Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-44/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Çənlibel kəndində otlaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında özünə məxsus iribuynuzlu mal-qaranı həmin ərazidə yerləşən sonuncunun nəzarət etdiyi bağ sahəsində otarması və onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə əlləri və istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vuraraq ona sol dirsək oynağının iç səthinin əzilmiş yarası, sol çiyinüstü nahiyənin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hematoması və sol gözün ağlı qişasının tış səthinə qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Atabəy kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs, Şahid2, X7 və Zərərçəkmiş şəxs tanıyır. Həmin şəxslərlə aralarında düşmənçilik və ədavəti yoxdur. O, qardaşı Ədalətlə birlikdə kənd ərazisində növbəli şəkildə mal-qara otarırmışlar. 03 may 2023-cü il tarixdə saat 14 radələrində o, heyvanları otaran zamanı Əflatun özünə məxsus VAZ 2106 markalı avtomobillə onun yanına gəlmişdir. Bu zaman Əflatun və yanında olan Əli, Natiq və Ceyhun ona hansı səbəbdən salam vermədiklərini soruşmuşlar. O, isə onlara gəldikləri üçün salam verməli olduqlarını demişdir. Natiq və Əli ümumi olaraq mal qaranın sahəyə keçməsinə görə nalayiq ifadələr işlətmişlər. O, isə onların nəzarət etdiyi bağ sahəsinə heyvanların keçmədiyini bildirmişdir. Bundan sonra Natiq onunla kobud şəkildə danışmağa başlamışdır. Sonra isə həmin şəxslər avtomobildə olan spirtli içkini götürüb qəbul etməyə başlamışlar. Bu zaman Natiq ondan onlara qonaqlıq verə bilib-bilməyəcəyini soruşmuşlar. O, isə Natiqə nə vaxt harada istəsə qonaqlıq verə biləcəyini bildirmişdir. Bu sözü dedikdən sonra Natiq ondan Əflatunla küsülü olub-olmamağını soruşmuş, o isə ona cavab vermədikdə Əflatun ona söz atmağa başlamışdır. Onu Əflatun nalayiq ifadələrlə təhqir etmiş, o, da Əflatunu nalayiq ifadələr işlətdiyinə görə onu təhqir etmişdir. Təhqir etdiyinə görə də Əflatun yerdə olan ağacı parçasını götürüb onun üzərinə gəlmiş və ağacla onun baş nahiyəsindən, yumruqla isə burun nahiyəsindən vurmuşdur. Ceyhun, Əli və Natiq onları aralamışlar. O, onların əlindən kənara çıxmış və Əflatunla yenidən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, özünü müdafiyə etmək üçün onu yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Onların mübahisələrini eşidən qardaşı Ədalət onların yanına gəlmiş və ondan nə üçün Əflatunla mübahisə etdiklərini soruşmuşdur. O, Əflatunun onu nalayiq ifadələrlə təhqir etdiyini qardaşına demişdir. X5 mübahisə etdiklərinə görə öz iradını bildirdikdən sonra Əflatun onu təhqir edərək əlində olan ağacla onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış mübahisə zamanı hər ikisi yerə yıxılmışdır. Ayağa durduqdan sonra Natiq ağacla onun və qardaşının ayaq nahiyələrindən vurmuşdur. O, da özünü müdafiyə etmək üçün əlində olan ağacla Natiqin qol nahiyəsindən vurmuşdur. Həmin vaxt Əflatun çibindən bıçaq çıxardaraq onların üzərlərinə gəlmişdir. Onlar isə Əflatunun onları bıçaqlayacağından qorxaraq qaçıb çıxıb getmişlər. Sonra isə bu barədə DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nə müraciət etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, Şahid1 tanıyır. Həmin şəxslərlə o, təxminən 1 il olarkı heç bir münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində tanışları Şahid2, Şahid3 və X7 ilə ondan xahiş etmişlər ki, onları kənd ərazisində nəzarət etdikləri bağa aparsın. O, da özünə məxsus VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ceyhun, Natiq və Əlini onların nəzarət etdiyi bağa aparmışdır. Şəmkir rayonu Çenlibel kənd ərazisində yerləşən bağa çatdıqdan sonra Ceyhun, Natiq və Əlini bağın yaxınlığında düşürmüşdür. Həmin vaxt Əlinin Natiqin nəzarət etdiyi bağın ərazisini otardığını görmüşdür. Natiq Əliyə iri buynuzlu heyvanları çıxartmasını xahiş etmişdir. Əli isə 25 il olarkı həmin sahədən istifadə etdiyini bildirmişdir. O, mübahisə baş verməsin deyə Natiqə bildirmiş ki, gəl əyləş avtomobillə onlar çıxıb getsinlər heç bir mübahisə də baş verməsin. O, bu sözü dedikdən sonra Əli ona onu xeyli vaxt olarkı axtardığını bildirərək onu nalayiq ifadələrlə təhqir eləmişdir. Bu səbəbdəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əli əlində olan ağac parçası ilə onun baş, qol və ayaq nahiyələrimdən vurmağa başlamışdır. O, özünü müdafiyə etmək üçün yumruqla Əlinin bədəninin müxtəlif yerlərindən vurmuşdur. Onların mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalətdə onların yanlarına gəlmiş və heç bir səbəb göstərmədən əlindəki ağacla onun çiyin nahiyəsindən vurmuşdur. Olar mübahisə edən zamanı hər ikisi yerə yıxılmışdır. Əli isə o, yerdə olan zamanı ağacla və təpiklə onu vurmuşdur. Onları aralamaq isdəyən Natiq Əlinin əlində olan ağacı almaq isdəyən zamanı Əli ağacla Natiqin ayaq və qol nahiyəsindən vurmuşdur. Natiq ağacı alaraq özünü müdafiyə üçün Əlinin ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra onların müabahisələri başa çatmış və o bundan sonra Şəmkir RPŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs tanıyır. Bununla bağlı onu demiş, xx.xx.2023-cü il tarixdə tanışları Şahid3 və X7 ilə birlikdə Əflatundan onları kənd ərazisində nəzarət etdikləri bağa aparmasını xahiş etmişlər. Əflatun özünə məxsus VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları bağa aparmışdır. Onlar bağın yanına çatdıqda Əli özünə məxsus iri buynuzlu heyvanları onun nəzarət etdiyi bağa saldığını görmüşlər. O, Əliyə yaxınlaşaraq heyvanları nə səbəbə bağa saldığını bildirirək heyvanları bağdan çıxartmasını xahiş etmişdir. Əli isə heyvanları sahədən çıxartmayacağını bildirirək onları bağa gətirdiyinə görə Əflatunu nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdəndə Əli ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli əlində olan ağacla Əflatunun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur, onlar Əli ilə Əflatunu aralayan zamanı Əflatun Əlini yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalət onların yanlarına gəlmiş və mübahisə edənləri sakitləşdirmək isdəmişdir. Lakin həmin şəxslər arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Əflatun Ədaləti yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Həmin şəxsləri aralamaq isdəyən zamanı onu Əli əlində olan ağacla qol və ayaq nahiyələrindən vurmuşdur. O, isə Əlinin əlində olan ağacı alaraq Əlinin ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra həmin şəxsləri sakitləşdirdikdən sonra yaşadığı ünvanlara yola salmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs,Şahid1 və Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə tanışları Şahid2 və X7 ilə birlikdə Əflatundan xahiş etmişlər ki, onları kənd ərazisində nəzarət etdikləri bağa aparmasını xahiş etmişlər. Əflatun özünə məxsus VAZ 2106 markalı **-BD- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları bağa aparmışdır. Onlar bağın yanına çatdıqda Əli özünə məxsus iri buynuzlu heyvanları Əflatuna məxsus bağa saldığını görmüşdür. Əflatun Əliyə yaxınlaşaraq heyvanları nə səbəbə bağa saldığını bildirirək heyvanları bağdan çıxartmasını xahiş etmişdir. Əli isə heyvanları sahədən çıxartmayacağını bildirirək Əflatunu nalayiq ifadələrlə təhqir etmişdir. Əflatun isə Əlini nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu səbəbdəndə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli əlində olan ağacla Əflatunu bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Onlar Əli ilə Əflatunu aralayan zamanı Əflatun Əlini yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalət onların yanlarına gəlmiş və mübahisə edənləri sakitləşdirmək isdəmişdir. Lakin həmin şəxslər arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Əflatun Ədaləti yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Həmin şəxsləri aralamaq isdəyən Natiqi isə Əli əlində olan ağacla qol və ayaq nahiyələrindən vurmuşdur. Bundan sonra həmin şəxsləri sakitləşdirdikdən sonra yaşadığı ünvanlara yola salmışlar. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs tanıyır. Həmin şəxslərin bir-birindən yəni barələrində etdiyi şikayətlə tanışdır. Bununla bağlı bildirir ki, xx.xx.2023-cü il tarixdə tanışları Şahid3 və X7 ilə birlikdə Əflatundan onları kənd ərazisində nəzarət etdikləri bağa aparmasını xahiş etmişlər. Əflatun özünə məxsus VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları bağa aparmışdır. Onlar bağın yanına çatdıqda Əli özünə məxsus iri buynuzlu heyvanları Əflatuna məxsus bağa saldığını görmüşlər. Əflatun Əliyə yaxınlaşaraq heyvanları nə səbəbə bağa saldığını bildirirək heyvanları bağdan çıxartmasını xahiş etmişdir. Əli isə heyvanları sahədən çıxartmayacağını bildirirək Əflatunu nalayiq ifadələrlə təhqir etmişdir. Əflatun isə Əlini nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu səbəbdəndə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əli əlində olan ağacla Əflatunu bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Onlar Əli ilə Əflatunu aralayan zamanı Əflatun Əlini yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Mübahisə etdiklərini eşidən Əlinin qardaşı Ədalət onların yanlarına gəlmiş və mübahisə edənləri sakitləşdirmək isdəmişdir. Lakin həmin şəxslər arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Əflatun Ədaləti yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Həmin şəxsləri aralamaq istəyən Natiqi isə Əli əlində olan ağacla qol və ayaq nahiyələrindən vurmuşdur. Natiq isə Əlinin əlində olan ağacı alaraq Əlinin ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra həmin şəxsləri sakitləşdirdikdən sonra yaşadığı ünvanlara yola salmışlar. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid4 ifadəsində göstərilən xüsatları təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir rayonu, Atabəy kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında açılmış 32-Sİ-23 nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işi başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən qaldırılmış 12 may 2023-cü il tarixli vəsatət təmin edilərək, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:18 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1196 məlumat verərək, Şəmkir rayonu Atabəy kəndində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək, Şəmkir rayonu Çənlibel kəndi ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin onu və qohumlarını ağac ilə döyməsi barədə məlumat verdi. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 22:00 radələrində Şəmkir rayonu Mərkəzi Xəstəxanadan həkim Surac Hüseynov telefon vasitəsi ilə məlumat verərək bildirdi ki, 1981-ci ildə anadan olmuş, Şəmkir rayonu Atabəy kəndində yaşayan Zərərçəkmiş şəxs özünün deməsinə görə döyülərək sol qolun dirsək nahiyəsinin sıyrılmış yarası, sol gözün gematoması, sağ dirsəyin əzniyi, burnun sınığına şübhə xəsarətini almışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 468 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin şişkinlik fonunda,dərialtı hematoması və sol gözün ağlı qişasının tış səthinin qansızma, sol dirsək oynağının iç səthinin əzilmiş yarası sol çiyinüstü nahiyənin qançırı küt əşyaların təsirindən törənmişlər,törəmə müddətləri 03 may 2023-cü il tarixdə uyğun gəlir.Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hematoması və sol gözün ağlı qişasının tış səthinin qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığla Yüngül zərər vurmaya aiddir.sol dirsək oynağının iç səhinin əzilmiş yarası,sol çiyinüstü nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 469 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərburun yəhərinin sıyrılmış yarası, hər iki gözaltı nahiyənin hematoması ilə müşayət olunan burun sümüyünün yerini dəyişməyən sınığı, sağ sağrı nahiyəsinin qançırı və sağ saidin yuxarı üçdə birinin arxa səhinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 03 may 2023-cü il tarixdə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə hər iki gözaltı nahiyənin hematoması ilə müşayət olunan burun sümüynün yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, burun yəhərinin sıyrılmış yarası, sağ sağrı nahiyəsinin qançırı və sağ saidin yuxarı üçdə birinin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 470 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində aşkar edilmiş xəsarətlər- sol dirsək oynağının arxa səthinin şişkinlik fonunda qançırı,sağ saidin yuxarı və orta üçdə birinin bayır səthinin qançırları küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri 03 may 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 may 2023-cü il tarixli 475 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarətlər- ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda sol bud nahiyəsinin orta üçdə birinin arxa səthinin qançırları küt əşyalrın təsirindən törənmişdir, törənmə müddətləri 03 may 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 hadisə yerini Şəmkir rayonu, Çənlibel kəndində otlaq sahəsində döyüldüyü yeri göstərmişdir. 24 may 2023-cü il tarixdə cinayət işinin icraatının davam etdirilməsi Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitan Elşən Məmmədova tapşırılmış və istintaq aparılmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi Elşən Məmmədov tərəfindən 11 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi olan şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən 31 iyul 2023-cü il tarixdə dayandırılmış icraatı təzələməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosessini həyata keçirən orqandan gizlənməsi və çağırışa gəlməkdən qəsdən boyun qaçırmasını nəzərə alaraq 02 avqust 2023-cü tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi Elşən Məmmədov tərəfindən onun barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi Elşən Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi olan şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə tutularaq Şəmkir RPŞ-nin İB-nə təqdim edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Şəmkir RPŞ-nin İBnin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Atabəy kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs atası və anası ilə birlikdə Şəmkir rayonu, Atabəy kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Atabəy kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis kapitanı X4 xidməti yerini dəyişdiyi üçün ********* nömrəli cinayət işinin istintaqı aparılması 10 oktyabr 2023-cü il tarixdə icrası Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 tapşırılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 10 saatlıq hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-44/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-44/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver