Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-48/2024 14.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 2005–ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu–əsgər, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində komandanlğın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 iyul 2023–cü il tarixdə təxminən saat 21:20 radələrində Bakı– Qazax–Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən 393–cü kilometrliyində “X12” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən avtomobilin ön sol hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya alın–təpə–gicgah nahiyəsinin əzilmiş–cırılmış yarası, kəllə qapağı əsası sümüklərinin açıq, çoxqəlpəli, yerini dəyişmiş sınıqları, burun sümüklərinin sınıqları, baş beyin toxumasının əzilib– dağılması və hissəvi bayıra tökülməsi, döş qəfəsinin və qarının qapalı küt travması, sağ tərəfli 2–3–4–5–6–7–8–ci qabırğaların yerini dəyişmiş sınıqları, sağ ağciyərin, qaraciyərin və dalağın əzilib–cırılmış yaraları, daxili qanaxma, hər iki dirsək oynağı və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları, sağ aşağı ətrafın sağ baldırın yuxarı üçdə biri səviyyəsindən travmatik amputasiyası, sağ bazunun aşağı üçdə birinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin sıyırıqlaqrı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 09 iyul 2023–cü il tarixdə saat 21:20 radələrində 80–90 km/saat sürətlə idarə etdiyi Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobili ilə orta zolaqla Qazax istiqamətində hərəkət etdirərkən qarşıda olan körpünün altından keçəndə qarşısı ilə eyni istiqamətdə yolun sol tərəfindən birinci zolaqla hərəkətdə olan, qeydiyyat nişanını görə bilmədiyi ağ rəngli VAZ–2107 markalı avtomobil gözlənilmədən dayanarkən VAZ–2107 markalı avtomobilə yaxınlaşaraq sağ tərəfindən keçmək istəmiş, bu zaman VAZ–2107 markalı avtomobilin qarşısından qəflətən bir nəfər kişinin qarşısına çıxdığını, kişinin yanında olan iki nəfər qızın isə geriyə qaçdığnı görmüş və piyada kişini vurmamaq üçün tormozu basmış, lakin buna baxmayaraq yolun orta hissəsində avtomobilin ön sol hisssi ilə piyada kişini vurmuş, bundan sonra avtomobili idarəetmədən çıxıb ön sağ hissəsi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan Mercedes–Benz markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Ona sonradan məlum olmuşdur ki, qeyd edilən VAZ–2107 markalı avtomobil yolun sol tərəfindəki birinci zolaqla hərəkətdə olarkən yolun sol tərəfindən piyadaların çıxdığını görüb yol vermək məqsədi ilə dayananda piyadalar həmin avtomobilin qarşısından, yəni yolun sol tərəfindən sağ tərəfinə keçərək qarşısına çıxanda həmin qızlar onun avtomobilini görüb geri qayıtmış, kişi isə çaşıb düzünə hərəkət edərək qarşısına çıxanda avtomobilin sol yan hissəsinə çırpılmışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək, onunla razılıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. 09 iyul 2023–cü il tarixdə əri Cəbrayıl, toy məclisinə dəvət oldunduğu üçün günorta saatlarında azyaşlı nəvələri Şahid3 və X6 ilə birgə Bakı–Qazax yolunun Şəmkir rayonu, Qədimqala kəndi ərazisində, yolun Qazax istiqamətində yerləşən “GOLD PALACE” adlanan şadlıq sarayına getmişlər. Bundan bir neçə saat sonra, təxminən saat 21 radələrində Cəbrayıla zəng edib harada olduqlarını soruşanda, Cəbrayıl toydan çıxıdıqlarını və yol kənarında dayanıb taksi gözlədiklərini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra evdə olduğu zaman mobil telefonuna zəng edilərək əri Cəbrayılın şadlıq sarayının yaxınlığından baş vermiş yol–nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən öldüyü və meyitinin rayon xəstəxanasının meyitxanasına aparıldığı bildirilmişdir. Ona sonradan məlum olmuşdur ki, əri Cəbrayıl, azyaşlı nəvələri ilə birgə yolun Bakı istiqamətindən Qazax istiqamətinə keçmək istəyərkən Qazax istiqamətində hərəkətdə olan Mercedes–Benz markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş, sonra isə avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış vəziyyətdə olan digər Mercedes–Benz markalı avtomobilə çırpılmışdır. Bununla belə hadisədən sonra ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun babası olmuşdur. 09 iyul 2023–cü il tarixdə qohumlarının toy məclisinə dəvət oldunduqları üçün günorta saatlarında babası Cəbrayıl və bibisi qızı X6 ilə birgə Bakı–Qazax yolunun Şəmkir rayonu, Qədimqala kəndi ərazisində, yolun Qazax istiqamətində yerləşən “GOLD PALACE” adlanan şadlıq sarayına getmiş, bir neçə saat toyda iştirak etdikdən sonra yaşadıqları evə qayıtmaq üçün birgə saraydan çıxıb piyada olaraq Bakı– Qazax yoluna yaxınlaşıb yolun Qazax istiqamətindəki yol kənarında taksi gözləməyə başlamışlar. Aygül yol kənarında babasının sol tərəfində, o isə onlardan 1–2 addım arxada dayanmışdır. Taksi gözləyən zaman babası Cəbrayıl, Bakı istiqamətindən avtomobilin sürətli gəldiyini görüb sol əli Aygülü arxaya itələyəndə Aygül yerə yıxılmış, avtomobil isə babasını vurub qarşıya tullamışdır. O, bunu görüb babasının düşdüyü yerə qaçanda babasının baş nahiyəsinin tamamilə əzildiyini, bir ayağının isə kənara düşdüyünü görüb qorxmuş, bundan sonra ətrafa toplaşan şəxslər onu və Aygülü evə göndərmişlər. Hadisə zaman babasını vuran avtomobilin boz rəngli Mercedes–Benz markalı avtomobil olduğu görmüşdür. Həmin avtomobil sürətlə gələrək yol kənarında dayanmış vəziyyətdə olan babasını vurmuş, sonra isə idarəetmədən çıxıb yolun sağ kənarında dayanmış qara rəngli Mercedes–Benz markalı avtomobilin sol arxa yan hissəsinə çırpılmışdır. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X6 ifadəsində göstərdi ki, 09 iyul 2023–cü il tarixdə axşam saatlarında babası Zərərçəkmiş şəxs və qohumu Şahid3 ilə birgə Bakı–Qazax yolunun Şəmkir rayonu Qədimqala kəndi ərazisində, yolun Qazax istiqamətində yerləşən “GOLD PALACE” adlanan şadlıq sarayından çıxıb yaşadıqları evə qayıtmaq üçün piyada olaraq Bakı–Qazax yoluna yaxınlaşıb yolun Qazax istiqamətindəki yol kənarında dayanaraq taksi gözləməyə başlamışlar. Həmin vaxt o babası Cəbrayılın sol tərəfində, qohumu Almaz isə onlardan 1–2 addım arxada dayanmışdır. Taksi gözləyən zaman babası Cəbrayıl, Bakı istiqamətindən avtomobilin sürətlə gəldiyini görüb sol əli onu arxaya itələyəndə yerə yıxılmış, avtomobil isə babasını vurub qarşıya tullamışdır. O, ayağa qalxandan sonra babasının düşdüyü yerə qaçanda babasının baş nahiyəsinin tamamilə əzildiyini görmüş, bundan sonra ətrafa toplaşan şəxslər onu yaşadığı evə göndərmişlər. Hadisə zaman şokda olduğu üçün babasını vuran avtomobilin hansı markalı avtomobil olduğunu görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 da şahid Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 da Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 iyul 2023–cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı– Qazax– Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Qədimqala kəndi ərazisindən keçən 393–cü km–dir. Hadisə yerində hava qaranlıq, yol asflat örtüklü olmaqla quru və hamardır, yol Qazax istiqamətində enişlidir, düz profillidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxil deyildir, sürət həddi 90 km/saat sürətdir, yol işıqlandırılmır, yolda piyada keçidi üçün nəzərdə tutulmuş yol nişanı yoxdur. Yol birtərəfli olmaqla iki hərəkət istiqamətindən ibarətdir, hərəkət istiqamətlərini beton sədd ayırır. Yolun Qazax istiqamətindəki hərəkət istiqaməti 3 zolaqdan ibarətdir, zolaqları qırıq–qırıq xətt ayırır. Hadisə yerində hərəkət istiqamətlərinin üzəri ilə kənd yollarına daxil olmaq və çıxmaq üçün nəzərdə tutulmuş körpü vardır. Hadisə yerində yolun Qazax istiqamətindəki hərəkət zolağına Şəmkir rayonu, Kür qəsəbəsindən gələn asfalt örtüklü yol birləşir, həmin birləşmədə Kür qəsəbəsindən gələn nəqliyyat vasitələri üçün 2.4 (yol ver) nişanı, həmin nişanın altında isə 4.1.2 (sağa məcburi hərəkət) yol nişanları vardır. Yolun Qazax istiqamətindəki hərəkət hissəsinin ümumi eni 11 metrdir. Hadisə yerində hərəkət istiqamətlərini ayıran beton səddən hərəkət hissəyə doğru 1,2 metr məsafədən sonra bütöv ağ xətt çəkilmişdir. Yolun Qazax istiqamətinin sağ kənarında 2 metr enində yol çiyni, yol çiynindən sonra isə dəmir konstruksiyalı sədd vardır. Burada Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada, 1941 –ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, daha sonra isə həmin avtomobil idarəetmədən çıxaraq ön sağ qanadı ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan Mercedes– Benz C220 markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsi ilə toqquşmuşdur. Baxış zamanı piyadanın vurulduğu yer müəyyən edilmişdir. Piyadanın vurulduğu yer yolun Qazax istiqamətindəki hərəkət istiqamətinin sağdan birinci hərəkət zolağının üzərində, qırıq–qırıq xəttin üzərində sağdan sola doğru 3,6 metr məsafədə yerləşir. Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurduqdan sonra idarəetmədən çıxaraq sağa doğru istiqamətlənib 10 metr məsafə qət edərək ön sağ qanadı ilə qeyd edilən yol birləşməsinin üzərində dayanmış Mercedes–Benz C220 markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsinə çırpılmışdır. Baxış zamanı hadisə yerində hər hansı bir tormoz izi aşkar edilməmşdir. Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurması nəticəsində ön banperinin sol hissəsi sınmış, ön sol qanadın uc və yan hissəsi əzilmiş, ön sol işıq farası sınmış, alın şüşəsinin sol tərəfi çatlamışdır. Həmin avtomobilin piyadanı vurduqdan sonra Mercedes–Benz C220 markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində isə ön sağ qanadının uc və yan hissəsi əzilmiş, ön sağ təkəri sağa doğru qatlanmışdır. Toqquşma nəticəsində Mercedes–Benz C220 markalı 90– MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı əzilmiş, arxa banperin sol yan hissəsi sınmışdır. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında 09 iyul 2023–cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə–tibb ekspertinin 09 iyul 2023– cü il tarixli 32 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər–alın–təpə–gicgah nahiyəsinin əzilmiş– cırılmış yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq çox qəlpəli yerini dəyişmiş sınıqları, burun sümüklərinin sınıqları, baş–beyin toxumasının əzilib– dağılması və hissəvi bayıra tökülməsi, döş qəfəsinin və qarının qapalı küt travması, sağ tərəfli 2–3–4–5–6–7–8–ci qabırğalarının yerini dəyişmiş sınıqları, sağ ağ ciyərin, qaraciyərin və dalağın əzilmiş–cırılmış yaraları, daxili qanaxma, hər iki dirsək oynağı və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları, sağ aşağı ətrafın sağ baldırın yuxarı üçdə biri səviyyəsindən travmatik amputasiyası, sağ bazunun aşağı üçdə birinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin syırıqları küt əşyanın təsirindən əmələ gəlmişdir, həmin xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdilər, xx.xx.2023–cü il tarixdə yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə–beyin travması nəticəsində baş beyin toxumasının əzilib– dağılması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə–kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin. pirazalon. 1,4 benzidiazepin törəmələri və salisiatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 12 sentyabr 2023–cü il tarixi 3–16–16/2–8/2517–8/2532 nömrəli rəyindən görünür ki, Mercedes–Benz E240 markalı 57–CJ– 970 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi, yəni piyadanın yolun soldan sağa doğru keçərkən Mercedes–Benz E230 markalı avtomobilin qabaq sol hissəsi ilə vurulması real hadisə mexanizminə uyğundur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2023–cü il tarixli 3–43–37/2–1833/2023 nömrəli məktubdan görünür ki, çağırışçı Şəmkir rayonu, Qədimqala kənd sakini, xx.xx.2005–ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2023–cü ilin iyul çağırışına cəlb olunmuş, Xidmət rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçməsi üçün MN N saylı hərbi hissəyə təyin olunmuş və xx.xx.2023–cü il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. Çağırışçı hal–hazırda müddətli həqiqi xidmətdədir. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş 29 sentyabr 2023–cü il tarixli 016–33 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023–cü il tarixdən xx.xx.2033–cü il tarixədək BD–311756 nömrəli “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Qədimqala kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və 161 nömrəli Hərbi Hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixli, xx.xx.2019–cu il tarixli xx.xx.2019–cu il tarixli diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının təşkil etdiyi yarışda 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cu il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli X16–Şaxmat Məktəbinin təşkil etdiyi yarışda 2–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan 06–xx.xx.2022–ci il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs sərbəst güləş üzrə açıq rayon yarışında 3–cü yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cü il tarixli diplomun surətindən görünür ki, Vəliyev X7 Gəncləri PFK tərəfindən təşkil edilmiş yarışda 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cü il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Boks idman növü üzrə Şəmkir rayon birinciliyində 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cü il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Gömrük idman klubunun Boks üzrə açıq birinciliyində 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cü il tarixli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Boks idman növü üzrə Qazax rayon birinciliyində 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan diplomun surətindən görünür ki, Vəliyev X3 idman növü üzrə açıq rayon birinciliyində 1–ci yeri tutmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019–cü il tarixli diplomun surətindən görünür ki, Vəliyev X7 Gəncləri PFK tərəfindən təşkil edilmiş yarışda 1–ci yeri tutmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı–ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsi və cinayətin tərkibi olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayəti törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yol– nəqliyyat hadisəsi törətmişdir. «X12» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümü ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən müsbət səciyyələndirilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub–olmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, ictimai həyatda fəal iştirak edərək dəfələrlə idman yarışlarında iştirak etməsini, fəxri diplomlarla təltif edilməsini, həmçinin ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etməsini və xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini nəzərə alaraq, eləcə də ona təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM–in 70–ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–in 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3–cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 70–ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqda isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, hər iki halda öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM–in 45.2–ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Mercedes–Benz E230 markalı 57–CJ–970 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, Mercedes–Benz C220 markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlğın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsinə əsasən 09 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduqda isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin, Təqsirləndirilən şəxs üzərinə xidmət müddətində daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək, ordu sıralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, hər iki halda öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlğın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissənin komandanlığına həvalə edilsin. İş üzrə maddi sübut hesab olunan Mercedes–Benz E230 markalı 57–CJ– 970 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, Mercedes–Benz C220 markalı 90–MC–226 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X5 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-48/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-48/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver