona məxsus 1 ədəd rezin qayıqdan, 2 ədəd avardan, 1 ədəd rezin kombinezondan istifadə edərək suya girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan 1 ədəd toru suda qurub yaşadığı evinə qayıtmışdır. 27 sentyabr 2022-ci il tarixdə, saat 07:00-da yenidən Şəmkir rayonu, Keçili kəndi istiqamətinə Şəmkir su anbarının sahilinə gəlib, 1 ədəd rezin qayıq, 2 ədəd avar və 1 ədəd rezin kombinezondan istifrdə edərək suya girib qurduğu toru yığarkən görmüşdür ki, çoxlu sayda şamayı və sıf balıqları tutmuşdur. Həmin tarixdə saat 10:3 0-dək torları tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 10:30-da sahilə çıxarkən Su Nəqliyy"tında Polis İdarəsinin və ekologiya əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis və ekologiya əməkdaşlarına bildirmişdir ki, Şəmkir rayonu, Keçili kəndi istiqamətinə Şəmkir su anbarında torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Şəmkir rayonu, Keçili kəndi istiqamətinə Şəmkir su anbarına girmək üçün istifadə etdiyi 01 ədəd rezin qayığa, 02 ədəd avara, 01 ədəd rezin kombinezona, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tora və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu balıqlara baxış keçirilmiş və baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Həmin vaxt məlum olmuşdur ki, tutduğu sıf balıqlarının sayı 2, şamayı balıqlarının sayı isə 30 ədəddir. Sonra tərtib edilmiş protokol o və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Ona məxsus 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 2 ədəd sıf və 30 ədəd şamayı balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Şəmkir rayonu, Keçili kəndi istiqamətinə Şəmkir su anbarından jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmanın qadağan edildiyini bilməmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri, himayəsində azyaşlı uşaqlarının olmasını, vurduğu maddi ziyanı tam olaraq ödəməsini və əməlindən səmimi peşiman olmasını, heç bir yerdə işləməməsini nəzərə alınıb, ona ictimai işlər cəzasının təyin edilməsini xahiş etdi. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək bildirdi ki, 27 sentyabr 2022ci il tarixdə ondan götürülmüş 01 ədəd qayıq, 02 ədəd avar, 1 ədəd rezin kombinezon, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor istifadəyə yararsızdır. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 iddia tələbinin dəlillərinə uyğun ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 26 sentyabr 2022-ci il tarixdə saat 16:30-da Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş, 01 ədəd rezin qayıqdan, 02 ədəd avardan, 01 ədəd rezin kombinezondan istifadə edərək suya girib uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş, 27 sentyabr 2022-ci il tarixdə saat 10:30-dək 2 ədəd hər biri 33 manat olmaqla 66 manat dəyərində sıf və 30 ədəd hər biri 33 manat olmaqla 990 manat dəyərində şamayı balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10:30-da sahilə çıxarkən X27 İdarəsinin Şəmkir xətt polis məntəqəsinin, X7 və X1 Bölməsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 2 ədəd sıf və 30 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Yaşar Mustafayev məhkəməyə məktub ünvanlayaraq, qanunsuz balıq ovu ilə bağlı Təqsirləndirilən şəxs hesablanmış 1056 manat məbləğində balıq ehtiyatlarına vurulmuş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X12 X13 X8 baş məsləhətçisi X21 ifadəsində göstərdi ki, 27 sentyabr 2022-ci il tarixdə X27 İdarəsinin Şəmkir xətt polis məntəqəsinin və X7 və X1 Bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 10:30-da Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 2 ədəd sıf və 30 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ədəd sıf və 30 ədəd şamayı balıqlarını 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan 1 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 İdarəsinin X7 və X1 Bölməsinin inspektoru X10 ifadəsində göstərdi ki, 2018-ci il tarixdən DİO-da Su NPİ-nin BQM və BEMB-nin inspektoru vəzifəsində çalışır. 27 sentyabr 2022-ci il tarixdə Şəmkir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 10:30-da Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 2 ədəd sıf və 30 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ədəd sıf və 30 ədəd şamayı balıqlarını 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki. Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarında jılka adlandırılan sintetik sapdan toxunmuş torla balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X27 İdarəsinin Şəmkir xətt polis məntəqəsinin polis nəfərləri X18 və X25 ifadələrində şahid Murad Əsədzadənin göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, 27 sentyabr 2022-ci il tarixdə X27 idarəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuşdur ki, saat 10:30-da Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan şəxsiyyəti sonradan ona məlum olan xx.xx.1994-cü il təvəllüdlü, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs polis və ekologiya əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd kombinezon, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd tor, 2 ədəd sıf və 30 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmiş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ədəd sıf və 30 ədəd şamayı balıqlarını 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd kombinezon və jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm. olan 1 ədəd torun vasitəsi ilə Şəmkir rayonu, Keçili kəndi istiqamətində Şəmkir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X27 İdarəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X23, şahid Kənan Əliyevin göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli, 21/612 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə kimi Şəmkir rayonu, Düzqışıaq kəndində yaşayan Təqsirləndirilən şəxs Şəmkir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İs üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 30 ədəd hər biri 33 manat olmaqla 990 manat dəyərində şamayı və 2 ədəd hər biri 33 manat olmaqla 66 manat dəyərində sıf balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1056 manat məbləğində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş “Kapital Bank"ın ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 900 manat pul ödəməklə balıq ehtiyatlarına vurduğu 1056 manat məbləğində ziyanı qismən ödəmişdir. Belə olan halda, cinayət işi üzrə mülki iddianın qalıq məbləğinin 156 manat olması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Yaşar Mustafayev məhkəməyə məktub ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14-41/2-095/2023 saylı məktubundan görünür ki, qanunsuz balıq ovu ilə bağlı Təqsirləndirilən şəxs hesablanmış 1056 manat məbləğində balıq ehtiyatlarına vurulmuş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-279/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.2-ci maddəsinə əsasən 11 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X19, xx.xx.2019-cu il təvəllüdlü X16 adlı 3 nəfər azyaşlı uşaqları var. İşdə olan Şəmkir RİHB Düzqışlaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı və 3 nəfər uşaqları ilə birlikdə Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayır. İşdə olan Şəmkir RİHB Düzqışlaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olmasını və onun tərəfindən vurulmuş maddi ziyanı tam olaraq dövlət büdcəsinə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, ailəsinin yeganə qazanc gətirən şəxsi olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan ictimai işləri cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ictimai işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün Azərbaycan Respublikası DİN-nin X27 İdarəsinin X7 və X1 Bölməsinin inspektoru, polis baş leytinantı X5 təhvil verilmiş, 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş, qiyməti olmamaqla istifadəyə yarasız 01 ədəd qayıq, 02 ədəd avar, 1 ədəd rezin kombinezon, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin ibtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X3 təhvil verilmiş və təhvil verilərkən 2.85 (iki manat səksən beş qəpik) manat dəyərində qiymətləndirilmiş 2 ədəd sıf və 30 ədəd şamayı balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilməlidir. Həmçinin mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu 1056 manat məbləğində ziyanın 900 manat hissəsini ibtidai istintaq dövründə, 156 manat hissəsini isə məhkəmə istintaqı dövründə tam ödəməsi, ona qarşı şikayət və tələbin olmaması nəzərə alınmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanla bağlı” iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili X26 tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X20 ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün Azərbaycan Respublikası DİN-nin X27 İdarəsinin X7 və X1 Bölməsinin inspektoru, polis baş leytinantı X5 təhvil verilmiş, 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qayıq, 02 ədəd avar, 1 ədəd rezin kombinezon, uzunluğu 90 metr, eni 3 metr, gözlərinin ölçüsü 42x42 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İbtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X3 təhvil verilmiş və təhvil verilərkən 2.85 (iki manat səksən beş qəpik) manat dəyərində qiymətləndirilmiş 2 ədəd sıf və 30 ədəd şamayı balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X20 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar