Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-45/2024 09.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1961–ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta ixtisas təhsilli, işsiz, evli, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yeni Yol kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 27 aprel 2023–cü il tarixdə saat 16 radələrində yaşadığı Şəmkir rayonu, Yeni Yol kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istilikxananın qarşısında orada fəhlə işləyən Zərərçəkmiş şəxs ona məxsus istilikxanada olan bitkilərə dərman vurmasından imtina etməsi və başqa işə gedəcəyini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nayihəsindən evin həyətindən götürdüyü istintaqla müəyyən olunmayan bel ilə qəsdən vuraraq ona başın tüklü hissəsində təpə–ənsə nahiyəsinin əzilmiş–çapılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, yaşadığı Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evinin həyətində istilikxanası vardır, həmin istilikxanada kənd təsərrüfat məhsulu əkib–becərək satır. Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs onun istilikxanasında fəhlə kimi işləmişdir. Lakin Zərərçəkmiş şəxs hər gün yox, isitilikxanada iş olandan olana gəlib işləmişdir. İşinin qarşılığında isə ona pul vermişdir. Zərərçəkmiş şəxs başqa onun istilikxanasında başqa fəhlələr də işləmişdir. 27 aprel 2023–cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs iş görmək məqsədi ilə onlara gəlmiş, paltarını dəyişərək isitilikxanaya daxil olmuş və işləməyə başlamışdır. Həmin gün saat 10 radələrinə qədər xiyar yığmağa başlamış, Zərərçəkmiş şəxs yaxşı işçi olduğunu və neçə il bu sahədə işlədiyini bildiyi üçün onu xiyar bitkisinin yarpaqlarını kəsməsini tapşırmışdır. O, isitilikxanada xiyar yığmaqdan qurtarıb xiyar bitkisinin yarpaqlarını kəsməyə başlamış, ona özü də yarpaqların necə vurulması barədə göstəriş vermişdir. Ona göstəriş verdikdən sonra əlavə dərman almaq üçün dərman satılan mağazaya getmiş, bir qədər sonra dərman alıb evə qayıtmışdır. Zərərçəkmiş şəxs işlədiyi yerə gedən zaman həmin vaxt onun xiyar bitkisini yarpaqlarını aşağı hissədən, yəni normadan artıq kəsdiyini görmüş, ona nə üçün belə etdiyini demiş, Zərərçəkmiş şəxs ona xoşuna gəlmirsə yapışqan verməsini və həmin yarpaqları yerinə birləşdirməyi bildirmişdir. Həmin vaxt əsəbləşmiş və onun yanından bir qədər kənarlaşıb ona yarpaq kəsməyi deyil, xiyar yığmasını tapşırmışdır. Sonra dərman hazırlmağa getmiş, kənardan fikir verən zaman onun kimləsə telefonda danışdığını görmüşdür Həmin vaxt Zərərçəkmiş şəxs dərmanı hazırladığını, ona kömək edib dərmanı xiyar bitkisinə vurduqdan sonra getməsini bildirmiş, o, isə ona bünövrə tökməyə gedəcəyini bildirmişdir. Malikə dərmanı vuramamış getməməsini demiş, eyni zamanda onlara gəlib–getdiyi velosipedi götürüb əl damına qoyaraq dərmanı vurcağı halda velosipedi verəcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun üzərinə gələrək velosipedi verməsini bildirmiş, o isə yenə də gedib dərmanı vurmasını bildirmiş, O, qaçaraq isitilikxanadan bıçağı götürərək onun üzərinə gəlmiş, bu vaxt onun əlini bıçaq kəsmiş, o, Maliki itələyərək yerə yıxmış, Maliklə birlikdə yerə yıxılan zaman onunla birlikdə üzərinə yıxılmış, o üzərində olduğu üçün Maliki əli ilə itələmiş, o arxası üstə yerə yıxılmış, sonra hər ikisi ayağa qalxmışdır. Bu vaxt Malik əlini başına vuran zaman əlinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt o, Maliki vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Ola bilsin ki, Malik yerə yıxılan zaman başı dəmir parçasına dəymiş və xəsarət almışdır. Hazırda özünü təqsirli hesab etmir. Özü yaşlı və xəstədir. X6 müharibə iştirakçısı olmuşdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 27 aprel 2023–cü il tarixdə saat 09 radələrində Mahirgilə getmiş, həmin vaxt ona məxsus istilikxanaya yaxınlaşmış və gündəlik fəhlə işləyən Səyyar və Nazimin istilikxanada xiyar yığıdıqlarını görmüşdür. O, paltarını dəyişib işini görməyə başlamış, həmin gün yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə saat 16 radələrinədək xiyar yığmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs istilikxanada olmuş və işçilərə nəzarət etmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs onun yanına yaxınlaşaraq isitlikxanada xiyar bitkisinə dərman vurmağını bildirmiş, o isə günorta saatlarında işini qurtardıqdan sonra bünovrə tökməyə gedəcəyini əvvəlcədən bildirmişdir. Təqsirləndirilən şəxs Səyyarə adlı qadın işçinin və Nazim Məmmədovun yanında üzərinə qışqırıb ona qarşı nalayiq ifadələrlə söyləyərək xiyar bitkisinə dərman vuracağını demiş, dəmir qabda yığdığı xiyarı aparıb evinin həyətində yerləşən əl damına tökmək istəyən zaman ona məxsus velosipedi götürərək öz şəxsi otağına qoyub qapını açarla bağlamış və ona isitilikxanada dərman vurmasını bildirmişdir. Ona işi olduğu üçün gedəcəyini demiş, Təqsirləndirilən şəxs söyüş etməməsini dəfələrlə bildirməsinə baxmayaraq o, yenə söyüşlərini davam etdirmişdir. Ona “sənin qarşında uşaq yoxdur”–demiş, həmin vaxt Təqsirləndirilən şəxs həyətdə olan beli götürüb üzərinə gələn zaman o da isitlikxanaya daxil olub bıçağı götürüb ona tərəf getmiş, Təqsirləndirilən şəxs əlindəki bel ilə iki dəfə baş nahiyəsindən vurmuş, onu bıçaqla vurmaq istəmiş, lakin azyaşlı uşaqlarını fikirləşib onu vurmamış və onun özünə də “uşaqlarına qurban olasan”–deyərək əlindəki bıçağı yerə atmışdır. Bıçağı yerə atdıqdan sonra onun üzərinə gedib əli ilə itələyərək onu yerə yıxmış, bu vaxt hadisəni görən iş yoldaşı Nazim onların yanına yaxınlaşıb onları aralamışdır. Təqsirləndirilən şəxs yerindən qalxıb beli yenidən götürüb onun üzərinə gələrək vurmaq istəmiş, lakin Nazim araya daxil olub onlara harayçılıq etmiş, bu vaxt istifadəsində olan mobil telefonla DİN–nin 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermiş, məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ondan əl çəkmişdir. Onun müraciətindən sonra Şəmkir Rayon Polis Şöbəsinin Kür PB–nin əməkdaşları gəlmiş və onun baş nahiyəsindən qan axdığı üçün onu xəstəxanaya aparmışlar. Polis əməkdaşları ona məxsus velosipedi Mahirdən alaraq ona vermiş və o, velosipedlə evə, daha sonra isə Şəmkir Rayon MX–na gedərək orada həkimlər tərəfindən ilkin tibbi yardım almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs anası onların həmkəndlisi olduğu üçün onu da tanıyır. 27 aprel 2023–cü il tarixdə saat 18 radələrində evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edib onlara gəlməsini bildirmiş, həmin vaxt evdən çıxıb qardaşı Mahirin evinə getmiş, onlara çatan zaman evin həyətində Zərərçəkmiş şəxs başının qan olduğunu görmüşdür. Həmin vax Zərərçəkmiş şəxs başından nə üçün qan axdığını soruşmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bel ilə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. O, hadisə yerinə çatandan 10–15 dəqiqə sonra polis əməkdaşları qardaşı Mahirgilə gəlmiş, qardaşı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs polis bölməsinə aparmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış haqqında 27 aprel 2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Yeni–Yol kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istilikxananın qarşısına baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 28 aprel 2023–cü il tarixli 424 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət– başın tüklü hissəsində təpə–ənsə nahiyəsinin əzilmiş–çapılmış yarası küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 27 aprel 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022– ci il tarixli 1(076)–288/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 128 və 131.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan “Stasionar xəstənin tibbi kartası”ndan Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–xx.xx.2021–ci illər ərzində Gəncə şəhər Kardioloji Xəstəxanada stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Təzəkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Kardioloji Xəstəxanasının xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdən Gəncə şəhər X1 infarktı şöbəsində stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 xx.xx.2019–cu il tarixdən xx.xx.2021–ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, Vətən Müharibəsi dövründə döyüşün hərtərəfli təminatı ilə bağlı N nömrəli hərbi hissənin tərkibində sürücü kimi iştirak etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, cinayət əməlini törətməməsini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi mötəbər sübut kimi qəbul edilməklə, təqsirləndirilən şəxsə elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını, səhhətini, habelə oğlunun müharibə iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən yaşayış yerini saat 23:00– dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-45/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-45/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver