Məhkəmə qərarları › İş №1(076)-42/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-42/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-42/2024 06.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir rayon 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyasının, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(076)-160/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayon, A.Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma, həmçinin talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə (qaçırma) cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 (bir) ədəd kibrit qutusunda “Şəxsin cinayət məsuliyyətinə” cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarında görə siyahılarının təsdiq edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunları ilə təsdiq olunmuş İ siyahılarında müəyyən edilən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 02 avqust 2023-cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən, “Səbət” Bazarında saxlanılaraq Şəmkir rayon polis şöbəsini inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ ön cibindən 1 (bir) ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,635 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 15 avqust 2023-cü il tarixdə saat 02 radələrində ADN№397604 seriya və nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi ilə X9 adına olan və ƏN- Vİİİ № 804038 nömrəli, xx.xx.2023-cü il tarixdli etibarnamə əsasında faktiki olaraq X14 məxsus, 1987-ci buraxışlı, VAZ-2106 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəmkir rayonu, Seyfəli kəndində zərərçəkmiş Zərərçəkmiş şəxsnm yaşadığı evin qarşısında dayanmış vəziyyətdə olmasından istifadə edib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qaçırmış və Şəmkir rayonu Yuxarı Seyfəli kəndində nəzarətsiz ərazidə saxlayaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə cinayət əməlləri cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, şəxsi axtarış aparılması və götürmə apanlması barədə protokol, ifadənin yerində yoxlanması protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və video görüntü, hadisə yerinə baxış protokolu və həmin protokola əlavə olunmuş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-42/2024 saylı qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməsi və onun CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi, iş üzrə maddi sübut kimi tanınmış VAZ-21063 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. O, psixi xəstəliklər keçirməmiş, özünü psixi cəhətdən sağlam hesab edir, rəsmi olaraq heç bir yerdə işləmir. Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən “Səbət” bazarında fəhləlik edir. 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkum olunmuş və cəzası xx.xx.2022-ci il tarixdə başa çatdığından qeydiyyatından çıxmışdır. O, “Nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndinin yaxınlığında su kanalının ətrafında yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarından yığaraq yaşadığı evə gətirmişdir. Həmin yarpaqları qurudaraq bir ədəd kibrit qutusuna yığmış və öz istifadəsi üçün üzərində saxlamışdır. 02 avqust 2023-cü tarixdə saat 13 radələrində işlədiyi “Səbət” bazarında olan zaman polis əməkdaşları yaxınlaşaraq onu Şəmkir rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Ona narkotik vasitələrdən istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Polis şöbəsində ona müdafiəçi tutmaq hüquqları izah olunmuş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Dövlət hesabına dəvət olunmuş Müdafiəçi ona təqdim olunduqda müdafiəçiyə heç bir etiraz etməmişdir. Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. O da əynində olan tünd göy rəngli şalvarın sağ cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusu polis əməkdaşları tərəfindən açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilərkən 10,01 qram olmuş, üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kağız paketə qoyularaq götürülmüş, polis əməkdaşı onun üzərinə şəxsi axtarışı davam etdirmiş, ancaq üzərindən əlavə olaraq psixotrop maddə, narkotik vasitə və qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Üzərində olan və təqdim etdiyi “Redmi” markalı mobil telefon da götürülmüşdür. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o, protokola imza çəkmişdir. Bundan başqa o, Şahid1 tanıyır, onun həmkəndlisi və qonşusudur. Səlimin oğlu Eminlə arasında narazılıq olmuşdur. Təxminən 2022-ci tarixdə nişanlısı olan hazırkı həyat yoldaşı Nargilə küçə ilə piyada gedəndə Emin ona əxlaqsız təkliflər edərək hədələmişdir. O, da həmin dövrdə Bakı şəhərində olmuş, Şəmkir rayonuna qayıtdıqda Nargilə baş verənləri ona danışmış, o da arvadı Nargiləyə əxlaqsız təkliflər etdiyi üçün Emin və atası Səlimlə mübahisə etmişdir. Həmin vaxtı onları vurmuş və Hyundai markalı avtomobillərinin qapısını əzmişdir. Aralarında narazılıq qalmış Emin və atası Səlimə qarşı içində nifrət hissi qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində evdən çıxaraq Emini çağırıb söhbət etmək istəmiş, Emin yaşadığı evin qarşısına çatdıqda küçədə Emin anasına məxsus VAZ 2106 markalı, **-FH-*** markalın dövlət qeydiyyat nişanlı avtomobili gördükdə Eminin ailəsinə məxsus həmin avtomobili sürərək qaçırıb, çöllük bir yerə ataraq onlara belə ziyan vurmaq istəmişdir. O, avtomobilə yaxınlaşdıqda avtomobilin qapısı açıq vəziyyətdə olmuş açarı da üzərində olmuşdur. Sürücü tərəfdən qapını açaraq avtomobilin salonunda oturmuş, avtomobili işə salmış və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi istiqamətində avtomobili idarə etməyə başlamışdır. Avtomobili idarə edərək Yuxarı Seyfəli kəndində çayın kənarında yerləşən əkin sahəsinə gətirmiş, avtomobili irəli geri verən zaman arxa hissəsi boşluğa düşmüş və artıq idarə etmək mümkün olmadığı üçün avtomobildən düşərək avtomobili orada qoyaraq oradan getmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, “Qala” restoranının yaxınlığında yol kənarında durarkən Şəmkir RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və ondan VAZ 2106 markalı, **-FH-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili qaçırıbqaçırmadığını soruşmuşlar. Səmimi etiraf edərək həmin avtomobili qaçıraraq əkin sahəsinin kənarında qoyduğunu, hal hazırda yerini göstərə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə avtomobili qoyduğu yerə getmiş və avtomobili təqdim etmişdir. Onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində kanalın kənarında yabanı halda bitmiş çətənə bitkilərindən yığmış, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur, həmin narkotik vasitəni cibində şəxsi istifadəsi üçün saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heçbir təziq və zor tədbiq olunmamışdır. Şahid1 və onun oğlu Eminlə arasında mübahisə olmuş, mübahisə sonra Emin və atasına qarşı kin yaranmış buna görədə Zərərçəkmiş şəxs məxsus VAZ 21063 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili onlara narahatçılıq yaratmaq üçün qaçırmışdır. Avtomobili qaçırmaqda başqa məqsədi olmamışdır. Avtomobili qaçıran zaman tək olmuş və avtomobili qaçırdığını heç kim görməmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı tam ödəməsini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon sakini X11 tanımır və onunla münasibəti, ədavəti, yaxud düşmənçiliyi yoxdur. 02 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə Şəmkir rayon sakini X15 narkotik vasitələrin qəbulu ilə məşğul olması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən şöbə rəhbərliyinə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun rəhbərliyi altında Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, şöbənin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 və şöbənin PPXB-nün polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün o və əməliyyat qrupunun üzvləri Nicat Şəfiyevi müəyyən etmək məqsədi ilə Şəmkir RPŞ-nin balansında olan “Hyunday Tucsori' markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri ərazisinə çıxmışlar. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində X19 rayonu, Çinarlı qəsəbəsində olarkən avtomobili kənarda saxlamışlar, avtomobildən düşərək Nicat Şəfiyevə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. O, Şəmkir rayon sakini X2, lakin üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Həmin vaxt onlar Nicat Şəfiyevin narkotik vasitələrin qanunsuz saxlamasında şübhəli olduğunu bildirərək barəsində olan məlumatların yoxlanılması və şəxsiyyətlərini dəqiqləşdirilməsi məqsədi ilə X17 RPŞ-nə dəvət etmişlər. Sonra onlar xidməti avtomobilə oturaraq birlikdə Şəmkir RPŞnə gəlmişlər. Şəmkir RPŞ-nə gəldikdən sonra Müdafiəçi və onların iştirakı ilə baş təhqiqatçı Taleh Gözəlov tərəfindən Nicat Şəfiyevin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Nicat Şəfiyevin narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Nicat Şəfiyevin əynində olan tünd rəngli şalvarın sağ yan cibində saxladığı kibrit qutusunda narkotik vasitə olan 10,01 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Təqdim edilən kütlələr elektrik tərəzidə çəkilmiş, kütlələr kağız zərfə qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və ekspert tədqiqatına göndərilmiş, müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtanş zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. 230800167 nömrəli cinayət işi üzrə 02 avqust 2023-cü il tarixdə saat 13:35-də X15 Şəmkir RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli axtarış aparılması barədə protokoldan görünür ki, 02 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Taleh Gözəlov tərəfindən şəxsi axtarış zamanı Nicat Fəxriyeviçin əynində olan tünd rəngli şalvarın sağ yan cibindən 10.01 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, foto və video çəkiliş edilməklə bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi axtarış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli, narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün 01 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 03 avqust 2023-cü il tarixli 16/774 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “X8 üzərində aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,635 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi 03 avqust 2023-cü il tarixdə istintaq apanlması üçün aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş və həmin tarixdə Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən icraata qəbul edilməklə istintaq aparılmışdır. 04 avqust 2023-cü il tarixdə X15 Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Şəmkir rayon prokurorluğuna verilmiş vəsatət təmin edilmədiyindən həmin tarixdə Nicat Şəfiyevin barəsində sabiq müstəntiq Elton Məmmədov tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Şəmkir RPŞ-nin Müvəqqəti saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. 230800179 nömrəli cinayət işi 17 avqust 2023-cü il tarixdə Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiq, mayoru Elton Məmmədov tərəfindən X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanmışdır. İstintaq zamanı X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilsinə dair Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədovun icraatında istintaq edilən ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci madələrinə tövsif edilməklə işin ********* nömrəsi saxlanılmaqla istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməsi zərurəti olduğundan ona 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 18 avqust 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədova tərəfindən təqsirləndirilən şəxs X8 barəsində 02 (iki) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. 29 avqust 2023-cü il tarixdə Şəmkir rayon məhkəməsinin hakimi Həvayət Məhəmmədlinin qərarı ilə təqsirləndirilən şəxs X15 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti həbs qətimkan tədbirinin 02 (iki) ay 16 (on altı) gün müddətinə olan müddəti ilə məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən xidməti iş yerinin dəyişməsi ilə əlaqədar cinayət işinin digər müstəntiqə havələ edilməsini xahiş etmiş, cinayət işi həmin tarixdə Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Seymur Musayevə həvalə olunmuşdur. 16 oktyabr 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs X8 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Nicat Şəfiyevin istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana Şəmkir rayonu, Aşağı Seyfəli kəndində su kanalının yanında yabanı halda bitmiş çətənə bitkilərini yığdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 16 oktyabr 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 18 oktyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X15 narkotik vasitəni haradan əldə etməsi, satışı ilə məşğul olması, hər hansı bir şəxsə narkotik vasitə satması və ya verməsi müəyyən edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(076)-160/2021 saylı hökmündən görünür ki, X15 barəsində Azərbaycan CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə X8 barəsində Azərbaycan CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2002-ci təvəllüdlü Rusiya Federasiyasında anadan olmuş, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan X13 Şəmkir Rayon Məhkəməsinin 1(076)- 160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.21, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına xx.xx.2021ci il tarixdə daxil olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 7(076)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən 01 il azaldılmışdır. Məhkum N.Şəfiyevin cəzası xx.xx.2022-ci il tarixdə başa çatdığından şöbəsinin qeydiyyatından çıxarılmışdır. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 345 saylı məktubdan görünür ki, X15 Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İşdə olan Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X15 müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs X6 barəsində təyin olunmuş məhkəmənarkoloji ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 1770 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, X15 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AZ-İV 895352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 himayəsində xx.xx.2023-cü il təvəllüdlü Taleh adlı uşağı vardır. İşdə olan Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. X3 dializ xəstəsidir. X1q edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X8 himayəsində 1 nəfər azyaşlı uşağının olmasını olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. X8 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əvvəllər qəsdlə olan cinayət törətməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2023-cü il tarixdə X8 barəsində 02 (iki) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmiş, 29 avqust 2023-cü il tarixdə X15 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ümumilikdə şübhəli şəxs qismində tutulduğu, “həbs” və “ev dustaqlığında 03 (üç) ay 03 (üç) gün saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şübhəli şəxs qismində tutulduğu, “həbs” və “ev dustaqlığında olduğu müddət çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli, cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı 06 mart 2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 1770 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,615 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 90 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 18 avqust 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək bu iş üzrə “həbs” və “ev dustaqlığında olduğu ümumilikdə 03 (üç) ay 03 (üç) günün bir günü bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,615 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar