Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-43/2024 02.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının mpüdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxxxx 1989–cu ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə xx xxxxx 1994–cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2023– cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 13 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 09 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 iyun 2023–cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd iç–içə olan kağız bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1–ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:20 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində Şəmkir şəhəri, A.Hüseyn küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,447 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 06 iyun 2023–cü il tarixdə məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1–ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla üzərində daşımış, Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 07 iyun 2023–cü il tarixdə saat 13:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Şəmkir şəhəri, S.Vurğun küçəsinin ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 2 (iki) ədəd iç–içə olan şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,513 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 iyun 2023–cü il tarixdə onun üzərində heç bir narkotik vasitə olmamış, yalnız 1 gün əvvəl, yəni 05 iyun 2023–cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə psixotrop maddə olan metamfetamindən istifadə etmişlər. 06 iyun 2023–cü il tarixdə isə Şəmkir RPŞ–nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən ona qarşı zor tətbiq edilmiş, üzərindən aşkar edilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və fiziki güc tətbiq edilməsi səbəbindən məcbur olub üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının sonunda isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 iyun 2023–cü il tarixdə bərk ağrıları olduğu üçün narkotik vasitə olan “Kakos” kimi tanıdığı heroin alıb istifadə etmək istəmiş, Elxana məxsus 051–979–92–92 və ya 051–331–48–21 saylı mobil nömrəyə özünə məxsus 051–532–14–67 saylı mobil nömrədən zəng edərək narkotikə ehtiyacı olduğunu demişdir. Həmin gün Elxanla görüşmüş və birlikdə sosial şəbəkədə tanımadıqları şəxsə narkotik vasitə almaq isətdiklərini bildirmişlər. Bundan sonra Şəmkir şəhərində yerləşən “Bazarstore” marketdə ödəniş terminalı ilə həmin şəxsin dediyi hesaba hərəsi 20 manat pul yükləmiş və həmin şəxs onlara Şəmkir rayonu, Əliyaqublu kəndinin giriş hissəsində, körpünün yanında olan daşın altından narkotik vasitəni götürə biləcəklərini demişdir. Bundan sonra Elxanla birlikdə deyilən yerə getmiş və narkotik vasitəni götürmüşlər. Daha sonra Elxanla sağollaşıb həmin yerdən uzaqlaşmışdır. 06 iyun 2023–cü il tarixdə saat 13:20 radələrində Şəmkir şəhəri, A.Hüseyn küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. Ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi Müdafiəçi1 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmiş, bundan sonra müdafiəçisi Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməsi təklif edilmiş, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd bükümdə olan narkotik vasitə “Kakos” kimi tanıdığı heroini könüllü olaraq çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açılaraq içərisinə baxış keçirilmiş, həmin bükümün elektron tərəzi vasitəsilə çəkildikdə 1,27 qram çəkisi olduğu müəyyən edilmiş, daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və s varsa təqdim etməsi təklif edilmiş, lakin üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş, o da həmin protokolu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar edilmiş həmin narkotik vasitəni şəxsi istifadəsi üçün satın almışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Bundan başqa Təqsirləndirilən şəxs2 sualları cavablandırarkən qeyd etmişdir ki, ibtidai araşdırma zamanı məsuliyyətdən yaxa qurtarmaq üçün üzərindən aşkar olunan narkotik vasitə hesab olunan heroini 20 manat pulun müqabilində tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 2–3 ildir ki, psixotrop maddə olan metafetamindən istifadə edir. 07 iyun 2023–cü il tarixdə saat 12:00 radələrində evdə olduğu zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlmiş və onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gedib izahat verməli olduğunu bildirmişlər. Şəmkir rayon polis şöbəsinin inzibati binasında Cinayət Axtarış Bölməsinin rəisi Vüqar adlı şəxsin otağında, cibinə kokos kimi tanıdığı heroin qoyulmuş, daha sonra ondan Allahyara narkotik vasitə satmasını boynuna almağını tələb olunmuşdur. O, etiraz etdikdə Vüqar, Elvin və Nicat adlı polis əməkdaşları onu düymüş və daha sonra işgəncə verməklə hədələmişlər. O, həmin vaxt məcbur olub Allahyara 20 manata narkotik vasitə heroin satmağı, həmdə üzərinə qoyulmuş narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinə münasibətdə təqsirli bilərək ifadəsində göstərdi ki, 06 iyun 2023–cü il tarixdə tanışı Allahyar ona zəng edərək narkotikə ehtiyacı olduğunu demişdir. Həmin gün Allahyarla görüşmüş və birlikdə sosial şəbəkədə tanımadıqları şəxsə narkotik vasitə almaq isətdiklərini bildirmişlər. Bundan sonra Şəmkir şəhərində yerləşən “Bazarstore” marketdə ödəniş terminalı ilə həmin şəxsin dediyi hesaba hərəsi 20 manat pul yükləmiş və həmin şəxs onlara Şəmkir rayonu, Əliyaqublu kəndinin giriş hissəsində, körpünün yanında olan daşın altından narkotik vasitəni götürə biləcəklərini demişdir. Bundan sonra Allahyarla birlikdə deyilən yerə getmiş və narkotik vasitəni götürmüşlər. Daha sonra Allahyarla sağollaşıb yaşadığı evə getmişdir. 07 iyun 2023–cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları onlara gəlmiş və ona qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Şəmkir Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polislərlə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. Ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi Müdafiəçi2 iştirakı ilə təkrarən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçisi Müdafiəçi2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməsi təklif edilmiş, həmin vaxt səmimi etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə “Kakos” kimi tanıdığı heroini könüllü olaraq çıxarıb təqdim etmiş, həmin sellofan büküm elektron tərəzi vasitəsilə çəkildikdə 0,64 qram çəkisi olduğu müəyyən edilmişdir. Daha sonra ona başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və s varsa təqdim etməsi təklif edilmiş, lakin o, üzərində başqa qanunsuz əşya olmadığını bildirmiş, ondan həmin narkotik vasitəni haradan aldığı soruşulduqda həmin narkotik vasitəni Şəmkir rayonu, Əliyqaublu kəndinin yaxınlığında körpünün yaxınlığından tapdığını bildirmişdir. Ondan başqa hər hansı yerdə saxladığı narkotik vasitə ya digər qanunsuz əşya olub–olmadığı soruşulduqda isə başqa hər hansı yerdə qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Bununla bağlı protokol tərtib edildikdə həmin protokolu imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, kiməsə satmaq niyyəti olmamışdır. Həmçinin, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinə münasibətdə təqsirli hesab etmir. Belə ki, Allahyara narkotik vasitəni o, satmamış, onlar birlikdə şəxsi istifadələri üçün sosial şəbəkə üzərindən narkotik vasitə almışlar. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin tərkibi yoxdur. Bununla belə hazırda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsinə görə peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Xəqani oğlu ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəmkir şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidməti işi ilə əlaqədar olaraq tanımışdır. 06 iyun 2023–cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitə əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edilmiş, Şəmkir RPŞ–nin rəisi tərəfindən əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat–axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə rayon polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupu ondan, Şəmkir RPŞ–nin CAB–nin rəisi, polis mayoru Şahid2 və Şəmkir RPŞ–nin NMQ–nin baş əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə təşkil olunmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı küçədə saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, Şəmkir RPŞ–nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Əli Eminli tərəfindən çağırılmış vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağıza bükülmüş 1.27 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 şifahi sorğu sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2023–cü il tarixdə saat 12 radələrində Şəmkir şəhər Səməd Vurğun küçəsində Şəmkir şəhər sakini Elxan adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində, yəni 07 iyun 2023–cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olan Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş, Şəmkir RPŞ–nin inzibati binasında istintaq bölməsinin müstəntiqi, polis kapitanı Nadim Tağıyev tərəfindən çağırılmış vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibindən şəffaf sellofan bükümdə 0.64 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 şifahi sorğu–sual zamanı həmin narkotik vasitəni xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində körpünün yaxınlığından tapdığını qeyd etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin əməkdaşları Şahid2, Şahid4 və Şahid5 da Şahid1 Xəqani oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əvvəllər Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə xidmətini Gədəbəy RPŞ–də davam etdirir. Şəmkir şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidməti işi ilə əlaqədar olaraq tanımışdır. 06 iyun 2023–cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitə əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkili Şahid1 Xəqani oğlu tərəfindən Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edilmiş, Şəmkir RPŞ–nin rəisi tərəfindən əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat–axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə rayon polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı küçədə saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, Şəmkir RPŞ–nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Əli Eminli tərəfindən çağırılmış vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağıza bükülmüş 1.27 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 şifahi sorğu sual zamanı narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2023–cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 öz tanışından almasını və ona verməsini bildirmişdir. Bundan sonra davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində, yəni 07 iyun 2023–cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olan Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş, Şəmkir RPŞ–nin inzibati binasında istintaq bölməsinin müstəntiqi, polis kapitanı Nadim Tağıyev tərəfindən çağırılmış vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibindən şəffaf sellofan bükümdə 0.64 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 şifahi sorğu–sual zamanı həmin narkotik vasitəni Allahyara verərkən özünə pul götürmədiyini, yalnız narkotik vasitənin alınmasında vasitəçilik etdiyini və Allahyarın verdiyi pulu narkotik vasitəni aldığı şəxsə göndərməsini bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid6 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onunla heç bir ədavəti və düşmənçilyi yoxdur. Təqsirləndirilən şəxs1lə şəxsi tanışlıq münasibətləri olmamışdır. O, təxminən bir neçə ay əvvələ kimi psixotrop maddə olan patı kimi tanıdığı metamfetamindən istifadə etmiş, lakin sonradan ailə üzvlərinin köməyi və özünün də istəyi ilə narkotik maddələrə qarşı reabilitasiya mərkəzində iki ay müalicə almış və narkotik vasitələrdən istifadə etmir. 050–822–74–97 saylı sim nömrə ona məxsus olmuş, lakin iki aydır həmin mobil nömrəni istifadə etmir. Təqsirləndirilən şəxs1 şəxsən tanımamaqla, sonuncunu üzbəüz görməmişdir. Lakin 10 may 2023–cü il tarixdə saat 23 radələrində ağrıları olduğu üçün patı axtarmış, həmin gün Şəmkir şəhərində yaşayan xalası oğlu Şahid7 ona patı tapmasını xahiş etmiş, Əli isə Elxanla əlaqə saxlaması üçün Elxanın mobil nömrəsini vermiş, özü Elxana zəng edib, Əlinin xalası oğlu olduğunu bildirərək bir çəkimlik patı istəmiş, Elxan isə bir çəkimlik patını 20 manata satmağa razılaşmış, şifrəsini söylədiyi Elxanın adına olan kart hesabına 20 manat pul göndərməsini istəmişdir. O, pulu göndərdikdən sonra Elxan ona patını Şəmkir şəhəri Səməd Vurğun küçəsində şam ağacının dibində gizlətdiyini və patını həmin yerdən götürməsini bildirmişdir. O, Elxanla təkrar əlaqə saxlamaqla patının yerini dəqiqləşdirib həmin yerdən götürərək falqada yandırmaqla qəbul etmişdir. O, Elxana pulun ödənilməsi barədə qəbzi özündə saxlamamış, qəbzi Elxana da göndərməmiş, sadəcə Elxan pulun kartına yükləndiyini bilib, daha sonra ona psixotrop maddə vermişdir. Elxan kartının nömrəsini də şifahi söyləmiş, kartın şəkli, nə də qəbz onda qalmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid7 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlığından tanıyır. Onunla heç bir ədavəti və düşmənçilyi yoxdur. Təqsirləndirilən şəxs1lə aralarında normal qonşuluq və tanışlıq münasibətləri olmuşdur. Təxminən dörd ay əvvələ kimi psixotrop maddə olan patı kimi tanıdığı metamfetamindən istifadə etmiş, lakin sonradan ailə üzvlərinin köməyi və özünün də istəyi ilə reabilitasiya mərkəzində müalicə alaraq bu vərdişlərdən əl çəkmişdir. Onun istifadəsində 050–464–22–81 saylı sim nömrə olmuşdur. Təxminən 4 ay əvvəllə qədər həmin mobil nömrəni istifadə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi kimi tanımışdır. Elxandan bir neçə dəfə narkotik vasitə olan mariuxana və kokos kimi tanıdığım heroin alıb istifadə etmişdir. Belə ki, Elxan özü narkotik vasitə almaq üçün əlaqələri olduğunu bildirmiş, ancaq Elxanın narkotik vasitəni kimdənsə alıb ona verməsi, yaxud özü sırf narkotik satıcısı olmasını dəqiq bilməmişdir. Bundan sonra Elxana nağd pul verməklə əlbə–əl narkotik vasitə və psixotrop maddə almışdır. Elxandan narkotik aldığı tarixləri və vaxtları dəqiq xatırlamır, ondan bir çəkimlik heroini 20 manata, marixuananın isə 6–7 çəkimliyini 100 manata almışdır. 2023–cü ilin may ayında xalası oğlu Şahid6 ilə birlikdə olan zaman Samir ondan Elxanın mobil nömrəsini tapmasını xahiş etmiş, Elxanın mobil nömrəsini xalası oğlu Şahid6 vermiş, Samir Elxanla mobil telefon vasitəsi ilə danışaraq bir çəkimlik 20 manat dəyərində patı almışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlığından tanıyır, onunla aralarında normal qonşuluq və tanışlıq münasibətləri olmuşdur. Təxminən dörd ay əvvələ kimi psixotrop maddə olan patı kimi tanıdığı metamfetamindən və nəşə kimi tanıdığı marixuanadan istifadə etmiş, lakin sonradan narkotik vasitə istifadə etməyin zərərli olduğunu başa düşüb, bu vərdişlərdən əl çəkmişdir. 050–610–11– 91 saylı sim nömrə ona məxsusdur və həmin nömrəni 6–7 ildir istifadə edir. O, Elxanın narkotik vasitə istifadəçisi olduğunu bilmiş, təxminən 3 dəfə Elxandan psixotrop maddə olan metamfetamin alıb qəbul etmişdir. 10 may 2023–cü il tarixdə isə şəxsi istifadəsi üçün patı axtararkən Elxana zəng etmiş, ancaq Elxan telefona cavab vermədiyi üçün Elxanın istifadəsində olan sim nömrəyə mesaj yazmış, Elxan ona patını sosial şəbəkələrdə “zakladka” yolu ilə aldığını bildirmiş, ancaq Elxana pulu əlbə–əl vermiş, sonra isə əlbə–əl patı almış, hər dəfə Elxana bir çəkimlik patı almaq üçün 10 manat pul vermişdir. Bununla yanaşı, məhkəmə Cinayət–Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 06 iyun 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 1,27 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 07 iyun 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 2 (iki) ədəd iç–içə olan şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,64 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 06 iyun 2023–cü il tarixli 16/593 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinəbənzər kütlə“ yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç–içə olan kağız bükümdə, təmiz çəkisi 0,447 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 08 iyun 2023–cü il tarixli 16/598 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 0.64 qr heroinə bənzər kütlə“ yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç–içə olan şəffaf sellofan bükümdəki, təmiz çəkisi 0,513 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. –Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1–ci siyahısının İ bəndinə daxildir. –Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 0.64 qr heroinə bənzər kütlə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm heroin ilə üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə“ yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm heroin kimyəvi tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18 oktyabr 2023–cü il tarixli, 1717 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaiya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18 oktyabr 2023–cü il tarixli, 1718 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaiya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Əliyev X6 Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022–ci il tarixdən “Heroin və mteamfetamindən istifadə nəticəsində yaranmış narkomaniya” diaqnozu ilə poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2023–cü il tarixdən “Heroin narkomaniyası” diaqnozu ilə poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən qəti olaraq 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2023–cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 13 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 09 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.5–ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 7(076)–57/2023 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022–ci il tarixli 1(076)–227/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 13 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan 20 sentyabr 2023–cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" MMC–dən 15 sentyabr 2023–cü il tarixli, 20427 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051–532–14–67 saylı nömrəsindən 01 may 2023–cü il tarixdən 08 iyun 2023–cü il tarixədək olan vaxt ərzində daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, qeyd olunan sim nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş sms–lərin (mesajların) mətnlərində cinayət işinin istintaqı üçün əhəmiyyətli olan məlumat aşkar olunmamışdır. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051– 331–48–21 saylı sim nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051– 532–14–67 saylı sim nömrəsi arasında xx.xx.2023–cü il tarixdə saat 11:46:59, 11:51:16, 11:55:01 dəqiqələrdə mobil telefon danışıqları olması, həmin zənglərin qeydə alındığı saatlarda hər iki mobil nömrələrin “Şəmkir şəhəri Şıxəli Qurbanov küçəsi N 2A” anten dairəsində olmaları müəyyən edilmişdir. Həmin məlumatlar 01 ədəd vərəqdə çap edilməklə protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051–331–48–21 saylı sim nömrəsinə aid iş üçün əhəmiyyətli sms mətnləri aşkar edilmiş, həmin smslər 01 ədəd vərəqdə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 1(076)–145/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 aprel 2022–ci il tarixdən 14 sentyabr 2022–ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 ay 01 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir rayon prokurorluğunun 06 dekabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki zor tətbiq olunması barədə verdiyi məlumatla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar təsdiqini tapmadığından, yəni Şəmkir RPŞ–nin CAB–nin rəisi Şahid2, Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkilləri Şahid1 Xəqani oğlunun, Şahid3, Şəmkir RPŞ–nin PPX–nin polis nəfəri Şahid4 və Şəmkir RPŞ–nin PPX–nin polis nəfəri Şahid5 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 23 noyabr 2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2023–cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 13 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 09 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin cəzası 15 mart 2024–cü il tarixdə başa çatmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 124–137–1–ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12–ci maddəsinin İ hissəsi və 71–ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24–cü maddəsinin İ hissəsi, 26–cı maddəsinin İ hissəsi və 71–ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28–ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri–müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60–cı maddəsinin İ hissəsi və 71–ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6–cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1–ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011–ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət–huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət–hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM–də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub–olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM–in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6–cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub–olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst–üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 21.2–ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və Cinayət–Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–nin 234.1 və 234.2–ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 06 iyun 2023–cü il tarixdə istintaqla müəyyən olunmayan saatda və çəkidə Şəmkir rayonu, Əliyaqublu kəndinin ərazisində olan körpünün yaxınlığından bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini taparaq, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 12 radələrində narkotik vasitə olan heroinin 0,447 qaramını qanunsuz olaraq qazanc əldə etmək məqsədilə Şəmkir şəhəri, S.Vurğun küçəsində tanışı Təqsirləndirilən şəxs2 20 (iyirmi) manat pulun qarşılığında satmış, Şəmkir Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 07 iyun 2023–cü il tarixdə saat 13:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Şəmkir şəhəri, S.Vurğun küçəsinin ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 2 (iki) ədəd iç–içə olan şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,513 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi yalnız Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə və hər iki təqsirləndirilən şəxsin aralarında olan telefon danışıqlarına, həmçinin sonuncunun üzərində aşkar edilmiş narkotik vasitə ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olmasına əsaslanmışdır. Lakin məhkəmə istintaq orqanının təqsirləndirilən Təqsirləndirilən şəxs1 vermiş olduğu ittihamla razılaşmayaraq aşağıdakıları qeyd etməyi lazım bilir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə sosial şəbəkədə tanımadıqları şəxsə narkotik vasitə almaq istədiklərini bildirmişlər. Bundan sonra Şəmkir şəhərində yerləşən “Bazarstore” marketdə ödəniş terminalı ilə həmin şəxsin dediyi hesaba hərəsi 20 manat pul yükləmiş və həmin şəxs onlara Şəmkir rayonu, Əliyaqublu kəndinin yuxarı hissəsində, körpünün yanında olan daşın altından narkotik vasitəni götürə biləcəklərini demişdir. Bundan sonra Elxanla birlikdə deyilən yerə getmiş və narkotik vasitəni götürmüşlər. Daha sonra Elxanla sağollaşıb həmin yerdən uzaqlaşmışdır. 06 iyun 2023–cü il tarixdə saat 13:20 radələrində Şəmkir şəhəri, A.Hüseyn küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı üzərindən Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham tərəfinin yeganə sübutu Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi olmuşdur. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması, daşıması və satmasına dair əlavə heç bir mötəbər sübut yoxdur. Məhkəmə, CPM–in tələblərinə əsasən qeyd edir ki, şəxsin cinayət törətməsinə dair etirafedici ifadələrinə o halda istinad edilə bilər ki, həmin əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi digər mötəbər sübutların məcmusu ilə təsdiq edilsin. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki, ibtidai istintaq orqanı heç bir mötəbər sübut olmadığı halda Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması kimi ittiham vermişdir. Həmin ittiham isə məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki¸iş materiallarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamış, həmçinin məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5, həmçinin məhkəmə istintaqı zamanı ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər Şahid6, Şahid7 və X3 ifadələrində konkret olaraq ittiham irəli sürülən tarixlərdə Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən, ona elan olunmuş ittiham üzrə sübut əhəmiyyətinə malik olan məlumat olmamışdır. Hətta məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən şifahi sorğu–sual zamanı həmin narkotik vasitəni Allahyara verərkən özünə pul götürmədiyini, yalnız narkotik vasitənin alınmasında vasitəçilik etdiyini və Allahyarın verdiyi pulu narkotik vasitəni aldığı şəxsə göndərməsini bildirmişdir. Həmçinin, "xxxx" MMC–dən əldə edilmiş sms mətnlərində də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satması ilə bağlı əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə verilən ittihamın əsasını təşkil edən sonuncunun üzərində 01 bükümdə narkotik vasitə hesab edilən heroinin olması, həmçinin sonuncunun üzərində aşkar edilmiş narkotik vasitə ilə iş üzrə digər Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması, eyni zamanda hər iki təqsirləndirilən şəxsin aralarında məzmunu bəlli olmayan telefon danışıqlarının olması qeyd olunan ittihamın təsdiqi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olması yaxud ondan mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Belə olan halda məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroinin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011–ci il tarixli, 2 nömrəli qərarının 9–cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11–ci bəndinin 4–cü abzasında həmçinin qeyd edilmişdir ki, yalnız Azərbaycan Respublikası CM–in 234.2 və 234.3–cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM–in 234.4.1–ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib– gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib–etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmişlər və onların əməllərində qeyd olunan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamasında təqsirli olması, özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən, onlara qarşı fiziki zor tətbiq olunduğunu və onlar ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrini təzyiq altında verdiklərini qeyd etsələr də, məhkəməyə təqdim olunmuş cinayət işi başlanmasının rədd olunması haqqında 06 dekabr 2023–cü il tarixli qərardan görünür ki, Şəmkir rayon prokurorluğunda qeyd olunan hallarla bağlı araşdırma aparılmış və araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, həmin Məcəllənin 234.1–ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların hər birinə münasibətdə törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qutsardi İtaliyaya qarşı işində qeyd edilmişdir ki, Konvensiyanın 5–ci maddəsinin 1–ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5–ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib–edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin–tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza məsələsini həll edərkən məhz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd etdiyi bu mövqedən çıxış etməyi vacib hesab edir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.6–cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı–ayrılıqda qeyd edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakerini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, təqsirləndirilən şəxsin birinci iş üzrə 13 aprel 2022–ci il tarixdən 14 sentyabr 2022–ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(076)–145/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 aprel 2022–ci il tarixdən 14 sentyabr 2022–ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 ay 01 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 birinci iş üzrə şübhəli şəxs qismində və həbsdə saxlandığı 05 ay 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq, cəmi 05 ay 01 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyun 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 06 iyun 2023–cü il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2023–cü il tarixli qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 06 iyun 2023–cü il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm üzrə cəzasını çəkib qurtaranadək dəyişdirilməməlidir. Məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna və qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda sadalanan normalarına qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 7(076)–57/2023 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022–ci il tarixli 1(076)–227/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 13 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 iyun 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin cəzası 15 mart 2024–cü il tarixdə başa çatdığından Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 15 mart 2024–cü il tarixdən hesablanmışdır. Bununla da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət 20 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 07 iyun 2023–cü il tarixdən 09 iyun 2023–cü il tarixədək şübhəli şəxs qismində, 15 mart 2024–cü il tarixdən 02 aprel 2024–cü il tarixədək həbsdə saxlanıldığı 20 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 01 ay 10 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülərək Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.397 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülərək Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.443 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk və "xxxx" MMC–dən daxil olmuş 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekpertiza tədqiqatının dəyəri olan 60,80 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan əlavə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 aprel 2022–ci il tarixdən 14 sentyabr 2022–ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm üzrə cəzasını çəkib qurtaranadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyun 2023–cü il tarixdən 09 iyun 2023–cü il tarixədək şübhəli şəxs qismində, 15 mart 2024–cü il tarixdən 02 aprel 2024–cü il tarixədək həbsdə saxlanıldığı 20 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab olunan və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülərək Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.397 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülərək Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.443 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk və "xxxx" MMC–dən daxil olmuş 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-43/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-43/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver