Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-47/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, himayəsində az yaşlı uşaqları olan, müharibə veteranı, Gəncə şəhəri, Nizami rayonu, Q.Hacılı küçəsi, döngə-3, ev-13 də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən korpus 30 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə istintaqa şəxsiyyətləri məlum olmayan Araz və Coşqun adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 dekabr 2021-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 2 ünvanının qarşısında yerləşən açıq sahədən Zərərçəkmiş şəxs1 sahibliyində olan 1000 (bir min) manat dəyərində, 1 ədəd MTZ-892 markalı traktora məxsus kotanı və gövdəsini, 400 (dörd yüz) manat dəyərində, 1 ədəd QAZ-53 markalı, 1982-ci il buraxılışlı avtomobilə aid arxa diferi və ön asqısını gizlin talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə 1400 (bir min dörd yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə istintaqa şəxsiyyətləri məlum olmayan Araz və Coşqun adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 dekabr 2021-ci il tarixdə istintaqa dəqiq məlum olmayan saatda ünvan 3 ünvanının qarşısında yerləşən açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 300 (üç yüz) manat dəyərində, 1 ədəd iki hissəli, 3 metr hündürlüyündə 3,2 metr enində olan 2013-cü ildə küstar üsulla hazırlanmış dəmir qapını (darvazanı) gizlin talamaq istəyərkən, həmin vaxt evdə kirayəşin yaşayan Şahid səs-küy salaraq aktiv müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən qanunsuz əməllərini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, baxış protokolu və həmin protokollara əlavə olunmuş fotocədvəl, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Foton” markalı, **-GJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə ərzaq malları satıb öz gəlirini bu yolla əldə edir, əvvəllər tanıdığı Coşqun adlı şəxsi 2021-ci ilin dekabr ayının 24-də Gəncə şəhərində “Xan arxı” adlanan yerdə görmüş, Çoşqunla salamlaşmış, Coşqunla çoxdan görüşmədikləri üçün Coşqunla telefon nömrələrini bir-birilərinə vermiş, o, Coşqundan xatırlamadığı nömrəsini götürmüş, bu zaman 27 dekabr 2021-ci il tarixdə Coşqun ona zəng edərək Şəmkir rayonuna getmək lazım olduğunu, özünün avtomobilinin siğortası olmadığı üçün Şəmkirə gedə bilmədiyini deyib ondan Şəmkirə getməklərini xahiş etmiş, o, da Coşquna heç bir etiraz etməmiş, 27 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Coşqunun dediyi Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən Nissan avtosalonunun qarşısında Coşqunla görüşmüş, bu zaman Coşqunun özü ilə gətirdiyi 2 ədədqaz quşunu onun avtomobilinin yük yerinə qoymuş, həmçinin həmin vaxt Coşqunun yanında Araz adlı şəxs də olmuş, onlar birlikdə Şəmkir rayonu istiqamətində hərəkətə başlamış, Şəmkir şəhərinin mərkəzinə çatdıqdan sonra Arazın göstərdiyi yol ilə onlar hansısa evə getmiş, həmin evə çatdıqdan sonra Araz avtomobilin yük yerində olan 2 ədəd qaz quşunu tanımadığı qohumlarına vermiş, oradan çıxdıqdan sonra Araz ona Şəmkirdə 1-2 evin qapısında dəmirlər olduğunu, həmin dəmirləri oğurlamağı təklif etmiş, ilkin olaraq o, və Coşqun Araza etiraz etsələr də Araz heç bir problemin olmadığını, həmin dəmirlərin sahibsiz olduğunu, heç kimin oğurluq ilə bağlı şikayət etməyəcəyini demiş, o, Arazın göstərdiyi yol ilə Şəmkir rayonu F.Ocaqverdiyev küçəsinə getmiş, orada tanımadığı qapıda olan zaman Araz ona avtomobili saxlamağını demiş, o, avtomobildən düşməmiş, Araz və Coşqun tanımadığı qapıda olan 1 ədəd avtomobil mostunu və 1 ədəd kotanı onun avtomobilinin yük yerinə qoymuş, avtomobilə əyləşib ondan getməklərini istəmiş, o, da avtomobilə əyləşib hərəkət etməyə başlamış, hərəkətdə olan zaman Coşqun ona yolun kənarında olan qapının yanında saxlamağını demiş, o, avtomobili saxlamış, Coşqun avtomobildən aşağı düşmüş, orada olan dəmir qapıya yaxınlaşıb götürmək istəyən zaman oradan bir nəfər qadın çıxıb qışqırmağa başlamış, bu zaman Coşqun avtomobilə yaxınlaşıb avtomobildə əyləşmiş, avtomobildə əyləşən kimi ondan avtomobili işə salıb getməyini istəmiş, o, isə avtomobili işə salmaq istəsə də avtomobil nasaz olduğu üçün avtomobil işə düşməmiş, orada olan qadınlardan biri qışqıraraq polisə müraciət edəcəyini deyən kimi Coşqun və Araz avtomobildən düşərək qaçmış, sonradan o, təxminən 40 dəqiqə orada dayanmış, oğurlamağa cəhd etdikləri qapının üst-üstə qoyulmasına kömək etmiş və avtomobil işə dşmədiyi üçün orada qoyub çıxıb getmişdir. O, əvvəllər başqa heç bir yerdən oğurluq etməmiş, Coşqun və Araz adlı şəxslərin harada yaşaması və şəxsiyyətləri barədə məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərlə barışdığını və vurulmuş maddi ziyanı ödədiyini, ondan heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını və müharibə iştirakçısı olmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən ev ona məxsusdur. Həmin evi o 2018-ci ildən 2022-ci ilin aprel ayına qədər Şahid adlı şəxsə kirayəyə vermiş, 28 dekabr 2021-ci il tarixdə gecə saatlarında o, özünün yaşadığı ünvan 5 ünvanında olan zaman kirayəşini Mehdi ona zəng edərək 3 nəfər şəxsin evin dəmir darvazalarını oğurlamaq istədiyini demiş, onun yaşadığı ev də kirayəyə verdiyi evin yaxınlığında olduğundan o, dərhal Elpərəst Hüseynov küçəsinə getmiş, oraya çatan zaman orada heç kimin olmadığını, hadisə yerində QAZ 53 markalı avtomobil olduğunu görmüş, Mehdi dən nə baş verdiyini soruşan zaman Mehdi ona 3 nəfər şəxsin həmin avtomobillə evin qarşısında olan dəmir darvazaları oğurlamaq istədiklərini demiş, Mehdi ona oğurluq edən şəxslərin üstünə evdən qışqırdıqdan sonra həmin şəxslərin hadisə yerindən qaçdıqlarını, darvazaları oğurlmadıqlarını bildirmiş, naməlum şəxslər ona məxsus evin ümumi dəyəri 300 manat olan 2 ədəd 1 cüt dəmir darvazasını oğurlamağa cəhd etmişdirlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona məxsus MTZ- 892 markalı, 10-T-337 qeydiyyat nişanlı traktor vardır. O, həmin traktorun kotan hissəsini və gövdəsini, həmçinin ona məxsus olan QAZ 52 markalı avtomobilin arxa diferini və ön asqısını yaşadığı ünvan 6 ünvanının qarşısına yığmış, 27 dekabr 2021-ci il tarixdə saat 21:00-dan 28 dekabr 2021-ci il tarix saat 03:00-a qədər olan müddətdə Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən fermada olmuş, 28 dekabr 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evə qayıdan zaman naməlum şəxs və ya şəxslərin evinin qarşısında olan 1 ədəd traktor gövdəsini və kotan hissəsini, həmçinin QAZ 53 markalı avtomobilə məxsus arxa difer və ön asqısını oğurladıqlarını, ona ümumilikdə təxminən 2500 manat maddi ziyan vurduqlarını görmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasın bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirakı təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan Şahid elan edilmiş ifadəsindən görünür ki, o, gündəlik olaraq gəlirini ustalıq və fəhləlik edərək əldə edir, o, 2017-ci ildən 2022-ci ilə qədər olan müddətdə ünvan 7 ünvanında kirayədə yaşamış, həmin ev Şahin adlı şəxsə məxsus olmuş, 28 dekabr 2021-ci il tarixdə gecə saat təxminən 04 radələrində o, evin qarşısından nə isə dəmir səsləri gəldiyini eşitmiş, yuxudan oyanıb evin qarşısında nə olduğuna baxan zaman üç nəfər tanımadığı şəxsin evin qarşısında olan dəmir darvazaları avtomobilə qoymaq istədiklərini görmüş, o, evin qarşısına çıxıb həmin şəxslərdən nə baş verdiyini soruşan zaman həmin şəxslərin əlində olan darvazanın 1 ədədini yerə atmış, avtomobilə qoyduqları darvazanı isə avtomobildən götürüb kənara atmış, həmin şəxslər darvazaları yerə atdıqdan sonra həmin şəxslərdən ikisi hadisə yerindən qaçaraq uzaqlaşmış, oradan uzaqlaşdıqdan sonra qalan 1 nəfər şəxs avtomobilə əyləşib avtomobili işə salmaq istəsə də avtomobili işə sala bilməmiş, avtomobili orada qoyub həmin axrıncı qalan oğru da hadisə yerindən uzaqlaşmış, həmin şəxslər o, səs-küy salıb polisə məlumat verəcəyini dediyi üçün oğurluq etməkdən əl çəkmiş, götürdükləri dəmir qapıları yerinə qoymuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan Araz və Coşqun adlı şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1, 29 ,177.2.1, 29, 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 28 dekabr 2021-ci il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən oğurluq baş verən ünvan 6 ünvanının qarşısına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. 28 dekabr 2021-ci il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin sabiq təhqiqatçısı, polis kapitanı Nicat Hümbətov tərəfindən oğurluq baş verən ünvan 8 ünvanının qarşısına və Foton markalı, **-GJ-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus, 28 dekabr 2021-ci il tarixdə oğurlanan ehtiyat hissələri aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 icraatında Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 90, 236-cı maddələrinin tələblərinə əsasən həmin cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs məxsus Foton markalı, **-GJ-*** qeydiyyat nömrə nişanlı avtomobildən götürülən avtomobil hissələrinə baxış keçirilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin ehtiyat hissələrinə baxaraq onların ona məxsus, 28 dekabr 2021-ci il tarixdə oğurlanan traktor kotanı, traktor gövdəsi, QAZ 53 markalı avtomobilə məxsus arxa difer və ön asqı olduğunu bildirdi. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edildi. 03 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. İstintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 aprel 2022-ci il tarixli, 9/2080 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1700 manat müəyyən olunur. O, cümlədən 1 ədəd 2013-cü il buraxılışlı MTZ-892 markalı traktora aid kotan və gövdəsi-1000 manat, 1 ədəd QAZ 53 markalı 1982-ci il buraxılışlı avtomobilə məxsus arxa diferi və ön asqısı-400 manat, 1 ədəd iki hissəli, 3 metr hündürlüyündə 3,2 metr enində olan 2013-cü ildə kustar üsulla hazırlanmış dəmir qapı(darvaza)-300 manat. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin materiallarından Araz və Coşqun adlı şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 08 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalıyaraq təsdiq etmişdir. 07 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs məxsus Foton markalı, **-GJ-*** qeydiyyat nömrə nişanlı avtomobildən götürülən əşyalara baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin əşyaların ona məxsus olan, 28 dekabr 2021-ci il tarixdə oğurlanan traktor kotanı, traktor gövdəsi, QAZ 53 markalı avtomobilin arxa diferi və ön asqısı olduğunu təsdiq etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 saxlanca raktor kotanı, traktor gövdəsi, QAZ 53 markalı avtomobilin arxa diferi və ön asqısu Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd iki hissəli dəmir qapı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus oğurlanmış traktor hissələrini və QAZ 53 markalı avtomobilin hissələrini müstəntiq Elşən Məmmədovdan təhvil almışdır. İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus oğurlanmış 1 ədəd iki hissəli dəmir qapını müstəntiq Elşən Məmmədovdan təhvil almışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İşdə olan AZE 11412186 saylı şəxsiyyət vəsiqəsinin surətindən, AZ-İV 575653 saylı və AZ-İV 506195 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Yəhya, xx.xx.2021-ci il təvəllüdlü Sultan və xx.xx.2019-cu il təvəllüdlü Süleyman adlı üç azyaşlı uşaqları var. İşdə olan 1-33406 saylı və 116384 saylı vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmuş medal ilə təltif olunmuş və ona müharibə vetiranı vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon İHB-nın Binəqədi qəsəbə üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 333 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədən korpus 30 ünvanında ailə üzvləri arvadı və üç uşağı ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində göstərilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə öz iradəsindən asılı olmayan səbəblərdən qanunsuz əməllərini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.1.4-cü bəndinə əsasən cinayət törətmiş şəxsin himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması və ilk dəfə cinayət törətməsi, evli olmasını, vətən müharibəsi iştirakçısı olmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aşağı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD-210005, VÖEN– **********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3 köçürülməli, iş üzrə maddi sübut 1 ədəd traktor kotanı, 1 ədəd həmin kotanın gövdəsi, 1 ədəd avtomobil diferi və asqısı, 1 ədəd 2 hissəli dəmir qapının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD-210005, VÖEN–**********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə maddi sübut 1 ədəd traktor kotanı, 1 ədəd həmin kotanın gövdəsi, 1 ədəd avtomobil diferi və asqısı, 1 ədəd 2 hissəli dəmir qapının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-47/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-47/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver