Məhkəmə qərarları › İş №1(076)-45/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-45/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-45/2023 01.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul оlan, evli, məhkumluğu olmayan, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəmkir rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə aldadaraq onun əlilliklə bağlı əvvələr aldığı və 2021ci ilin ortalarından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik edəcəyini yalan vədlər verməklə 2022-ci ilin sentyabr ayının ortalarında X1 inzibati binasında 2000 (iki min), bir neçə gün sonra isə istintaqla dəqiq müəyyən olunmayan tarixdə sonuncunun yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən evdə 1500 (bir min beş yüz) manat pulunu ələ keçirtməklə, ümumilikdə zərərçəkmiş şəxsə 3500 (üç min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, psixi xəstəliklərdən müalicə almamışdır. 2014-cü ildən 2018-ci ilə kimi MAXE kimi Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, 2018-ci il tarixdə böyrək çatışmamazlığı xəstəliyi ilə ordudan təxris olunmuş, hazırda İİ qrup əlildir və buna görə təqaüddə alır. Barəsində soruşulan Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Mətanəti kənddə sələm pul verən qadın kimi tanımış, dəfələrlə o, Mətanətdən sələmə pul götürərək qaytarmışdır. Sonuncu dəfə 2015-ci ildə o, Mətanətdən 1500 manat pulu iki dəfəyə yəni, 1000 manat bir, daha sonra isə 500 manat pul götürmüşdür. O, pulu götürdükdən sonra hər ay Mətanətə müxtəlif məbləğlərdə, 100 və 200 manat pul ödəmişdir. Lakin sonradan maddi imkanı zəif olduğundan o, Mətanətə pulu ödəyə bilməmişdir. Həmin vaxtlarda onun maaş kartı Mətanətdə olmuşdur. O, hər ay Mətanətdən kartını götürərək pulu çıxardıb kartı geri qaytarmışdır. 2021-ci ildə o, kartını bağladaraq yeni kart almışdır. Həmin vaxtı Mətanətlə münasibətləri yaxşı olduğundan Mətanət ondan özünü Bakı şəhərinə xəstəxanaya aparmağa köməklik etməyi xahiş etmişdir. O da Mətanətlə razılaşaraq Mətanəti Bakı şəhərinə Respublika Mərkəzi Klinik xəstəxanasına aparmışdır. Mətanət xəstəxananın içərisinə daxil olduqdan sonra o, geri Şəmkir rayonuna qayıtmışdır. Bir müddət sonra Mətanət Bakı şəhərindən qayıtmış və ona Şəmkir Mərkəzi xəstəxanasına birlikdə getməyi xahiş etmişdir. O da Mətanətə heç bir etiraz etməyərək birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada onlar ikisi birlikdə baş həkim Elçin həkimin qəbuluna girmişlər. Elçin həkimin yanında o, Mətanətin özünə pensiya düzəltdirmək istədiyini bilmişdir. Elçin həkimdə Mətanətin sənədlərinə baxaraq əlavə analizlər verməli olduğunu və həmin cavablardan sonra sənədlərinə baxılacağını bildirmişdir. Onlar xəstəxanadan çıxdıqdan sonra Mətanət ona pensiya düzəltmək adı ilə pul verdiyini bildirib onu tutduracağını bildirmişdir. Sonradan o, Mətanətin ona pensiya düzəltmək üçün 3500 manat pul verməsi barədə şikayət etməsini eşitmişdir. Bu barədə də polisə gələrək o, izahat vermiş və pensiya ilə bağlı Mətanətlə heç bir söhbətinin olmadığını, Mətanətdən pensiya düzəltmək üçün pul götürmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş zərəri tamamilə ödədiyini, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. O, əvvəllər səhhəti ilə əlaqədar olaraq 15 il ərzində pensiya almışdır. 2021-ci ilin yayında onun pensiyası kəsilmışdır. Həmin vaxtı həmkəndlisi olan Təqsirləndirilən şəxs müəyyən adamlara pensiya düzəltdirdiyini eşitmişdir. Ona görə də 2021-ci ilin avqust ayında Abbasın yanına gedərək pensiyasının heç bir səbəb olmadan kəsildiyini, yenidən bərpa olunmasına köməklik edə bilib bilməyəcəyini soruşmuşdur. Abbas da həmin vaxtı ona köməklik edə biləcəyini demişdir. O, bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda Abbas 4000 manat müqabilində onun pensiyasını bərpa elətdirəcəyini bildirmişdir. O, Abbasa yalnız 3500 manat pul verəcəyini bildirmişdir. Abbasda onunla razılaşmışdır. Abbas ona ilkin olaraq müəyyən müayinələrdən keçməli olduğunu demişdir. Əvvəl Şəmkir rayon mərkəzi xəstəxanasında həkimlərin müayinəsindən keçmiş, daha sonra isə Abbas onu özü ilə birlikdə Bakı şəhərinə Respublika Mərkəzi Klinik xəstəxanasına aparmışdır. Oradan da Abbasın iştirakı ilə ona ambulator kitapçadan çıxarış sənədləri vermişlər. Onlar Bakı şəhərindən gəldikdən sonra 2021-ci ilin sentyabr ayında Abbasla birlikdə Şəmkir mərkəzi xəsatəxanasına getmişlər. Orada Abbasla birlikdə o,vbaş həkim Elçin həkimin yanına girmişlər. Elçin həkimin yanında Abbas onun pensiyasının bərpa elətdirməyə köməklik etməyi xahiş etmişdir. Elçin həkimdə ona müayinələrdən keçməyi və lazımı sənədləri toplamağı demişdir. Onlar çölə çıxdıqdan sonra Abbas baş həkimə pul verməli olduğunu demişdir. Həmin vaxtı qızı Lamiyyədə onun yanında olmuşdur. Xəstəxananın kolidorunda çantasında olan 2000 manat pulu Abbasa vermşdir. Eyni zamanda Abbas onun xəstəliyi ilə bağlı olan bütün sənədləri ondan götürmüşdür. Abbas pulu ondan aldıqdan sonra yenidən baş həkimin yanına girmiş və çıxdıqdan sonra 2000 manat pulu baş həkmə verdiyini bildirmişdir. Qalan 1500 manat puluda bir neçə gün ərzində verməli olduğunu demişdir. Təxminən 4-5 gün sonra Abbas onunla əlaqə saxlayaraq 1500 manat pulu istəmişdir. O da Abbası yaşadığı evə dəvət etmişdir. Yaşadığı evdə Abbas ondan 1500 manat pulu götürüb getmiş və onun pensiyasının mart ayında düzələcəyini bildirmişdir. O, həmin müddətə kimi gözləmiş, lakin onun pensiyası düzəlməmişdir. O, həmin vaxtı Abbasla əlaqə saxlayaraq pensiya kartının nə vaxt gələcəyini soruşduqda Abbas az vaxta düzələcəyini bildirmişdir. Lakin heç bir nəticə olmadığından o, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, baş həkim Elçin həkimlə heç bir pul söhbəti etməmiş, Təqsirləndirilən şəxs 2000 manat pulu verdiyində qızı Lamiyyə, 1500 manat pulu yaşadığı evdə verdiyi zaman isə gəlini Fatimə yanında olmuşdur. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qız onun anasıdır. Anası əvvəllər səhhətində olan priblemlərlə bağlı pensiya almışdır. Təxminən bir il əvvəl anasının pensiyası dayandırılmış və anasına yenidən müayinələrdən keçərək yenidən sənədlərini verməyi təklif etmişlər. Həmin vaxtlarda həmkəndlisi olan Abbas anasına pensiyasını 3500 manat müqabilində bərpa elətdirə biləcəyini bildirmişdir. Anasıda Abbasın sözünə inanaraq razılaşmışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Abbas anasını Bakı şəhərinə aparmışdır. Abbas Bakı şəhərində xəstəxanaların birində sənəd düzəltdirəcəyini bildirmişdir. Bir neçə gündən onlar Bakıdan gəldikdən sonra Abbas anasına Şəmkir mərkəzi xəstəxanasına getməyi demişdir. Həmin vaxtı oda gələcəyini bildirmiş və xəstəxanada anası ilə görüşmüşdür. Bu zaman Abbasda anasının yanında olmuşdur. Onlar birlikdə xəstəxananın içərisinə daxil olmuşlar. Xəstəxananın dördüncü mərtəbəsində anası ilə Abbas xəstəxananın baş həkimi Elçin həkimin yanına getmişlər. Bir neçə dəqiqədən sonra hər ikisi içəridən çıxdıqda o, anasından nə olmasını soruşduqda anası ona Elçin həkimin anasına yenidən analizlər verməli olduğunu dediyini bildirmişdir. Abbas isə heç bir sənədə ehtiyac olmadığını, Elçin həkimə pul verib işləri həll edəcəyini bildirmişdir. Anasından onun yanında pulu istəmişdir, həmin yerdə xəstəxananın müşahidə kameraları olduğundan xəstəxananın kameraları onları görməyəcəyi yerdə birinci mərtəbədə anası çantasından iki min manat çıxardaraq sayıb Abbasa vermişdir. Abbas pulu sayaraq götürmüş və yenidən pulu vermək üçün Elçin həkimin yanına gedəcəyini bildirmişdir. Onlar Abbasla birlikdə dördüncü mərtəbəyə qalxmaq istədikdə Abbas özü tək Elçin həkimin qəbuluna gedib gələcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Abbas onların yanına gələrək bir neçə aya sənədlərinin kompyuter sisteminə oturacağını, anasının pensiyasının bərpa olunacağını bildirmişdir. Qalan pulu anası az vaxta düzəldib verəcəyini demişdir. Orada söhbət etdiyi zaman Abbas ona “Lamiyyə gəl sənədə pensiya düzəltdirək, mənim əlimdə çox asan işdi” demişdir. O isə Abbasa maddi imkanının olmadığını bildirmişdir. Bir neçə gün sonra anasından Abbasın qalan 1500 manat puluda gəlib götürdüyünü eşitmişdir. Həmin vaxtdan sonra Abbası görməmişdir. Bir neçə ay sonra anası əlaqə saxladıqda anası pensiyadan heç bir xəbər olmadığını, Abbasın az vaxta düzələcəyini bildirdiyini demişdir. Bir dəfə anası ona Abbasla danışdığını, Abbasın anasına pensiya düzəlməyəcəyi halda pulu geri qaytaracağını dediyini bildirmişdir. Bundan sonra onlar Abbasdan şübhələnmiş, həmçinin pulu və sənədləri Abbasa verdiyindən çox vaxt keçmişdir. 2022-ci ilin mart ayının əvvəlində o, Abbasa zəng edərək anasının pensiyasından nə xəbər olmasını soruşduqda Abbas ona anasının Novruz bayramına kimi kartının gələcəyini, üç ayın pensiyasının anasının kartına vurulacağını bildirmişdir. Lakin həmin vaxtı anası artıq Abbasın sözlərinə inanmayaraq Abbasın onu aldatması barədə polisə şikayət etmişdir. Bundan sonra Abbas əvvəllər dediyi sözləri danmağa, onlarda pul götürmədiyini deməyə başlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. İşdə olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən cinayət hadisəsini törədən şəxs(lər) müəyyən olunmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublkası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İşdə olan 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. İşdə olan 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin o, istintaqdan gizləndiyindən onunla digər istintaq hərəkətlərinin keçirilməsi mümkün olmamış və həmin tarixdə Rəhimov X4dan gizləndiyindən onun barəsində axtarış elan olunmuşdur. İşdə olan 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İşdə olan 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Rəhimov X4 bölməsinə təhvil verilmiş və həmin tarixdə tərəfimdən cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs onun əlilliklə bağlı dayandırılmış pensiyasının bərpa elətdirəcəyi adı ilə pul almasını inkar etməsi 30 sentyabr 2022-ci il tarixli üzləşdirmə dindirmə protokolu ilə təkzib edilir. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs əlilliklə bağlı dayandırılmış pensiyasının bərpa elətdirəcəyi adlı ilə pul almasını inkar etməsi 30 sentyabr 2022-ci il tarixli üzləşdirmə dindirmə protokolu ilə təkzib edilir. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs əlilliklə bağlı dayandırılmış pensiyasının bərpa elətdirəcəyi adlı ilə pul almasını inkar etməsi 30 sentyabr 2022-ci il tarixli üzləşdirmə dindirmə protokolu ilə təkzib edilir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu, Təzəkənd kəndi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla, müsbət xrakterizə olunur. İşdə olan 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icaratı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə dayandırılmışdır. İşdə olan 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaq davam etdirilmişdir. İşdə olan Şəmkir RPŞ-yə verilmiş əməliyyat tapşırığının 30 avqust 2022-ci il tarixli cavabında görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs onun əlilliklə bağlı olan pensiyasını bərpa elətdirəcəyi adı ilə aldadaraq Şəmkir rayon mərkəzi xəstəxanasında 2000 manat, bir neçə gün sonra isə Şəmkir rayonu Mahmudlu kəndində Zərərçəkmiş şəxs yaşadığı evində 1500 manatını alaraq vədinə əməl etmədən sonuncunun pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qeyd edilən pulu verdiyi zaman Şəmkir rayon mərkəzi xəstəxanasında qızı Şahid1, yaşadığı evdə verdiyi zaman isə gəlini Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs başqa şəxslərdən dələduzluq yolu ilə pul alması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəmkir rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə aldadaraq onun əlilliklə bağlı əvvələr aldığı və 2021-ci ilin ortalarından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik edəcəyini yalan vədlər verməklə 2022-ci ilin sentyabr ayının ortalarında X1 inzibati binasında 2000 (iki min), bir neçə gün sonra isə istintaqla dəqiq müəyyən olunmayan tarixdə sonuncunun yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən evdə 1500 (bir min beş yüz) manat pulunu ələ keçirtməklə, ümumilikdə zərərçəkmiş şəxsə 3500 (üç min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq cinayət əməlini törədərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraət verici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 13 saatlıq hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar